Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olmuşdur. Nigar xanımın atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ali təhsilli ilk azərbaycanlı cərrah idi.
1919-cu ildə gələcək şairə altı yaşında olanda Xudadat bəy Azərbaycan Demokratik Cumhuriyyəti rəhbərliyinin təklifi və Gəncə ictimaiyyətinin təkidli xahişləri əsasında quberniyanın valisi vəzifəsini qəbul etmiş və bir il müddətində bu vəzifəni layiqincə icra etmişdi. Azərbaycanın zorla şuralaşdırıldığı ilk günlərdə isə Gəncədə hakimiyyətə doluşan daşnaklar Xudadat bəyi həbs etmiş, tələm-tələsik Bakıya göndərərək Nargin adasında güllələnməsini təşkil etmişdilər.
İbtidai təhsilini Gəncədə almış Nigar xanım sonralar Bakı pedaqoji texnikumunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə müəllimliklə başlamış Nigar Rəfibəyli həm də bu illərdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun ilk şeirləri də elə bu vaxtlar dövrü mətbuatda çap olunmuşdur. Nigar Rəfibəylinin "Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc olunmuşdur. 1930-1932-ci illərdə Nigar Rəfibəyli Bakı kinostudiyasında sonralar isə fəhlə-gənclər məktəbində işləmişdir. "Zəfər nəğməsi" (1943), "Şeirlər" (1949), "Anaların səsi" (1951), "Yol xatirələri" (1957), "Dənizin səsi gəlir" (1964) və başqa kitabları nəşr olunmuşdur. 1931-ci ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor kimi fəaliyyətə başlayan Nigar Rəfibəyli sonradan Moskvada pedaqoji institutunda təhsilini davam etdirmişdir. Orada təhsil alarkən Bakıda ilk şeirlər məcmuəsi (1934) çapdan çıxmışdır.
Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən Nigar Rəfibəylinin yaradıcılıq qayəsinin əsasını vətənə bağlılıq, insanın mənəvi ucalığı təşkil edir. Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun özünəməxsus deyim və ifadə tərzi vardır. Onun poeziyası insanların qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı və sevilə-sevilə oxunan şeirlər külliyyatı vətən torpağının gözəlliyinə - gülü, çiçəyi, dənizi, bağı, meşəsi, fəsillərin özünəməxsus çalarları, dünyamızda baş verən fərəhli və nisgilli hadisələr, ən başlıcası, insanlar, onların taleyi, mənəvi aləminə həsr olunub. Bütün bunlar kövrək qəlbli şairənin hissini, şüurunu ehtizaza gətirib, gördükləri şeirə çevrilib. Daim nikbin olan Nigar Rəfibəylinin ən kədərli şeirində belə ümidli günəşin şəfəqləri duyulur. Misraların ahəngində dan yerinin ağardığını görürsən. Çünki onun şeirləri saf bir nəfəsdən, könüldən doğan və ürəyə ünvanlanan bahar nəğmələri kimi yaşıldır. Bu şeirlərin ahəngində qəribə bir zəriflik duyulur. Nigar xanımın lirikası geniş, vüsətli bir lirikadır. Onun palitrasındakı rənglər yalnız məhəbbətin tərənnümü, hicran yanğısının təsviri üçün deyil. Bu rənglər həyatın daha əlvan hadisələrinin inikası üçün, ictimai həyatda, insanlar arasındakı münasibətlərdə yol verilən haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür.
Azərbaycanla bağlı müxtəlif mövzularda yazıb-yaradan Nigar xanım dünya xalqlarının da həyatından, faciəli məqamlarından bəhs edən şeirlər də yazıb. Belə ki, onun "Dolores İbarruri" şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsindən bəhs edən qüvvətli lirik əsərlərindəndir.
Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə "Şərəf" nişanı ordeni və medallarla təltif olunmuşdur.
Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda vəfat etmişdir. Hal-hazırda Bakı küçələrindən biri onun adını daşıyır.
Mən könül mülkünün tacidarıyam,
Xəyal dünyasının şah nigarıyam.
Vətən torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.
Zərif duyğularının poetik şəkildə təsirli ifadəsinə, həyatın adilikləri içərisində heyrətedici məqamları görə bilməsinə və bunun da nəticəsində qələmə aldığı şeirlərində insanın ruhunu dilə gətirən, ona romantik duyğular aşılayan, düşündürən Nigar Rəfibəyli Azərbaycan poeziyasında öz dəst-xəttinə malik unudulmaz söz sahiblərindən biridir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dükan pəhrizi ilə 25 kq arıqladım(3-cü mərhələ)
Qubadlı viran qalmış daha bir kəndindən görüntülər - VİDEO
Xərçəng xəstələrinə müjdə!
Fobiya növləri
Azərbaycanlı alim koronavirusun dərmanını tapıb - VİDEO
İdmançılarmız çinlilərə, türklər ermənilərə qarşı
Asiyanın ən gözəl şəlaləsi
Çin koronavirusa görə doqquz vaksin hazırlayıb
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi keçiriləcək
Ərdoğan Əhməd Cavadın şeirini səsləndirdi – VİDEO
Növbəti 4 günün havası AÇIQLANDI
Metropoliten "28 May" stansiyasını təhvil verməyə hazırlaşır
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Öz əllərimiz ilə 8 mart
Kimlərin qapanma günlərində işləyəcəyi açıqlandı - RƏSMİ
Ziynet Salı toy tarixini açıqladı
Hamiləlik dövrləri (11-19 həftələr)
Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti müəyyənləşdi
Piyləri artıran… fruktoza
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
Hind xalının sirri
Sarkisyan Ərdoğana başsağlığı verdi
Şeyma Subaşı bu dəfə də belə FOTO paylaşdı
Nokia tarixə qovuşacaq
Bonding nədir?
Can Yaman efirlərə qayıdır
Ermənilər Gəncəni atəşə tutdu: 5 ölü, 28 yaralı - YENİLƏNİB + VİDEO
İrem -4 dərəcə şaxtada konsert verdi-FOTO
Uşağın makrozomik olaraq doğulması
"Qarabağ" mərhələ adlasa, kimlə oynayacaq?
Ana Vətənimiz - Uşaqlarımız
Məşhur hind aktyorlarının bu günü
Kişi hansı halda arvadından boşana bilməz?
Qurani-kərim nə zaman indiki formasında toplanılıb?
Qış aylarındakı yaranan öskürək üçün nə etməli?
İngilis dili-Aa (3)
“Danışır Qarabağ!”: Vətənimizin səsini indi hər kəs duyacaq - VİDEOREPORTAJ
Günün ulduz falı
Dəri üçün faydalı olan qidalar
Rahat ayaqqabılar
Mətbəx dizaynı
Sürücülərə XƏBƏRDARLIQ: "Diqqətli olun"
Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək
Rusiya Azərbaycan FHN-ə mobil konteynerlər göndərdi - VİDEO
Təhsil Nazirliyindən modul tipli məktəblərlə bağlı VACİB AÇIQLAMA
Kürdəmirdə 67, bir kəndində 21 nəfər koronavirusa yoluxub - RƏSMİ
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Naxçıvandan gələn hərbçilər Şuşadan yaylım atəşi ilə yola salındı - VİDEO
Antarktidada nəhəng deşik tapıldı - FOTO
Tədris saatının azalması müəllimlərin əməkhaqlarına təsir edəcək? - RƏSMİ
- ŞƏRHLƏR