Dərslərimə qatılan Ruth A. adlı bir qadından məktub almışdım. Bunları yazmışdı:
"75 yaşında ailəsi dağılmış bir dulam. Kiçik bir təqaüd və sosial sığortamla tək başıma yaşayırdım. Həyatım çox çıxılmaz və ümidsiz görünürdü. Sonra sizin təhtəlşüurun gücləri haqqındakı danışığınızı xatırladım. Fikirlərin təkrar, inanc və ümid yolu ilə şüuraltına göndərilməsini söyləmişdiniz. Bunun doğru olmasına inanmaq üçün yoxlamağı qərara aldım. İtirəcək bir şeyim qalmamışdı.
Olduqca güclü hisslərlə, sıx-sıx təkrarlamağa başladım.- Arzulanıram. Sevilirəm.Kübar, sevgi dolu, mənəviyyata əhəmiyyət verən bir insanla xoşbəxt evliliyim var. Güvənc doluyam və həyatımdan razıyam.- İki həftə boyunca gündə bir çox dəfə bunları deməyə davam etdim. Bir gün yaxınlıqdakı aptekdə təqaüdçü bir kişi ilə tanış oldum. Onun çox kübar, anlayışlı və dindar adam olduğunu düşündüm. Diləyim mükəmməl bir şəkildə qarşılıq tapmışdı. Bir həftə içərisində mənə evlənmə təklif etdi. İndi bir aydır Avropada bal ayındayıq. Təhtəlşüurun gücünə artıq inanıram".
Unutmayın; təhtəlşüurunuz düşüncələrinizin yaxşı və pis, doğru və yanlış olduğunu təsdiq etməyə çalışmaz. Düşüncələrinizin və təlqinlərinizin təbiətinə görə reaksiya verir. Məsələn, şüurlu olaraq bir şeyin doğru olduğuna inanırsınızsa, bu yanlış olsa da, şüuraltınız bunu doğru qəbul edər və siz şüurlu olaraq doğru olduğunu qəbul etdiyiniz üçün ona uyğun nəticələr ortaya çıxacaq.
Təhtəlşüurla diqqətli davranmaq lazımdır, çünki nə söyləsəniz, sözünüzü dinləyər. İllərcə Sakston Hallda özümün yaratdığım London Truth Forumda seminarlar verdim. Buranın müdürü dr. Evelyn Fleet mənə kiçik qızı həm insanı şikəst buraxa bilən revmatoid artrit, həm də görmə qabiliyyətini pozan və acı verən bir sədəf xəstəliyinə tutulmuş adamdan bəhs etdi. Bir çox mülaicə yoxlanılmış, amma həkimlərin etdiyi heç bir şey işə yaramamışdır. Ata ümidsizliyin içində idi. Özünə və dostlarına dayanmadan eyni şeyi söyləyirdi:- Qızımın yaxşılaşdığını görmək üçün sağ qolumu verərəm.
Dr. Fleetin dediyinə görə bir gün bu ailə maşınla gəzməyə çıxmışdı. Yolda qəza baş vermişdi. Atanın sağ qolu düz çiynindən qopmuşdu. Xəstəxanadan evə qayıtdığında isə qızının artritinin və sədəf xəstəliyinin sağaldığını görmüşdü.
Şüuraltınıza yalnız sizi hər acıdan yaxşılaşdıracaq, qoruyacaq, yüksəldəcək və sizə ilham verəcək təlqinlər göndərməyə diqqət etməlisiniz. Unutmayın, şüualtınız zarafatlardan anlamaz, sadəcə sözünüzü dinləyər.
Anadan olduğumuz gündən etibarən mənfi təlqin bombardmanına tutuluruq. Nə cür qarşı çıxa bilmədiyimiz üçün şüursuzca bunları qəbul edir və təcrübələrimiz halına çeviririk.
Mənfi təlqinlərə bəzi nümunələr:
Bacara bilməzsən.
Əsla uğur qazana bilməzsan.
Etməməlisən.
Uğursuz alınacaq.
Heç şansın yoxdur.
Çox səhv edirsən.
Faydası yoxdur.
Nə bildiyin deyil, kimi tanıdığın vacibdir.
Dünya get-gedə pozulur.
Kimsə kimsənin vecinə deyil.
Bu qədər çox işləməyin mənası yoxdur.
Artıq çox qocasan.
Hər şey get-gedə pisləşir.
Həyat bitmək bilməyən acılardan ibarətdir.
Eşq köhnə bir yalandır.
Qazana bilməyəcksən.
Diqqət et, çox pis bir xəstəliyə tutularsan.
Kimsəyə etibar etmək olmaz.
Bu cür heterotəlqinləri qəbul etməklə onların gerçəyə çevrilməsində iştirak edirik. Uşaqlığınızda sizin üçün doğma olan insanların təlqinləri qarşısında çarəsiz idiniz. Daha yaxşısını necə edəcəyinizi bilmirdiniz. Zehin-şüur və şüuraltı-sizin üçün marağında belə olmadığınız bir sirr olub. Ancaq artıq bir yetişkin olaraq seçimləri edə bilirsiniz. Keçmişdəki təlqinlərdən qurtulub yeninlənmə terapiyasına başlamağın zamanı çatmışdır.
Cozef Mörfi "Təhtəlşüurun gücü"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fatih Terim mətbuat konfransı keçirir - CANLI YAYIM
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Ən çox səyahət edilən yerlər
Azərbaycanda hərbi liseylərə sənəd qəbulu başladı
“Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq” - ŞƏRH
Turşu qoxusunu yox etmək üçün...
Murat Boz Survivorda
NASA kosmosa sualtı qayıq göndərmək istəyir
"Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir"
Azərbaycanın ən zəif məktəbləri buradadır
Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? -RƏSMİ
Tort bəzəyi olan şəkər xəmiri (foto resept)
Koronavirusun gec sağalmasına təsir edən amil
DİN-dən Yeni il bayramı ilə bağlı XƏBƏRDARLIQ
Dell-də yenə ixtisarlar olacaq
2018-də hər şey düzələcək
Ölümün bir addımlığında: Beyin travması
Ərdoğan Putinə: “Dedim ki, Qafqazda bu işə son qoyaq”
Sabah hava necə olacaq?
Qurban Qurbanov koronavirusa yoluxub
Məktəbli ailələrinə mütəxəssis məsləhəti
Metroda tabut aparan gənclər tənqid edildilər-VİDEO
Yaş maya maskası və faydaları
Buse Varolun xına gecəsindən FOTO
Leyla Əliyevadan yeni şeir
Azərbaycanda vərəmə yoluxma ilə coğrafi amillər arasında olan bağlılıq araşdırılacaq
Estoniya Prezidenti İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib
Cim Kerri bu dəfə tam fərqli obrazda - VİDEO
Ancelina Coli ərə gedir
Kıvanç Tatlıtuğ xanımına xəyanət edib?
Çərəzli konfetlər (foto resept)
Aydan Şener hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Boyat çörəkdə pizza (foto-resept)
Daşların şəfalı gücü
Gavalılı piroq (foto resept)
Ayrılıq xəbəri yalan çıxdı
Uşağın xasiyyəti yataqdan başlayır
Kəskin soyuqlara cəld reaksiya
Onda nəyi bəyənmirsiniz?
Bu ölkədə qadın çimərlik geyimləri qadağan edildi
Zövqümüzü oxşayan üzüklər
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Sabah şaxta olacaq
"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb
Fəlakət robotu ən güclü oldu
Naxçıvandan Batumiyə marşrut fəaliyyətə başlayacaq
İnsanlığın necə məhv olacağı bilindi
Alman futbolçular Braziliyada soyuqladılar
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Madonna karantin günlərindən danışdı
- ŞƏRHLƏR