Qadin.NET / Haydı Namaza...

Haydı Namaza...

Peyğəmbərimiz (S.A.V) gözlərində  təbəssümlə  baxırdı yoldaşına, Xədicə anamıza. Əvvəl əllərini tutub, ovuclarını açdı. Bu əllər ona yar, bu əllər ona ev olmuşdu.  Bu sadiq əllərlə üzü Qibləyə dönəcəkdilər. Qiblə, onları ovuclarının içindən tanıyacaqdı.Yer üzünün ilk Müsəlmanları idi onlar. Dinlərinin dirəyi olan namazı, ovuclarının içini açıb salamladıqları Qibləyə istiqamətləndirdilər.

Əlləriylə təqdim etdilər qulluqlarını. Yapışmaq istədikləri Rəbbləri idi:

       - Allahım bizi tərk etmə, bax ,əllərimizi sənə doğru açmışıq.

       -Allahu Əkbər!- dedilər.

O Rəbb ki, özünə açılan heç bir ovucu boş qaytarmaz. İlk təkbirləri, ilk namaz qılanları, elanı-eşq hökmüylə qarşılayandır Rəbbimiz.

Sonra qıyama durdu Əfəndimiz (s.a.v). O qıyamdaykən Xədicə anamıza elə gəldi ki,bütün kainat onu dinləyir.. Ağızından kəlmə-kəlmə tökülən hər bir surəyə, qulaq asaraq amin!- dedi bütün yer üzü. Qıyamda iki dağ kimi oldular. Qıyamları onları, göy üzünə bir mismar kimi çaxdı. Hüzurda idilər, hazır idilər, əmrə tabe olan çiyinləri Rəbblərinə açıq idi:

      -Allahu Əkbər!

Dağların, altında parça-parça olduğu qulluq yükü, onların çiyinlərində yüksələn şahidlik qüruruna çevrildi.

"Rəbbimizi eşitdik və itaət etdik". Dinin dirəyiniə ilk qıyamda bərabər çatdılar.Beləcə  dirəyin özü oldular . Yerlə göy arasında bir cənnət ağacı kimi, yerlə göyü bitişdirdilər qıyamlarında. Sonra, Son Elçi səcdəyə uzananda, yoldaşı da onu təkrarladı. Torpağın övladı olanlar, torpağa geri qaytarıldı. Səcdə bunu öyrətdi ikisinə də. Allah üçün və Allaha dönüşlərini. Səcdə torpaq idi. Xəmiri torpaqdan yoğrulanların Rəbblərinə salamı torpağa dəyməkdən keçdi.Sanki alınlarını analarına öpdürürmüş kimi ,namaz qılan bu iki adam bütün həyatını yer üzünə təslim etdi.Rəsulullah, səcdə üçün"Allaha ən yaxın olan yer"- deyərdi Xədicəsinə. Heç bir yerə sığmayıb Mömin qulunun könülünə sığan Rəbb, əlbəttə səcdəyə layiq olan tək İlah idi. Doxsan doqquz adın içində Ləfza-i Cəlal olan ad, sirrini burada açdı onlara:

           -O, Allah idi!

           -O, Allah idi!

Mələk Mikayıldan öyrəndikləri şəklilə" Subhanə Rabbiyəl Ala!"- deyib, səcdəyə yıxıldılar. Şəhid olanlar kimi. Eşqə düşənlər kimi. Qar dənəsi yer üzünə düşər kimi səcdəyə əyildilər. Onlar namaz qıldılar. Namaz isə, onları qul etdi.

Sağ yanlarıyla sol yanları, sonsuza doğru əbədi açılaraq bir təklifə çevrildi:

            -Əssalamu Əleykum Və Rahmətullah...

            -Əssalamu Əleykum Və Rahmətullah...

İbrahim surəsi, 40. ayədəki duayla bitirirəm yazımı:

"Ey Rəbbim! Məni və soyumdan gələcəkləri namazı davamlı edənlərdən et; ey Rəbbimiz! Duamı qəbul et!". Amin...


17 noyabr 2012
GO BACK