Bir elin, bir məmləkətin xosbəxtliyi onun vətəndaşlarının duyğuları ilə bağlıdır. Sevməyi bacaran insanların yaşadığı cəmiyyət gülüstan olar. Sevmək bizə ALLAHın neməti, həm də əmridir. Bir-birini sevən insanlar sevgi bağı ilə xoşbəxtliyə qovuşacaqlar. Uca Kitabımız Qurani-Kərimdə, Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s) hədislərində sevgidən bəhs olunur və insanlar bu xoşbəxtlik iksirindən faydalanmağa çağırılır.
Əsl sevgi qarşılıq gözləmədən, bir şey ummadan bəslənən münasibətdir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s) müsəlmanları bu cür sevməyə çağırır və dönə-dönə buyururdu ki, əgər siz ALLAHın yaratdığı bəndəni ALLAH xatirinə sevsəniz, ALLAH da sizi sevər. Bu mövzuda uca Peyğəmbərimizin bir söhbətini diqqətinizə çatdırmaq istəyirəm:
“ Bir nəfər qonşu kənddə yaşayan mömin dostunu ziyarət etmək üçün yola çıxır. ALLAH-Təalanın göndərdiyi mələk onun yolunun üstündə oturur və gözləyir. Həmin adam gəlib keçəndə mələk onu saxlayıb soruşur:
- Hara gedirsən belə ?
- Qonşu kənddə mömin dostum var, gedirəm onu ziyarət eləməyə,- deyə adam cavab verir.
Mələk yenə soruşur:
- Sənin nə mənfəətin , nə xeyrin var ki, bu boyda yolu zəhmət çəkib o adamı ziyarətə gedirsən?
- Xeyr, heç bir mənfəətim yoxdur. Sadəcə, o dostum çox gözəl insandır, aldığı hər nəfəsdə ALLAHı düşünür. İnsanları da ALLAH xatirinə çox sevir. Mən də bu xüsusiyyətlərinə görə o adamı çox sevirəm və onu ziyarət etməyə gedirəm.
- Bir halda ki, sən o dostunu ALLAH xatirinə sevirsən, onda bil ki, mən insan deyiləm, insan cildinə girmiş bir mələyəm. ALLAH-Təala məni göndərib ki, burada oturub sənin niyyətini öyrənim və sənə deyim ki, bu sevginə görə ALLAH-Təala da səni sevir... ”
Əziz oxucular! Siz də bir-birinizi sevin, elə sevin ki, o sevginizə görə ALLAH da sizi sevsin. Əsl sevgi cənnət yoludur, sevgi ilə yola çıxın, sevgi ilə mənzilə varın!
XƏBƏR LENTİ
"Eurovision 2016" Türkiyəsiz keçəcək
Son model ayaqqabı modelləri
Kartof salatı(foto resept)
Sağlam və ağ dişlər üçün tövsiyələr
Zərərli vərdişlər
"Avropa derbisi"nə 1 gün qaldı
Ebru Şahinə yeni TƏKLİF
700 bal yığan Firuz: "Bütün günü dərs oxumamışam"
DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO
Karantinə alınmış gəminin on sərnişinində Yeni Tip Coronavirus tapıldı- FOTO
Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər
Sobada qat-qat xəmirli balıq (foto resept)
Türkiyənin birinci xanımının kitabı çap olunacaq
Bakı buxtasının ən böyük Gülü sökülür?
Gözləmək iztirabı
Bekhemdən qəribə istək-FOTO
Sosial şəbəkədən qorxan ölkələr.
Rəngarəng çantalar
Şvartseneqqerin özündən geri qalmayan oğlu - FOTO
Stəkanlar üçün hörmələr
Xoşbəxt edən 5 qida
Bu da çox qənaətli Passat
HAVA necə olacaq?
Yeni heyvan növü yaradıldı-FOTO
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür!
Hava haqqında - 27.09.2013
Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?
Düzgün duruş üçün dartınma hərəkətləri
Qırılan dırnaqlardan xilas ol
Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Timati yenidən ata oldu-FOTO
Sellüloz - cavanlığın cövhəri
Ancelina Joli Geyimi ilə Diqqət Çəkdi
Yazın 10 super qidası
Kartof dolması (foto resept)
Qara pişik uğursuzdurmu?
Günün qoroskopu: uğur özü qarşınıza gəlir
Saç tökülməsinin qarşısını alan qidalar
Həbs edilən İŞİD-çilər danışdı
"Ağıllı" pəncərələr də yaradıldı
Boşanma xəbərlərinə qayınanası son qoydu
Həddən artıq sarımsaq yeməyin zərərləri
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Gözəl göz makiyajları
Zoğalın bilmədiyimiz faydaları
Tək qalmağa ehtiyacınız olduğunu göstərən hallar
BMT ekspertləri Suriyanı sabah tərk edəcəklər
Kimi aldadırsan?
“Miss Yer Kürəsi” o oldu- FOTO
- ŞƏRHLƏR