Azərbaycan bu dəqiqələrdə 2016-cı ilə qədəm qoydu. Xalq və siyasi hakimiyyət 2016-ci ilə bir çox arzular, məqsədlər və nailiyyətlər ümidi ilə daxil olur.
Bu il Azərbaycanda müxtəlif sahələrdə realaşacaq və ya planlaşdırılan siyasi, iqtisadi, sosial, hərbi və idman sahələrindəki bəzi yeniliklər və hadisələrə qısaca nəzər salaq:
Siyasi - Azərbaycan xalqının 2016 –cı ildə reallaşamasını gözlədiyi əsas arzularından biriDağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir.
ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündən sonra verdiyi açıqlamalarından birində dövlət başçılarının növbəti il görüşlərinin təşkil ediləcəyinə ümidli olduğunu deyib. Belə görüşlərin keçirilməsi isə münaqişənin həllinə öz tövhəsini verə bilər.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında son görüş (19 dekabr 2015-ci il)
İlin ilk ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonunda vəziyyətin gərginləşməsi” və “İşğal olunmuş ərazilərdə sudan məhrum etmə və cəbhə xəttində bundan əziyyət çəkən insanlar” adlı məruzələr dinləniləcək.
Bu il həm də Azərbaycana bir sıra dövlət başçılarının səfərləri gözlənilir. Ukrayna prezidentiPyotr Poroşenko Azərbaycana 2016-cı ilin ilk yarısında rəsmi səfər etmək niyyətindədir. Bu barədə Ukrayna prezidenti administrasiyasının rəsmi saytında bildirilir. Misir prezidentiƏbdül-Fəttah Əs-Sisi 2016-ci ilin martında Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir.Həmçinin prezident İlham Əliyev ötən il noyabrın 27 - 28 –də Belarusa səfəri zamanı Aleksandr Lukaşenkonu Azərbaycana rəsmi səfərə dəvət edib.
Prezidenti İlham Əliyevin Belarusa son səfəri
Azərbaycan bu gündən GUAM təşkilatına sədrlik edəcək. 2016-cı ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun Bakı şəhərində keçiriləcək.
İqtisadi - 2016-cı il həm də iqtisadi sferada yeniliklər gözlənilir. Fevralın 19-da Türkiyə -Azərbaycan-Gürcüstan İqtisadi Sammiti keçiriləcək. Bu sammit Qafqaz və Qara dəniz regionunda iqtisadi və siyasi əməkdaşılığın artırılmasına səbəb ola bilər.
Bu il həm də Azərbaycan vətəndaşları tarixdə ilk dəfə Türkiyəyə dəmir yolu ilə səfər etmək şansı əldə edəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2016-cı ilin birinci yarısında fəaliyyətə başlaması gözlənilir.
Bakı-Tbilisi-Qars dəmir yolunun keçəcəyi ərazilər (qırmızı xəttlə işarələnib)
Hazırda tikintisi davam edən Qəzvin-Rəşt-Astara dəmiryolunun da inşasının bu il başa çatdırılması planlaşdırılır.
İnşası davam edən Qəzvin-Rəşt-Astara dəmiryolu (qırmızı xəttlə işarələnib)
Xəzər dənizinin qaz ehtiyyatlarını Avropaya çatdıracaq “Trans - Adriatik” (TAP) boru kəmərinin Albaniya hissəsinin tikintisinə bu ildən başlanılacaq.
"Trans - Adriatik" qaz boru kəməri
Azərbaycan bu il həm də “Şahdəniz-2” layihəsi üzrə qaz hasilatına start veriləcək. Azərbaycanda ilk sənaye məhəlləsi bu il işə başlayacaq. Sənaye məhəlləsi Neftçalarayonunda yerləşir. Azərbaycan ötən il Ukraynadan 10 ədəd An-178 sifariş verib. Təyyarənin sertifikatlaşdırılması bu ilin sonuna gözlənilir.
An-178 təyyarəsi
Sosial - 2016-cı ildə siyasi və iqtisadi sferada olduğu kimi sosial sahələrdə də yeniliklər gözlənilir. İlin ilk aylarından başlayaraq Təhsil Nazirliyini diaqnostik qiymətləndirmələrindən keçən müəlimlərin maaşları artırılacaq. Həmçinin bu ildən ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək. Fevraldan Azərbaycanda ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd alacaqlar. Prezindent İlham Əliyev ötən il bu barədə sərncam imzanayıb.
Bu il nəqliyyat sahəsində də yeniliklər baş verəcək. Məlumata görə, "Avtovağzal" və şərti adı"Memar Əcəmi-2" olan stansiyalarının bu ilin ilk yarısında təhvil verilməsi planlaşdırılır.
"Memar Əcəmi-2" stansiyası
Həmçinin bu ildən Nəqliyyat Nazirliyinin tabeliyində olan sərnişin avtobuslarının da kartla ödəniş sisteminə keçəcəyi və yeni avtobusların gətiriləcəyi gözlənilir. İnzibati Xətalar Məcələsinə edilən dəyişikliklər bu ilin may ayından qüvvəyə minəcək. Məcələdə bir sıra cərimələr artırılıb.
Hərbi - 2016-cı ildə Rusiya daha əvvəl imzalanmış müqavilə çərçivəsində Azərbaycana piyadaların döyüş maşınlarının (BMP-3) çatdırılmasını yekunlaşdıracaq.
BMP-3 markalı piyadaların döyüş maşını
Azərbaycan ilə Rusiya və Qazaxıstan arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb. Həmçinin Azərbaycan bu il Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “KADEKS-2016” Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət edilib. 2016-cı ildə Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə hərbi təlimlər keçirəcəklər.
İdman - Ötən olduğu kimi bu il də Azərbsycanın idman sahəsində böyük nailiyyətlər əldə edəcəyi gözlənilir. Azərbaycan 5 avqust -21 avqust tarixləri arasında Braziliyanın Rio de Janeyro şəhərində keçirilən 2016 Yay Olimpiya Oyunlarında iştirak edəcək. Həmçinin Bakı bu il “Formula 1 Avropa Qrand pri” yarışının ev sahibidir.
Bakıda “Formula 1"
Bakıda Şahmat Olimpiadasının 2016-cı ilin sentyabrında təşkili nəzərdə tutulub.
Yuxarıda göstərilənlər bu il Azərbaycanın siyasi, iqtisadi, sosial, hərbi və idman sahələrində gözləntilərimizdən və realaşacaq layihələrdən yalnız anonsu verilənlərdir. Bu o demək deyil ki, yeniliklər bu yazılanlarla bitəcək. Yəqin ki, il ərzində Azərbaycanı xarici və daxili siyasətdə yeni uğurlar gözləyir...!
anspress.com
XƏBƏR LENTİ
Nazik saçları həcmli göstərən saç kəsimləri
Nazirlik GMO-larla bağlı analizlər apara biləcək
Leonardo Di Kaprio haqqında bilinməyən məlumatlar
Yayda sağlam və gümrah ol
İƏT ictimaiyyəti müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməyə çağırdı
İşğaldan azad edilən Cəbrayılın Məzrə kəndindən görüntülər - VİDEO
Mehriban Əliyeva xalq artistlərini mükafatlandırdı - FOTO
Zerrin Tekindor YENİ İMİCDƏ-FOTO
DİN-in zabitlərinə general rütbəsi verilib
Britaniyalı məktəblilər barəsində inanılmaz fakt
Arıqla və azad ol
Ailə üçün təhdid: yuxuda danışmaq
Dünyanın Ginnes rekordlar kitabına düşənlər
Arda Turan üçün nəhəng klublar növbəyə durdu
Sağlam saçlar
Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı TƏKLİF
Hazal Kaya qala gecəsinə qatılıb - FOTO
Azərbaycan əhalisinə şad xəbər
Kiçik çillə bitdi
Bakıda maraqlı sərgi açıldı
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
“Instagram” öz messencerini sınaqdan keçirəcək
Bürclər hansı aksesuarları sevər?
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ
İspan rəssamın əl işləri
Bakıda yeni yol istifadəyə verildi
Qabartma tozu ilə dərinizi yeniləyin - MASKA
Orucu düzgün tutmağın qaydaları
Sonsuzluğun 4 təbii müalicəsi
Yenidən sərtləşdirmə qərarı verilməsinin səbəbi açıqlandı - RƏSMİ
Baş nazirdən liseylərlə bağlı YENİ QƏRAR
İdman edərkən nəyə diqqət etməli?
Qısqanclıq hissinin yaranma səbəbi
MSK İlham Əliyevin prezidentliyə namizədliyini təsdiq etdi
İdmandan sonra gözəl görünmək üçün...
Məşhurlar dünən və bu gün
Əgər nəqliyyat vasitələri sizi tutursa
Titanik gəmisi ilə bağlı QADAДћA
Reynmen yeni klipi ilə dünyada üçüncü sırada - VİDEO
Qadin.Netlilərin tərcümeyi-halı (4)
“Kara Sevda” BİRİNCİ OLDU - FOTO
Milli Şura bu dəfə də uğursuzluğa düçar olacaq...
15 yaşlı girovdan xəbər var
64 yaşlı aktyor gənc sevgilisi ilə tətildə
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
Uşaqlarda uzun müddət davam edən öskürək
Uşaq istismarı yoxsa sənət?
Sosial şəbkələrdə bunu unutmaq olmayacaq
Kral Davudun dövləti mövcud olub
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
- ŞƏRHLƏR