Dua lüğətdə "çağırmaq" mənasını daşıyır - istər bu çağırış istəklə, istərsə də sitayişlə yanaşı olsun. Quran və rəvayətlərdə də hər zaman "dua" həm məsdər, həm də başqa hallarda işlənsə, "çağırmaq" mənasını verir. Dua yalnız çətin vaxtlar üçün deyildir, hətta Allah Təala, yalnız giriftar olan zaman Allah dərgahına üz tutub dua edən şəxslər haqqında buyurur:
"İnsana bir sıxıntı (möhnət və bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi."
"İnsana nemət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, haqdan uzaqlaşıb yan gəzər. Ona bir bəla üz verdikdə isə Rəbbinə uzun-uzadı dua edər."
Dua müsbət təsirlərdən əlavə, bir növ ibadət və Allahla bəndə arasında əlaqədir. Bu da insana daxili, mənəvi dinclik, həyatın çətinliklərində və ağrı-acılarında təskinlik verməkdə çox böyük təsirə malikdir.
İmam Əli (ə) buyurmuşdur: "Dua möminin qalxanıdır."
İmam Rza (ə) səhabələrinə buyurmuşdur: "Peyğəmbərlərin silahından istifadə edin."
Soruşdular: Onların silahı nədir?
Buyurdu: Dua.
Bu kimi hədislərə diqqət etdikdə, məlum olur ki, dua ali mənəvi təsirə malikdir. İstər insan dua əsnasında Allah Təaladan bir hacət istəsin, istərsə də istəməsin. İnsanda Allaha ehtiyac hissi duada öz əksini tapır. Dua bir növ acizlik fəryadı, kömək, eşq simvoludur və onun təsiri həmişə müsbətdir. Dua və ibadət insanın icad edə biləcəyi ən güclü qüvvədir. Əgər insan yalnız çətin vəziyyətdə dua edərsə, onun duası qəbul olmaz. Hər kəs çətin günlərdə duasının qəbul olunmasını istəyirsə, mütləq xoş günlərdə də dua etsin. Dua ibadət və dinə olan möhkəm iman insanda narahatçılığa səbəb olan halları, həyəcan və qorxu hisslərini aradan qaldırır. Psixoloqlar deyir:" Hər kəs həqiqi mənada dindar olsa, ruhi-əsəbi xəstəliklərə heç vaxt düçar olmaz. Deməli dinə imanın olmadan həyat puç və mənasızdır.
Rəsuli-Əkrəm buyurmuşdur: "Dua ibadətin cövhəridir."
Qurani-Kərimdə də Allah Təala duanı "ibadət" mənasında işlətmişdir. "Mənə dua edin, mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar, Cəhənnəmə zəlil olaraq girəcəklər!"
Hər vaxt eşq və şövqlə dua və ibadətlərimizdə Allaha xitab etsək, həm ruhumuz, həm də cismimizdə gözəl dəyişiklik yaranar. Dua və Allahla bəndə arasındakı mənəvi əlaqə insanın dərdlərinin, nigarançılıqlarının, hətta xəstəliklərinin aradan getməsində böyük rol oynayır. Dua və Allaha sığınmaq ən böyük müsibət və bəlalarda neçə insana arxayınlıq və qəlb dincliyi bağışlayır, neçə insanı səbrli və iradəli olmağa sövq edir! Duadan əsl məqsəd insanların Allaha diqqətini cəlb etmək və Allahla bəndələr arasındakı bağlılığı möhkəmlətməkdir ki, bəndələr hər zaman Allahdan öz istəklərini diləyərək, onu yaddan çıxartmasınlar. Allah edilən bütün duaları qəbul etsin. Heç bir bəndəsini naümid geri qaytarmasın. Dilimizdən dua heç bir zaman əksik olmasın. Amin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Mobil telefonla danışanlar cərimələnə bilərlər
Dünyanın ən ağıllı ölkələrinin SİYAHISI
Məşhurların möhtəşəm geyimləri
Tam qızıl iPhone 5s hazırlandı
"Eurovision 2014": bu gecə alovlu şou var!
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
“Avroviziya-2019”-un narıncı xalça mərasimi keçirildi
Güclü qar Quba-Xınalıq yolunu iflic etdi
Avropa Liqasının oyunlarına hansı kanalda baxmalı?
Ən varlılar arasında azərbaycanlı da var
Zərərli vərdişlər ömürdən 6 il qopara bilər
"Sofiya Rotaru"nun cavan qalma sirri
Hərbi gəmilər Bakı buxtasında niyə görünmədi?
Şəmistan Əlizamanlı AzTV-də “Cəbhədən xəbər” verəcək
Kişilərin cəlbedici hesab etdiyi xüsusiyyətlər
30 dəqiqə ərzində dişləri ağartmaq mümkündür
Gözəllik inciləri
"Arka sokaklar"ın aktyoru nişanlandı - FOTO
"Qara dəlik" böyüyür
Beynəlxalq qadınlar günü dünyada...
Doğulduğu sıraya görə uşaqların xarakteri
Rənglərə görə xarakter analizi
Ailə ixtilafları - II hissə
Qadınlara da hərbi bilet veriləcək
"… kimi ol" axını haradan qaynaqlanır və insanlara nə hiss etdirir?
Adət ənənə "Toy"
"Qapılar bağlanır, növbəti stansiya "Ronaldu
Paxla salatı (foto-resept)
Ziyafət üçün makiyaj və saç düzümləri
“Ginnesin Rekordlar Kitabı”na düşən pişik - FOTO
Azərbaycanlı gənc şirkətini Twitter-ə 100 milyona satdı
Zeynəb Xanlarova İlham Əliyevi BELƏ TƏBRİK ETDİ - VİDEO
Hava necə olacaq?
Dəri kəmərdən istifadə etmək olarmı?
Windows XP hələ ölməyib
Ziyafət geyimləri
Tkemali sousu (Gürcü mətbəxindən )
Haray çəkən Şuşam, ağla...
Facebook-da bu tələlərdən uzaq durun!
Həftənin ilk iş günü hava necə olacaq?
Ən ucuz internetli telefon buraxıldı
Vaqif Səmədoğlunun son şeiri
Keti Perri hamiləliyindən danışdı-FOTO
"Taxt-tac oyunları"nın aktrisası öldü
Qadınlıq haqqında 10 mif (2)
Şeyma Subaşı sevgilisindən ayrıldı
Türkiyə ilbiz ixracından milyonlar qazanır
Gülüş yaradan toy şəkilləri
İlham Əliyev Varşavada Əfqanıstan prezidenti ilə görüşüb - YENİLƏNİB
Sevdiyi qıza evlilik təklif etmək istədi, ancaq evini yandırdı
- ŞƏRHLƏR