Dinlərin özü yaxşılıqdır
İnsanı qəflətə salan və özünü aldatmasına səbəb olan digər bir xəta isə qəlb təmizliyi iddiasına bənzər şəkildə tarix boyunca gələn bütün dini buyruqların yaxşılıq olması ilə dayazlaşdırılmasıdır. Bu cür iddiada olan adamlar özlərini olduqları vəziyyətə o qədər inandırıblar ki, Quranı bilməsəniz, qurduqları cümlələri ayə zənn edərsiniz. Məgər "Bütün dinlərin əsası yaxşı bir insan olmaq deyilmi?", "Allahın qulundan gözlədiyi şey yaxşı bir insan olmasıdır" şəklində qurulmuş cümlələrdə dinin yaxşılıqla bərabər tutulmasını görürük. Şübhə yoxdur ki, xeyirli və yaxşı bir qul olmaq Quran ayələrində ifadə edilmişdir. Ancaq burda da diqqət edilməsi lazım olan şey "yaxşılıq" və ya "yaxşı insan" məfhumunun kim tərəfindən və necə doldurulmasıdır. Bu kəlmələrin məzmununun Quran əsaslarına görə qərarlaşması bir cür, insanların fərdi qəbul və anlayışlarının doğrulanmasıyla şəkillənmə isə ortaya bir başqa cür anlayış çıxarır.
Yaxşılığın nə olması tarixin başlanğıcından bu tərəfə mübahisəli bir mövzudur. Ən çox yayılmış və qəbul edilən təriflərdən biri özümüzə etmək istəmədiyimiz şeyləri başqasına da etməmək; yəni daxilində yetişdiyimiz cəmiyyətin bizə öyrətdiyinin işığında, cəmiyyətin bizdən gözlədiklərinə uyğun davranmaqdır. Bəs yaxşı, bizə sadəcə sosial sferamızı təmin edən cəmiyyətimizin "yaxşı" dediklərinə diqqət edərək bu qəbulları Allahın "yaxşı"-larından üstün tutmaq, ya da bu "yaxşı"-ları müəyyən edərkən Allahın buyruqlarını nəzərə almamaq nə qədər məntiqlidir? Göyləri, yeri və insanları yaradanın bizə nəsihət etdiyi "yaxşı"-lara yaxşı demək lazımdır, yoxsa cəmiyyətimizin bizə öyrətdiyi keçici sosial qaydalara? Həyatımızdakı yaxşılıq anlayışının hakimi ətrafımızda gördüyümüz aciz insanlar olmalıdır, ya hamımızı yaradan Allah? Həqiqətən də bəzi insanlar yaxşılıq etməyi sevən, kimsəyə pisliyi toxunmayan, onu-bunun arxasınca qeybət etməyən, xeyir işlərində məsuliyyət daşıyan insanlar ola bilərlər. Ancaq insan bilməlidir ki, bütün bu sayılanlar və bənzərləri onsuz da Allaha inandığını ifadə edən insanlarda olması lazım olan, dini buyruqlara uyğun olan təbii davranışlardır. Din sadəcə qəlb təmizliyi və yaxşılıqlardan ibarət deyildir. Siz öz anlayışlarınız ilə dini müxtəlif hissələrə ayırır və etmək istədiyiniz qismini əsas alaraq qalanını yox sayarsınız, böyük bir bütünü bir parça hesab edərsiniz. Bəzi insanların etdiyi pis davranışlar zamanı "Əslində yaxşı biriyəm, amma nəfsimə, əsəblərimə qalib gələ bilmirəm", - dediklərini eşitmisiniz. Dolayısı ilə kimsə özünə pis deyib, bu cür qiymət verməz. Quran ayələri yaxşılığın ancaq Allah tərəfindən ortaya qoyulan əsaslara cavab verməsi halında doğru olduğunu bildirir. Yaxşılıq anlayışını Allahın digər əmr və qadağalarından ayıraraq dəyərləndirmək düzgün deyil. Ayələr Allahın insanlığa elçi olaraq göndərdiyi peyğəmbərlərinə yaxşılıqlarla birlikdə əmr etdiyi bəzi şeyləri bu şəkildə ifadə edir:
Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər. (Ənbiya surəsi, 73)
Yer üzündə yaşayan müxtəlif millətlərin olduğu və hamısının da özlərinə görə ənənəvi inanclara sahib olduqları bir həqiqətdir. Bütün bu millətlər üçün bir nöqtədə birləşən bütün yaxşılıqların qəbul edilməsi mümkündür. Lakin xırda təfərrüatına gəldikcə eyni zamanda bir-birinə daban-dabana zidd yaxşılıq və pisliklərin qəbulunu da görürük. Məsələn, ailə daxili nigah ümumi olaraq pis bir əməl kimi bilinsə də, bəzi cəmiyyətlərdə bu davranışın yaxşı və təbii bir proses kimi dəyərləndirilməsini görə bilərik. Dolayısı ilə yaxşılıq və pislik anlayışlarının həqiqi mənası İlahidən gələn buyruqlardadır. Yoxsa "Bütün dinlərin əsası yaxşı insan olmaqdır", deyərək dini məsuliyyətdən qurtulmaq mümkün deyil. Dini məsuliyyətlər yerinə yetirilmədən edilən bir yaxşılıq varsa və bu yaxşılıq həqiqətən Allah rizası üçün edilmişdirsə, onu təqdir edəcək olan Allahdır. Ancaq bu halda da insanın dini məsuliyyətdən qaçışı olmamalıdır. Ayələrdə ibadətsiz yaxşılıq edilməsi belə ifadə edilmişdir:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Yenə təkbaşına inanmaq və ibadət etmək də Quranda diqqət çəkilən inanan profili üçün kifayət deyil. İnananlar ibadətdə könüldən və təmiz olduqları kimi eyni zamanda xeyrə və barış istiqamətindəki işlərə də elə olmalıdırıar. İnanmaq və xeyirli işlər görmək bir çox ayədə bir yerdə göstərilən və təriflənərək əhəmiyyətinə diqqət çəkilən xüsusiyyətlərdir.
Allah iman gətirib saleh əməllər edənlərə vəd etmişdir ki, onlar üçün bağışlanma və böyük mükafat vardır. (Maidə surəsi, 9)
Bununla birlikdə dinlərin yaxşılıqla bir tutulması mövzusunda daha təhlükəli olan bir anlayış vardır ki, bu da haqq dinlər ilə Uzaq Şərq inanclarının eyni şəkildə yaxşılığı nəsihət edən inancla bağlı hərəkətlərinin bir görülməsidir. Buddizm, Hinduizm və s. bənzər təlimlərin də hədəfini insanın mənəvi tələbatını inkişaf etdirmək, yetişdirmək və varlığa məna qazandırmağa kömək etmək şəklində şərh edən insanlar "təsəvvüf" başlığı altında sevgi, qardaşlıq, qarşılıqlı anlayış ifadələri içində bütün dinlərdən meydana gələn bir sintez yoluna getməyə çalışmaqdadırlar. Həqiqi din insan yaradılışına ən uyğun sistemdir. Onu başqa inanclarla qarışdırmaq, dini özündən uzaqlaşdırmaq bir mənada qaydalarını sulandırmaqdan başqa bir şey deyildir. Bu səbəbdən insan bu mövzuda da özünü aldatmamalı və yaxşılıq anlayışını dini buyruqlardan ayırmamalıdır.
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Azərbaycanda uşağa bu adları qoymaq qadağan olundu
Toylarda da israfçılığa "müharibə" elan olundu
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Mayonezdə bişmiş qanad və kartof (foto resept)
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Uçan avtomobil
Qalmaqallı prezident bu ölkəyə gedir
Sinələrin sallanma səbəbi
Türkiyə məktəblərində təkamül nəzəriyyəsi OLMAYACAQ
Vegeterian kanepe (foto resept)
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Leninin mumiyasını rekord məbləğə almaq istəyir
Azərbaycanda 5 gün iş olmayacaq
Düşmən ordu xeyli itki verdi
Aralarındakı yaş fərqini kimsə hiss etmir-FOTO
“Orta məktəblər ödənişli təhsilə keçir...”- Ekspert rəyləri
Havadan ehtiyatlı olun!
Saç boyamaq xərçəngə səbəb olur
Azərbaycanın sürüşmə və subasma təhlükəsi olan əraziləri AÇIQLANDI
Gənc qız əqrəb, taxtabiti, qurd yeyir
Azərbaycanda Özbəkistan Ticarət Evi açılacaq
Prezident İlham Əliyevin nəvələri "Enşteyn"lə şəkil çəkib.
Qırışları məhv edək
Əncirli vafli (foto resept)
Azərbaycanda Qurban bayramı namazının qılınma vaxtı açıqlandı
Hadisə yeni FOTOsunu paylaşdı
Beyin üçün məşğələ
Məşhur həkimdən xəstəliyi yüngülləşdirən qaydalar
Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
Rusiya Ermənistandakı bazasını dəyişir
Uşaqlar üçün nərdivanlı yataqlar
Havanın temperaturu 36 dərəcəyə çatacaq
''Prezidentlərin görüşündən sonra böyük dəyişikliklər olacaq''
Beverli Hils pəhrizi
Gecə geyimləri-2
Azərbaycanda son günlər hiss edilən yeraltı təkanlar İzmirdəki zəlzələnin əks-sədasıdır? - RƏSMİ
Ukraynanın "Şevçenko"su "Liverpul"a keçir
Mart ayının qalibləri!
250 qadın ağ paltarda Belarus küçələrinə çıxdı - VİDEO
Qaşlarına görə ölümlə hədələnir - FOTO
İş dünyası üçün dəyişən geyim dəbi
Bakıda Novruz şənliyi keçiriləcək
Azərbaycanın 2016-cı il hədəfləri
Günün ulduz falı
Opal haqqında
İflicin dərmanı: gündə 30 dəqiqə...
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Sinan Akçıldan gözlənilməz etiraf
Estetiksiz FOTOsu yayıldı – hamı heyrət etdi
Sual yaradan şəkillər
- ŞƏRHLƏR