Peyğəmbərimiz (S.A.V) gözlərində təbəssümlə baxırdı yoldaşına, Xədicə anamıza. Əvvəl əllərini tutub, ovuclarını açdı. Bu əllər ona yar, bu əllər ona ev olmuşdu. Bu sadiq əllərlə üzü Qibləyə dönəcəkdilər. Qiblə, onları ovuclarının içindən tanıyacaqdı.Yer üzünün ilk Müsəlmanları idi onlar. Dinlərinin dirəyi olan namazı, ovuclarının içini açıb salamladıqları Qibləyə istiqamətləndirdilər.
Əlləriylə təqdim etdilər qulluqlarını. Yapışmaq istədikləri Rəbbləri idi:
- Allahım bizi tərk etmə, bax ,əllərimizi sənə doğru açmışıq.
-Allahu Əkbər!- dedilər.
O Rəbb ki, özünə açılan heç bir ovucu boş qaytarmaz. İlk təkbirləri, ilk namaz qılanları, elanı-eşq hökmüylə qarşılayandır Rəbbimiz.
Sonra qıyama durdu Əfəndimiz (s.a.v). O qıyamdaykən Xədicə anamıza elə gəldi ki,bütün kainat onu dinləyir.. Ağızından kəlmə-kəlmə tökülən hər bir surəyə, qulaq asaraq amin!- dedi bütün yer üzü. Qıyamda iki dağ kimi oldular. Qıyamları onları, göy üzünə bir mismar kimi çaxdı. Hüzurda idilər, hazır idilər, əmrə tabe olan çiyinləri Rəbblərinə açıq idi:
-Allahu Əkbər!
Dağların, altında parça-parça olduğu qulluq yükü, onların çiyinlərində yüksələn şahidlik qüruruna çevrildi.
"Rəbbimizi eşitdik və itaət etdik". Dinin dirəyiniə ilk qıyamda bərabər çatdılar.Beləcə dirəyin özü oldular . Yerlə göy arasında bir cənnət ağacı kimi, yerlə göyü bitişdirdilər qıyamlarında. Sonra, Son Elçi səcdəyə uzananda, yoldaşı da onu təkrarladı. Torpağın övladı olanlar, torpağa geri qaytarıldı. Səcdə bunu öyrətdi ikisinə də. Allah üçün və Allaha dönüşlərini. Səcdə torpaq idi. Xəmiri torpaqdan yoğrulanların Rəbblərinə salamı torpağa dəyməkdən keçdi.Sanki alınlarını analarına öpdürürmüş kimi ,namaz qılan bu iki adam bütün həyatını yer üzünə təslim etdi.Rəsulullah, səcdə üçün"Allaha ən yaxın olan yer"- deyərdi Xədicəsinə. Heç bir yerə sığmayıb Mömin qulunun könülünə sığan Rəbb, əlbəttə səcdəyə layiq olan tək İlah idi. Doxsan doqquz adın içində Ləfza-i Cəlal olan ad, sirrini burada açdı onlara:
-O, Allah idi!
-O, Allah idi!
Mələk Mikayıldan öyrəndikləri şəklilə" Subhanə Rabbiyəl Ala!"- deyib, səcdəyə yıxıldılar. Şəhid olanlar kimi. Eşqə düşənlər kimi. Qar dənəsi yer üzünə düşər kimi səcdəyə əyildilər. Onlar namaz qıldılar. Namaz isə, onları qul etdi.
Sağ yanlarıyla sol yanları, sonsuza doğru əbədi açılaraq bir təklifə çevrildi:
-Əssalamu Əleykum Və Rahmətullah...
-Əssalamu Əleykum Və Rahmətullah...
İbrahim surəsi, 40. ayədəki duayla bitirirəm yazımı:
"Ey Rəbbim! Məni və soyumdan gələcəkləri namazı davamlı edənlərdən et; ey Rəbbimiz! Duamı qəbul et!". Amin...
XƏBƏR LENTİ
Bakıdan qorxan ermənilər
Gözəl sırğa modelləri(2)
Tramp və xanımı koronavirusa yoluxdu
Gəlin buketləri-2
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Metro 1-ə kimi işləyəcək
“Hababam Sınıfı”nın Mahmud hocası öldü (FOTO)
Kristina Agileradan gözlənilməz açıqlama
Heydər Əliyev Fondunun dəstəyi ilə Hamburqda Azərbaycan gecəsi keçiriləcək
Bürclərə görə ev dekorasiyası (2)
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Cazibədar görünmək istəyənlər üçün
Övladlarımızı sevgidən məhrum etməyək...
Kəsmikli-moruqlu kekslər (foto resept)
Reyhan Camalova "Forbes"in siyahısına düşdü
Bel bölgəsini incəldən yaşıl ayran detoksu
Günün qoroskopu:Maddi perspektivlərinizi dəqiqləşdirin
Badımcan salatı (foto resept)
Azərbaycanda daha iki nəfər koronavirusa yoluxub - RƏSMİ
"Rafaello"-nun sahibi öldü
İstirahət gününün HAVAsı
Dubayda taksilər sürücüsüz olacaq
Koronavirusa yoluxanların sayı 16 milyonu keçdi
Yaşlanmağa dur demək istəyirsinizsə, bu təklifləri nəzərə alın!
Sərnişinlərə xoş xəbər
Danimarkada Nizami Gəncəviyə həsr olunmuş kitab çap ediləcək
Bu gün Messinin 1 yaşı tamam oldu
Kəs və yapışdır-32
İnsanın daha bir əcdadı tapılıb
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb - VİDEO
ABŞ prezidentlərinin faciəvi taleləri
Bu robot qaçır, süzür, salamlaşır
Günün ulduz falı - 07.12.2013
Kişi klimaksı nədir?
Məşhur aktyorun keçmiş xanımı səssizliyini pozdu
Gökhan Təpə artıq çəkisi ilə diqqət çəkdi-FOTO
"Kalaşnikov"un rəhbərini ABŞ-a buraxmadılar
Castin Timberleyk Ekranlara qayıdır-FOTO
"Amazon"da ən çox satılan kitab
Üç gün iş olmayacaq
Hamilə olduğunu unudan ana
Salma Hayek izləyicilərinə belə təşəkkür etdi-FOTO
Tövlədə gözəl, unikal xəzinə tapıldı
Dilqəmdən daha bir mərdlik
2012-ci ilin səndəl modelləri
Nadir canlıların evi olan Sokotra adası
Köhnə avtomobillər Bakıdan yığışdırılır
Göyərtilərin faydalı xüsusiyyətləri
Murad 7 dəfə estetik əməliyyat etdirib-SƏBƏB
Ancelina Coli qaçqınlar arasında
- ŞƏRHLƏR