Şəvval Orucu. Hicri təqvimi ilə Ramazan ayından sonrakı ay Şəvval ayıdır. Şəvval ayında altı gün oruc tutmaq müstəhəbdir. Bu orucların bayramdan dərhal sonra bir-birinin ardınca tutulması daha fəzilətli olsa da, ay boyunca müxtəlif günlərdə də tutmaq mümkündür. Qəza və ya əhd oruclarının bu günlərdə tutulması ilə eyni savaba nail olunur. Peyğəmbərimizin (s.a.s.) Ramazan ayını orucla keçirib, bura Şəvval ayının altı gününü də əlavə edən adamın bütün ili oruclu keçirmiş olması mənasını verən ifadəsini (Müslim, "Siyam", 204), "Kim yaxşı bir əməl işləyərsə, ona bunun on qatı qədər mükafat vardır" (əl-Ənam 6/160) ayəsi ilə birlikdə qiymətləndirən alimlər, Ramazan orucunun on aya, altı gün Şəvval orucunun da altmış günə qarşılıq olduğunu və beləliklə, Ramazan və Şəvval orucunu tutan müsəlmanın bütün ili oruclu hesab olunacağını demişlər.
Aşura Orucu. Məhərrəm ayının onuncu gününə "Aşura" deyilir. Peyğəmbərin (s.a.s.) bu gündə davamlı olaraq oruc tutduğu rəvayət edilmişdir. Lakin yalnız o gündə oruc tutulması doğru görülməmiş, bu günlə bərabər bir gün əvvəlki və ya bir gün sonrakı günün də oruc tutulması tövsiyə edilmişdir. Bir rəvayətə görə Peyğəmbərimiz (s.a.s.) Mədinəyə gələrkən yəhudilərin aşura günü oruc tutduqlarını görüb, bu orucun nə üçün tutulduğunu soruşmuşdu. Yəhudilər bu günün böyük bir gün olduğunu, Allahın Musanı (a.s.) və İsrail oğullarını düşmənlərindən məhz bu gündə qurtardığını və Musanın bu səbəblə həmin gündə oruc tutduğunu, onlarn da bu gündə oruc tutmalarının bundan qaynaqlandığını söyləyincə, Peyğəmbərimiz (s.a.s.) "Mən Musaya sizdən daha yaxınam" demiş və bu günlərdə oruc tutulmasını əmr etmişdir (İbn Macə, "Siyam", 41). Aşura orucunu Cahiliyyə dövründə ərəblərin tutduğu və Peyğəmbərin (s.a.s.) də ramazan orucunun fərz qılınmasına qədər bu orucu tutmağı əmr etdiyi bildirən rəvayətlər də vardır (Müslim, "Siyam", 116). Ramazan orucu fərz olduqdn sonra aşura orucu bir öhdəçilik olmaqdan çıxarılmış, lakin aşura günü oruc tutulması tövsiyə edilmiş və bu gün oruc tutmaq sünnə olaraq davam etmişdir.
Hər ay üç gün oruc. Hər ayda üç gün oruc tutmaq və bu günlərin xüsusilə hər ayın 13, 14 və 15-ci günlərinə təsadüf etməsinə diqqət yetirmək müstəhəb qəbul edilmişdir. Qəməri təqvim (ay təqvimi) hesabına görə bu günlərə "əyyam-ı bid" deyilir.
Bazar ertəsi - Cümə axşamı orucu. Hər həftə bazar ertəsi və cümə axşamı günləri oruc tutmaq da təşviq edilmiş bir nafilə ibadətdir. Peyğəmbərimizin (s.a.s.) bazar ertəsi və cümə axşamı günləri oruc tutduğu və səbəbini soruşanlara cavab olaraq: "İnsanların əməlləri Allah Təalaya bazar ertəsi və cümə axşamı günləri ərz olunur; mən əməlimin ərzi əsnasında oruclu olmağı üstün tuturam" (Əbu Davud, "Savm", 60; İbn Macə, "Siyam", 42) dediyi rəvayət edilir. Rasulullahdan (s.a.s.) bazar ertəsi günü oruc tutmağın fəziləti soruşulduqda O: "O gün mənim doğulduğum, peyğəmbər olduğum (və ya mənə vəhy gəldiyi) gündür" (Müslim, Siyam, 197, 198). Aişədən (r.a.) rəvayət olunan hədisdə bildirilir ki, Rasulullah (s.a.s.) bazar ertəsi və cümə axşamı günləri orucuna xüsusi diqqət yetirərmiş.
Zilhiccə orucu. Zilhiccə ayının ilk doqquz günündə oruc tutmaq tövsiyə edilmişdir. Zilhiccə ayının 10-cu günü qurban bayramının ilk günüdür. Lakin çətinliyə və halsızlığa səbəb olması səbəbiylə, həccdə olanların 9-cu günü (ərəfə günü) oruc tutması məkruh görülmüşdür. Peyğəmbərimiz (s.a.s.) ərəfə gününün fəzilətinə dair "Ərəfə günündən daha çox Allahın cəhənnəm atəşindən insanları azad etdiyi bir gün yoxdur" buyurmuş və onun (s.a.s.) "Ərəfə günü tutulan orucun bundan əvvəl və sonra bir illik günahları bağışladacağı Allahdan ümid edilər" dediyi (Müslim, "Siyam", 196-197) nəql edilmişdir.
Haram aylarda oruc. Haram aylar olaraq xatırlanan cəmaziləvvəl, Zilhiccə, Məhərrəm və Rəcəb aylarında, cümə axşamı, cümə və şənbə günləri oruc tutmaq müstəhəbdir.
Şaban orucu. Şaban ayında oruc tutmaq müstəhəb sayılmışdır. Aişənin (r.a.) bildirdiyinə görə Peyğəmbərimiz (s.a.s.) ən çox orucu Şaban ayında tutmuş, Şaban ayının hamısını orucla keçirdiyi olmuşdur.
Davud orucu: Bir gün oruc tutub ertəsi gün tutmamaq, Peyğəmbərimiz (s.a.s.) tərəfindən "savm-ı Davud" olaraq qeyd edilmiş və bu şəkildə oruc tutmanın fəzilətli olduğu ifadə edilmişdir. Peyğəmbərimiz (s.a.s.) bu şəkildə oruc tutmaq haqqında "Ən fəzilətli oruc Davudun tutduğu orucdur, o, bir gün oruc tutar, bir gün tutmazdı" demişdir. Səhabələrdən Abdullah b. Amr, "Mən daha çoxunu tuta bilərəm" deyincə, Peyğəmbərimiz (s.a.s.) bunun daha fəzilətli olduğunu və daha çoxunu tutmamağı tövsiyə etmişdir (Müslim, "Siyam", 187-192).
XƏBƏR LENTİ
Əlavə pul qazanmaq istəyən müəllimlərə ŞAD XƏBƏR
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
Məşhur müğənni 30 kq arıqlayıb tanınmaz hala düşdü - FOTO
Ən güclü Fiat 500
Aleyna Tilkidən qəribə açıqlama
Xanımların olmazsa olmazları
"Sabahdan işə gəlmirəm" dedi, pərt oldu - VİDEO
Nə qədər adam geri zəkalıdır?
Yağlı və quru saçlara qulluq
Qadın və ananın həqiqi məqamı
Tabutu açanda ŞOK OLDULAR - Ölən qadın ...-FOTO
Məşhur modelin bu addımı QALMAQAL yaratdı-FOTO
Körpü altında studiya tikdi
Hava haqqında - 17.09.2013
Dünyanın ən bahalı dikdabanın qiyməti bəlli oldu-FOTO
Üz quruluşuna görə sırğa seçimi
Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb
İradəsizlik
İtaliyanın oyunu azərbaycanlı hakimə tapşırıldı
Günə müsbət əhvalla başlamaq üçün üsullar
Baharın Azərbaycana gəlmə vaxtı açıqlandı
HAVA necə olacaq?- 15 fevral
2019-un rəngli və maraqlı trendləri
Bölgələrimizin mətbəxi - Qarabağ
Ermənistan İsrailin Azərbaycana silah satışını dayandırmasını tələb edib
Acundan AÇIQLAMA-FOTO
Anası ilə sevgilisini səhv saldılar - FOTO
"Bizim Tarla" - Dondurulmuş meyvə
2020 Kopenhagen moda həftəsi
Madonna "Eurovision 2019"da yer alacaq
Günün qoroskopu: gün uğursuz alına bilər
Qaxda qeyri-adi hadisə olub
Pensiyaçıların nəzərinə!
İspaniya kraliçası göz qamaşdırdı-FOTO
Hər işçisinə 50 min dollar hədiyyə etdi və...-FOTO
Ailə qurmaq istəyən 209 nəfərdə QİÇS aşkarlandı
Mətin Şəntürk
Yaqut Qarayeva: “Payız-qış mövsümündə...”
Polşada "Azərbaycan Mədəniyyəti və İncəsənəti" seriyasında" kitablar nəşr olunub
Azərbaycan alimlərindən daha bir ilk
2016–cı ilin səyahət təqvimi
Təhsil Nazirliyi məktəbəqədər təhsil sektoru üzrə özəl fəaliyyətlə məşğul olmaq təşəbbüslərini dəstəkləyəcək
Amerikalılar Milli Şirniyyatlarımızı yeyəndə...
Rəngarəng ziyafət donları
Diktatoru məzarından çıxarmaq, yoxsa bağışlayıb unutmaq?
Sarkisyanla bağlı şok etiraf
Bijuteriya boyunbaqlar
Müdrik insanların qəribə tərəfləri
JLo geyiminə görə tənqid olundu-FOTO
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ
- ŞƏRHLƏR