Karl Marks
(1818-1883)
Marks 1849-cu ildə siyasi sürgün kimi Londona getdi; ən çoxu bir neçə ay qalmağı zənn etdiyi şəhərdə 1883-cü il ölümünə qədər yaşadı. Londondakı ilk bir neçə ilini böyük bir yoxsulluq və faciə içərisində keçirdi; ailəsi çox pis şərtlər altında yaşamağa məcbur oldu və 1855-ci ilə gəldiyində altı uşağından üçü ölmüşdü. İngilis filosofu və tarixçisi İsaya Berlin Marksın o dövrdəki vərdişləri haqqında belə yazırdı:
"Həyatı hər gün Britaniya muzeyinin kitabxanasına girməkdən ibarətdir- sabah saat doqquzdan axşam muzeyin bağlanmasına, saat yeddiyə qədər orda qalırdı; buna gecələr ara vermədən çəkilən siqaretlərin müşayiəti ilə çalışma saatları da əlavə edilirdi. Siqaret çəkmək zövq almaqdan çıxıb bir sakitləşdirici vasitəsinə çevrilmişdi; bu vərdişi sağlamlığına çox pis təsir etdi, bədənində tez-tez çibanların və gözlərində yanma hissinin olduğu qaraciyər xəstəliyinə tutuldu. Xəstəliyin başlaması və böhranlı dövrləri onun işləməyini təxirə salır, onu halsız edir, əsəbiləşdirir və əsla sabit olmayan dolanış qaynaqlarını azaldırdı. Əyyub kimi düzəməllli bir gün görmədim, Tanrı qorxum yoxdur artıq,- deyə yazmışdı".
1858-ci ilə gədiyində Marks həyatının qalanını bürümüş olan nəhəng "Kapital" əsəri üzərində artıq bir neçə il çalışmışdı. Əsla nizamlı bir işi olmamışdı. "Hər cür mərhumiyyətlərə qatlanaraq məqsədimə sadiq qalmalıyam və burjua cəmiyyətinin məni bir qazanc maşınına çevirməsinə icazə verməməliyəm", deyə 1859-cu ildə yazmışdı. (Əslində daha sonra dəmiryolu katibi olaraq bir işə müraciət etmiş, ancaq yazı xəttinin oxunması çətin olması səbəbindən qəbul edilməmişdi). Bunun yerinə Marks dostu Fridrix Engelsin mütəmadi olaraq göndərdiyi pulla dolanırdı; Engels də bunları atasının toxuculuq şirkətinin kassasından təmin edirdi. Pulu idarə etməyi heç bacarmayan Marks "Heç kim bu qədər pulsuz olub pul haqqında yazmamışdır yəqin ki", deyə yazmışdı. Bu dövrlərdə çibanları o qədər pis hala gəlmişdi ki, bir boqrafiya yazıçısı "Nə otura bilir, nə gəzə bilir, nə də dik dura bilirdi", deyə qeyd etmişdi. Nəticədə Marks "Kapital" əsərinin ilk cildini tamamlamaq üçün iyirmi il boyunca hər gün iztirab çəkdi və qalan iki cildi bitirmədən öldü. Yenə də sadəcə tək bir şey üçün peşman idi. "Bilirsən, bütün sərvətimi inqilabi mübarizəyə fəda etdim", deyə 1866-cı ildə bir siyasi aktiv yoldaşına yazmışdı. "Buna peşman deyiləm. Tam əksinə. Dünyaya bir daha gəlsəm, yenə eyni şeyi edərdim. Bir tək ailə qurmazdım. Qızımı, gücüm çatdıqca, anasının həyatını cəhənnəmə çevirən qayalara çarpmaqdan qorumağa niyyətliyəm".
Corc Balançin
(1904-1983)
Görkəmli xoreoqrafiyaçı Corc Balançin öz paltarlarını yumaqdan zövq alırdı. "İşlərimin çoxunu paltar ütüləyərkən edirəm", demişdi. Corc səhər saat altıda erkəndən oyanıb çay dəmləyir, zehnini toplayaraq kitab oxuyur, yaxud da fala baxırdı. Sonra həmin günü ütülənməsi lazım olan paltarları ütüləyir və saat səkkiz radələrində gündəlik proqramına baxmaq üçün assistentinə zəng edirdi. Həftə arası adətən Lincoln Centerdəki mənzilinə beş dəqiqəlik yürüyüş məsafəsində olan State Teaterdəki studiyasına gedirdi. Saat on birdə bir dərs keçir, sonrakı zamanının böyük bir hissəsini sınaq studiyasında son balet tamaşasının xoreoqrafiyasını yaratmaqla keçirirdi. İşi yavaş irəliləyirdi; iki saatlıq sınaq səhnədə ancaq iki dəqiqəlik balet göstərilməsinə bərabər idi. Lakin Balançin əsla ilham yoxsulluğu çəkmirdi. "İlham pərim məni sınaqlar zamanı ziyarət etməlidir", deyirdi.
XƏBƏR LENTİ
Fatih Terim mətbuat konfransı keçirir - CANLI YAYIM
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Ən çox səyahət edilən yerlər
Azərbaycanda hərbi liseylərə sənəd qəbulu başladı
“Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq” - ŞƏRH
Turşu qoxusunu yox etmək üçün...
Murat Boz Survivorda
NASA kosmosa sualtı qayıq göndərmək istəyir
"Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir"
Azərbaycanın ən zəif məktəbləri buradadır
Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? -RƏSMİ
Tort bəzəyi olan şəkər xəmiri (foto resept)
Koronavirusun gec sağalmasına təsir edən amil
DİN-dən Yeni il bayramı ilə bağlı XƏBƏRDARLIQ
Dell-də yenə ixtisarlar olacaq
2018-də hər şey düzələcək
Ölümün bir addımlığında: Beyin travması
Ərdoğan Putinə: “Dedim ki, Qafqazda bu işə son qoyaq”
Sabah hava necə olacaq?
Qurban Qurbanov koronavirusa yoluxub
Məktəbli ailələrinə mütəxəssis məsləhəti
Metroda tabut aparan gənclər tənqid edildilər-VİDEO
Yaş maya maskası və faydaları
Buse Varolun xına gecəsindən FOTO
Leyla Əliyevadan yeni şeir
Azərbaycanda vərəmə yoluxma ilə coğrafi amillər arasında olan bağlılıq araşdırılacaq
Estoniya Prezidenti İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib
Cim Kerri bu dəfə tam fərqli obrazda - VİDEO
Ancelina Coli ərə gedir
Kıvanç Tatlıtuğ xanımına xəyanət edib?
Çərəzli konfetlər (foto resept)
Aydan Şener hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Boyat çörəkdə pizza (foto-resept)
Daşların şəfalı gücü
Gavalılı piroq (foto resept)
Ayrılıq xəbəri yalan çıxdı
Uşağın xasiyyəti yataqdan başlayır
Kəskin soyuqlara cəld reaksiya
Onda nəyi bəyənmirsiniz?
Bu ölkədə qadın çimərlik geyimləri qadağan edildi
Zövqümüzü oxşayan üzüklər
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Sabah şaxta olacaq
"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb
Fəlakət robotu ən güclü oldu
Naxçıvandan Batumiyə marşrut fəaliyyətə başlayacaq
İnsanlığın necə məhv olacağı bilindi
Alman futbolçular Braziliyada soyuqladılar
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Madonna karantin günlərindən danışdı
- ŞƏRHLƏR