Kremlər, toniklər, kirşanlar... Qadınların imtina edə bilmədiyi kosmetik məhsullar...
Yaxşı, bu məhsulların alışına nə qədər zaman ayırırsınız? Haradan alırsınız? Məhsul seçərkən kömək istəyirsinizmi, yoxsa təkbaşınıza qərar verirsiniz?
Kosmetik məhsulların alış-verişi necə edilir?
Doğru zaman
Son istifadə tarixləri qısa olan məhsulları son istifadə tarixi bitməmiş satmaq üçün endirim günləri təşkil edən mağazalar var. Endirim günlərində kampaniyadakı serumların son istifadə tarixlərinə baxın, üstündə tarix yazmırsa, almayın.
Mağazalar bazar ertəsi və çərşənbə axşamı səhər saatları hər vaxt boş olur. Ya səhər erkən saatları, ya da günorta saat 2 ilə 4 arasını seçin. Bu saatlarda rahat alış-veriş edə bilərsiniz. Günorta saatları və axşam saatları sıx saatlardır. Həmçinin cümə və şənbə günləri də sıxlıq baxımından kosmetik məhsul alış-verişi üçün uyğun deyil.
Kömək istəyin
Kosmetik məhsulların alış-verişi zamanı mütləq satıcılardan kömək istəyin. Doğru sualları soruşun: Bu məhsul həssas dərilər üçün uyğundurmu? Nə qədər müddət dəriyə çəkməliyəm? Nə vaxt nəticələri görərəm? və s.
Əgər suallarınıza sizi qane edən cavablar ala bilmirsinizsə, məhsulla əlaqədar səlahiyyətli başqa adam olub-olmadığını soruşun. Məhsulun qutusu üzərində yazılanları yaxşı oxuyun.
Almadan öncə yoxlayın
Dəriniz həssas və allergikdirsə, nümunəsi olan məhsullara baxın ki, almadan əvvəl sınaq şansınız olsun. Beləcə o məhsula qarşı dərinizin reaksiya verib-vermədiyini anlamış olarsınız.
Bəzən bahalı belə olsa bəzi məhsullara dərimiz reaksiya verir. Buna görə də, heç bilmədiyiniz, ilk dəfə sınayacağınız məhsullar üçün tester istifadə etmək çox əhəmiyyətlidir.
Həssas olun
Ekzema və ya dəri allergiyası olanlar, tərkibində boya, qoxu və uçucu yağ olan məhsullardan uzaq dayanmalıdırlar. Allergiyası olanlar saf, təbii məhsulları istifadə etməlidirlər, amma bunları belə istifadə etməmişdən əvvəl bilək daxilinə məhsulu sürtərək test etmək lazımdır.
Nəyə pul xərcləyəcəyinizə yaxşı qərar verin
Əgər bahalı bir dəri baxım məhsulu alacaqsınızsa, bu günəş kremi və ya başqa məhsul ola bilər. Bir çox dermatoloqlar tərkibində sink oksid və titanium dioksid kimi filtrlər olan günəş kremlərini seçməyi təklif edirlər. Çünki bu filtrlər dərinin yanmasına səbəb olmur və məhsulun təsirini tez keçirmir.
Qaba diqqət yetirin
Məhsulun qabları istilik, işıq və hava keçirməyən şəkildə olmalıdır.
Səbrli olun
Ən az səkkiz həftə boyunca məhsulu nizamlı istifadə edin və təsirlərini müşahidə edin. Məhsulların təsir müddətləri adama görə müxtəlif ola bilər. Bu müddət adamın fiziologiyası, maddələr mübadiləsi və dərisindəki təməl problemlərə bağlıdır.
XƏBƏR LENTİ
Şeron Stoun bu dəfə siyasətə qarışdı-FOTO
Adriana və Metin AYRILMADIqlarını sübut etdilər-FOTO
Zəncəfilli krab (foto resept)
Fındıq istehsalı və ixracı ilə bağlı YENİ TƏKLİFLƏR verildi
Murat yeni albom yazdırır-FOTO
Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ
Oktyabr ayının qalibləri!
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Həkimdən küçədə satılan peraşkilərlə bağlı AÇIQLAMA
Ankarada məzar dəhşəti: Yaxınlarını ziyarətə gələnlər heyrətə düşdülər - VİDEO
Teylor Svift "kişi" oldu - VİDEO
Ərazilərimiz minalardan təmizlənir
İŞİD Paris qətliamının səbəbini açıqladı
Bel ağrısı ilə həkimə getdi aldığı cavabdan ŞOK oldu-FOTO
Gözəl jaketlər
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Bengü 40 günlük qızı ilə - FOTO
Bu ilin qış qarderobu
Günün ulduz falı
Təbiətin gücü
Kivi maskası ilə gözəlləşin
Fahriye Evcen yenidən kökəldi-FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
İsrail atəşkəsi pozdu
Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu
Van Dammın Bodrum tətili-FOTO
Günəş sistemində yeni planet kəşf olundu
DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA
Emosional zəka nədir?
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Qənaətcil olmaq üçün 5 təklif
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Ütü alarkən bunlara diqqət edin
Şimşək çaxacaq, yağış yağacaq!
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Bakıda yolların biri açılır, digəri isə bağlanır
MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
Tərəzi bürcünün 4 əsas xüsusiyyəti
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Bakıda 2 ay pulsuz Wi-Fi olacaq
Həyat yoldaşınızla izləyə biləcəyiniz 5 film
İt internet ulduzuna çevrildi - FOTO
Körpələrdə göbək yırtığı
Məşhur cütlük AYRILDI
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Kim Çen Inın sevimli böyük oyuncağı
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Orta məktəblərdə mobil telefonların qadağan ediləcək?
Mavi gözlü şəxsiyyət testi
- ŞƏRHLƏR