Meyvə-tərəvəz maskası dərinin elastikliyini artırır. Bu maskalar müxtəlif variantlarda ola bilər. Məsələn, quru dəri üçün adi sürtkəcdən keçirilmiş kökdən istifadə etmək olar.Başqa meyvələrdən də istifadə mümkündür.Meyvəni yaxşıca yuyub qabığını təmizləyirsiniz. Sonra sürtkəcdən keçirilmiş böyük hissələri daha xırda sürtkəcdən keçirir, nisbətən xırdalarını isə qaşıqla şüşə və ya çini qabda əzirsiniz. Maska üçün sıyığabənzər halda və ya çəkilmiş şirədən istifadə etmək olar.Sıyığabənzər kütləyə bir neçə damcı bitki yağı da əlavə edilir. Şirə halında olana isə buğda və ya kartof unu əlavə edilir ki, kütlə axmasın. Alınmış kütlə fırça ilə dəriyə çəkilir və ya tənzifə yaxılaraq üzə qoyulur. Prosedur bitdikdə əvvəlcə isti, sonra isə soyuq su ilə yuyulur.
Bu maska dərini yumşaldır
Yumurta sarısı, bal və bitki yağını eyni bərabərdə götürərək kütlə halını alana kimi qarışdırın. Maskanı eyni bərabərdə təbəqə şəklində dəriyə çəkin. Əvvəlcə isti, sonra isə soyuq su ilə yuyun.
Yumurta sarısı ilə meyvə-tərəvəz maskası da dəriyə yaxşı təsir bağışlayır. Çalınmış yumurta sarısına 1 ç/qaşığı şirə (moruq, çiyələk, alma, gavalı və s.) əlavə edilir. Sonra dəriyə çəkilir və sonda əvvəlcə isti, sonra isə soyuq su ilə yuyulur. Giləmeyvələr kimdə allergiya yaradırsa, onların bu maskadan istifadəsi yaramır.
Yağlı dəri üçün
Otlardan hazırlanmış maskalar dərini təmizləyir. Boymadərən, qatırquyruğu, dazıotu qarışığından olan maskalar da eyni bərabərdə olmaqla hazırlanır (bu kütlənin üzərinə qaynar su tökülərək dəmə qoyulur, sonra bədən hərarətinə kimi soyudulur və istifadə edilir), bitki yağı əlavə olunmur. Dəriyə çəkildikdən sonra üstü 2-3 qat tənzif ilə örtülür. Sonda isə isti su ilə yuyulur.
Yumurta ağı ilə meyvə-tərəvəz və giləmeyvə maskası
Yumurtanın ağı köpüklənənə kimi çalınır və sonra 1 ç.qaşığı təzə sürtgəcdən keçirilmiş meyvə, tərəvəz və ya giləmeyvə əlavə olunur və dəriyə çəkilir. Bu maska sonda isti su ilə yuyulur.
Belə maskalar üzün rəngini yaxşılaşdırır, xiyar, pomidor, kök, qara və qırmızı qarağat, çiyələk şirələrindən hazırlanmış maska yağlılığı azaldır.
Əgər dəri öz qaydasındadırsa, istənilən maskanı eləmək olar.
Üz üçün qoruyucu krem
Qazın və ya toyuğun iç piyi 1:10 nisbətində kamfora yağı ilə qarışdırılır.Qarışığı 2-3 günlük istifadə üçün hazırlayın. Alınmış kütləni üzə, boyunun açıq qalmış hissələrinə və əllərə çəkin.
Əl üçün qoruyucu krem
Yumurtanın ağını 1 desert qaşığı isti gənəgərçək yağı ilə qarışdırın. Müntəzəm olaraq qarışdıra-qarışdıra 1 x.qaşığı qliserin, naşatır spirti, nanəli su (çay dəmi və ya çobanyastığı dəmlənməsi də olar), 2 qram un (qarğıdalı) əlavə edərək hazır kütlədən istifadə edin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR