Xurma ağacı quruluşu baxımından dünyada insana ən çox oxşayan bitki kimi tanınır. Hətta bəzi qədim mənbələrdə Adəmin (ə) yaradıldığı torpağın yerdə qalan hissəsindən xurma ağacının yaradıldığı yazılır.
Xurma ağacının bioloji quruluşu insana çox bənzəyir. Xurmanın da insan kimi dişi və erkək növləri var, yalnız dişi ağaclar meyvə verir. İnsana oxşayan ən maraqlı xüsusiyyəti isə bu ağacın çəyirdəkdən yetişməməsi və eyniylə insan kimi törəməsidir. Xurma ağacını çəyirdəkdən yetişdirə bilməzsiniz. Dişi xurma ağacları eynilə qadın kimi “dünyaya övlad gətirərək” artır. İki cür törəmə növü var. Bunlardan biri normal, digəri isə qeysəriyyədir. Xurma ağacı sanki qeysəriyyə yolu ilə doğuş həyata keçirir. Gövdəsindən çıxan kiçik “balaları” xüsusi alətlərlə “əməliyyat edilərək “ götürülür və ananın görəcəyi yerə əkilir.
Balasından ayrıldıqda küsür
Yeni dünyaya gələn körpə anasına ehtiyac hiss etdiyi kimi xurma ağacının yeni törəməsi də ana ağacın öz ətrafında olmasını istəyir. Yəni bitkini ananın görəcəyi yerə əkmək məcburiyyətindəsiniz. Yoxsa bala ölür, ana isə küsür və meyvə vermir. Ağacın yeni bitki vermə sayı orta hesabla insanın övlad dünyaya gətirmə sayı qədərdir. Xurma ağacının meyvə verdiyi ən məhsuldar dövrü insandakı kimi 15 və 40 yaşları arasında olan dövürdür. Dişi ağacla erkək ağacı ayıran ən bariz xüsusiyyət isə belədir: Qadınların saçı uzun və aşağı əyilmiş vəziyyətdə olduğu kimi, dişi xurma ağaclarının budaqları da o şəkildə, uzun və aşağı sallanmış vəziyyətdə olur. Kişilərin saçı qısa və dik olduğu kimi erkək xurma ağaclarının budaqları da o şəkildə yuxarıya doğru dik formadadır.
Xurma ağaclarının ömrü də orta hesabla insan ömrü kimi 60 – 70 ilə yaxındır. Ağacın ən yuxarı hissəsi baş hissəsidir. İnsanın başı kəsildikdə öldüyü kimi xurma ağacının da baş hissəsi kəsildikdə ölür. İnsan kimi xurma ağacının da qəlbi gövdəsindədir və oradan alıdığı sərt zərbə ağacın ölümünə səbəb olur.
Məryəmin aybaşı dövründəki yeməyi
Xurmanın xüsusiyyətlərindən biri də onun hamiləlik dövründə yaxşı qidalandırıcı olması və doğuşu asanlaşdırmasıdır. Xurmanın tərkibi ana bətninin yığılıb açılmasına səbəb olan və doğuşu asanlaşdıran oksitozin hormonu ilə zəngindir. Qurani –Kərimdə də Məryəmə doğuşdan əvvəl xurma yeməsinin tövsiyyə edildiyi qeyd olunur: “ Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: ”Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!” Dərhal alt tərəfindən ona belə bir nida gəldi: “ Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir ırmaq axıtdı. (Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma ) tökülsün! (Xurmadan və sudan ) ye – iç, gözün aydın olsun “ ( “Məryəm “ surəsi , 19 /23 – 26 ).
Peyğəmbərimizin bir hədisində aybaşı dövründə xurma yeməyin əhəmiyyətindən bəhs edilir: “ Qadınlarınıza aybaşı dövründə xurma yedirin. Kim aybaşı dövründə xurma yesə, onun uşağı ağıllı və ağır təbiətli olar.”
Acvə xurması
Peyğəmbər möcüzəsi
Peyğəmbər xurması da adlanan “acvə” xurması digər xurmalara nisbətən daha qiymətlidir. Rəvayətə əsasən bir gün müşriklərdən biri əlində yanmış xurma budağı ilə Allah Rəsulunun yanına gəlir və belə deyir: “ Ey Məhəmməd (s), bu yanmış budağı torpağa ək! Əgər bu budaqdan xurma yetişsə, biz də sənin peyğəmbər olduğunu təsdiq edəcəyik”. Rəsulullah (s) əvvəl ağız suyu ilə budağı isladır, sonra isə torpağa əkir. Belə ki, həmin budaqdan yetişən xurma acvə xurmasıdır. Buna görə də acvə xurmasının yanıq xurma kimi daha tünd rəngi var.
XƏBƏR LENTİ
Haydi bu dəfə də diqqəti üzərinə çəkdi-FOTO
Ancelina Coli Oğurluqda Günahlandırılır
Özünü brendləşdir
Enerji pəhrizi
"Evlənsən öləcəksən" dedilər...
Yeni toxunuş növü
"Facebook"da status oğurlamaq cinayətdir? - Sosial şəbəkələrdə müəllif hüququ
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL
Tayfun Yaponiyanı işıqsız qoydu
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Leopard naxışlı geyim və aksessuarlar
Uşaqlarda D Vitamini
Taxta darağın sirri
Saatlar
Məşhurlar və övladları
Göbələkli kartof qızartması (video-resept)
Cavanlıq məhsulları
Parfe (foto-resept)
Xalq şairi həkim səhvinin fəsadlarını yaşayır
Sabahın HAVAsı
Bədənimizi möhkəmləndirək
İpoteka faizlərinə yenidən baxılacaq
İştahı necə azaltmaq olar?
“E” hərfi olmayan romanın müəllifi Jorj Perek haqqında
Orta məktəblərdə dərsliklə bağlı
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair tapşırıq verdi
Gəlinliyin tarixi
Qadınlar mobil oyunlara kişilərdən daha çox pul xərcləyir
Azərbaycanda qar yağıb
Sadəcə İlham və Fərizə
Cəbhənin Goranboy istiqamətində diversiya cəhdi: Erməni komandir əsir götürüldü
Hadisənin arıqlama sirləri
Zeytun haqqında bilmədiklərimiz
SON DƏQİQƏ: Arda Turan həbs edildi - 2 il 8 ay...
Hicablı xanımlar üçün geyimlər
Quymaq (foto resept)
Ər-arvad niyə dalaşırlar?
Mikayıl Cabbarovdan yeni əmr
Gül vida görüşü etdi
Magistraturaya boş qalan yerlərə qəbul elan edildi
Azərbaycanda dini ibadət yerləri ilə bağlı yeni hüquqi paket hazırlandı
Sözümüzü "yuxarılara" necə çatdıraq?
Orqanizmimiz haqqında 15 maraqlı məlumat
Səbrinin "Qalatasaray"dakı taleyi necə olacaq?
Hava haqqında
Asan dondurma (foto resept)
Məşhur cütlük AYRILDI
Çavuşoğludan Azərbaycanla bağlı paylaşım - FOTO
Duyğuları açıq ifadə etmək qorxunu azaldır
Xoşbəxt evlilik nədir?
- ŞƏRHLƏR