Eşqi kimə yönəltməli?.. Ağıl müəyyən edir kimi sevmək lazımdır... Sevdikdən sonra sevdiyinin yolunda necə fədakarlıq edəsən, onu özundən necə razı salasan - ağıl göstərir. Ağıl aşiqə ilk öncə həm məşuqunu doğru düzgün seçmək üçün, həm də fədakarlıq etmək üçün lazımdır. Ağılsız insan heç vaxt aşiq ola bilməz, ağılsız insan eşq mərtəbəsinə ucala bilməz. İnsanın ağlını müəyyən etmək istəyirsənsə soruş gör kimi sevir? Nəyə bağlanıb? Nəyə aşiqdir? Ondan bəlli olar ki, insanın ağlı nə qədərdir. Sən mənə de kimi sevirsən? Mən sənin ağlının səviyyəsin deyim. Sən mənə de kimə bağlanmısan? Mən sənə nə qədər ağıllı olduğunu deyim... Ona görə hədislərdə deyilb, dünya məhəbbəti ağılsız insanlara xas bir məhəbbətdir, ağıllı adam dünyaya bağlanmaz.
Səhabələrdən biri peyğəmbərin yanında ah çəkir, Peyğəmbər (s.ə.v) soruşur: "Bu ah çəkməyin dünya üçündürsə, bil ki, onun ən bahalı libası, geyimi ipəkdirsə - o bir heyvanın bir həşəratın, artığıdır. Əgər dünya yeməkləri üçün ah çəkirsənsə, ən xoş, ləzzətli yemək baldırsa - o da başqa bir heyvanın artığıdır. Qəm çəkirsənsə, bax gör nəyin qəmini çəkirsən? Nəyə bağlanmısan? Nəyi sevirsən? Bu insanın ağlının səviyyəsinin göstəricisidir."
Ağıl eşqin dostudur, ağıl eşqə cəhət verir, istiqamət verir. Ağıl bir çıraqdır, eşqin əlində olan bir əsadır, ağıl eşqin eynəyidir, yol göstərənidir. Ağıl eşqin müqabilində deyil, eşqin yanındadır. Həvəs, nəfs eşqin müqabilindədir. Nəfs, həvəs eşqə müxalifdi, ağıl isə eşqlə qardaşdır. Bunları bir birindən ayırsan, məqsədə çata bilməzsən. Ağlın düşməni varsa, o da nəfsdir, çünki nəfs indini düşünməyi deyir, ağılsa gələcəyi. Aşiqə ilk növbədə ağıl lazımdır, əvvəl dəlil gətirsin ki, kimi sevmək lazımdır. İnsan Allaha necə bağlanır? Ağıl vasitəsi ilə. Ağıl insanı Allaha bağlayır. Elə bir varlığı sev ki, o səni yaradıb, o sənə ruzi verir. Bütün müqəddaratın onun əlindədir.
Bir gün Peyğənbər (s.ə.v) heyvan kəsir, səhabələr də sevinir ki, nə yaxşı, deyəsən ət yeyəcəyik. Ondan sonra başlayır paylamağa, ətin çoxunu paylayır, sonda bir tikə qalır. Səhabələrdən biri deyir ki: "Hamısını verdin Ya RəsulAllah, bizə qalan bu oldu." Peyğəmbər deyir ki: "Əlimizdən gedən bir dənə budur, verdiklərimiz bizə qaldı." Zahiri ağıl deyir ki, əldən getdi bu qaldı, eşqə bağlı olan ağıl deyir ki, verdiklərimiz əlimizdə qaldı, bircə itirdiyimiz bu yedyimizdir. Ağıl insanı fədakar olmağa vadar edir. Ağıl deyir ki, birdən məşuqunun yolunda əsirgiyərsən nəyinisə... Bəxş elə, nəyin var ver...
Bu şeiri İmam Hüseynin (ə) dilindən yazblar və çox da gözəl yazıblar.
Əkbər başım münşəq olur olsun nə işim var,
Dilsiz balam əmsin oxu püstan əvəzində.
Güldəndə gözəl güllərimin rəngi saralsın,
Olsun gül İslam şükufə əvəzində.
Ey kaş yüz on dörd ola oğlum mənim Allah
Qurban verəm hər birin süreyi Quran əvəzində,
Etdim sual: Bu nikteni loğmani əqlidən
On yeddi gündə cəngə məgər süd əmər gedər?
Gəldi cəvab: Görsə ki Quran xətərdədi,
Ali Əlinin körpəsi süddən küsər gedər.
Bu aşiqin məntqidir, amma bu fədəkarlığa aşiqi vadar edən ağıldır, ağıl istqamət verir eşqə.
Bəzi kitablarda yazırlar: "Mələklərdən bir dəstə gəlib İmam Hüseynə (ə) dedilər ki, əgər istəyirsənsə Allah icazə verib sənin müqəddaratını dəyişək və sənə yardımçı olaq, necə Bədr döyüşündə müsəlmanlara kömək etdik. İmam Hüseyn (ə) imtina edir. Deyir: "Qərardırsa, məşuqun yolunda fədəkarlıq etməyə mən hamıdan çox layiqəm..." Bu eşqin sözüdür, yoxsa ağlın? Bunu ayırd etmək olmur. Bu onların hər ikisinin sözüdür. Aşiqə ağıl lazımdır ki, ayırd etsin məşuqu nə ilə razı salmaq olar? Mən birini sevirəm ağıl mənə lazımdır ki, onun sevdiyi əməlləri mənə tanıtsın. Onu necə razı salım? Ona nə verim? Ona nə bəxş edim ki, məndən razı qalsın. Çünki aşiqin bircə dərdi, bircə qayğısı var - sevdiyi ondan razı olsun.
Məsələn, bəzi valideynlər uşaqlarını dərs oxumağa vadar edə bilmirlər. Hərdən şikayət də olur ki, uşaq dərs oxumur. Danışdırırsan görürsən ki, oğluna nəsihət edəndə deyir ki: "Oğul, vəzifə var, məqam var, istədiyin vəzifədə olarsan, diplom alarsan, dərs oxu və s." İnsan öz-özünə deyir ki, yaxşı edir dərs oxumur. Sən ki bunu məqama, mənfəətə dəvət edib dərs oxumağa vadar edirsən, sənin uşağın dünyaya əsir deyil ki, sənin sözlərinə qulaq asmır. Bir dərs ki, diplom üçün olacaq, ondan sonra məqama çatanda camaatın cibini soyacaq, bir dərs ki hörmət üçün, pul üçun olacaq, məqsəd budur ki, dərs oxu, pul qazan - onda sabah nə vasitəylə olursa-olsun qazanacaq, ondansa savadsız olsa yaxşıdır. Amma bu uşağı, cavan oğlanı bağlaya bir məşuqa... Allaha, ondan sonra bir cümlə deyəsən ki, Allahın savadlı bəndələrdən xoşu gəlir, İmam Hüseyn əzasına gedirsən axşamlar - İmam Hüseyn sənin məşuqundur, istəyirsən səndən razı qalsın dərs oxu, savadlı ol. Onların savadlı müvəffəq insanlardan xoşu gəlir, bekar insanın, işsiz insanın əzədarlığının da dadı olmayacaq. Eşq ağıla cəhət verir, vadar edir ki, insan onun razılığı olduğu şeyləri tapsın və onlara əməl etsin. Odur ki, həyat səhmana düşür, eşqin şüası altında... Ağıl eşqə yardım göstərir ki, hansı əməllərdən onun xoşu gəlir, onun kimdən xoşu gəlir, ümumiyyətlə, müvəffəq adamlardan həyatda nəyəsə çatmış adamlardan.
Ağıl vadar edir ki, görəsən məndən nə istəyirlər? Mən məşuqu necə razı salım, onu necə özümdən razı edim? O yola istiqamətləndirir, aşiq adamın bir qayğısı var ki, məşuqun gözündən düşməyim, ağıl kömək edir ki, hansı işləri gör ki onun gözündən düşmə, hansı işləri görmə ki onun gözündən düşərsən. Hədisdə var ki, Ağıllı adam ehtyyatlıdır, ağıl ehtiyyat tələb edir, çox diqqətlidir, hər əməl edəndə ölçür-biçir ki, birdən məndən narazı qalmazlar...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR