Qadin.NET / Mayasında insan olan ağac - xurma

Mayasında insan olan ağac - xurma

Mayasında insan olan ağac - xurma

     Xurma ağacı quruluşu baxımından dünyada insana ən çox oxşayan bitki kimi tanınır. Hətta bəzi qədim mənbələrdə Adəmin (ə) yaradıldığı torpağın yerdə qalan hissəsindən xurma ağacının yaradıldığı yazılır.

     Xurma ağacının bioloji quruluşu insana çox bənzəyir. Xurmanın da insan kimi dişi  və erkək növləri var, yalnız dişi ağaclar meyvə verir. İnsana oxşayan ən maraqlı xüsusiyyəti isə bu ağacın çəyirdəkdən yetişməməsi və eyniylə insan kimi törəməsidir. Xurma  ağacını  çəyirdəkdən  yetişdirə  bilməzsiniz. Dişi xurma ağacları eynilə qadın kimi “dünyaya övlad gətirərək” artır. İki cür törəmə növü var. Bunlardan biri  normal, digəri isə qeysəriyyədir. Xurma ağacı sanki qeysəriyyə yolu ilə doğuş həyata keçirir. Gövdəsindən çıxan kiçik “balaları” xüsusi alətlərlə “əməliyyat edilərək “ götürülür və ananın görəcəyi yerə əkilir. 

 Balasından  ayrıldıqda  küsür

     Yeni  dünyaya gələn körpə anasına ehtiyac hiss etdiyi kimi xurma ağacının yeni törəməsi də ana ağacın öz ətrafında olmasını istəyir. Yəni bitkini ananın görəcəyi yerə  əkmək məcburiyyətindəsiniz. Yoxsa bala ölür, ana isə küsür və meyvə vermir. Ağacın  yeni bitki vermə sayı orta hesabla insanın övlad dünyaya gətirmə sayı qədərdir. Xurma ağacının meyvə verdiyi ən məhsuldar dövrü insandakı kimi 15 və 40 yaşları arasında olan dövürdür. Dişi ağacla erkək ağacı ayıran ən bariz xüsusiyyət isə belədir:      Qadınların saçı uzun və aşağı əyilmiş vəziyyətdə olduğu kimi, dişi xurma ağaclarının budaqları da o şəkildə, uzun və aşağı sallanmış vəziyyətdə olur. Kişilərin  saçı qısa və dik olduğu kimi erkək xurma ağaclarının budaqları da o şəkildə yuxarıya  doğru dik formadadır.

     Xurma  ağaclarının ömrü də orta hesabla insan ömrü kimi 60 – 70 ilə yaxındır. Ağacın ən yuxarı hissəsi baş hissəsidir. İnsanın başı kəsildikdə öldüyü kimi xurma ağacının da baş hissəsi kəsildikdə ölür. İnsan kimi xurma ağacının da qəlbi gövdəsindədir və oradan alıdığı sərt zərbə ağacın ölümünə səbəb olur.

Mayasında insan olan ağac - xurma

 

Məryəmin  aybaşı  dövründəki  yeməyi

     Xurmanın xüsusiyyətlərindən biri də onun hamiləlik dövründə yaxşı qidalandırıcı olması və doğuşu asanlaşdırmasıdır. Xurmanın tərkibi ana bətninin yığılıb açılmasına səbəb olan və doğuşu asanlaşdıran oksitozin hormonu ilə zəngindir. Qurani –Kərimdə  də Məryəmə doğuşdan əvvəl xurma yeməsinin tövsiyyə edildiyi qeyd olunur: “ Doğuş  sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: ”Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!” Dərhal alt tərəfindən ona belə bir nida gəldi: “ Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir ırmaq axıtdı. (Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma ) tökülsün! (Xurmadan və sudan ) ye – iç, gözün aydın  olsun “ ( “Məryəm “ surəsi , 19 /23 – 26 ).

     Peyğəmbərimizin bir hədisində aybaşı dövründə xurma yeməyin əhəmiyyətindən bəhs edilir: “ Qadınlarınıza aybaşı dövründə xurma yedirin. Kim aybaşı dövründə xurma yesə, onun uşağı ağıllı və ağır təbiətli olar.”

Mayasında insan olan ağac - xurma

Acvə  xurması

Peyğəmbər  möcüzəsi

     Peyğəmbər xurması da adlanan “acvə” xurması digər xurmalara nisbətən daha qiymətlidir. Rəvayətə əsasən bir gün müşriklərdən biri əlində yanmış xurma budağı ilə Allah Rəsulunun yanına gəlir və belə deyir: “ Ey  Məhəmməd (s), bu yanmış budağı torpağa ək! Əgər bu budaqdan xurma yetişsə, biz də sənin peyğəmbər olduğunu təsdiq edəcəyik”. Rəsulullah (s) əvvəl ağız suyu ilə budağı isladır, sonra isə torpağa əkir. Belə ki, həmin budaqdan yetişən xurma acvə xurmasıdır. Buna  görə də acvə  xurmasının yanıq xurma kimi daha tünd rəngi var.

28 may 2013
GO BACK