Son nəfəsinə qədər mübarizəyə davam edən anarxist və feminist qəhrəman Emma Goldman dəfələrlə sürgün edilmiş, öldürülmək istənilmiş, vətən xaini elan edilmişdi. Onun çıxış edəcəyi yerlərdə səfərbərlik elan edilirdi, bəli, bu güclü qadın iqtidarı bu dərəcədə qorxutmağı bacarırdı. Hətta onun ucbatından, ABŞ anarxistləri asanlıqla vətənlərindən çıxarmaq üçün qanun qəbul etmək məcburiyyətində də qalmışdı. Lakin Emma heç bir güc qarşında sınmır və dayanmaq bilmirdi… Emma Goldman şəxsiyyəti, ilham verən həyatı, heç kimdən çəkinmədən sorğulayıb dəyişdirdiyi anarxist davranışı və xüsusilə də, qadını bir seks obyekti olaraq görməkdən çıxarıb, həyatın düz mərkəzinə qoyan düşüncələri ilə yaddaşlarda yaşamağa davam edir. “Qadının inkişafı, müstəqilliyi, azadlığı özündən gəlməlidir. İlk olaraq özünü bir seks obyekti deyil, şəxsiyyət olaraq ortaya qoymalıdır. İkincisi isə, həyatını sadə, lakin zəngin və dərin edərək, bədəni üzərində başqalarının iddia etdiyi bütün hüquqlara qarşı çıxmalı, istəmədiyi müddətcə uşaq dünyaya gətirməməli, tanrının, dövlətin, ərinin, ailəsinin qulu olmağa qarşı çıxmalıdır. Bu da həyatın bütün mürəkkəbliyini və mahiyyətini anlamağa çalışaraq, yəni özünü cəmiyyətin fikirlərindən və mühakimələrindən azad edərək mümkün olur.”
Emma Goldman 1869-cu il, 27 iyun, Litvada yaşayan Yəhudi ailəsində dünyaya gəlmişdir. 13 yaşında ailəsi Sankt Peterburqa köçmüşdü. Halbuki, bu dövrdə Rusiya onlar üçün təhlükəli hesab edilirdi. Çünki I. Aleksandr öldürülmüşdü və yəhudilərin də bir qətliam qurbanı olmaq ehtimalları var idi. 15 yaşına çatdıqda atası yeniyetmə anarxisti evləndirmək istəsə də, təbii ki, Emma buna qarşı çıxmışdı. 17 yaşında ailəsinin qərarıyla bacısı ilə birlikdə New York’a, digər bacısı Lena’nın yanına gedir. Burda da bir tekstil fabrikində işləməyə başlayır. Özü kimi fəhlə sinfinə aid insanla evləndi. İlk evliliyini 1887-ci ildə özü kimi fabrik işçisi olan Jacob Kersner ilə etdi. Lakin onun anarxizmə olan sevgisi bu evliliyi bitirdi. New York’da bir qəzet redaktoru olan İohann Moss ilə dostlaşdı. Daha sonralar isə Moss’la yaşadığı fikir ayrılıqları ondan da uzaqlaşmasına səbəb oldu. Artıq Die Autonomie jurnalı diqqətini çəkirdi. Çünki bu jurnalda Kropotkin’in yazıları dərc edilirdi. Kropotkin’in düşüncələri Emma’ya çox böyük təsir etmiş və bu həm də qarşılıqlı olmuşdur. Sonrakı müddətdə New York’da həmin dövr anarxist hərəkatının Amerikadakı vacib figurlarından biri olan Alexander Berkman ilə tanış olur və onlar birlikdə yaşamağa başlayırlar. 1892-ci ildə də Berkman ilə Henry Clay Finch’ə qarşı uğursuz olan sui-qəsd hazırlayırlar. Sui-qəsdin hədəfindəki şəxs yaralanmaqla canını xilas edə bilir. Berkman buna görə 22 il həbs cəzası alır, 14 il həbsdə qaldıqdan sonra, 1906-cı ildə azad edilir. Bu sui-qəsdi planlamalarının səbəbi, Finch’in, fabrikində başlayan aksiyanı silahli mühafizəçilərlə yatışdırması idi. Goldman’ı dövlətin gözündə daha da düşmənləşdirən hərəkəti bu sui-qəsdi müdafiə etməsi və haqlı çıxarmağa çalışması oldu. Bu hadisədən sonra Goldmanın nitqlərinə rəsmi orqanlar daima müdaxilə etməyə başlamışdı. 1893-cü ildə işsizləri təhrik etməsi iddiası ilə tutulmuş Emma Ada Həbsxanasında bir il yatmışdı.
Onun tutulmasına səbəb olan sözü isə belə idi: “İş istəyin. Əgər iş vermirlərsə, çörək istəyin. Əgər çörək də verməsələr, çörəyinizi alın!” 1901-ci il, 8 iyul tarixində Çikaqoda McKinley suiqəsdi səbəb göstərilərək həbs edildi. McKinley’i vuran şəxs də anarxist meylli Leon Czolgosz idi. Lakin bu hadisəylə heç bir əlaqəsi olmayan insanlar da həbs edilmişdi. Bu yolla hökümət anarxistləri xalqın gözündən salmaq istəyirdi. Czolgosz edam edildi, Emma Goldman isə 24 iyulda azad olundu. Emma Goldman 11 Fevral 1916-cı ildə təkrar həbs olundu. Bu dəfə həbs olunma səbəbi doğum nəzarəti haqqında payladığı maarifləndirici yazılar idi. Həyatının axarını dəyişdirəcək həbs 1917-ci ildə baş verdi. Goldman, Aleksandr Berkman, Eleanor Fitscerald və Leonard Abbott ilə birlikdə “Məcburi Əsgərliyə Yox!” adında bir ittifaq yaratdılar və I Dünya Müharibəsinə qarşı mitinqlər keçirdilər. Buna görə 2 il həbsdə qaldılar və sonra da vətəndaşlıqdan çıxarılıb Rusiyaya sürgün edildilər. Rusiya təcrübəsi həmin vaxta qədər şiddət tərəfdarı olan Emmanın fikirlərini başqa istiqamətdə dəyişdi. Həmin yerlərdə şahidlik etdiyi şiddət və güc istifadəsi, onun zorakılığa və gücə baxış prizmasında bir sıra dəyişikliklərə yol açdı. “Məqsəd vasitə haqlı edir” şəklində yekunlaşdıra biləcəyimiz fikirlərini yenidən sorğulamasına səbəb oldu. Bu sorğulama nəticəsində gəldiyi nöqtədə isə fikrini belə ifadə etdi: “Keçmişdə hər bir böyük siyasi və ictimai dəyişikliyin şiddət tələb etdiyini bilirəm. Ancaq bir toqquşma zamanı müdafiə vasitəsi kimi zorakılığa əl atmaq bir şeydir, terrorizmi bir prinsip halına gətirmək, onu təşkilat formasına gətirmək, ona ictimai mübarizədə ən vacib yeri vermək tamamilə başqa bir şeydir. Belə bir terrorizm qarşı inqilabı bəsləyir və nəticədə özüdə getdikcə qarşı inqilab halına gəlir”. 1926-1928-ci illər ərzində həyatını Kanadanın Toronto şəhərində davam etdirdi. 1928-ci ildə Fransaya, Saint-Tropezə köçüb və 1936-cı ilə qədər burada yaşamışdır. Burada keçirdiyi müddət ərzində “Həyatımı Yaşayarkən” adlı avtobioqrafik əsərni yazmışdır. Yenə bu dövrdə Skandinaviya və Almaniyada faşizm təhlükəsi və Nasizmin yüksəlişiylə əlaqədar çıxışlar etmişdir. Yoldaşı Aleksandr Berkman xərçəng olduğunu öyrəndikdən sonra 1936-cı ildə intihar edir. Həmin il Emma İspaniya Vətəndaş müharibəsində inqilabçılara dəstək vermək üçün İspaniyaya yola düşür. Bu səfəri etdiyi vaxt Emma 67 yaşındaydı. Vuruşan İspan anarxistləri vəsaitlə təmin etmək üçün Londonda ofis açır. Mübarizə məğlubiyyətlə nəticələndikdə isə, uşaq və qadın miqrantlar üçün vəsait yığmaq məqsədiylə 1939-cu ildə yenidən Toronto’ya köçür. Emma Goldman 14 May 1939-cu ildə Toronto’da vəfat edir. O, həyatını dəyişdirən Haymarket hadisəsi zamanı həlak olanların məzarlarının yanında dəfn edilir.
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR