
Doğulduğumuz gündən bəri istəyərik... Körpə ikən acıdığımız zaman ağlayaraq... Azacıq böyüdüyümüzdə kiçik barmaqlarımızla işarə edərək, ilk sözlərimizi söyləməyə başlar-başlamaz "nəm-nəm" deyərək istəyərik... İlk uşaqlıq illərində duyğularımızı sözlərlə ifadə etmək çətin olduğundan nə istədiyimizi digərlərinin anlaması bir az çətin olar... Kədərlənəndə də, bir yerimiz ağrıyanda da ağlayarıq… Bədbəxt ikən küsərik, ya da qardaşımızı çimdikləyərik... Hamısı istədiklərimizi izah etmək üçündür... İstədiklərimizi əldə etmək üçün... İllər sürətlə axıb keçərkən, duyğularının və düşüncələrinin fərqinə varan, "ancaq əlinin çata bildiyini əldə etməyə müqtədir ikən gözünün gördüyü və ağlının çatdığı hər şeyi istəyə bilən" varlıqlara çevrilərik. Problemlər də bu anda başlayar… Həqiqətən ehtiyacı olandan daha çoxunu istəməyə meylli olmaq üçün daha çoxunu necə əldə edə biləcəyimizi tapmaq üçün yollar axtararıq… İstəmək və əldə etmək artıq həyatın kilid nöqtəsidir… İmtahanlardan yüksək ballar almaq, sonra yaxşı bir iş, sonra yaxşı bir yoldaş, sonra sağlam və ağıllı uşaqlar, sonra ailə-iş-ictimai həyatı birlikdə asanlıqla apara biləcək möhkəm bir ruh və bədən sağlamlığı istəyərik... Siyahı uzanıb gedər... Ancaq nə isə istədiyimiz kimi getməyədə və bu vəziyyət fərqli, ya da bənzər sahələrdə təkrarlananda dayanıb düşünürük: "Niyə? İmtahana girdiyimiz üçüncü il çatanda, amma balımız yerindən tərpənməyəndə... Otuz beş yaşına yaxınlaşıb, amma hələ axtardığımız yoldaş ilə qarşılaşmayanda, ya da yoldaşımız xəyallarımızdakı ağ atlı şahzadə ilə oxşar olmayanda… Evlilik həyatında "ünsiyyət qopuqluğu" səbəbiylə yığılan problemlər həll olunmayanda... Övladlarımız kitablarda oxuduğumuz texnikaları tətbiq etdiyimiz halda ona niyə istədiyi kompüter oyununu açmadığımızı izah etdiyimizdə Caillou kimi yetkin bir cavab verməyəndə… Soruşarıq: "Niyə? Niyə istədiklərim olmur? Niyə həll etmək istədikcə kompleksləşir həyat? Niyə daha çox sınadıqca daha çətin olur hər şey?"
Hər beyin, hər ruh, hər ürək və hər əhvalat "Niyə?" sualına oxşar suallara fərqli cavablar verər... Bir problemlə qarşı-qarşıya gələndə, əvvəl ayrı cinslərin istədiyini əldə etmə müddətini necə fərqliləşdirdiyini görmək üçün qadın və kişi beyninin problemi həll etmə reaksiyalarına baxaq. Araşdırmaçılara görə, qadınlar stresslə, yəni problemlə qarşı-qarşıya qalanda "duyğu mərkəzli həll etmə mexanizmlərinə" sarılırlar. Necə yəni?... Qadınlar "Niyə?" sualına problemin qaynaqlandığı duyğuya fokuslanaraq cavab axtararlar, "Niyə bunu mənə etdi? , "Bunu mənə necə edə bildi?" deyə soruşaraq problemin içinə sanki basdırılıb qalırlar. Təbii ki, bunun ən əhəmiyyətli səbəblərindən biri hadisələri duyğularıyla birlikdə yazan yaddaş mərkəzinin kişilərdən 11 % daha çox hüceyrəyə sahib olmasıdır. Bu səbəbdən duyğu yüklü hadisə qadın beyninə hər bir detalıyla daşa həkk olurmuş kimi həkk olunar…
Bax, bu mənfi duyğular müəyyən müddət içində qadınları əldən elə salar ki, artıq ən əhəmiyyətli məqsəd duyğunu uzaqlaşdırmaq olar Necə yəni? Məsələn, alver edərək (tanış gəldimi görəsən?). Kişilər isə "Niyə olmadı?" sualına "Necə ola bilər?"i də əlavə edərlər və işin içindən həll mərkəzli dünyagörüşüylə tez zamanda çıxmağa çalışarlar. Qadınlar kimi duyğuların içinə çox da basdırılmazlar. Onsuz da kişi beynində duyğuları oxuma mərkəzi qadın beynindəki qədər incə nizamlı olmadığından, onlar duyğuları içinə basdırılacaq qədər həssas bir şəkildə qəbul etmirlər. Qəbul etsə də yaddaş mərkəzi bunları qadınınkı qədər detallı qeyd etmir. Bu səbəbdən insan problemlə qarşılaşanda dayanıb düşünür. "Arvadım ad gününü unutduğum üçün küsdü, nə etsəm barışar?" Cavab tapılır, axşam normal vaxtlarda verəcəyindən daha bahalı bir hədiyyəni gözəl axşam yeməyində kiçik bir üzrxahlıqla xanımına təqdim edir. Ya da "Hər dəfə küsəndə əzizləsək, problemləri həll edə bilmərik" düsturuna uyaraq, heç bir şey yoxmuş kimi həyatına davam edir... Qadın da ertəsi səhər kredit kartıyla gözəl bir alver səfası edərək duyğu mərkəzli mexanizmiylə həllini yerinə yetirir. Bu nümunələri verərək izah etməyə çalışdığım budur ki, fərqliliklərimizlə eyni həyatı Yer üzünde altı-yeddi milyard insan olaraq paylaşırıq. Kimlərsə zorakılığa müraciət edərək, kimlərsə xoş məramla, kimlərsə özünü görməməzliyə vuraraq problemləri həll edir, bir tərəfdən də "özünü reallaşdırmağa" çalışır. Anlam axtarışında olan insanın özünə biçdiyi son nöqtə: özünü gerçəkləşdirmək.
İstədiyini əldə etmənin yollarına dair son illərdə enerji psixologiyası, kvant psixologiyası kimi başlıqlar altında çox şey yazılır. Kimlərsə üçün özünü reallaşdırmaq pul, kimlər üçünsə karyera, bəziləri üçün rahatlıq deməkdir. Buna çatmanın yolu isə kvantçılara görə, "istəmək"dir. Bəli, istəmək - əldə etmənin ilk pilləsdir, ancaq son zamanlarda bu sahədə "istə, nə istəsən istə… Kainat sənə istədiyin hər şeyi verər" şüarıyla yeni bütlər yaradılır ki, məqsədim buna alət olmaq deyil... Ancaq Allahdan istəyərik, "ancaq Ondan kömək diləyərik". Bilirik ki, Allah səbəblər dairəsində xəlq edər… Bizdən istənən "istəməmiz"dir. Qullarım məni sənə soruşacaq olsa, de kı, şübhəsiz ki, mən (onlara) yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cavab verərəm. Bəqərə Surəsi, 186) Allaha inanan üçün, istəmək duadır… Niyyətlə, sözlə, əməllə istəmək… Dua isə qulluğun özüdür… "Rəbbim sizə nə qiymət verər duanız olmasa? (Furqan Surəsi, 77 ) Dua yəni istəmək tək Allahdan istəmək bu qədər əhəmiyyətlidirsə istəmənin sirrinə, bir şeyi istədiyimizdə enerji səviyyəsində olub bitənlərə və necə istəyəcəyimizə dair bilmək də bir o qədər önəmlidir. Bu mövzudakı ən gözəl şərhlərdən biri cazibə qanunu olaraq ifadə edilir. Cazibə qanununun arxasında isə Eynşteynin bu məşhur sözləri var: kainat enerjidən ibarətdir. Eynşteynə görə, kainat enerjidir, maddə isə enerjinin sıxlaşmış formasıdır. Hər maddənin fərqli tezliklərdə titrəşən enerjisi fərqli formaların ortaya çıxmasına səbəb olmuşdur. Enerji mövzusunda yazılan hər şeyin təməlində bu anlayış vardır. Çəkiliş qanunu da onlardan yalnız biridir. Cazibə qanunu, ən ümumi mənada "bənzərlərin bir-birini çəkməsi" olaraq açıqlana bilər. Maqnit təsiri, amma maqnit kimi deyil... Xoşbəxtsinizsə xoşbəxtliyi, narahatsınızsa qorxunu çəkirsiniz. İnsan xoşbəxt olanda içinidəki basqın duyğu xoşbəxtlik olanda, müsbət bir gözləmə vəziyyətində olur. Həyat və özünüzlə əlaqədar bu müsbət gözləmə müsbət düşüncəni və duyğunu inkişaf etdirir, nəticədə isə özünüzə xoşbəxtliyi davam etdirəcək vəziyyətləri və həyatları çəkirsiniz. Ya da tam əksinə, qorxursunuzsa qorxduğunuz başınıza gəlir. Eyni mexanizmlə mənfi gözləmə, mənfi düşüncə və duyğu və mənfi hadisələr...Qorxaraq qorxunu davam etdirəcək hadisələri çəkirsiniz özünüzə. Duyğular və düşüncələr yaydıqları titrəşmələrlə bunu təmin edir. Ernest Holmesin ifadəsiylə "Hər fərd bir düşüncə atmosferi ilə çevrələnmişdir. Bu güc tərəfindən çəkilər, ya da itələnilərik. Bənzər bənzəri çəkər… Biz də yalnız zehinimizdə olanı çəkərik".
Nəyi düşündüyümüz nə hiss edəcəyimizi, nə hiss etdiyimiz nəyi əldə edəcəyimizi təyin edir… Düşüncənin gücü inanılmazdır...Enerjinin prinsiplərini anladıqca "özünü reallaşdırma"ya doğru atılan addımlar daha müsbət nəticələnə bilər.
Psixoloq: Gülşah Akçay Civriz
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məşhur aktrisanı restorandan qovdular-SƏBƏB
Hər gün bir-birindən fərqli oriqami hazırladı
Azərbaycanda avtomobil bahalaşıb - STATİSTİKA
Dərslik kitabları dezinfeksiya edilibmi? - VİDEO
Payızda koronavirus yenidən aktivləşə bilərmi? - Epidemioloq danışdı
Məşhur müğənni boşanır
Ev heyvanlarına hücum edən müəmmalı canlı sakinləri qorxudur-VİDEO
Azərcell prezidentindən qiymətlər haqda - AÇIQLAMA
Xoşbəxt ailə niyə boşanır?
Hava haqqında
Hər gün qarşılaşdığımız 20 toksiki maddələr
McDonald's şirkətinə qarşı ittihamlar səngimir
Necə edək ki, şadlıq evlərində aldanmayaq?
Qarabağdakı sülhməramlılar müşahidə postlarını qoruyucu vasitələrlə təchiz etdilər
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 547 yeni yoluxma
DİM imtahan nəticələrini elan etdi
Azərbaycan prezidenti 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında
Günün ulduz falı - 01.09.2013
Həyatdan nə öyrəndim? - Can Dündar
Günəşli hava geri qayıdır
"Hulk" rolunun ifaçısı filmdən qovulub
Mirande Kerrin gözəllik sirləri
Düşmən orduda böyük itki
Koreyasayağı salat (foto resept)
Tavada böyürtkənli piroq (foto resept)
Rayonlara qar yağacaq
17 yaşlı qıza qorxunc mesaj gəldi: "Ayaqlarını günlərlə yeyə bilərəm"
Vaşinqton meri 28 may tarixini rəsmi olaraq Azərbaycan Milli Günü elan etdi
Saçlara xüsusi qulluq
Heyran olacağınız rəsmlər
İnstagram izləyicilərinə XƏBƏRDARLIQ edildi-SƏBƏB
Nazirlər Kabineti həftəsonu qadağası qərarında dəyişiklik etdi
Məryəm Üzərli yeni imicdə - FOTO
Futbolçularımız şəhidlərimizi belə yad etdi
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
2013-cü ilin ən dəbli makiyajı
Nağıl kimi yerlər-1
Tort üçün şprisin hazırlanması
Quş qripinə görə monitorinqə start verildi
Hava haqqında
Halle Berry gözəlliyinin sirri
Bu qadın tarixə düşə bilər
Nikah üçün məcburi müayinə - xəstəlik aşkarlanan cütlüklər evlənə bilməz?
Harri və Meqan çimərliyə yollandılar-FOTO
Mehriban Əliyeva xalqı təbrik etdi
Tətildə dəriyə qulluq necə olmalıdır?
"Bakıya qar yağması möcüzədir"
Pele prezidentlərin sözünü yerə saldı
Səyyar ASAN bu rayonlarda xidmətə başlayır















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]