Yeni il ərəfəsində ətin qiymətində artım müşahidə olunur.
Bakının müxtəlif ərazilərində yerləşən ət kəsimi yerlərində və dükanlarda ət fərqli qiymətlərlə satılır. Məsələn, Binəqədi və Masazırda yerləşən ət kəsimi yerlərində mal ətinin 1 kiloqramı 7 manata satıldığı halda, Bakının mərkəzi hissələrində qiymətlər fərqlidir. Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı ət kəsimi dükanlarında mal ətinin 1 kiloqramı alıcılara 8 manat, bəzən isə 8 manat 50 qəpiyə satılır.Mal əti ilə yanaşı, qoyun ətinin qiymətində də artım var. Belə ki, noyabrda qoyun ətinin 1 kiloqramı ət kəsimi yerlərində alıcılara 8 manata təklif olunurdusa, hazırda bu rəqəm 9 manat, bəzi yerlərdə isə hətta 9 manat 50 qəpikdir.İki həftə əvvəl əti daha ucuz qiymətə aldıqlarını deyən alıcılar isə qiymət artımından narazıdırlar. Onların sözlərinə görə, süni şəkildə qiymətləri artırmaq satıcıların xeyrinə olmayacaq: "Artıq qohumlarla birlikdə bizə lazım olan əti gedib rayonlardan alırıq. Qiymətləri artırmaqla onlar öz müştərilərini itirirlər. Satan elə qiymət qoymalıdır ki, alıcının almağa gücü çatsın".Digər alıcı da ətin qiymətlərinin süni şəkildə artırıldığını bildirir: "Həmişə bayram ərəfəsində belə edirlər. Bayramdan sonra isə qiymətlər aşağı salınır".Ət kəsimi məntəqələrində satıcılar ətin qiymətlərinin bahalaşmasını təsdiqləsələr də, süni şəkildə artımla bağlı ittihamları qəbul etmirlər: "Qoyunu da, malı da Bərdədən gətirirəm. Camaat elə bilir ki, özümüz saxlayıb, özümüz də kəsib satırıq. Mən Bakıda yaşayıram. Heyvan saxlamağa şəraitim yoxdur. Onlar haqlıdırlar: əgər özüm saxlasaydım, daha ucuz satardım. Heyvanları rayondan alıb gətirdiyimiz üçün ətin qiymətinin üstünə bir-iki qəpik qoymalıyıq".Başqa bir satıcı digər maraqlı bir məqama toxunur. Onun sözlərinə görə, iki həftə əvvəl qoyunu daha ucuz aldıqları üçün qiymətlər də münasib idi: "Etiraf etmək lazımdır ki, iki həftə əvvəl heyvanı daha ucuz alırdıq. İndi həmin qiymətlərlə ala bilmirik. Ona görə də məcburuq ki, əti bir az əvvəlkindən baha qiymətə sataq. Yəni bu səbəb bizdən qaynaqlanmır".Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murtuzəli Hacıyev isəTrend-ə açıqlamasında bildirib ki, hər həftə ət kəsimi yerlərində və bazarlarda bununla bağlı monitorinqlər aparılır: "Əməkdaşlarımız təkcə ət kəsimi deyil, bütün məhsullarla bağlı yerlərdə araşdırmalar aparırlar. Kənd Təsərrüfatı Nazirliyində ətin qiymətinin artması ilə bağlı fakt yoxdur. Amma qiymət artımı məsələsində sahibkarlar sərbəstdirlər".Qeyd edək ki, demək olar, bir çox bayramlar ərəfəsində Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə paytaxtda və ölkənin digər böyük şəhərlərində kənd təsərrüfatı məhsullarının satıldığı yarmarkalar təşkil olunur. Yarmarkalarda məhsulların, o cümlədən ətin qiyməti alıcılara digər satış məntəqələrindəki qiymətlərdən xeyli ucuz təklif olunur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR