Öz üzərində dönən dəyirman daşları kimi dönürəm otaqlarda. Səccadələr harada?.. Qiblə hansı istiqamətə doğru idi bu evdə?.. Başıma qoymaq üçün təkkə, çəkmək üçün təsbeh varmı?..
Bu gün bitdi. Gecə də gedir... Bir günüm daha bitdi; mən hara gedirəm?.. Günbəgün, saatbasaat, dəqiqəbədəqiqə ölürəm!.. Gedirəm!.. Tükənirəm. Xəbərim varmı?.. Hər şeyi sevmək... Çox gözəl. Özünü sevmək... Çox gözəl. Yaxşı, bu necə özünü sevməkdir? "Sevirəm" qışqırıqlarıyla yandır özünü, haydı!.. Ərit özünü, bitir!.. Sən... Ey sən, aynadakı!.. "Qalan"ının fərqindəsənmi? Yaxşı "talan"ının?
Sən... Ey sən, aynadakı!.. Dünən də baxmışdınmı aynaya? Fərqindəsənmi, bu gün daha yaşlısan!.. Bu gün daha çirkin, bu gün daha narahat!.. Çünki bir az daha tökülüb saçların, bir az daha büzülüb sifətin! Bir az daha, bir saniyə, bir dəqiqə, bir saat, bir gün daha yaxınlaşmısan düşəcəyin çuxura!.. Harda, harda səccadələr?.. Qiblə hansı istiqamətdə idi bu evdə?.. Nənəm son gəlişində nə tərəfə doğru namaz qılmışdı?.. Açılmayan rəfimin necə açıldığını unutdum. Və onun içində açılan "Kitab"ın üzümü və içimi necə işıqlandırdığını... İçim... Aahhh, içim yanır. Bu gün bitdi, gecə də gedir... Bir günüm daha bitdi; mən, mən hara gedirəm?..Günbəgün, saatbasaat, dəqiqəbədəqiqə ölürəm... Gedirəm... Tükənirəm; xəbərim varmı?..
Son tutduğum orucu hansı iqlimdə buraxdım?.. Son qıldığım namaz hansı səccadəyə dözdü?.. Maraqlanıram; Kəbə hələ gözləyirmi məni?.. Bilmirəm... Bilmirəm. Amma bundan əminəm:
MƏZARIM MƏNİ GÖZLƏYİR!..
XƏBƏR LENTİ
Qadağan olunmuş şəhər
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Ayda dəfn mərasimləri keçiriləcək
Nişan geyimləri
Hava haqqında
Bakının bu ərazisində 3 gün qaz olmayacaq
Portağallı-şokoladlı ürək dondurma (foto resept)
Düşmən qüvvələri arasında silahlı qarşıdurma: Ölənlər var - RƏSMİ
Azərbaycan irəli!
Ürək üçün faydalı olan qidalar
Bakıda uşaq oxutduran valideynlərə xoş xəbər
Eşqin yaşı yoxdur
Acun Ilıcalı baba oldu
Zəvvarlara həccdə qadağa
Ekstrim həvəskarı iki saat yarıma dünya rekordunu qırdı
Göbələkli mantı (foto resept)
Hazal Kayadan gözlənilməz etiraf
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Van Damın Bodrum sərgüzəştləri-FOTO
2019 Coachella Dəbi
Günəşin oğlu
Mətbəx mebelləri
Hindistanda sərnişin təyyarəsi qəzaya uğradı, 191 nəfər...
2014-Klaç çanta modelləri
Türkiyə girov işinə qarışdı
Nə üçün gizli günahlardan qorxuruq?
Köhnə əşyaları dekorasiyada istifadə etmək
Gələcəyin materialı təhlükəlidir
Prezident və xanımı açılış mərasimində - FOTO
Müdafiə naziri veteranları təbrik etdi
Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA
Adriana Lima İlk dəfə Həqiqi Sevgisini açıqladı-FOTO
Sevgilisinin bəyəndiyi ulduza bənzəməkçün 30 əməliyyat etdirdi, sonra da...
Bülent Ersoy bu görünüşü ilə ona bənzədildi-FOTO
Sandra Ballokdan ŞOK ETİRAF
İkiayaqlı inək doğuldu
800-ə yaxın yeni ad lüğətə daxil ediləcək
Peroşki (foto resept)
“Hubble” gözəgörünməz qara dəlik aşkar etdi - VİDEO
Düşmənin hücum cəhdinin qarşısı alındı: Döyüş texnikası və canlı qüvvə itirən ermənilər geri çəkilir - RƏSMİ
Qadın.Netin-kalori cədvəli
Bişmiş kəsmiklə qızardılmış çörək(foto resept)
Əllərə necə qulluq etməli?
Azərbaycanın 7 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Məşhur futbolçu çoxarvadlı olduğunu Etiraf etdi-FOTO
Evdə keratin baxımı
Dırnaq əti üçün maska
Fil təsvirli əşyalar
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı
Əhvalı yüksəldən məşğuliyyət
- ŞƏRHLƏR