Öncədən görüş təyin edin
Ən yaxşı xidmət üçün mağazalardan öncədən müəyyən saata görüş təyin edin. Belə olarsa, satıcılar sizinlə daha çox maraqlanarlar.
Özünüzlə çox adam aparmayın
Hər nə qədər bütün dostlarınızın sizinlə gəlinlik seçməyə gəlməsini istəyirsinizsə də, gəlin paltarı dizayneri Claire Pettibone bu qrupun kiçik olmasını tövsiyə edərək "Adam nə qədər çox olarsa, gəlinin başı o qədər çox qarışar" deyir. Fikirlərinə və zövqünə etibar etdiyiniz bir, ən çox iki adamı çağırmağınız kifayətdir.
Yuxudan yeni durmuş kimi görünməyin
Gəlinliklər nə qədər gözəl olursa-olsun, siz mükəmməl görünməsəniz, paltara aşiq olmağınıza imkan yoxdur. Gabriella Risatti "Normal bir gündə səhər işə gedirmiş kimi hazırlanın" deyir. Saçınız və makiyajınız həmişəki kimi olsun. Bir az ənlik, tuş və dodaq parıldacısından istifadə edə bilərsiniz. Sınadığınız gəlin paltarlarının makiyaja bulaşmasından qorxmayın, mağaza işçiləri buna mütləq diqqət edəcəklər.
Ölçülərə diqqət edin
Gəlinlik normalda bədəninizin ən geniş hissəsinə görə seçilir. Lakin bəzi dizaynerlər dəyişik olaraq sinə və baldır ölçülərinə görə də xüsusi modellər yarada bilirlər. Bunu nəzərinizdə saxlayın. Gəlinliklərin ölçüləri normal paltarlara nisbətən iki ölçü daha böyük olur. Etiketi görəndə çəkinib qorxmayın.
Təcili olaraq ayaqqabılarınızı seçin
Paltarınızı seçdikdən sonra ilk düzəlişə mütləq toyunuza geyinəcəyiniz ayaqqabılarınızı da götürməlisiniz. Gəlinliyin ətək boyunu dabanın hündürlüyünü bilmədən müəyyənləşdirmək mümkün deyil.
Zaman ayırın
Gəlinlik alarkən qiymətlər modelə görə də dəyişə bilər. Həm büdcənizə, həm də zövqünüzə ən uyğun modeli tapa bilmək üçün özünüzə kifayət qədər zaman ayırın. Gəlinlik seçimini son həftələrə buraxmayın. Gəlinliyin toy tarixindən ən az beş ay əvvəldən seçilməsi tövsiyə edilir.
Həddindən artıq pəhriz tutmayın
Toy gününüzdən bir həftə əvvəl pəhrizə başlamaq sizə çox cazibədar gəlsə də, hər zamanki rejim planınızı və idman hərəkətlərini tətbiq etməyiniz daha uyğun ola bilər.