Öncədən görüş təyin edin
Ən yaxşı xidmət üçün mağazalardan öncədən müəyyən saata görüş təyin edin. Belə olarsa, satıcılar sizinlə daha çox maraqlanarlar.
Özünüzlə çox adam aparmayın
Hər nə qədər bütün dostlarınızın sizinlə gəlinlik seçməyə gəlməsini istəyirsinizsə də, gəlin paltarı dizayneri Claire Pettibone bu qrupun kiçik olmasını tövsiyə edərək "Adam nə qədər çox olarsa, gəlinin başı o qədər çox qarışar" deyir. Fikirlərinə və zövqünə etibar etdiyiniz bir, ən çox iki adamı çağırmağınız kifayətdir.
Yuxudan yeni durmuş kimi görünməyin
Gəlinliklər nə qədər gözəl olursa-olsun, siz mükəmməl görünməsəniz, paltara aşiq olmağınıza imkan yoxdur. Gabriella Risatti "Normal bir gündə səhər işə gedirmiş kimi hazırlanın" deyir. Saçınız və makiyajınız həmişəki kimi olsun. Bir az ənlik, tuş və dodaq parıldacısından istifadə edə bilərsiniz. Sınadığınız gəlin paltarlarının makiyaja bulaşmasından qorxmayın, mağaza işçiləri buna mütləq diqqət edəcəklər.
Ölçülərə diqqət edin
Gəlinlik normalda bədəninizin ən geniş hissəsinə görə seçilir. Lakin bəzi dizaynerlər dəyişik olaraq sinə və baldır ölçülərinə görə də xüsusi modellər yarada bilirlər. Bunu nəzərinizdə saxlayın. Gəlinliklərin ölçüləri normal paltarlara nisbətən iki ölçü daha böyük olur. Etiketi görəndə çəkinib qorxmayın.
Təcili olaraq ayaqqabılarınızı seçin
Paltarınızı seçdikdən sonra ilk düzəlişə mütləq toyunuza geyinəcəyiniz ayaqqabılarınızı da götürməlisiniz. Gəlinliyin ətək boyunu dabanın hündürlüyünü bilmədən müəyyənləşdirmək mümkün deyil.
Zaman ayırın
Gəlinlik alarkən qiymətlər modelə görə də dəyişə bilər. Həm büdcənizə, həm də zövqünüzə ən uyğun modeli tapa bilmək üçün özünüzə kifayət qədər zaman ayırın. Gəlinlik seçimini son həftələrə buraxmayın. Gəlinliyin toy tarixindən ən az beş ay əvvəldən seçilməsi tövsiyə edilir.
Həddindən artıq pəhriz tutmayın
Toy gününüzdən bir həftə əvvəl pəhrizə başlamaq sizə çox cazibədar gəlsə də, hər zamanki rejim planınızı və idman hərəkətlərini tətbiq etməyiniz daha uyğun ola bilər.
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir?-29 İyul
İstənməyən qarın üçün tövsiyələr
Bayranqabağı hava
Adını çəkdilər deyə məhkəməyə verdi
Təcavüz sayılan 12 hal
Qazaxda 1200 rayon sakininə qurban payı göndərilib
Tanış olun: dünyanın ən yaşlı insanı odur
Sabahdan buraxlış imtahanları başlayır
Portağallı-limonlu tort (foto-resept)
Üz dərisini ağardan 3 maska
İlham Əliyev: “Madagiz bizimdir!”
Nəqliyyat işçilərinin orta aylıq əmək haqqı artıb
Gavalılı piroq (foto resept)
Kartoflu kotlet (foto resept)
Azərbaycan 900 yeni vaqon alacaq
Qarağatlı tort (foto resept)
Limonlu-qozlu keks (foto-resept)
Koronavirus böhranından qazanclı çıxan üç ölkə
Hadisenin "arıqlığı" diqqət çəkdi-FOTO
DQMK və TQDK-nın ləğvinə başlanılıb
Zəvvarlarımız həcc ziyarətinə xüsusi təyyarələrlə gedəcəklər
İstirahət gününün HAVAsı
25 milyonluq rəsm əsəri tapıldı-FOTO
17 illik serialda "Haluk" olmayacaq?
Dünya bu itin sədaqətindən danışır - VİDEO
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Hər yaşa uyğun geyim təklifləri
Hitlerin hamıdan gizlətdiyi uşaqlığı üzə çıxdı – FOTO
Əhali GMO məhsullar barədə məlumatlandırılacaq
Unudulmaz gəlinlikləri ilə yadda qalan gəlinlər
Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu
Klaç çanta modelləri
Dünyada yeganə yüngül amfibia tank sınaqlara başlayıb
Burakı bu FOTOsuna görə ona bənzətdilər
Bu günün hava proqnozu
Qar Azərbaycana qayıdır
"Instagram" çökdü
Rusiya nüvə silahından istifadə üçün əsas şərti açıqladı
18 kiloloq pişik görənləri heyrətə saldı - Foto
Bakı məktəblərində işləmək istəyənlər üçün müsabiqə elan olundu
Mensturasiya dövründə qadınlar nə istəyir?
Pəhrizsiz və idmansız arıqlayın
Azərbaycan atletlərindən möhtəşəm qələbə!
Yaxşı işləyib tez qocalmamaq üçün nə edək?
Qazaxıstanda mistik yuxu xəstəliyi
Günün qoroskopu: emosiyalarınızı cilovlayın, münaqişədən yayının
Münasibəti korlayan və möhkəmlədən ifadələr
BÜRCLƏR bizə nə vəd edir?-28 Mart
Məhərrəmlik mərsiyələrində nə deyilməlidir?
Bakı sakinlərini ölümə sürükləyən avtobus
- ŞƏRHLƏR