Allah, hz. Məryəmi bütün aləmlərin qadınlarına üstün etmişdir
Hz. Məryəm, həyatının hər anında, etdiyi hər işdə Allaha yönələn, Allahın adını ucaldan, Rəbbimizə ürəkdən bağlı, səmimi bir mömindir. Allah, İmran ailəsini aləmlərə üstün etdiyi kimi, bu ailəyə mənsub olan Hz. Məryəmi də seçmiş, onu ən gözəl şəkildə yetişdirərək bütün pisliklərdən təmizləmiş və onu aləmlərin qadınlarına üstün etmişdir. Allah Quranda Hz. Məryəmin bu üstünlüyünü belə bildirməkdədir:
Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi.Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!” (Ali İmran Surəsi, 42-43)
Allah hz. Məryəmin iffətini müsəlmanlara nümunə göstərmişdir
Hz. Məryəm də ailəsi kimi, yaşadığı cəmiyyətdə Allaha olan bağlılığı, ixlası və səmimiyyəti ilə tanınan bir insandır. Allah, onun Özünə 'könüldən bağlı olanlardan' olduğunu bildirməkdədir.
Hz. Məryəmin ətrafındakı insanlar arasında bilinən bir başqa xüsusiyyəti isə, 'ismətini qorumuş olması' yəni iffətinə olan düşkünlüyüdür. Allah, Hz. Məryəmin bu üstün əxlaqını Quranda belə xəbər verməkdədir:
Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz ona Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu.(Təhrim Surəsi, 12)
İsmətini qoruyan (Məryəmi də yada sal!) Biz Öz ruhumuzdan (Cəbrail vasitəsilə) ona üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik. (Ənbiya Surəsi, 91)
Hz. Məryəmin üstün əxlaqı
Hz. Məryəm həyatı boyu göstərdiyi üstün əxlaq ilə bütün Müsəlman qadınlar üçün əhəmiyyətli bir nümunə olmuşdur. Allah Hz. Məryəmə dünyada əhəmiyyətli bir məsuliyyət vermiş və bu şərəfli vəzifə üçün onu Quranın ifadəsiylə 'gözəl bir bitki kimi' yetişdirmişdir.
Allah, onu İmran ailəsi kimi seçilmiş etmiş, güclü və səmimi iman sahibi kəslərin soyundan edərək, onun bu üstün əxlaqlı insanlar tərəfindən yetişdirilməsini təmin etmişdir. Bununla bərabər Allah, Hz. Zəkəriyyanın tərbiyəsiylə, Hz. Məryəmi üstün və seçmə bir peyğəmbərin əxlaqıyla əxlaqlandırmışdır.
Allahın rəhməti sayəsində, doğulduğu andan etibarən bu müqəddəs insanların tərbiyəsilə şərəflənən Hz. Məryəm, güclü bir iman və üstün bir əxlaq səviyyəsinə çatmışdır. Bu yetkinliyə çatdıqdan sonra isə Allah möcüzələrini göstərərək, Hz. Məryəmin üzərindəki rəhmətini, qorumasını və mərhəmətini açıq-aşkar görməsini təmin etmişdir. Hz. Məryəm ibadət edərkən mehrabda davamlı olaraq yemək olması, Allahın ona olan dəstəyinin və rəhmətinin açıq bir göstəricisidir. Allah daha sonra Hz. Məryəmi Cəbrayıl ilə görüşdürərək, ona olan bu rəhmətini Cəbrayılın sözləriylə də bildirmişdir.
Hz. Məryəm həyatının hər anında Allaha qarşı göstərdiyi gözəl əxlaqıyla, Allaha olan səmimi bağlılığını və sədaqətini ən gözəl şəkildə ortaya qoymuşdur. Allahın özünü sınadığı bütün çətin hadisələrdəki dayanıqlılığı, təvəkkülü, qeydsiz şərtsiz təslimiyyətiylə də, Allaha nə qədər könüldən və səmimiyyətlə bağlı olduğunu ən gözəl şəkildə ifadə etmişdir.
Hz. Məryəmin yaşadığı bütün çətin anlarda tək başına olması, onun üçün çox əhəmiyyətli bir sınaq olmuşdur. Çünki insanlar çətin anlarında daim özlərinə kömək edəcək, dəstək olacaq yol göstərəcək bəzilərinə ehtiyac duyar və olmadığında da bəziləri tək olduqları üçün zəiflik və kədər hissinə qapılarlar. Hz. Məryəmdə isə əsla belə bir vəziyyət olmamışdır. O, hər şeyi yalnız Allahdan gözləmiş, yalnız Allaha güvənmişdir.
Dəstəyi, köməyi ancaq Allahdan istəmiş və ONun göstərəcəyi yola tabe olmağın, ONun sözünə itaət etmənin imdadına çatacağını bilmişdir. Ən çətin anında belə ümidsizliyə, düşməmiş, Allahın bütün yaşadıqlarını mütləq xeyirə çevirəcəyini, çətinliklərin hər birini ən gözəl şəkildə aradan qaldıracağını bilərək Allaha könüldən təslim olmuşdur. Necə ki, Allah, yaşadığı hər çətinliklə birlikdə, onun üçün bir asanlıq yaratmış, onu daim köməyi və rəhmətiylə dəstəkləmiş və qarşılaşdığı çətinlikləri çox böyük xeyirlərə və gözəlliklərə çevirmişdir.
Bununla bərabər qarşı-qarşıya qaldığı hadisələri necə həll edə biləcəyi mövzusunda heç bir təcrübəsinin olmaması da Hz. Məryəm üçün əhəmiyyətli bir imtahan olmuşdur. Hamilə qalmış və tək başına uşaq dünyaya gətirmək məcburiyyətində qalmışdır. Bu haqda heç bir təcrübəsi yoxdur. Ancaq həyatının hər mərhələsində olduğu kimi, bu hadisədə də heç bir şəkildə bir ümidsizliyə qapılmamışdır. Çox güclü, iradəli və qərarlı bir şəxsiyyət gğstərmiş və Allahın köməyiylə bütün bunların ən gözəl şəkildə öhdəsindən gələ biləcəyini bilməyin rahatlığını və etibarını yaşamışdır. Necə ki, burda da Allah onu ən mükəmməl nemətlərlə dəstəkləmiş, işini asanlaşdırmış və göstərdiyi güclü xarakterdən ötəri ona uğur qazandırmışdır.
Hz. Məryəmin əxlaqındakı üstünlüyün bir başqa göstəricisi isə onun boynuna götürdüyü çətin məsuliyyəti yerinə yetirərkən yaşadığı çətinliklər qarşısında gözəl bir səbir göstərə bilməsidir. Hz. Məryəm çox əhəmiyyətli və şərəfli bir vəzifə boynuna götürmüşdür. Ancaq bu üstün və şərəfli vəziyyətin, qövmü tərəfindən lazım olduğu kimi aydın olmaması, inkar içərisində olan xalqının özünə haqsız bir dünyagörüşüylə yaxınlaşıb böhtanlar atması, Hz. Məryəm üçün əhəmiyyətli bir səbir və sınaq olmuşdur. Bu zaman da Allaha olan etibarında səbir və davamlılıq göstərmişdir. Güclü, iradəli və dözümlü xarakterindən heç bir şəkildə güzəştə getməmişdir. Hər hadisənin Allahın idarəsində olduğunu və Allahın özünü bütün bu böhtanlardan ən gözəl şəkildə təmizə çıxaracağını bilərək, bu hadisələrə və insanların cahil rəftarlarına qarşı gözəl bir səbir ilə səbr etmişdir.
Hz. Məryəmin bu hadisələr əsnasında diqqət çəkən bir başqa xüsusiyyəti isə, insanların razılığından tamamilə sıyrılmış olmasıdır. Allaha qatqısız bir iman ilə təslim olmuşdur. Bu səbəblə də insanların şərhlərindən, qınamalarından heç bir şəkildə təsirlənməmişdir. Səmimi imanı və ixlasından ötəri onun üçün əsl əhəmiyyətli olan Allahın razılığına uyğun hərəkət edə bilmiş olmaqdır.
Göründüyü kimi Hz. Məryəm hər işində daim qatqısız olaraq Allaha yönəlmiş, imanındakı və Allaha olan təslimiyyətindəki bu səmimiyyət nəticəsində də, hər zaman Allahın rəhmətiylə qarşılıq görmüşdür.
Unudulmamalıdır ki, gözəl əxlaqı başqalarına da izah etmənin iki yolu vardır. İnsan bəzən gözəl əxlaqı sözləriylə, bəzən də bütün bunları insanlar üçün gözəl bir nümunə göstərərək davranışlarıyla izah edər. Bu iki yol arasında, ən məqbul və əslində ən təsirli olanı, insanın rəftarlarıyla etdiyi təbliğdir. Çünki bu ən səmimi olandır. Təqlid edilməsi mümkün deyil. Ancaq imanın ürəkdə səmimi olaraq yaşanmasıyla, insanın inandıqlarını ən səmimi şəkildə həyata keçirib rəftarlarına əks etdirməsiylə reallaşa bilər.
Hz. Məryəm bu üstün əxlaqı göstərə bilmiş, imanıyla, rəftarlarıyla və əxlaqıyla bütün insanlıq üçün əhəmiyyətli bir nümunə və təbliğ vəsiləsi olmuşdur. Onun insanlara olan bu səmimi təbliği, Allahın diləməsiylə ən gözəl şəkildə qarşılıq görməkdə, iman edənlərin imanda dərinləşib, Hz. Məryəmin nümunə əxlaqını yaşamaları və Hz. Məryəm xarakterini qazanmaları üçün əhəmiyyətli bir vəsilə olmaqdadır.
XƏBƏR LENTİ
Zövqlü köynəklər
Baş nazirdən liseylərlə bağlı YENİ QƏRAR
Hamiləliyi təxirə salmaq istəyən xanımlara
“Sadəcə Mariya” serialının aktrisası 28 İL SONRA - FOTO
50 illik cütlük koronavirusdan öldü
Fransız dili- Dərs 12
İstidə bunları əsla etməyin!
Doğa Rutkay 37 illik FOTO paylaşdı
Siqaretin törətdiyi qorxulu bəla: XOAX xəstəliyi
Leyla Əliyeva ilə Emin Ağalarov əkizlərinin AD GÜNÜNÜ BELƏ QEYD ETDİ - FOTO/VİDEO
Bu gün Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramıdır
"Ballı tort" (foto-resept)
Öldükdən 5 il sonra qızının doğum gününə...
"WhatsApp"dan məhdud yenilik
Acundan Adriana Lima açıqlaması-FOTO
Xoşbəxtəm, çünki... - I hissə
Bakı bulvarında möhtəşəm sürpriz
Ağdam anılacaq
Virtual sevginizlə ilk görüşmədə başınıza gələ biləcəklər
Sobada sosiskalı və pendirli kartof (foto-resept)
Türkiyə Kuboku: "Cim Bom" liderliyi əldən verdi
Bələdiyyə yük maşını ilə dağdan şəhərə qar gətizdirdi-FOTO
Azərbaycanın Avropa hüdudlarına daxil olan əraziləri açıqlanıb
Vanna otağı üçün bayram aksessuarları (FOTO)
Tuba Büyüküstündən kövrək paylaşım
Çöp şişdə fərqli kabab (foto resept)
Uzunömürlü olmaq istəyənlərə xəbər var
Yeni bir səhifə...
Çox yemək mədə xərçənginin yaranmasının əsas səbəblərindən biridir - alim
Uşaqlarımıza nə izlədək: "supermən", "hörümçək adam", yoxsa?..
Yanan pullar sakinlərə qaytarılacaq
Dedi-qodular bitdi-FOTO
Bəyin bu hərəkəti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Susuzluğun bədənə təsirləri və nəticələri
Sağlam və formada qalmaq üçün 3 şərt
"Canın yansın, az, nə bomba şeysən..."
Məşhur ulduza nə olub?-FOTO
Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər
Bakıda pulsuz çimərliklər -SİYAHI
Bu hiylələr çox işinizə yarayacaq
5 ildə 22 ölkə və 80 şəhər gəzdilər
Bakının mərkəzində girişi qadağan olunmuş "nəhənglər" nə gəzir?
Hansı nazirliklərdə telefon qadağası qoyulacaq?
Baş rol ifaçısı “Sen anlat Karadeniz”dən ayrılır
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Jurnalistlərə mini "yubka" qadağan edildi
Qurama (Dərs-3)
Dünya 100 il əvvəl
İt çəkməyi öyrənək
- ŞƏRHLƏR