Yanınızda bir şəxs əllərini göyə qaldıraraq Allaha dua etsə və Allahın göydə olduğunu düşünsə, Cənub qütbündə başqa bir insan da eyni şəkildə Allaha yönəlsə, Şimal qütbündə də bir insan əllərini göyə qaldırsa, Yaponiyadakı, Amerikadakı bir insan da həmçinin əllərini göyə qaldıraraq Allaha yönəlsə, bu vəziyyətdə hər hansı bir sabit yöndən bəhs etmək mümkün deyil. Unutmamalıyıq ki, Rəbbimiz zamandan və məkandan münəzzəhdir. Allahın təcəlliləri isə hər yerdədir. Bir insan otağa girib “Allah burada yoxdur” desə, Allahı inkar eləmiş olur. Allahın təcəllilləri o otaq da daxil olmaqla hər yerdədir. Siz hansı tərəfə çevrilsəniz, Allahın təcəllisi oradadır.
Allah hər yeri əhatəyə alıb, bizə şah damarımızdan da yaxındır. Hansı tərəfə çevrilsək, düşünərək qəlb gözü ilə baxsaq Allahın üzünü görərik. Eynilə Quran ayələrində deyildiyi kimi. ”Onun kürsüsü bütün göyləri və yeri əhatəyə almışdır”. “Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir.” (Nisa surəsi, 126) “...həqiqətən də, O, hər şeyi əhatə edir.” (Fussilət surəsi, 54). Quran ayələrinin bu qədər aydın şəkildə olmasına baxmayaraq, bəzi insanlar oxuyub təfəkkür etmək, qavramağa cəhd etmək əvəzinə, xurafatlarla, ya da öz xəyali fərziyyələri ilə kifayətlənirlər.
Elə bu mövzunu örnək götürək: Allahın hər yerdə olması bəzi adamları həqiqətən də narahat edir. Allahın göydə olmasını istəyirlər. Göyün bir yerində olmasını istəyirlər, göyün hər yerində deyil. Göyün sonsuz olduğunu düşünürlər, Allahın isə bu sonsuzluq içində hər hansı bir yerdə. Sonsuzluqla müqayisə edəndə isə hər hansı bir yerdə olan, nə qədər böyük olursa-olsun, bir həcm alan şey sonsuz kiçikdir. Əgər kainatın sonsuz olduğu düşünülürsə, Allahın da bu sonsuzluq içində bir yerdə dayandığı fərz edilirsə, (Allahı tənzih edirəm) deməli Uca Allahın kiçik olduğu düşünülür. Bu həqiqətən də Allaha qarşı tərbiyəsizlikdir, əxlaqsızlıqdır.
Bəzi adamlara Allah hər yerdədir deyəndə, “Əgər belədirsə, məsələn, Rəbbimiz otağın içindədirsə və bizim hər yerimizdədirsə, onda (Allahı tənzih edirəm) Allah oluruq” - deyə cavab verirlər. Biz Allahın Zatına ibadət etməliyik. Təcəllisi olmaq ayrıdır. Allahın zatı ayrıdır. Əlbəttə ki, biz Allahın təcəllisiyik və hər yerdə Allah var. Bizim bədənimizin içində də var. Uşaq vaxtları “hikmətli qocaların” Allah haqqında etdikləri söhbətlərdə tez-tez bu sualı eşidirdim: "Allahı necə sübut etmək olar? Sən televizor görüntüsünü göstərə bilirsən və ya radionun səsini göstərə bilirsən? Və ya ağlını göstərə bilirsən? Ağlını göstərə bilmirsənsə, deməli Allahı da göstərə bilməzsən" deyə açıqlayırdılar. Düzdür ki, Allah fiziki gözlə görünməz, maddi əllə də toxunulmazdır. Çünki məkanı və zamanı olan bir varlıq deyildir bizim kimi. Zamandan və məkandan kənardadır. Çünki zamanı, məkanı da özü yaradıb. Amma qəlb gözü ilə, Allahın isimlərini dərindən təfəkkür edərək Onun Uca Zatının möhtəşəm təcəllilərini hər yerdə görə bilərik. Təcəllilərini görərik və də üzərlərində yaradılış möcüzələri kimi dərin düşünərik, lakin ibadət təcəlliyə qətiyyən edilməz. İbadətə layiq olan Allahın Zatıdır...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu Qala kimin qalasıdır?
Uzun saçlar üçün maskalar
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Dünya mədəniyyətinin ilkləri
Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişikliklər edilib
Nazirdən repetitor xidmətinin bərpası ilə bağlı AÇIQLAMA
Albalı piroqu
Gənc xanımlar üçün çanta modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-78
Cəfəri maskası
4 günə 5 santimetr arıqladan detoks
BVF son proqnozu açıqlayıb
Bilirsinizmi?
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
Küçələrin ən gözəl yaradıcılıq nümunələri
Bakıda 1 000 manata çörək
Uşaqların yaşına görə boşanmanın təsiri
"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi - FOTO
“Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF
Azərbaycan kəndində ilk
Düzgün ayaqqabı seçimi
Mehmet Əli Ərbil Son Halı ilə Qorxutdu-FOTO
Kağızdan hazırlanmış donlar
Çox təmizlik Alzheimer riskini artırır
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Dadlı görünən çantalar
Xərçəng olmamaq üçün bunu etməyin
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Narın faydası və zərəri
Dünyada internet nə vəziyyətdədir?
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Ermənistanda aclıq gözlənilir
Pareidoliya
Prezident işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı tapşırıqlar verdi
İsti havada başımız niyə daha çox ağrayır?
Ağacları sevən pişiklər
2021-ci ilin qeyri-iş günləri açıqlandı - RƏSMİ
88 yaşlı modelin cavanlıq şəkilləri
Piyləri artıran… fruktoza
Kompüteriniz üçün maraqlı şəkillər
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı
Gözəl dırnaqlar
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Conni Deppin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Ziynet Salı toy tarixini açıqladı
Firuşkamızın əl işləri
Çilli qız gözəlliyi ilə diqqət çəkdi-FOTO
- ŞƏRHLƏR