Son illərdə dəb düynasının tanınmış simaları onu dahi dizayner kimi tanıyır. Dünyanın ən qabaqcıl jurnallarından olan "Vogue" onu "Tərzi ilə dünyanı ələ keçirən şəxs" adlandırır.
Angelina Jolie, Kate Moss, Charlize Theron kimi dünya ulduzları onun dizaynlarından vaz keçə bilmirlər. Hər fəsildəki modelləri böyük maraq doğurur. Onun öz adını moda dünyasına qızıl hərflərlə yazdıracağı uşaqlıqdan bəlli olsa da keçdiyi yollar heç də asan olmayıb. 1962-ci ildə Texasda anadan olsa da uşaqlığının çox hissəsini Yeni Mexiko da keçirib. Anası ona həmişə gözəl geyinməyi tövsiyə edirdi. Səliqəsiz geyimlərin qarşıdakı insanlara hörmətsizlik olduğunu bildirirdi. 12 yaşında anasın ona Gucci brendindən ayaqqabı alması onun həyatında dönüş nöqtəsi oldu.
Nyu-York, Nyu-York...
Ford 17 yaşında modanın qəlbi olan amerikanın Nyu-York şəhərinə gəlir. Bir il televiziya reklamlarında rol alır, yaraşıqlı olduğundan o, yəqin ki, dəb sahəsində irəliləyə bilməsəydi, televiziyada ulduz olacaqdı. Tezliklə dünyanın ən məşhur dizayner məktəblərindən "Pasons School of Design"də memarlıq bölməsində oxumağı qərara alır. Sonradan ixtisasını dəyişərək model olur və moda məktəbini oxuyub bitirir. Təhsilinin son 6 ayını modanın paytaxtı Parisdə keçirir. Pasonsda oxuduğu illərdə Studio 54 klubunun "Pop art" ikonu Andy Warholla tanışlıq onun bir şəxsiyyət kimi formalaşmasına təkan verir. O, Fordun nə istədiyini başa düşür və onu dizaynerliyə yönləndirir.
Şansını özü yaratdı...
Məzun olduqdan sonra Chloe şirkətində ictimaiyyətlə əlaqələr şöbəsində çalışmağa başladı. Lakin onun ağlında həmişə dəb var idi. Bir ay dizayner Cath Hardwichin asistanı olmaqdan ötrü dəridən-qabıqdan çıxır. Hardwich ondan hansı dizaynerləri tanıdığını soruşanda Ford Armani və Chanelin adını çəkir. Bir aydan sonra ondan niyə belə cavab verdiyini soruşanda cavabı Harwichi təəccübləndirir. Ford ona "Siz hər gün mütləq Armanidən olan məhsulların geyinirsiniz" deyə cavab verir. Bu da Fordun son dərəcə diqqətli biri olduğunu subut edirdi. Fordun Hardwichlə işləməsi sadəcə qalxdığı nərdivanın ilk pilləsi hesab olunur. 1988-ci ildə Perry Ellislə (Amerikalı dizayner) bir yerdə işləməyə başlayır.
Dəb Dünyasını yeni ulduzu
Gucci lüks bir simvoldan tamamilə uzaqda olan bir marka idi. Ford Guccinin baş dizayneri olmasaydı, Gucci indiki taxt-tacında oturmazdı. 1995-ci ildə Madonnanın MTV kanalındakı Musiqi Mükafatı konsertinə geydiyi geyim feminizmin simvoluna çevrildi və brendin satışlarını 100% artırdı. Gucci geyinmək Tom Fordun imzasını daşımaq deməkdir. Dahi yeniyetmə 2004-cu ildə Guccinin kralı oldu.
İstedad heç nədir - çalışmaq olmasa!
İki il fasilədən sonra bu istedadlı gənc özünün kişi geyimləri kolleksiyaları və eynəkləri ilə yenidən gündəmə gəldi. Yenidən diqqət mərkəzində oldu! Tom Ford ikonaya çevrilməsinin səbəbin çox çalışmaqda görür: "İstedadım hamı qədərdir. Yüksəlməyimə səbəb çox çalışmağımdır. Çox çalışmasaydım, çox güman bədbəxt biri olardım!"
Ford günün sadəcə 2-3 saatını dincəlir, başında canlandırdığı ideyaları mütləq həyata keçirməyə çalışırdı. Bu çalışqanlıq onu ikon səviyyəsinə kimi qaldırır.
Qeyd edək ki, bu ayaqqabı modelini başda Emma Watson və Beyonce olmaqla bir çox Hollivud ulduzları geyinir.
Şousu qədər var
Tom Ford demək seksilik, ağlı başdan almaq, cinsəlliyi vurğulamaq deməkdir. Özünün "Black orchd" parfim ətri ilə bərabər reklamları ilə də çoxlarında çaşqınlıq yaratdı! Bu ətri Koliforniyada elə bir marağa səbəb oldu ki, çiçək yetişdirən firmalardan biri həqiqi qara səhləb çiçəyi belə yetişdirdi.
Stil dəyişdirliməməlidir
Bədənin bütün xətlərini vurğulamaq Ford stilinin gözə çarpan tərəfidir və illər keçməsinə baxmayaraq o bu tərzini dəyişmir. Çünki stilin tez-tez dəyişdirilməsini düzgün hesab etmir.
XXI əsrin dəb dahisinin yaradacaqları bunlarla bitmir. Ona görə hər şey hələ yeni başlayır və yaradacaqları indidən səbirsizliklə gözlənilir.
XƏBƏR LENTİ
MN əsir götürülmüş erməni komandirin üzərindən çıxan əşyaları təqdim etdi - FOTO
Kirli paltar
Mila Yavoviçin qızı aktrisalığa başladı-FOTO
Sevən kişinin xüsusiyyətləri
Bu gün Polad Bülbüloğlunun yubiley konserti olacaq
Gizlənməyi bacaran heyvanlar
Yerə təhlükə yaxınlaşır
Nüsret milyonluq avtomobil aldı
Payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.
Azərbaycanda yağış yağacaq
DİQQƏT! Ölkədə sağlamlıq üçün təhlükəli məktəbli formaları satılır
Dünyanın ən bahalıları
Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir
Kosmosdan çəkilmiş ən maraqlı fotolar
Həyat nə deməkdir?
Duman açıqlaması
Azərbaycanda bu körpünü görən hər kəs TƏƏCCÜBLƏNİR - FOTO
Qadınların münasibətlərdəki 5 problemi
Tünd rəngli dodaq boyasından istifadə qaydaları
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Təhlükəli silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
Ece Seçkin boyunun kiçikliyindən danışdı-FOTO
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Quantanamo həbsxanası bağlanacaq?
Buraxılış imtahanları təxirə salındı
Bu ilin dəbi - narıncı
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Samsung Vyetnama köçür
Sizcə burada hansısınız?
İŞİD Həzrət Abbas məscidini havaya uçurdu
Toy tortları
Modest Musorqski
Keçmiş TQDK sədrinə yeni vəzifə verildi.
Hava haqqında
Kişilərin qadınlarda bəyənmədikləri tərz
Dilan Çiçək və Burak Dəniz eyni serialda - FOTO
Sahibkarlar üçün “ASAN xidmət”
Hər yaşa uyğun dəriyə qulluq qaydaları
Evin kimyəvi havasını təmizləyən bitkilər
3 il sonra...
Özünü brendləşdir
Sürətli saç uzatma
Novruz bayramının qeyri-iş günləri AÇIQLANDI
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Hava haqqında
Dünyanın ən yaşlı kişisi vəfat etdi
Hər kəs "Eurovision-2020"-nin aparıcısından danışır-SƏBƏB
Bakının məşhur dairəsi dəyişdirilir
Hadisenin FOTOsu hər kəsi GÜLDÜRDÜ
- ŞƏRHLƏR