İndiki anda özünüzlə bağlı fikriniz və hissləriniz nədirsə, varlığınızın hər parçası həmin fikri ifadə edir. Canlılığınız, bədəniniz, maddi vəziyyətiniz, dostlarınız, sosial statusunuz özünüzlə bağlı fikirləri mükəmməl şəkildə əks etdirir.
Mənimsədiyimiz mənfi fikirlərlə özümüzü incidirik. Əsəb, qorxu, qısqanclıq və kin hiss etməklə özünüzü neçə dəfə yaralamısınız? Bunlar şüuraltına daxil olan zəhərlərdir. Siz bu cür mənfiliklərlə dünyaya gəlməmisiniz. Təhtəlşüurunuza həyat dolu düşüncələr göndərin və orda yerləşmiş bütün mənfi qəlibləri silin. Siz buna davam etdikcə, keçmiş silinəcək və artıq xatırlanmayacaqdır.
Dünyanın bütün dinlərində fərqli inanc növləri vardır və bu inanclar bir çox yolla izah oluna bilir. Həyatın qanunu inancdır. Özünüz həyat və kainat haqqında nəyə inanırsınız? Nəyə inanırsınız, başınıza o gəlir.
Ancaq tək bir yaxşılaşma müddəti vardır ki, o da inancdır. Nəyə inanırsınızsa, onu yaşayacaqsınız.
Zehniniz bədxah deyildir. Təbiətin heç bir gücü bədxah deyildir. Əhəmiyyətli olan təbiətin güclərini necə istifadə etməyinizdir. Zehninizi hər yerdə insanları qorumaq, yaxşılaşdırmaq və onlara ilham vermək üçün istifadə edin. Düşüncələrinizi dəyişdirərək və dəyişməyə davam etməsini təmin edərək dünyanızı yaxşıya doğru dəyişdirin. Şüuraltı bu fikri qəbul etdiyində, bunu yerinə yetirmək üçün hərəkətə keçər.
Çılpaq gözlə sadəcə xarici dünyada artıq var olanı görə bilərisiniz. Zehninizdəki hər hansı bir rəsm isə zənn etdiklərinizin və görmədiklərinizin ifadəsidir. Xəyalınızda qurduğunuz şey bədəninizin hər hansı hissəsi qədər gerçəkdir. Fikir və düşüncə gerçəkdir və zehindəki obraza sadiq qalmağınız halında bir gün real dünyada da özünü göstərəcəkdir. Düşünmə müddəti zehninizdə təsirlər yaradır. Bu təsirlər bir müddət sonra həyatınızda gerçəklər və təcrübələr olaraq ortaya çıxar. Memarlar istədikləri növdə binaları gözlərində canlandırırlar və binanı başa çatdırdıqlarında olmasını istədikləri kimi görürlər. Təsvir və düşüncə müddəti binanı ortaya çıxaran plastik bir qəlibə çevrilir. Bina istər gözəl olsun, istər çirkin, istər göydələn olsun, istər birmərtəbəli bir daxma, gözündə canlandırma ilə başlayar. Memarın zehni təsviri kağıza şəkil olaraq əks olunar.
"Dəfinələr adası" romanının müəllifi Robert Stevenson yatmazdan əvvəl təhtəlşüuruna onun üçün yeni hekayələr yaratmasını tapşırırdı. Nə zaman bank hesabındakı pulu azalmağa başlasa, şüuraltından özünə gözəl, yaxşı satıla biləcək, həyəcanlı bir hekayə verməsini istəyirdi. Stevenson dərin zehninin zəkasının ona hekayələri hissə-hissə, sanki bir serial kimi təqdim etdiyini söyləyirdi.
Mark Tven də tez-tez bütün dünyaya heç çalışmadığını bildirirdi. Yumor qabiliyyəti və yazdığı gözəl əsərlər şüuraltının tükənmək bilməyən qaynağını istifadə qabiliyyətinin nəticəsi idi.
Bənzər xəbərlər...

Günün müəllifi

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR