Uzun illər dünyanın müxtəlif ölkələrində qadınlar mitinqlərdəki çıxışlarla, paradlardakı nümayişlərlə, saysız-hesabsız petisiyalarla hüquqları, azadlıqları uğrunda mübarizə aparıblar. Bu kompaniyaların liderləri isə heç də hər zaman bir-biri ilə razılığıa gəlmirdilər. Bundan əlavə, bəzən onların narazılıqları o həddə çatırdı ki, qadın hərəkatının gələcəyi, səs hüququnun qazanılması faktı sual altında qalırdı. Lakin hər bir lider ümumi məqsəd uğrunda - qadınlara bütün vətəndaş azadlıqlarının və siyasi hüquqların verilməsi üçün çalışırdı.
Syuzan B. Entoni (1820-1906). Tarixin ən məşhur qadınlarından biri olan Syuzan B. Entoni 15 fevral 1820-ci ildə Massaçusetsin şimal-qərbində kvakerlər (protestant xristian hərəkatı) ailəsində anadan olub. Etonini uşaqlıqdan sərbəst və müstəqil böyüdən ailəsi, ona fikirlərini açıq şəkildə ifadə etməsini öyrətmişdi. Digər kvakerlər kimi, onun da valideynləri qadın və kişi bərabərliyinin tərəfdarı idilər. Onların fikrincə, həm qadınlar, həm də kişilər dünyada ədalətsizliyin və qəddarlığın aradan qardırılması üçün bir yerdə bərabər şərtlər altında işləməli, oxumalı və yaşamalıdırlar.
Qadınların seçki hüququnu müdafiə edən kompaniyaya qoşulmazdan əvvəl, Entoni qızlar məktəbində müəllimə kimi işlədiyi Roçesterdə (Nyu York ştatı) cəmiyyətin alkoqolizasiyasına qarşı etiraz aksiyalarında iştirak edib. Kvaker olduğundan düşünürdü ki, spirtli içkilərdən istifadə etmək böyük günahdır. Bundan əlavə, o, əmin idi ki, kişilərin alkoqola qurşanması qadınlar və uşaqlar üçün daha pis nəticələrə səbəb olur və onların ailədaxili şiddət, zorakılıq və yoxsulluqdan əziyyət çəkməsinə gətirib çıxarır. Lakin tezliklə Entoni başa düşdü ki, siyasi liderlər onun antialkoqol kompaniyalarını ciddiyə almırlar, ən əsas da ona görə ki, o, qadındır və öz cinsinin hüquqları naminə mübarizə aparır. Entoni belə nəticəyə gəlir ki, hakim dairələrdə öz maraqlarını qorumaq üçün qadınlar mütləq səs hüququna sahib olmalıdırlar.
Bu fikrə qarşı çıxanlar bilirdilər ki, köhnə qulların da vətəndaşlıq hüquqlarının tezliklə genişləndirilməsini dəstəkləmək vacibdir. Bununla bərabər, həm də ABŞ-ın bütün vətəndaşlarının səs hüququ uğrunda mübarizə aparmalı olacaqlarını da gözə almışdılar (Bu ideyanın tərəfdarları “Qadınların səs hüququ uğrunda mübarizəsi üçün Amerika assosiasiyası” adlı qrup yaratmışdılar).
Nəticədə, 1890-ci ildə hər iki qrup birləşərək qadın hüquqları uğrunda mübarizə aparan təşkilat - “Qadınların səsvermə hüququ uğrunda Amerika milli mübarizə assosiasiyası” (NAWSA - National American Woman Suffrage Association) yaratdı. Elizabet Keydi Stenton bu assosiasiyanın ilk, Entoni isə ikinci təmsilçisi olub. O, ölənə qədər (13 mart 1906-cı il) qadınların səsvermə hüququ uğrunda mübarizəsini davam etdirmişdi.
Elis Pol (1885-1977). O, qadın haqlarının müdafiəsi hərəkatının ən döyüşkən qanadına liderlik edib. Pol 1885-ci ildə Nyu Cersidə varlı kvaker ailəsində doğulub. Elis yaxşı təhsil alandan sonra Soutmor kollecində biologiya üzrə dərəcə, Pensilvaniya universitetindən isə sosiologiya sahəsində fəlsəfə doktoru adını qazanıb. Bütün mümkün yollardan istifadə edərək qadınlar üçün səsvermə hüququnu əldə etmək onun həyatının əsas məqsədi olub. Londonda magistraturanı bitirən Pol, elə oradaca Emmelin Penkhörstün radikal təşkilatına - “Qadın sosial-siyasi birliyi”nə daxil olur. Burada öz məqsədinə nail olmağın və ideyasına diqqət çəkməyin müxtəlif yollarını (vətəndaş itaətsizliyi və qadına xas olmayan müxtəlif kobud taktikalar) öyrənir.
1910-cu ildə ABŞ-a qayıdan Elis Pol, öyrəndiyi döyüş ruhlu mübarizə üsullarını artıq mövcud olan “Qadınların səsvermə hüququ uğrunda Amerika milli mübarizə assosiasiyası”na gətirdi. Assosiasiyanın parlament komitəsinin nümayəndəsi olan Elis, federal səviyyədə ümumxalq səsvermə hüququ haqqında Konstitusiyada düzəliş üçün təşviqat aparmağa başladı. 1913-cü il 3 mart Pol və onun həmkarları qadınların səsvermə hüquqlarını dəstəkləyən yürüş keçirdilər ki, bu da o zaman ABŞ prezidentinin andiçmə mərasimi ilə eyni gündə baş vermişdi (heç də təsadüf deyildi).
Bu yürüş ardınca bir neçə etiraz nümayişlərinə də səbəb oldu. Lakin tezliklə, Assosiasiyanın daha mühavizəkar üzvləri bu cür ictimai aksiyalara qarşı çıxdılar və 1914-cü ildə Pol təşkilatı tərk edərək öz Konqres birliyini yaratdı (az sonra isə bu təşkilat “Milli Qadın Partiyasına” çevrildi). Hətta ABŞ-ın Birinci Dünya Müharibəsinə qatılmasından sonra da Milli Qadın Partiyası öz parlaq çıxışlarını dayandırmadı və Ağ Evin divarları yanında yeddi aylıq piket keçirdi.
Belə “qeyri-vətənpərvər” çıxışına görə Polu və partiyanın digər üzvlərini həbs etdilər. Digər aktivistlər kimi Pol da birnəfərlik kamerada tutulurdu. Qadınlara qarşı bu cür münasibətə etiraz kimi məhbuslar aclıq elan edəndə isə, üç həftə ərzində onları zorla yedizdirirdilər. Hökümətin bu fəaliyyəti lazımi effekti vermədi: həbsxanadakı qadınların başına gətirilənlər ictimaiyyətə bəlli olduğu zaman xalq içərisində böyük qəzəb dalğası yarandı. Bunun nəticəsində aktivist qadınlar azad edildilər.
1918-ci ilin yanvarıda prezident Uilson Konstitusiyada bütün qadınların səsvermə hüququnu təsdiq edən düzəliş aparılması haqqında qərar verdi. 1920-ci il, 26 avqustda Tennesi düzəlişi ratifikasiya edən 36-cı ştat oldu.
1920-ci ildə Elis Pol Konstitusiyaya “Bərabər hüquqlar haqqında düzəliş” edilməsi (burada deyilirdi ki, “qadınlar və kişilər bütün ABŞ ərazisində bərabər hüquqlara malik olmalıdırlar”) təklifini irəli sürdü. Bu düzəliş isə heç vaxt ratifikasiya olunmadı.
Ardı var...
Tərcümə: Xavər Zahir
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR