İslamda yaxınlıq etmənin qaydalarını son günlərədək çoxlarımız bilmirdik.Bunları oxuduqca,özünü müasir hesab edən bəzi "kişilərin"əslində heyvandan fərqsiz olduğunu görmək olar...
1.Heyz halında,yaxud nifas halında(yəni doğuşdan sonra,qan gördüyün müddətdə) yaxınlıq etmək haramdır.
2.İstihazə qanı görən( 10 gündən çox gələn heyz qanına və ya hər hansı bir yara,zədə nəticəsində gələn qana "istihazə"deyilir) qadın,istihazənin hökmlərinə riayət etdikdən (yəni qüsl və digər xüsusi əməlləri yerinə yetirdikdən sonra onunla yaxınlıq etmək olar.
3.Arxadan yaxınlıq etmək olmaz.Din alimləri bunun haram və böyük günah olduğunu buyurmuşlar.
4.Mə"ni (sperma) qadının övrətindən kənara tökülməməlidir.Qadının icazəsi olmadan mə"nini kənara tökməyi haram bilmişlər.1.Heyz halında,yaxud nifas halında(yəni doğuşdan sonra,qan gördüyün müddətdə) yaxınlıq etmək haramdır.
5.İmam Cəfəri Sadiqdən rəvayət olunmuşdur ki:Həzrət buyurur:-"Kişi öz qadını ilə çərşənbə axşamı (2-ci günün gecəsi) yaxınlıq etməməlidir."
6.Peyğəmbər(s.ə.s.) buyurmuşdur:-"Qadınlarınızla yaxınlıq etməyə başladıqda-"Bismillah" deyin."
7.İmam Cəfəri Sadiq buyurmuşdur:-"Yaxınlıq zamanı danışılarsa,neticədə doğulacaq olan uşaq lal olar və bu vaxt qadının övrətinə baxılarsa,uşaq kor doğular."
8.Peyğəmbər (s.ə.s.) buyurmuşdur:-"Ya Əli!Şəban ayının 15-ci gecəsi və axırıncı günü cima (yaxınlıq) etməsinlər ki,dünyaya gələn uşaq zalim olar."
9.Heç vaxt üzü,yaxud arxası qibləyə olduğu halda yaxınlıq etməyin,haramdır.Gəmidə də yaxınlıq etmək olmaz.
10.Bazar günü gecəsi yaxınlıq et ki,övladın Quran hafizi (əzbər bilən) və Allahın qəzavü-qədərinə razı olanlardn olsun.
11.Peyğəmbər(s.ə.s.) buyurmuşdur:-"Ya Əli!Onlara de ki,yaxınlıq etmək istəsələr bazar ertəsi gecəsi və çərşənbə gününün gecəsi etsinər ki,övladları rəhmli,dili qeybət və böhtandan pak olsun."
12.Peyğəmbər(s.ə.s.) buyurmuşdur:-"Əgər cümə axşamı günü Günəş göyün ortasına gəldiyi zaman öz arvadınızla yaxınlıq etsəniz,övladınız qocalana qədər şeytan şərrindən amanda olar."
13.Peyğəmbər(s.ə.s.) buyurmuşdur:-"Əgər cümə axşamı gecəsi cima (yaxınlıq) etsən,yaxud cümə günü əsrdən sonra cima et ki,övladın xətib və doğru danışan olsun."
14.Peyğəmbər(s.ə.s.) buyurmuşdur:-"Əgər cümə axşamı gecəsi işa(xiftən) namazından sonra) yaxınlıq etsən,ümid olunur ki,övladın Allah övliyası olsun."1.Heyz halında,yaxud nifas halında(yəni doğuşdan sonra,qan gördüyün müddətdə) yaxınlıq etmək haramdır.
15.Peyğəmbər(s.ə.s.) buyurmuşdur:-"Her kəs öz qadını ilə yaxınlıq etmək istəsə,toyuqlar(xoruz) kimi həmin dəqiqə qadının üzərinə oturmasın.Yəni yaxşı olar ki,əvvəl bir qədər onunla məzələnsin,sonra yaxınlıq etsin."
16.İmam Cəfəri Sadiq buyurmuşdur:-"Kişi ilə qadın gərək uşaq olan otaqda cima etməsinlər.Çünki ya həmin uşaq,yaxud həmin anda qadının boynuna düşəcək olan uşaq zinakar olar."
17.Allahın Rəsulu (s.ə.s.) buyurmuşdur:-"Bir şəxs öz arvadı ilə yaxınlıq etdiyi zaman,həmin otaqda yatan digər adam oyanıb onları görsə,sözlərini,yaxud nəfəslərini eşitsə Allaha and olsun ki,onlardan dünyaya gələn uşaq heç vaxt hidayət əhli olmaz,zinakar olar."
18.Peyğəmbər(s.ə.s.) buyurmuşdur:-"Möhtəlim (yəni yuxudan ayıldlqdan sonra,yuxudaykən ondan mə"ni gəldiyini görən) olan kəsin qesl etməmişdən
əvvəl yaxınlıq etməsi qadağandır."Və yenə buyurdu:-"Əgər yaxınlıq etsə,dünyaya gələn uşaq dəli olar.Bu zaman özündən başqa heç kəsi qınamasın.Qüsl verəndən sonra isə yaxınlıq edə bilər."
19.İmam Cəfəri Sadiq buyurmuşdur:-"Günəş doğan zaman,həmçinin gün batan vaxt yaxınlıq etmək məkruhdur( yəni etməsən daha yaxşıdır)."
20.Allahın Rəsulu (s.ə.s.) Həzrəti Əliyə buyurmuşdur:-"Ya Əli!Təzə gəlinə 7 gün süd,sirkə,keşniş(göyərti) və turş alma yeməyi qadağan et."Həzrəti Əli soruşdu:-"Ya Rəsulallah, nə üçün bunları yeməyi qadağan edim?"Həzrət buyurdu:-"Çünki bunları yemək nəticəsində rəhm (uşaqlıq) soyuq və barsız (sonsuz) halında olar."
21.Peyğəmbər (s.ə.s.) buyurmuşdur:-"Ya Əli,hər hansı bir şəxs cünüb (yəni yaxınlıq nəticəsində boynuna cənabət qüslü gələn şəxs) halında arvadı ilə yatatqda uzandığı zaman Quran oxusa qorxuran asimandan hər ikisi üçün atəş gələ və onladı yandıra."
22.Peyğəmbər (s.ə.s.) buyurmuşdur:-"Ya Əli,hamıya de:-sizlərin ayrı-aryılıqda dəsmallarınız (yəni mə"nini silmək üçün dəsmal) olmadığı halda yaxınlıq etməyin.ikiniz də özünüzü eyni dəsmalla pak etməyin ki,sonu ayrılığa səbəb olar."
23.Peyğəmbər (s.ə.s.) buyurmuşdur:-"Ya Əli,onlara de ki,ayaq üstə cima etmısinlər.Çünki bu,eşşəklərin işidir.Əgər bundan uşaq dünyaya gəlsə,eşşəklər kimi yerinə bövl (sidik) edənlərdən olar."
24.Fitr bayramının gecəsi cima etmə ki,vücuda gələn uşaqdan çoxlu şər hasil olar.Qurban bayramı gecəsi də cima etmə.
25.Bar verən ağacın altında cima etmə ki,dünyaya gələn uşaq cəllad,yaxud zalım bir rəis olar.
26.Örtük,yaxud pərdə olmadığı halda günün altında yaxınlıq etmə.Əgər bundan uşaq dünyaya gəlsə ölənə qədər pərişan olar.
27.Əzanla İqamə arasında cima etmə dünyaya gələn uşaq qan tökməyə meylli olar.
28.Peyğəmbər (s.ə.s.) buyurmuşdur:-"Ya Əli,arvadlarınız hamilə olduğu zaman onlarla dəstəmazsız halda cima etmə.Əgər elə etsən dünyaya gələn uşaq paxıl,və qafil(qəlbi kor,Allah həqiqətlərindən bixəbər) olar."
29.Damın üstündə yaxınlıq etmə ki,övladın münafiq vı iki üzlü olar.
30.Peyğəmbər (s.ə.s.) buyurmuşdur:-"Ya əli,əgər səfərə çıxsan,həmin gecə yaxınlıq etmə".
31.Həzrəti Əli buyurdu:-"Hər kəs öz arvadı ilə yaxınlıq etmək istəsə,tələsməsin.Ola bilsin ki,cimadan qabaq qadının mühüm işi olsun.Yaxşıdır ki,kişi bir qədər səbr etsin."
32.Cima etdikdən sonra qüsl etmək vacibdir.
33.Hər kəsin ki,barmağında Allahın adı nəqş olunmuş üzük olsa,həmin üzük barmaqda olduğu halda yaxınlıq etməsin.
34.Allahın Rəsulu (s.ə.s.) açıq havada yaxınlıq etməyi qadağan etmişdir.Bu xüsusda Həzrət buyurdu:-"3 şeyi qarğadan öyrənin:-Pünhan (gizli) yerdə yaxınlıq etməyi,O başdan( sübh çağından) ruzi qazanmaq üçün getməyi və çoxlu pəhriz etməyi (şübhəli şeylərdən çəkinməui)."
35.Həzrəti Əli buyurdu:-"Hər kəsin bədəni ağrısa və yaxud qıdırma ona qalib gəlsə,öz arvadı ilə yaxınlıq etsin,yaxşı olar."
36.Hamilə qadın 1-ci aydan 9-cu aya qədər qara xurma yesin(uşaq səbr edənlərən olar),1-ci aydan 9-cu aya qədər 9 dəfə Quran oxusun,daima dəstəmazlı gəzsin.Heş kəsin evindı çörək yeməsin,hətta su belə işməsin və s.
Bütün bunların körpə üzərində psixi və mənəvi təsiri vardır.Yenidən yaxınlıq etmək istəsə gərək yenidən dəstəmaz alınsın..
XƏBƏR LENTİ
Tanınmış aktrisa üçüncü dəfə ərə gedir
Şeymanın 16 yaşında dedikləri TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Cessika Simpson üçüncü dəfə ana oldu-FOTO
Xalçalar necə təmizlənməlidir? - Qışa hazırlaşanlara tövsiyələr
Melani Tramp plagiatda ittiham olunur
Pulu qənaətlə necə xərcləməli?
Kəndir bitkisi
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
Hanami
Azərbaycan atletləri Avropa birinciliyində medalların sayını 5-ə çatdırıblar
Məşhur cütlük evləndi-FOTO
Sandra Bullok gizlincə ərə getdi-FOTO
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
Açıq havada idman etmək
Dəbli çantalar
Türk blogger hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktyor keçmiş xanımı məhkəməyə verdi-SƏBƏB
Küsülü prezidentlər barışdı
Prezidentin köməkçisi xarici diplomatlarla yenidən Füzulidə
Yıldız Tilbe hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-14 Sentyabr
Türkiyə kuboku: "Fənərbağça" biabır oldu!
Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisinə 8 milyon manat vəsait ayrılıb
Tükləri sapla təmizləyirsinizsə...
Cəmi 8 həftəyə artıq kilolardan qurtulmaq istəyirsiniz?
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Qafqazlıların uzunömürlüyünün sirri kababda imiş
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Animasiya qəhrəmanları modern dünyada
Sərhədsiz erməni vandalizmi: Bir vaxtlar 100 min əhalisi olan Füzuli şəhəri hazırda...
20 yaşlı türk bütün İngiltərəni heyrətləndirdi
Milyarderlərin sayı rekord həddə çatıb
İrina Şeykin FOTOsu tarixinə görə diqqət çəkdi
Novruz Məmmədov “Hesabat”ın qonağı olub
İranla AEBA arasında nüvə danışıqları başladı
Gün ərzində xoşbəxtliyi necə tapmalı?
BÜRCLƏR bizə nə vəd edir?-17 yanvar
Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfədən çox azalıb
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Şahzadə həyatı
Soba alarkən diqqət edin
İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Bu ölkə koronavirusla mübarizədən imtina etdi:70 ölü
Mahsun Kırmızıgül qızının FOTOsunu paylaşdı
Nəvələrlə münasibət necə olmalıdır?
Bakıda maraqlı sərgi açıldı
Dərdlərə dərman zeytun (2)
Rus Dili dərs-11
"Qalatasaray" - "Yuventus": bu necə oldu?
Ona səbəb göstərin!
- ŞƏRHLƏR