"Qul yâ əyyühəl kâfirûn. Lâ a'büdü mâ ta'büdûn. Və lâ əntüm âbidûnə mâ a'büd. Və lâ ənə âbidün mâ abədtüm. Və lâ əntüm âbidûnə mâ a'büd. Ləküm dînüküm vəliyə dîn."
Tabiinin böyüklərindən Əsvəd ilə Alkamə: "Təhəccüd yuxudan sonradır" demişlər. Hətta heç yatmadan bütün gecəni ibadətlə keçirməyi adət etmək məkruh sayılmışdır. (Təcridi Sarih Tərcüməsi) Buxarinin Əmr b. Əl-Asdin (rə) rəvayətinə görə bir dəfə Rəsulullah (s.a.v.s) Abdullah b. Əmrə "Ey Abdullah! Sənin hər gün oruc tutduğun və hər gecə başdan- başa namaz qıldığın xəbəri mənə çatmadımı sanırsan" buyurmuşlar. Abdullah da, "Bəli elədir, ya Rəsulullah! Bütün gecə namaz qılaram" demişdir. Rəsulu Əkrəm, "Əsla elə etmə. Gah oruc tut, gah iftar et, gecənin bir qisimində namaz qıl, bir qisimində yat" buyurmuşdur.
Hər müsəlmana lazımlı, amma xüsusilə də təsəvvüf əhli olan kəslər yaz-qış, soyuq-isti demədən gecə şirin yuxudan qalxar, səhərləri ibadət ilə oyanıq keçirərlər. Allaha içdən gələrək, qorxu və ümidlə, sevgi ilə yalvararlar.
Bununla birlikdə özlərini gecə səhərlərə qədər yatanlardan üstün görməz, əksinə "yatanlara qələm işləməz" deyərək, onları özlərindən üstün sayarlar. Onlar etdikləri bu ibadətlərlə öyünmək belə bir tərəfə, şəxsən bu ibadətləri də Allahın bir neməti bilər, bu və digər nemətlərin şükründən aciz olduqlarını etiraf edərlər. Rəhman olan Allahın bu qullarını bu ayələr nə gözəl ifadə edir:
32/15- Bizim ayələrimizə ancaq özlərinə bu ayələrlə öyüd verildiyi zaman səcdəyə bağlanan, qürurlanmadan Rəblərinə həmd edərək təsbeh edənlər inanarlar.
25/64- Onlar Rəbblərinə səcdə edərək və qiyamda dayanaraq gecələyənlərdir.
32/16- Onlar qorxaraq və ümid edərək Rəbblərinə ibadət etmək üçün yataqlarından qalxarlar. Özlərinə ruzi olaraq verdiyimiz şeylərdən də Allah üçün xərcləyərlər.
39/9- (Belə bir kimsəmi Allah qatında məqbuldur,) yoxsa gecə vaxtlarında, səcdə halında və ayaqda, axirətdən qorxaraq və Rəbbinin rəhmətini ümid edərək itaət və qulluq edən mi? De ki: "Heç bilənlərlə bilməyənlər bir olarmı?" Ancaq ağıl sahibləri öyüd götürərlər.
51/17- Gecələri çox az yatardılar.
51/18- Səhərlərdə bağışlama diləyərdilər.
73/1- Ey örtünüb bürünən (Peyğəmbər)!
73/2,3- Gecə qalx; yarısını ibadətlə keçir. Yaxud bundan bir az azalt.
73/20- (Ey Məhəmməd!) Şübhəsiz Rəbbin sənin gecənin üçdə ikisinə yaxın qisimini, yarısını və üçdə birini ibadətlə keçirdiyini bilir. Bərabərində olanlardan bir birlik də belə edir. Allah gecə və gündüzü təşkil edib təqdir edər. Sizin buna (gecənin bütünündə yaxud çoxunda ibadətə) gücünüzün çatmayacağını bildi də sizi bağışladı (yükünüzü yüngülləşdirdi.) Artıq Qurandan asanınıza gələni oxuyun. Allah, içinizdə xəstələrin olacağını, bir qisiminizin Allahın lütfündən ruzi axtarmaq üzrə yer üzündə gəzəcəyini, digər bir qisiminizin isə Allah yolunda vuruşacağını bilməkdədir. O halda Qurandan sizə asan gələni oxuyun. Namazı düm-düz qılın, zəkatı verin, Allaha gözəl bir borc verin. Özünüz üçün əvvəldən nə yaxşılıq göndərsəniz onu Allah qatında daha üstün bir yaxşılıq və daha böyük mükafat olaraq taparsınız. Allahdan bağışlama diləyin. Şübhəsiz Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
73/4- Yaxud buna bir az əlavə et. Quranı ağır-ağır, dənə-dənə oxu.
76/26 Və gecənin bir qismində Ona səcdə et (məğrib və işa namazlarını qıl) və gecə uzunu da Onu zikr et.
Gecə namazının fəziləti haqqında Məsumlardan çoxlu rəvayətlər nəql olunmuşdur. Həzrəti Peyğəmbər (s.a.v.s) Hz. Əli (ə) vəsiyyət edərkən üç dəfə təkidlə buyurur:" Gecə namazı qılmağı özünə vacib et!"
İmam Sadiq (ə) buyurmuşdur: " Dünya malı və övladlar bu dünya həyatının, gecə namazı isə axirət həyatının zinətidir."
"Gecə namazı qılın. O, Peyğəmbərin sünnəti və sizdən qabaq yaşayan saleh insanların ənənəsisdir. Gecə namazı ağrı və xəstəlikləri sizin bədəninizdən uzaqlaşdırar."
" Gecə namazı qılmaq insanın üzünü nurani, əxlaqını gözəl, iyini pak edib ruzini çoxaldar. İnsanın borcunun ödənməsinə, qəm- qüssəsinin aradan getməsinə səbəb olub, insanın gözünə cilvə və işıqlıq verər."
Peyğəmbərimiz (s.a.v.s) buyurur: " Göydəki ulduzların yer əhli üçün işıq verdiyi kimi, gecə namazı və Quran oxunan evlər də səma əhli üçün işıq saçır."
Bu mənəvi və Allah istəyən ibadətə nail olmaq üçün gecənin əvvəlindən onu yerinə yetirməyə söz verib, xüsusilə gecə az yeməklə, sübh oyanmağa özünüzü hazırlayın.
Hz. Əli (ə) buyurub: Üç şeyi başqa üç şeylə istəmək olmaz:
1. Gecənin oyanıqlığını- çox yeməklə;
2. Üzün nurunu- bütün gecəni yatmaqla;
3. Dünyada əmin- amanlıqda olmağı- fasiq və facirlərlə oturub durmaqla.
Gecənin ibadəti- övliyanın baharıdır. İnsan gecə yatarkən dəstəmaz alıb (ümumiyyətlə möminin daim dəstəmazlı olmasına diqqət yetirməsi daha xoşdur) Allahdan gecə dura bilməsə, Allah Təala onun mükafatını verər.
"Hər kəs gecə namazı niyyətini edərək yatıb, yuxuya qalarsa, onun yuxusu sədəqə sayılır və Allah onun üçün gecə namazının savabını yazır."
Əli (ə) buyurur: " Gecəni Allaha itaət və ibadətlə keçirtmək övliyanın baharı və səadətlilərin bağıdır."
Allahın gecə namazı qılanlardan razılığı
Rəsuli Əkrəm (s.a.v.s) buyurur: " Allah üç nəfərdən razıdır:
1. Gecə namazı qılandan;
2. Allah yolunda düşmənlərin qarşısında dayananlardan;
3. Camaat namazı təşkil etmiş dəstədən.
Dualar qəbul olur
Bir kişi Peyğəmbər (s.v.s)dən sual edir:
-Gecənin bir vaxtı olamı ki, mömin bəndə dua etdikdə duası qəbul olsun?
Həzrət buyurdu:
- Bəli. Gecə yarısından üçdə biri qalana qədər.
Ərz etdi :
- O xüsusi bir gecədir, yoxsa hər gecə?
Buyurdu:
- Hər gecə.
Gecə namazının dünyəvi əsəri
İmam Sadiq (ə) buyurmuşdur:
" Gecə namazı ruzini çoxaldar."
" Gecə namazı qılan şəxs ac qaldığını güman edirsə, yalan demişdir. Çünki, gecə namazı günün ruzisinin zaminidir."
İstədiyin vaxt yuxudan aylmaq üçün oxu
Gecə namazı qılmaq və ya başqa bir iş üçün gecənin müəyyən vaxtı oyanmaq istəyən mübarək Kəhf surəsinin axırıncı ayəsini oxusun:
" Щ‚ЩЏЩ„Щ’ ШҐЩђЩ†ЩЋЩ‘Щ…ЩЋШ§ ШЈЩЋЩ†ЩЋШ§ ШЁЩЋШґЩЋШ±ЩЊ Щ…ЩђШ«Щ’Щ„ЩЏЩѓЩЏЩ…Щ’ ЩЉЩЏЩ€ШЩЋЩ‰Щ° ШҐЩђЩ„ЩЋЩЉЩЋЩ‘ ШЈЩЋЩ†ЩЋЩ‘Щ…ЩЋШ§ ШҐЩђЩ„ЩЋЩ°Щ‡ЩЏЩѓЩЏЩ…Щ’ ШҐЩђЩ„ЩЋЩ°Щ‡ЩЊ Щ€ЩЋШ§ШЩђШЇЩЊ Ы– ЩЃЩЋЩ…ЩЋЩ†Щ’ ЩѓЩЋШ§Щ†ЩЋ ЩЉЩЋШ±Щ’Ш¬ЩЏЩ€ Щ„ЩђЩ‚ЩЋШ§ШЎЩЋ Ш±ЩЋШЁЩђЩ‘Щ‡Щђ "
Oxunuşu:
"Qul innəma ənə bəşərun mislukum yuha iləyyə ənnəma ilahukum ilahun vahidun fəmən kanə yərcu liqaə rəbbihi fəlyə"məl əmələn salihən və la yuşrik biibadihi əhədən."
Gecə namazının qılınma qaydası
11 rükətdir.
1. 8 rükət gecə namazı nafiləsi niyyəti ilə sübh namazı kimi 2 rükət-2 rükət qılınır. Hər namazın 1-ci rukətinde "Fatiha" və "İxlas", 2-ci rükətinde "Fatiha" və "Kafirun" surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, insana zülm verən zalimi cəzalandırması barədə də Allaha dua etmək olar. Hər iki rükətin axırında təşhəhhüd və salam verilir. Nafilələrin axırında Həzrəti Fatimənin (a) zikrini demək savabdır( sübh namazı kimi də qılmaq olar)
Kafirun surəsi:
2 rükət gecə namazı nafiləsi niyyəti ilə
2 rükət gecə namazı nafiləsi niyyəti ilə
2 rükət gecə namazı nafiləsi niyyəti ilə
2 rükət gecə namazı nafiləsi niyyəti ilə
2+2+2+2=8
2. Şəf namazı niyyəti ilə 2 rükət.
1ci rükətində "Həmd" dən (Fatihədən) sonra "Nas" surəsini,
2ci rükətdə "Həmd" dən (Fatihədən) sonra "Fələq" surəsini oxumaq yaxşıdır.
3. 1 rükət Vitr namazı niyyəti ilə.
Bu namazda "Həmd" dən (Fatihədən) sonra 3 dəfə "İxlas", 1 dəfə"Fələq", 1 dəfə "Nas" surələrini oxumaq yaxşıdır. (təkcə 1 surə də oxumaq olar)
Sonra qunut tutub aşağıdakılar deyilir:
1)-70 dəfə istiğfar edilərək "Əstəğfurullahə rəbbi və ətubu iləyh" deyilir;
2)-70 dəfə "Haza məqamul-aizi bikə minən-nar";
3)-300 dəfə "Əl Əfv";
4)-40 mömin üçün dua edib "Allahümməğ-fir li filan (filan sözünün yerinə möminin adını deyirik)" (Burada dünyadan köçmüş və ya yaşayan mömin ola bilər, fərqi yoxdur)
Ya da tək-tək demək istəməyən belə desin: "Allahümməğ-fir lil-mömininə vəl-möminat".
Sonda qeyd edim ki, bizə öyrədilən qədər gecə namazını qılmaq üçün ən gözəl vaxt- sübh azanına yarım saat qalmışa kimi namazı bitirmək üçün kifayət edən vaxtdır.
Əziz möminlər, başda özüm olmaqla gəlin düşünək: sevdiyimiz filmi, və ya futbol matçını, Avrovisionu izləmək üçün, və ya hətta burda- saytda sadəcə "danışmaq" üçün neçə gecə, neçə saat oyaq qalırıq? Bəs Ona, Rəbbimizə ibadət etmək, Onunla baş-başa qalmaq üçün neçə saat yuxusuz qalırıq?- bunu hər birimiz düşünək, amma, bura yazmağa ehtiyac yoxdur. Çünki, ibadətlər Allah üçündür və Onun bilməyi yetərlidir, İnşaAllah!
Unutmayın, ibadətlər yalnız Allah rizası üçün olarsa qəbul olunar.
Allah ibdətlərinizi qəbul etsin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"ASAN xidmət"də yenilik
Ceyms Uorlik kimə işləyir?
Qara dəlik üçün "Oskar" verdilər
DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ
BÜRCLƏR bizə nə vəd edir?-15 noyabr
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Dünyanın ən bahalı şokoladı
"İnternet və texnologiyalar əsrində belə tədbirlərin keçirilməsi olduqca vacibdir"
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Dərdin ən böyük dərmanı - təsəlli
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
"Vatanım Sensin" serialı finala hazırlaşır
Ronaldunun uğurunun sirri açıldı
Eurovision-2019-un sloqanı məlum oldu
Nazirlik ölkədə müşahidə olunan toz-dumanın səbəbini açıqladı
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Matriksin dəbə təsiri
Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO
Divar saatları
Azərbaycanda güclü zəlzələ olacaq?
8 mindən çox adam öldü
Çətirlər
Uşaqlar üçün qəlyanaltı ideyaları
Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”
Günün ulduz falı
İdmanla məşğul olarkən motivasiyanı necə artırmalı?
HAVA necə olacaq?-24 FEVRAL
Şənbə havası
Cennifer Lopezin konsertində şok - İnsanlar təxliyyə edildi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Təkrarlanan yuxuların insan həyatında və sağlamlığında rolu
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Moldova yığmasının baş məqşçisi Azərbaycan çempionu oldu
İtaliyaya səyahət (II hissə)
Hülya Avşar efirlərə qayıdır?
"Şaban"-ın oğlu evləndi-FOTO
Tibb işçilərinin NƏZƏRİNƏ
Bu gecə ilk Qədr gecəsidir
Cəbhədə növbəti təxribat
Marsda “pinqvin” tapıldı - FOTO
"Quş qripi" xəstəliyinin törədicisi müəyyən edilmədi
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Sağlam dizlər üçün 5 məsləhət
Bu domen 3,6 milyon dollara satıldı
Gözəllik standartlarını dəyişdirən model - FOTO
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
- ŞƏRHLƏR