“(Zəkat və sədəqələrinizi) özünü Allah yoluna həsr etmiş, buna görə də, yer üzündə qazanc üçün dolaşmayan yoxsullara verin! Onaları tanımayanlar həyalı olduqlarına görə bu şəxslərin varlı olduğunu düşünərlər. Sən onları üzlərindən tanıyarasan , çünki onlar həyasızlıq edərək israrla insanlardan bir şey istəməzlər. Şübhəsiz, Allah etdiyiniz hər bir xeyri bilir”. (əl-Bəqərə, 273)
İnsan oğlu yaradılmışlar içərisində ən mükəmməlidir. Güclü-gücsüz, sağlam-xəstə, elmli-elmsiz, varlı-kasıb kimi fərdlər arasındakı fərqlər və səviyyələr isə toplumdakı ahəng və nizamı təmin edən məsələlərdir.
“...Dünya həyatında onların (insanların) məişətlərini aralarında biz paylaşdırdıq. Bir-birilərinə iş gördürmələri üçün də bir qismini başqalarına nisbətən dərəcə-dərəcə daha üstün etdik...”. (əz-Zuhruf, 32)
Bu ayədə ifadə edildiyinə görə, ilahi bölgü özünü insanlar arasında fərqli göstərir. Buna uyğun olaraq hər bir fərdin məsuliyyəti də ona verilən nemətlər ölçüsündədir. Belə bir ictimai tarazlıq və ilahi ədalət ən mükəmməl bir ölçüdə qurulmuşdur.
Zəkat anlayışı Qurani-Kərimdə 27 yerdə namaz ilə birlikdə ifadə edilir. Onun bu qədər çox ifadə edilməsi zəkata verilən önəmi göstərir. Yalnız Muminun surəsinin 2-ci və 4-cü ayələrində namazın adı zəkatdan ayrı çəkilir. Bunun səbəbi “bədəni” və “maddi” olmaqla iki yerə ayrılan ibadətlərdə namazın “bədəni ibadətlər”-in , zəkatın isə “maddi ibadətlər”-in ən önəmlisi olmasıdır. Hz. Peyğəmmərimiz (s.a.s) buyurmuş :
“Namaz qıldığı halda zəkat verməyən şəxsin namazının xeyri yoxdur!”
(Heysəmi, Məcmauz-zəvaid, III, 62)
“Ehtiyacı olanın və məhrumun (həyalı olduğuna görə istəməyənin) varlıların mallarında bəlli bir haqqı var”. (əz-Zariyat, 19)
Mal qanuni yolla qazanılmışsa, onun sahibinə halal sayılsa da, yoxsulun bu mal üzərindəki haqqı olan zəkat ödənilmədikcə bu halallıq tam mənası ilə yerinə yetirilmiş olmaz. Başqa yerdən qazanılan yəni dini baxımdan halal olmayan bir malın zəkatının verilməsi də onu halal etməz. Məsələn, qumar və buna bənzər qeyri-qanuni yollarla qazanc onsuzda halal deyil.
Cəmiyyətin imkansız insanlarını sevindirən zəkatın onu verənlərə qazandırdığı savab daha böyükdür. Həqiqətən, “təmizlik” və “saflaşmaq” mənalarında olan “zəkat” insanın bir sıra mənəvi xəstəlik və pisliklərdən arınması, malın təmizlənməsi kimi son dərəcə önəmli faydaları ehtiva edir. Belə ki könlün paklaşması, ruhun saflaşması, nəfsin arımasındakı bu təmizlik xüsusiyyəti eyni zamanda peyğəmbərlərin göndərilməsinin hikmətlərindən biridir...
Zəkat onu verənlə alan insan arasında səmimiyyət və sevgini gücləndirir. Zəkat ehtiyacı olana veriləcək miqdarın ən aşağı ölçüsüdür. Kamil iman sahibləri bundan başqa sərvətlərini sədəqə, infaq və başqalarını özlərindən üstün tutmaqla da təmizləyərlər.
Hz. Mövlana da - Kuddisə sirruh- yoxsul və dərdlilərlə maraqlanmağın mənəvi qazancını ifadə etmək üçün belə deyir: “Yoxsulluq və ehtiyac içində boğulan könüllər tüstü ilə dolu bir evə bənzəyər. Sən onların dərdini eşitmək, o dərdə dərman olmaq yolu ilə o dumanlı evə bir pəncərə aç ki, onun dumanı çəkilsin və sənin də qəlbin yumşalıb, ruhun incəlsin!...”
Həqiqətən də, zəkat islamın insanlığa verdiyi çox önəmli dəyərlərdən biridir...Elə isə gəlin özümüzə, şəxsiyyətimizə önəm verənlərdən olaq inşAllah...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda istilik sayğacları quraşdırılacaq
Ferhat Köçerin evlilik fobiyası
Dini liderlər dünyanı sülhə çağırdılar
Dərdin ən böyük dərmanı - təsəlli
"Yazıq" portret
Energetikası güclü olan insanların əlamətləri
Pəncərə kənarındakı möcüzə-Kalanxoe-2
Azərbaycanda şəxsiyyət vəsiqələrində YENİLİK
Parlaq dodaqlara sahib olmaq istəyirsiniz?
Boy uzadan ayaqqabı
Yılmaz Mörgüldən gözlənilməz reaksiya
"Eurovison-2016"nın daha bir gözəli
65 il bir yerdə yaşayan ər-arvad eyni gündə öldü
Bensu paylaşdığı FOTO ilə təəccübləndirdi
Sərdar Ortaçdan maraqlı ETİRAF-FOTO
Facebook-un qorxulu sirri açıldı
"Rocketman"hər kəsin diqqətini çəkir-FOTO
Ev həyatımız üçün praktik məsləhətlər
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Vitaminli salat (foto resept)
Bu tərəvəz pis qoxu yaradır
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
"Sen anlat Karadeniz"in FİNAL edir
"Avroviziya-2018"-in finalçıları müəyyən oldu-FOTO
Sarımsaq qoxusunu aradan qaldıran qidalar
Siqareti tərgitməkdə yardımçınız olacaq
Obezofobiya
Ey Azadlıq!
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Oxumağı sevən uşaqlar üçün dünya klassikləri
Ağac evlər
Qarındakı yağlar üçün pomidor suyu
Özcan Deniz yenidən evlənir-FOTO
Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı
Uşaqları mazoxist kompleksi olmadan böyütmək
Xalq artisti Mirzə Babayevin 100 illik yubileyi keçiriləcək
Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə edib
Medalyer sənəti
Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ
Yatmağa kömək edən qidalar
Badam unundan pankek (foto resept)
Çoxmillətli toy "Ginnes"-ə düşdü
Dubay metrosunda robotlar xidmət göstərəcək
İxtisas seçimi başlandı
İki rəngli cupcake (foto resept)
Ayaqqabı və çantalar
Sızanaqların qarşısını necə almalı?
Xərçəngə qarşı universal vasitə hazırlanır
Geyim kombinasiyaları
Ermənistan prezidentini öldürmək istədilər
- ŞƏRHLƏR