Coan Roulinq – dünyanın ən varlı yazıçısı
Dünyanın ən zəngin yazıçı xanımının adı Coan «Co» Myurreydir (evlənənə qədər Roulinq), onun bütün həyatı prinsip etibarı ilə başdan-başa sınaqdan ibarətdir, onun həyatının kəşməkəşləri hələ məktəb vaxtlarından başlayıb, bələ ki, Coanın sözlərinə görə, o məktəbə getməyə nifrət edirmiş, çünki sinif yoldaşları onu heç xoşlamırdı, onlar Roulinqi heç sevmirdilər.
Bütün bunları üstünə isə gənc qızın anasının bərk xəstələnərək iflic olması da əlavə olunur. Məhz anasına baxmalı olduğu üçün Coan Roulinq “Oxford” universitetinin tələbəsi ola bilmir, baxmayaraq ki, o qəbul imtahanını verə bilmişdi. Daha sonra o, Ekstersk universitetinə daxil olur, buranı isə “fransız dili” ixtisası üzrə başa vurur.
1990-cı ildə Roulinqin anası vəfat edir. Bu itki gələcək yazıçının həyatına o qədər təsir edir ki, o, İngiltərəni tərk etmək qərarına gəlir. Beləliklə, İngiltərəni tərk edən Roulinq bir neçə illiyə Portuqaliyada məskən salır. Burda o, ingilis dilindən dərs deyir və bütün boş vaxtını roman yazmağa sərf edir. Lakin sonradan bu məşğuliyyətlərin hər iksini yöndəmsiz hesab edərək, onları dayandırır.
1992-ci ildə o, tələbə Xorxe Arantesə ərə gedir, üstündən cəmi bir il keçməmiş onlar boşanırlar. Bu nikahdan Coanın Cessika adlı bir qızı dünyaya gəlir (1993), o, qızını götürərək Böyük Britaniyaya qayıdır. Daha dəqiq desək, o Coanın balaca bacısı Dinin yaşadığı Şotlandiyanın Edinburq şəhərinə gəlir. Məhz orada, bacısının ərinə məxsus kafedə Coan Roulinq “Harry Potter” haqqında romanını yazmağa başlayır.
Birinci kitabın yazılmasına Coan Roulinq iki il yarımdan çox vaxt sərf edir, ən maraqlısı isə odur ki, ilk öncə 20-dən çox nəşriyyat və demək olar ki, Coanın ünvanını tapa bildiyi bütün ədəbiyyat agentləri ramanı nəşr etməkdən imtina edir. Ona görə də «Bloomsbury» nəşriyyatı onun «Harry Potter və fəlsəfə daşı» adlı ilk romanına olan hüquqları 4000 ABŞ dollarına almağa razılaşanda o, bunu əsl uğur kimi qiymətləndirir.
Əhvalatın maraqlı hissəsi isə məhz burda başlayır: cəmi bir neçə ay keçdikdən sonra Amerikanın «Artur A. Levin/Dərslik ədəbiyyatı» nəşriyyatı kitabın ABŞ-da satışı üçün hüquq əldə edir, bunu sayəsində Coan Roulinq kifayət qədər pul əldə edir ki, fransız dili müəllimliyini atıb, yazıçılıq ilə peşəkar səviyyədə məşğul olsun. Indi bu onun əsas fəaliyyət sahəsi idi.
Bundan sonra isə yazıçını ancaq qələbələr gözləyir :
1997-ci ildə işıq üzü görən «Harry Potter və fəlsəfə daşı» romanı demək olar ki, elə həmin an ilin ən yaxşı uşaq kitabı seçilir.
1998-ci ildə «Warner Brothers» (Uorner Brazers) kinostudiyası onun ilk iki romanın ekran həllini hazırlamaq hüququnu alır.
Növbəti on il ərzində, Coan Roulinqin romanları 80-dən çox dilə tərcümə olunur və bu müddət ərzində 350.000.000 kitab satılır.
Roulinq özü isə üç dəfə «Nestle Smarties Gold Award» və «British Book Awards» mükafatlarına, iki dəfə «Children’s Book Award The Booksellers Association» mükafatın layiq görülür, bundan əlavə uşaq ədəbiyyat nominasiyası üzrə İspaniyanın Austriya şahzadəsi mükafatı ilə təltif olunur, bundan başqa isə daha iki dəfə «Scottish Arts Council Children’s Book Award» mükafatı laureatı adını qazanır.
2000-ci ildə isə, bu xanım Britaniya İmperiyası ordeninə kavaler seçilir.
Bunun nəticəsində 2008-ci ildə Forbes jurnalı onu dünyanın ən varlı yazıçı qadını elan edir, onun var dövləti 1 milyard dollar həcmində qiymətləndirilir.
Belə görünə bilər ki, nəticə çox aydındır: çalış, yarat, özünə inan və sən uğura nail olacaqsan. Amma, əgər onda yazıçı sənətində müvəffəqiyyətə nail olmaq sirri gizlənməsəydi, çətin ki, biz bu məqaləni öz saytımızda dərc edərdik, Yazıçı özü isə bunu belə izah edir:
Uzun müddət ərzində mən özüm də başa düşə bilmirdim ki, nəyə görə ustad və öz sözünü deməyi bacarmış yazıçılardan fərqli olaraq, məhz mən belə inanılmaz bir uğura nail ola bildim. Bəxtmi? Taleyin sınaqlarımı? Bəlkə, digər həyatlarımda qazanaraq ödəməli olacağım avans? Amma daha sonra mənə hər şey agah oldu, mən indi səbəbi o qədər səlis və aydın dərk edirəm ki, bunu sizinlə də paylaşa bilərəm. Bir sıra digər müəlliflərdən fərqli olaraq mən heç vaxt kitabın nə qədər uğurlu olacağını hesablamırdım (xüsusən də kommersiya baxımından). Bundan əlavə mən heç vaxt iş masası arxasına oturarkən, gələcək kitabımın planını tərtib etməyə çalışmır, nə də hər bir səhnənin, hər bir təklifin, hər süjet dəyişikliyinin arxasında dayanan qəhrəmanların psixoloji vəziyyətini açıqlamaq, onların daha düzgün reaksiya verməsi üçün qızıl reseptlər axtarışına çıxmır, nə də psixologiya kitabları və dərsliklərini araşdırmırdım. Bundan əlavə işləyərkən mən heç vaxt başımla düşünmürdüm. Yəni mən hamının düşünməyə vərdiş etdiyi mənada düşünümürdüm: indi bu olacaq, bundan sonra baş qəhrəmanlar bunu edəcək, onlar bura gedəcək, orda isə onların başına bu hadisə gələcək.
Mən hətta bir çoxları kimi yazılarımı mətnlərinin “məzmunsuzluq və ya “ həddindən artıq dolğunluq” prinsiplər ilə mühakimə etmir, bütün bu müddət ərzində yalnız ürəyinin səsinə qulaq asan bur qızcığaz olmaqda davam edirdim. Ona görə də əgər iş vaxtı mənim ürəyim gülürdüsə, mən bilirdim ki, sonra mənim kitabımı oxuyarkən mənim oxucumun da üzü güləcək, əgər mənim ürəyim ağlayırsa, demək onlar da qəhərlənəcək.
Bilirsiniz, mənim uğurumun və Harry Potterin yer üzündə bu qədər uşaqların və böyüklərin sevimlisinə çevrilməyinin başlıca təminatı məhz bu oldu. Ona görə də mən sizin saytın oxucularına məhz bunu arzulayıram: ürəklə yazın və o, heç vaxt sizi aldatmayacaq. Yalnız onda siz, yazıçılıq kimi belə çətin bir sənətdə uğur əldə edə bilərsiniz.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda istirahət günü hava necə olacaq?
Ümumi müşahidələrdən “xüsusi nəticəyə” məktub
Dünyanın ən bahalı almaz ayaqqabısı
Bir peyvəndlə bütün qrip növlərindən qorunmaq mümkün olacaq
Ceyhun Bayramovla ABŞ-dakı həmyerlimiz arasında maraqlı dialoq - VİDEO
Dünyanın ən cazibədar, gözəl çempionu
Əfsanəvi 7 Oskar aparıcısı
Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ
Aleyna Tilki paylaşımı ilə Gündəmdədir
Daha baxımlı və dolğun kirpiklərə sahib olmaq üçün...
2019-cu ilin xüsusi dekorasiya nümunələri
Sultan şirniyyat (foto resept)
Göyəm salatı (foto resept)
Azərbaycanda internet: niyə ehtiyat variant yoxdur?
Bayram "sürprizi": ətin qiyməti qalxdı
Doqquzuncu siniflər üzrə buraxılış imtahanları yeni modellə keçiriləcək - RƏSMİ
Uorlik cəbhədən yazdı
Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verildi
Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ: Müsahibələr başladı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb
Azərbaycanlı milyarder Xəzərə 350 milyard ayırır
İşğaldan azad edilən rayonlarımızla bağlı daha bir vacib ADDIM
İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər - VİDEO
"Kainat Gözəli"nin əməliyyatdan əvvəlki FOTOsu
Məşhur cütlük evlənir - FOTO
Günün ulduz falı
Bananlı bonjur (foto resept)
Ağız qoxusu yaradan yeməklər
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Bazarlardakı son vəziyyət: Qışa hazırlıq necə gedir? - VİDEO
AMEA və UNESCO-dan ermənilərə qarşı birgə layihə
Bu dəfə də sirli sütun Britaniyada peyda oldu - FOTO
Bergüzar Korel ağladı-SƏBƏB
Ağdam barədə sərəncam verildi
Mükəmməl qadının 5 xüsusiyyəti
Tək qaşlı üzük modelləri
Saç tipinə görə maskalar
Yaşlı görünməyinizə səbəb olacaq stil səhvləri
Sabahdan Bakıda ictimai nəqliyyat işləməyəcək
Füzuli şəhərinin mərkəzi küçələri- VİDEO
Beynindən qurd çıxarıldı-FOTO
Ruh sağlamlığınızı qoruya bilmək üçün nə etməlisiniz?
Bakıda uşaqlar arasında yoluxucu virus yayılıb
Millət vəkili: “Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilər”
Yıldız Tilbenin hər kəsdən gizlətdiyi SİRRİ məlum oldu
Sinidə qızartma (foto resept)
Moskva növbəti dəfə İrəvana kömək etməkdən imtina etdi - RF XİN-in rəsmi cavabı
Əhali GMO məhsullar barədə məlumatlandırılacaq
Bu gün Ramazanın 12-ci günüdür















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]