Deyirlər ki, Albert Eynşteynin iştirak etdiyi məclislərdən birində bir nəfər ona yaxınlaşır və tanış olmaq istədiyini bildirir. Bu məqsədlə həmin adam dünya şöhrətli alimə öz telefon nömrəsini deyir:
- 36361144. Yadda qalan nömrədir, elə deyilmi? İki dənə 36, iki dənə 1, iki dənə 4.
- Bəli, yadda qalandır.
- Xahiş edirəm,təkrar edin.
- 6-nın kvadratı, 19-un kvadratı, 12-nin kvadratı.
Gülməli olsa da, bu lətifə böyük alimin intellektual özünəməxsusuluğundan, orjinal təfəkkür tərzindən xəbər verir.
20-ci əsrin ən böyük alimlərindən sayılan Albert Eynşteyn 1879-cu ildə Almaniyanın Ulm şəhərində yəhudi ailəsində anadan olmuşdur. İbtidai təhsilini yerli katolik məktəbində alan Albert altı yaşından skiripka çalır, təbiət elmləri ilə maraqlanırdı.
Belə geniş yayılmış fikir var ki, Eynşteyn orta məktəbdə pis oxuyurdu. Doğrudanmı dahi fizik, Nobel mükafatı laureatı Albert Eynşteyn uşaqlıqda orta məktəb proqramını da mənimsəyə bilmirmiş?
Eynşteynin 1896-cı ildə aldığı orta məktəb attestatından görünür ki,17 yaşlı Albertin cəbr, həndəsə, fizika, tarix fənləri üzrə bilikləri altı ballıq sistemlə ən yüksək qiymətə layiq görülmüşdür. Gələcək dahinin cəmi bir "3"-ü olub: fransız dilindən. Bununla belə Eynşteyn 20 il sonra dünyanın məşhur universitetlərində müxtəlif dillərdə o cümlədən fransız dilində mühazirələr oxuyurdu.
Bəs elə isə Eynşteynin zəif şagird olması haqqında əfsanə necə yaranıb?
Gənc Albert gimnaziya təhsili alarkən müəllimlərlə münasibətləri həmişə gərgin olub. Azad düşüncəli şagirdin aftoritar müəllimlərdən, hərbi qanunları xatırladan davranışlardan heç xoşu gəlmirdi. Müəllimləri də Albertə eyni "məhəbbətlə" yanaşıblar. Bir dəfə hətta müəllimlərdən biri Eynşteynin üzünə demişdi ki,"Sənin burada olmağın bütün məktəbin nüfuzuna xələl gətirir".
Eynşteyn gimnaziyadakı əzbərçilik sisteminə qarşı çıxırdı: "Ən ağır cəzanı da çəkməyə hazıram, təki məni bu cəfəngiyyatı əzbərləməyə məcbur etməsinlər" deyirdi. Amma o, sərbəst şəkildə öz üzərində çalışır, çoxlu mütaliə edir, uşaqlıqdan böyük alim və filosofların əsərlərini oxuyurdu.
Beləliklə, Eynşteyn pis oxuyan yox, mühafizəkar müəllimlərin nəzərində "pis", daim itaətsizlik göstərən şagird olub. Onun attestatında bəzi fənlər üzrə aşağı qiymətlərin olması da çox güman ki, bəzi müəllimlərin ona qarşı şəxsi münasibəti ilə bağlı olub. Belə nəticə çıxarmaq olar ki, Albertin biliyini yoxlayan bəzi müəllimlər gələcək dahinin məntiqi təfəkkürünün dərinliyini və orijinallığını duya bilməmişlər.
Eynşteyni yaxından tanıyan müasirləri onun çox xeyirxah, istiqanlı adam olduğunu yazırlar. Bu dahi haqqında lətifələrin çox olması bəlkə də onun özünün yumor hissinə malik olmasından irəli gəlirdi.
O yalnız elmə qapılıb bütün gününü yazı masası arxasında keçirən alimlərdən deyildi. Eynşteyn musiqini, ədəbiyyatı, bədii filmləri çox sevir, skripkada gözəl çalır, bağçılıq, filateliya ilə məşğul olurdu.
Elmi dairələrdə böyük nüfuza malik olmasına baxmayaraq Eynşteyn təkəbbürdən uzaq adam idi. Həmişə deyirdi ki, o da səhv edə bilər və əgər doğrudan da, səhv edirsə, bunu hamının qarşısında etiraf edirdi.
Ədalətsizlik həmişə Eynşteyndə hiddət doğururdu. Təbiət etibarilə humanist, pasifist olan Eynşteynin ən çox nifrət etdiyi söz "zorakılıq" idi. Ona görə də Almaniyada faşist partiyası hakimiyyətə gələndə böyük alim doğma ölkəsini tərk etməli oldu.
Eynşteyn həm də çox xeyirxah insan olmuşdur. Onun şəxsi həkimi yazırdı ki, alim rəssamlara onun şəklini çəkməyə imkan vermirdi. Çünki onların qarşısında saatlarla oturmağa vaxt sərf etmək istəmirdi. Lakin bir dəfə gənc bir rəssam ona bu haqda müraciət edib utana-utana demişdi:
- Mənim maddi sıxıntılarım var. Sizin portretiniz hesabına ehtiyacdan qurtula, maddi vəziyyətimi düzəldə bilərəm.
Onda Eynşteyn heç kimin tanımadığı bu rəssamı otağına dəvət etmiş və ona bir neçə saat vaxt ayırmışdı.
Ömrünün sonuna yaxın Eynşteyn öz dəyərlər sistemini belə ifadə etmişdi: "Mənim yolumu işıqlandıran, mənə cəsarət və iradə verən ideallar xeyirxahlıq, gözəllik və həqiqət olmuşdur".
XƏBƏR LENTİ
"Quş qripi" qayıdır
Kəs və yapışdır-9
Məşhur aktrisadan gözlənilməz FOTOlar
300-1500 manat maaşı olan iş yerləri açılacaq
Məşhur müğənni İrandan qovuldu-SƏBƏB
Həzm sisteminin işləməyinə kömək edən ərzaqlar
Yeni heyvan növü yaradıldı-FOTO
Məşhur professor saç tökülməsinin səbəblərini açıqladı
Şokoladlı dondurma banan (foto resept)
Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında
Kosmosa 1 milyard dollar göndərildi
Hava haqqında
Diqqət! Facebook profilləri nəzarətə götürüldü
Doğuşdan əvvəl makiyaj edən analar
1, 5 və 50 manatlıq pul nişanlarının dizaynı dəyişdi - FOTO
Anomal istilər nə vaxta kimi davam edəcək?
Meryem Üzerlidən estetik əməliyyat etirafı-FOTO
Məşhurlarin nadir xəstəlikləri
Beren Saat evinə qayıtdı
Ən çox radiasiya yayan smartfonlar - SİYAHI
"Südlü" tort - tavada (foto resept)
Bakı Tikiş Evindən sosial şəbəkələrdə yayılmış xəbərlərə RƏSMİ MÜNASİBƏT
Qış şorbası (foto-resept)
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Dünyanın ən etibarlı evi - FOTOLAR
190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Azərbaycan tarixindən yüz şəxsiyyət-6
Bu şəhərlər Yer üzündən silinəcək
Aleyna Tilki haqqında Cinayət İşi açıldı
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
Hazırlaşın: WhatsApp inqilab edəcək - FOTO
Arxeopteriks
Müəllimlərin maaşı 40 faizə qədər artacaq
Məktəblərə şagird qəbulunda əsas PRİORİTETLƏR
Yatmağa kömək edən qidalar
Yararsız əşyaları dəyərləndirək
Bu günün hava proqnozu
Hamiləlik dövrləri (20-31 həftələr)
Bu ilin trend rəngi: Canlı Mərcan
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Asan tort (foto resept)
Şabalıd təmizlənməsi qaydaları
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Sarışın qızlar haqda miflər və həqiqətlər
İnternetin yeni qaydası təsdiqləndi
Obama: İŞİD qruplaşması məhv ediləcək
Bu itlər xərçəng xəstələrini müəyyən edir
İki bacıya bəysiz toy etdilər - FOTO
Suşi (foto resept)
- ŞƏRHLƏR