Bir gənc Kəbədə həmişə belə dua edirdi: «Ey doğruların yardımçısı olan Allahım, ey haramdan çəkinənlərin yardımçısı olan Allahım, ey əmanəti öz sahibinə qaytaran Allahım, sənə həmd olsun!». Bu vəziyyət oradakıların diqqətini cəlb etdi və gəncdən bunun səbəbini soruşdular: «Nəyə görə həmişə eyni duanı edirsən? Məgər başqa dua bilmirsən?».Gəncin cavabı: «7-8 il əvvəl Kəbədə qızılla dolu bir torba tapdım. Torbada 1000 qızıl var idi. İçimdən bir səs: «Bu qızıllara sənin çox ehtiyacın var» deyirdi. Sonra düşündüm ki: «Olmaz, sənin olmayan haram mal ilə xoşbəxt ola bilməzsən. Bu, günahdır». Elə bu vaxt bir kişinin torbanı axtardığını gördüm. Mən torbanı yiyəsinə qaytardım. Qızıllarını tapan şəxs çox sevindi və mənə 30 qızıl hədiyyə etdi. Ürəyimdə Allaha dua edə-edə bazara yollandım. Bazarda nurani bir gənc əsirin satıldığını gördükdə qiyməti ilə maraqlandım. Əsir 30 qızıla satılırdı. O gənci alıb evimə gətirdim. Çox ədəbli və çalışqan gənc idi, bütün işlərimdə mənə kömək edirdi. Bir gün gənc dedi: «Mən Fas əmirinin oğluyam. Atamın adamları məni sizdən almağa gələcəklər. Siz çox yaxşı və təmizürəkli insansınız. Məni 30 min qızıla satarsınız». Həqiqətən də, bir neçə gün sonra əmirin adamları gəlib oğlanı məndən 30 min qızıla aldılar. Mən həmin pula iş yeri açdım və xeyli qazanc əldə edərək varlandım. Bir gün qohumlarım evlənmək üçün məni bir qızla tanış etdilər. Varlı ailədən olan qızın atası yenicə vəfat etmişdi. Nikahdan sonra qızın cehizlərini gətirərkən əşyaların içində bir torba gözümə sataşdı. Qızdan torba barədə soruşduqda qız belə cavab verdi: «Bu torbanın içində 970 qızıl var. Atam bir neçə il əvvəl torbanı Kəbədə itirmişdi. Onu tapan gənc haramdan çəkinərək torbanı atama qaytarmışdı. Atam etdiyi yaxşılığın əvəzində 30 qızılı ona hədiyyə etdi, yerdə qalanını isə cehiz olaraq mənə verdi». Qızın sözlərini eşitdikdə səcdəyə getdim, Allaha şükür edərək: «Deməli, tapdığım bu qızıllar mənim ruzim idi, sadəcə, Allah-Təala onu mənə halal yolla vermək istəmişdi». O vaxtdan hər zaman Allaha həmd edirəm və Kəbədə eşitdiyiniz bu duanı edirəm».
XƏBƏR LENTİ
Bakı parkları yenidən açılışa hazırlaşır - FOTO
Mənim toxuduqlarım
İlham Əliyevdən silah mesajı
Şeyma Subaşı Yenidən Ana olmaq istəyir
Kremli şaftalı piroqu (foto resept)
Başqa musiqilər...
Albalılı piroq (foto resept)
Ingiliscə danışıqda lazım olan bəzi ifadələr (2-ci hissə)
Dəri əşyaları təmizləməyin sadə yolu
Ukrayna 2004-cü ilə qayıdır
Sevək və sevilək
Kartofla dəri baxımı
Sosial şəbəkələr haqda qanun olacaq?
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Günün ulduz falı
Depresiyaya yox deyin!
"Eurovision" ləğv olunacaq? - Ölkələr imtina edir
Tarkan ailəsi ilə Almaniyada karantindədir
Begemotla gəzinti
Lənətlənmiş otel
Yumşaq dəriyə sahib olmaq istəyən kişilər üçün tövsiyələr
İsveç alimləri daha bir ixtira - Dünyada ilk
Qapının zəngi...
Qarabağ"ın matçı canlı yayımlanmaya bilər
Məşhur aktrisa "Barbie" olacaq!-FOTO
"Facebook"dan möhtəşəm yenilik
Sinə əməliyyatından 4 il sonra -ŞOK FOTO
Gözəl vücuda sahib olmaq istəyənlər
Kişilər necədirlər?
ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd...”
Azərbaycanda nəqliyyat kartları tam dəyərli ödəmə vasitəsi olacaq
Məşhur aktyor evləndi-FOTO
"Google" əlavə reallıq displeyi yaradacaq
Delfinoterapiya
Dünyada ən varlı 5 qadın
Aleksandr Lukaşenko Bakıya gəldi
Dırnaq yemək vərdişi
Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət
Biserli geyimləri necə uyğunlaşdırmalı?
Məşhurlardan ilham alan yumor ustası
Nurgül Yeşilçay hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
“Evlənmək barədə düşünmürük”
Dünyanın ən uzun pilləkənları
Bade İşçil keçmiş əri ilə barışdı
"Hörümçək adam"ın yaradıcısı vəfat etdi
Təhsilimizin bahalı libasını eybəcərləşdirən yamaq
Uşaqların istedadını üzə çıxarmaq üçün...
Pensiyaçıların nəzərinə!
Romantik görüş üçün göz makiyajı
“YouTube”da messencer funksiyası test edilir
- ŞƏRHLƏR