Dünən axşamüstü bir şeyi çox düşündüm. Son vaxtlar nədənsə ətrafımda baş verənlərə iç dünyamın sakinləri tez təpki göstərir. Dünənkilərə də həmən münasibətlərini bildirdilər. Yolboyu məni bu real dünyadan ayrımağı bacardılar. Onların istəklərinə cavab verməsəm inanın, məni Avropa İnsan Haqqları məhkəməsinə də şikayət edə bilərlər. Gülməyin, doğrudan da, edə bilərlər. Siz elə bilirsiniz onlar cahildiy? Yox, canım, onlar məndən də ağıllı, savadlı, demokratikdilər. Elə olmasaydılar, məni idarə edə bilməzdilər (buna idarə yox, yönləndirmək desək, daha doğru olar).
Dünən iç dünyamın gündəmini zəbt edən o idi ki, mühit insanlara necə təsir edir? Mən bizim gənclərdən çox şey gözləyirdim. Fikirləşirdim ki, bizim gənclərin şəxsiyyət prinsipləri sırasında ən ön sıralarda demokratiya, dürüstlük olacaq. Ən azı dünyada söz azadlığı, demokratiya deyə bir şeyin olduğundan xəbərdar olmalıdırlar.
Xəbərdar olmalarında da problemlər olur. Ən böyük insan haqqlarının pozulması onların informasiya azadlığının boğulmasıdır. Amma nə də olsa, bu gün ətrafda baş verənləri, olub keçənləri izləmək üçün onlara çox da geniş vasitələr sunulmasa da, ən azından internet var. Amma internet də bizim təfəkkürü dəyişə bilmir. Axı yazıq internetdə də günah görmək olmaz. Gənclər internetlə tanış olana qədər mühit, ailə, cəmiyyət bunların beyinlərini elə yoğurub başqa formada heykəlləşdirir, daşlaşdırırlar ki, Allah bu günə kimi bu daşlaşmanı köklü deformasiyaya uğratmaq üçün nəyisə kəşf etmək xoşbəxtliyini heç bir bəndəsinə bəxş etməyib. Heykəlləşdirmək, daşlaşdırmaq və dəyişməmək bizim ana prinsiplərimidən biridir. Bizim insanların heykələ bu qədər güclü marağı olduğunu bir il olar kəşf etmişəm. Keçən il orta məktəbdə uşaqlara sual verdim ki, kim harada heykəlinin qoyulmasını istəyir? Uşaqlardan biri dedi ki, sualı başqa cür qoyun, kim istəməz ki, şəhərin mərkəzində heykəli qoyulmasın? O zaman özüm üçün əmin oldum ki, gələcəkdə Xəzərin bir hissəsini qurudub yerində heykəllər ucaldılmış olsa, qeybdən məndə də Zirəddinin “istedadından” pay verildiyini bilərsiniz.
İndi bizim gənclər başqa cürdür. Mühit onların beynini elə daşlaşdırıb ki, onun təsirindən kənara çıxa bilmirlər. İnkarı inkar qanunu cəmiyyətimizdə itir sanki. Əgər bugünkü nəsil əvvəlkini inkar edə bilmirsə, deməli, hər hansı inkişaf yoxdur. Obrazlı desək, gəclər yaşlı nəsli inkar etmirsə, deməli, gənclik funksiyasını itiriblər. Amma bizdə heç "inkişaf" yoxdur demək olmaz. Biz mini ətək geyinib nənəmizi inkar etmiş oluruq. Lakin mini ətək geyinib metroda oturan qızımız başlayır ətəyini aşağı çəkməyə. Onun özünü oxşatdığı fransız qadın isə mini ətəklə oturanda əksinə ayağını ayağının üstünə aşırır, damağına da bir siqret qoyur. Mən bu inkaretməni nəzərdə tutmuram. Mən mini ətək geyinən qızlara qarşı deyiləm. Amma mahiyyətcə də təzahür tamamlanmalıdır. Bugünkü gənclərimizin əksəriyyətində demokratiya, fikrə hörmət, ən əsası isə dürüstlük mənim dediyim, mənim istədiyim olsun prinsipindən arxada qalıb. İndi əminəm ki, içinizdə bir sual yaranıb ki, bəs sən guya demokratiyanın ana vətəni olan Amerikada böyümüsən? Yox, kim dedi ki, mən sizdən fərqliyəm. Mən də sizin birinizəm. Amma istisnalar qaydanı pozmaz. Əminəm ki, bu yazını oxuyan hər kəs özünü istisna hesab edəcək. ![]()
Zənnimcə, bunları ən azı fərq etmək üçün gözümü açandan atamın "çestni olun" sözünün təsiri olmamış deyil.
P.S: Gəncləri qınadım, özümü gəncləri bəyənməyən boşboğaz yaşlı kimi hiss etdim.
Amma bu yazdıqlarım yalnız bü gün gördüklərimin təssüratlarıdır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ana bətnində bunu da etdilər
Beyonce sevənlərini məyus etdi-SƏBƏB
Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Sinoptiklər hava ilə bağlı nə deyirlər?
Kedlərini təmizləyib sosial şəbəkə ulduzu oldu - FOTO
Saçlarını kəsdirmə səbəbini AÇIQLADI -FOTO
Dil təmizliyi üçün təbii üsullar
Hamiləlikdə mənəvi qidalar
Qeyri-adi sürücülər
Sabahın HAVAsı
Gəncədə "Gənclər evi"nin açılışı olub
2019-cu ilin ən gözəl dekorasiya nümunələri
Emin Ağalarovdan möhtəşəm mahnı-VİDEO
Telman Adıgözəlov - O, 57-dən qorxurdu...
В«Gürcüstan və Moldovanın avro-inteqrasiyasını dəstəkləyəcəyikВ»
Bakının bir hissəsində su olmayacaq
Marsa gedən ilk asiyalı
FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib
Edis və Soner arasında 30 minlik məhkəmə işi
Paşinyan erməni əsgərlərinin döyüş meydanından qaçdığını etiraf etdi
"Rafaello"-nun sahibi öldü
Azərbaycan tarixindən yüz şəxsiyyət-83
Mənim əl işlərim
Sabah ildırım çaxacaq
Ermənistanın hərbi cinayətləri QHT-lər ayağa qaldırdı
Vergilər Nazirliyi daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyub
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 162 yeni yoluxma
Azərbaycanda kiçik təyyarələr varlılara icarəyə verilir
Balıqlarla dişlərini təmizləyən dalğıc
PA-dan helikopter cavabı
D vitaminli su hazırlanıb
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan k
Yosunlardan bioyanacaq istehsal ediləcək
Bu günün tarixi
Bankomatlarda koronavirus təhlükəsi: toxunduqda... - XƏBƏRDARLIQ
İlham Əliyev: Ermənilərə vaxt lazım olacaq
Çipsi: biz onu niyə sevirik?
Məşhur aktyor 6-cı dəfə ata olmağa hazırlaşır-FOTO
YAŞIL rəngdə QAR yağdı-ŞOK FOTO
Dəri ləkələrini aradan qaldıran üsul
Azərbaycanda avtomobil sahibləri sığortasının beynəlxalq sisteminə qoşulmaq üçün əsas tələblər müəyyənləşdirilib
3000-dən çox ana 5 uşağına necə baxır?
Fərqli soyutma (foto resept)
Bu kəndin sakinləri şəhərə getmir - FOTO
Son 10 gündə 4-cü təyyarə qəzası
Sizi sakitləşdirəcək nəfəs məşqləri
Mum təbaşirlərdən heykəllər
Nikah öncəsi icbari tibbi müayinə ilə bağlı qanun layihəsi niyə işləmir?
Dəbli geyim nümunələri
Avtobuslarda qiymətlər qalxdı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]