Şəvval Orucu. Hicri təqvimi ilə Ramazan ayından sonrakı ay Şəvval ayıdır. Şəvval ayında altı gün oruc tutmaq müstəhəbdir. Bu orucların bayramdan dərhal sonra bir-birinin ardınca tutulması daha fəzilətli olsa da, ay boyunca müxtəlif günlərdə də tutmaq mümkündür. Qəza və ya əhd oruclarının bu günlərdə tutulması ilə eyni savaba nail olunur. Peyğəmbərimizin (s.a.s.) Ramazan ayını orucla keçirib, bura Şəvval ayının altı gününü də əlavə edən adamın bütün ili oruclu keçirmiş olması mənasını verən ifadəsini (Müslim, "Siyam", 204), "Kim yaxşı bir əməl işləyərsə, ona bunun on qatı qədər mükafat vardır" (əl-Ənam 6/160) ayəsi ilə birlikdə qiymətləndirən alimlər, Ramazan orucunun on aya, altı gün Şəvval orucunun da altmış günə qarşılıq olduğunu və beləliklə, Ramazan və Şəvval orucunu tutan müsəlmanın bütün ili oruclu hesab olunacağını demişlər.
Aşura Orucu. Məhərrəm ayının onuncu gününə "Aşura" deyilir. Peyğəmbərin (s.a.s.) bu gündə davamlı olaraq oruc tutduğu rəvayət edilmişdir. Lakin yalnız o gündə oruc tutulması doğru görülməmiş, bu günlə bərabər bir gün əvvəlki və ya bir gün sonrakı günün də oruc tutulması tövsiyə edilmişdir. Bir rəvayətə görə Peyğəmbərimiz (s.a.s.) Mədinəyə gələrkən yəhudilərin aşura günü oruc tutduqlarını görüb, bu orucun nə üçün tutulduğunu soruşmuşdu. Yəhudilər bu günün böyük bir gün olduğunu, Allahın Musanı (a.s.) və İsrail oğullarını düşmənlərindən məhz bu gündə qurtardığını və Musanın bu səbəblə həmin gündə oruc tutduğunu, onlarn da bu gündə oruc tutmalarının bundan qaynaqlandığını söyləyincə, Peyğəmbərimiz (s.a.s.) "Mən Musaya sizdən daha yaxınam" demiş və bu günlərdə oruc tutulmasını əmr etmişdir (İbn Macə, "Siyam", 41). Aşura orucunu Cahiliyyə dövründə ərəblərin tutduğu və Peyğəmbərin (s.a.s.) də ramazan orucunun fərz qılınmasına qədər bu orucu tutmağı əmr etdiyi bildirən rəvayətlər də vardır (Müslim, "Siyam", 116). Ramazan orucu fərz olduqdn sonra aşura orucu bir öhdəçilik olmaqdan çıxarılmış, lakin aşura günü oruc tutulması tövsiyə edilmiş və bu gün oruc tutmaq sünnə olaraq davam etmişdir.
Hər ay üç gün oruc. Hər ayda üç gün oruc tutmaq və bu günlərin xüsusilə hər ayın 13, 14 və 15-ci günlərinə təsadüf etməsinə diqqət yetirmək müstəhəb qəbul edilmişdir. Qəməri təqvim (ay təqvimi) hesabına görə bu günlərə "əyyam-ı bid" deyilir.
Bazar ertəsi - Cümə axşamı orucu. Hər həftə bazar ertəsi və cümə axşamı günləri oruc tutmaq da təşviq edilmiş bir nafilə ibadətdir. Peyğəmbərimizin (s.a.s.) bazar ertəsi və cümə axşamı günləri oruc tutduğu və səbəbini soruşanlara cavab olaraq: "İnsanların əməlləri Allah Təalaya bazar ertəsi və cümə axşamı günləri ərz olunur; mən əməlimin ərzi əsnasında oruclu olmağı üstün tuturam" (Əbu Davud, "Savm", 60; İbn Macə, "Siyam", 42) dediyi rəvayət edilir. Rasulullahdan (s.a.s.) bazar ertəsi günü oruc tutmağın fəziləti soruşulduqda O: "O gün mənim doğulduğum, peyğəmbər olduğum (və ya mənə vəhy gəldiyi) gündür" (Müslim, Siyam, 197, 198). Aişədən (r.a.) rəvayət olunan hədisdə bildirilir ki, Rasulullah (s.a.s.) bazar ertəsi və cümə axşamı günləri orucuna xüsusi diqqət yetirərmiş.
Zilhiccə orucu. Zilhiccə ayının ilk doqquz günündə oruc tutmaq tövsiyə edilmişdir. Zilhiccə ayının 10-cu günü qurban bayramının ilk günüdür. Lakin çətinliyə və halsızlığa səbəb olması səbəbiylə, həccdə olanların 9-cu günü (ərəfə günü) oruc tutması məkruh görülmüşdür. Peyğəmbərimiz (s.a.s.) ərəfə gününün fəzilətinə dair "Ərəfə günündən daha çox Allahın cəhənnəm atəşindən insanları azad etdiyi bir gün yoxdur" buyurmuş və onun (s.a.s.) "Ərəfə günü tutulan orucun bundan əvvəl və sonra bir illik günahları bağışladacağı Allahdan ümid edilər" dediyi (Müslim, "Siyam", 196-197) nəql edilmişdir.
Haram aylarda oruc. Haram aylar olaraq xatırlanan cəmaziləvvəl, Zilhiccə, Məhərrəm və Rəcəb aylarında, cümə axşamı, cümə və şənbə günləri oruc tutmaq müstəhəbdir.
Şaban orucu. Şaban ayında oruc tutmaq müstəhəb sayılmışdır. Aişənin (r.a.) bildirdiyinə görə Peyğəmbərimiz (s.a.s.) ən çox orucu Şaban ayında tutmuş, Şaban ayının hamısını orucla keçirdiyi olmuşdur.
Davud orucu: Bir gün oruc tutub ertəsi gün tutmamaq, Peyğəmbərimiz (s.a.s.) tərəfindən "savm-ı Davud" olaraq qeyd edilmiş və bu şəkildə oruc tutmanın fəzilətli olduğu ifadə edilmişdir. Peyğəmbərimiz (s.a.s.) bu şəkildə oruc tutmaq haqqında "Ən fəzilətli oruc Davudun tutduğu orucdur, o, bir gün oruc tutar, bir gün tutmazdı" demişdir. Səhabələrdən Abdullah b. Amr, "Mən daha çoxunu tuta bilərəm" deyincə, Peyğəmbərimiz (s.a.s.) bunun daha fəzilətli olduğunu və daha çoxunu tutmamağı tövsiyə etmişdir (Müslim, "Siyam", 187-192).
XƏBƏR LENTİ
“Twitter” psixi pozuntusu olan insanları tanıyır
Məktəbə uyğunlaşmanı necə asanlaşdırmalı?
Bu günün hava proqnozu
COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI
44 min insan koronavirusdan şəfa tapıb
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Granola (foto-resept)
Şəhər sakinləri “həşərat istilası”nın əsarətində - VİDEO
Azərbaycanı İrəvanda təriflədilər
Günün ulduz falı
Putinin Qarabağ səyləri
Brend çanta modelləri
Kanye Uestdən qəribə açıqlama
Eşq
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
Arzuların arzusu
“Biz qayıdırıq, gözlə, Xocalı!” - VİDEOÇARX
Hər gün qatıq yesəniz...
Ağılı başdan alan virus tapıldı
450 gün açıq kosmosda qaldı, məhv olmadı
Yay üçün donlar
3 il boyunca "hamilə olan" qadın
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
Zövqlü don modelləri
3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”
İran Ermənistan arasında mərmi qalmaqalı
Barış Arduç “Çukur”da
Hər gün 1 qaşıq zeytun yağı yesəniz...
Özbək şorbası (foto resept)
Aktauda Heydər Əliyevin xatirəsi yad edilib
Pulu qənaətlə necə xərcləməli?
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
"Traktorsazi"nin yeni baş məşqçisi var
Ebola məğlub olur
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Gələn ay qeyri-iş günlərinin sayı açıqlandı
Harri və Meqan 15 milyonluq villaya köçdülər
Cardi B son halı ilə QORXUTDU-FOTO
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Günün ulduz falı
Selena Gomezdən yeni FOTOsessiya
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
İspaniyadan Azərbaycana Qarabağ dəstəyi
Bakının mərkəzində "ayı" peyda oldu
İnsanlığın öldüyü yer
Yazmağı öyrənirəm - 5
TQDK bu gün cavabları elan edəcək
- ŞƏRHLƏR