Mənə dindən danışmasının altında mütləq bir şeylər yatır.
Dini mövzularda insanların xeyrinə olan müxtəlif öyüd və nəsihətlər etməniz bəzilərini narahat edir. Üstəlik bu tövsiyələri olduqca ən uyğun dil və kibarlıqla etsəniz belə, vəziyyət dəyişmir çox zaman. Həm də qəribə millətik, bir şeyi etmək işimizə gəlmirsə, daima pis nümunələri əsas götürmək də imtina edilməz xüsusiyyətimizdir. "Mənə dindən danışmasının altında mütləq bir şeylər yatır", şəklindəki anlaşılmaz önmühakimələri söylərkən bəzi kəslərin gözlərində görə bilirsiniz. Vəziyyət belə olduqda zehinlərindəki xəyal və mənasızlıqlar səbəbindən sizin söylədiklərinizə qulaq verə bilmirlər. Çox güman ki, bunun ən böyük səbəbi əvvələn insanların işlərinə gəlmədiyi üçün dini həqiqətlərlə üzləşmək istəməmələri, sonra da Allahın buyruqlarının çatdırılmasının Allahın açıq bir əmri olduğunu bilməmələridir.
Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir. (Zəriyət surəsi, 55-ci ayə)
İnsanların böyük qisminin gerçəklərdən və bu gerçəkləri onlara xatırladacaq insanlardan qaçmaları mənim də dəfələrcə şahid olduğum və ətrafımda müşahidə etdiyim şeydir. Çox insan əslində sizdən heç bir zərər görməsə də, hətta yaxşılıq görmüş olsa belə yenə də sizə çox yaxın olmaq istəməz. Sizin həyatınızın mərkəzi Allahın olması, ətrafınızda isə sizin kimi könüldən Allaha təslim olmuş səmimi dostlarınızın olmasıdır. Onlar kimi içki içməyən, fürsətini tapdıqda zina etməyən, gərəksiz və boş sözdən uzaq duran, kimsəni aldatmayan, hər baxımdan etibarlı, insanlara həm dünyaları, həm də axirətləri üçün xeyirli şeylər tövsiyə edən və heç bir dünyəvi gözləmə içində olmayan biri olsanız da, yetməz. Çünki problem sizdə deyil, sizi, vicdan narahat edən biri olaraq görən kəslərdədir. Dolayısı ilə sizdən uzaq duraraq həqiqətlərdən qaçdıqlarını zənn edər və özlərini aldadarlar. Belə ki, təsadüfi xətakar yaşasanız, yaxud istəmədən bir səhv edəcək olsanız, bunu fürsət bilib özlərini haqlı çıxarmaq üçün pusquda gözləyərlər. Ancaq Allaha könüldən təslim olmuş insanlar Allahın izni ilə onlara bu fürsəti verməzlər. Siz onları doğruya və yaxşı olana dəvət edərsiniz, amma onlar Yer üzündə şeytanın ərköyünləşdirdiyi kəslər kimi gəzib dolaşıb zövqlərinə yetişməyə çalışarlar.
De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş. (Ənam surəsi, 71-ci ayə).
Quran ayələri peyğəmbərlərə də bənzər şəkildə yanaşmalarda olduğunu və insanların xeyrinə olan şeyləri onlara təbliğ etdiklərində bu təbliğ qarşılığında dünyəvi bir gözləmə içində olduqlarının sanıldığını, peyğəmbərlərin isə tək gözləmələrinin Allahdan olduğunu ifadə etdiklərini bizlərə bildirir:
Ey qövmüm! Mən bunun əvəzinə sizdən var-dövlət istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. (Hud surəsi, 29-cu ayə)
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradana aiddir. Məgər anlamırsınız? (Hud surəsi, 51-ci ayə)
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. (Şuəra surəsi, 109-cu ayə).
İnsanlar özlərini çox şişirdirlər. Olduqlarından əhəmiyyətli kəslər olaraq görürlər. Başqalarının səmimi bir şəkildə onların yaxşılığını istəyə biləcəklərini anlamazlar. "Görəsən nə güdür?" sualına cavab axtarmaqdan özlərinə verilən nəsihətlərdən almaları lazım olan faydanı almazlar. Hələ bir də qarşınızdakı bir balaca maddi cəhətdən zəngindirsə, iş daha da çirkinləşir adamın gözündə. "Görəsən, məqsədi məni aldadıb, pul qoparmaqdır?" zənninə qapılması həqiqətləri görməsinə mane olur. Şübhəsiz hər yolu istifadə edən insanları aldadan fərdlər dini də bu aldatmalarına alət edə bilirlər. Amma bu kimi insanlıqdan nəsibini almamış və Allahdan qorxusu qalmamış insanların varlığı hər işində yalnız Allahın rizasını gözləyən insanların varlığına maneə olmadığı kimi bu cür pis niyyətli insanların varlığı insanın xeyirli işlərin bir hissəsi olmamasına da bəhanə deyildir. Çox sevdiyim rəhmətlik bir dostumun bu şəkildə önmühakimələrə sahib insanlarla qarşılaşdığımızda söylədiyi sözlər gəlir ağlıma. "Sənə dini danışmağımızın arxasında bir mənfəətimiz var mütləq; amma səndən deyil, gözləntimiz səni Yaradandandır". Özləri də daxil, sahib olduqları hər şey, hətta Yer üzündəki şeylərin tamamı da bunlara əlavə olunsa, bütün bunların Allahın bir qulundan razı olmasının yanında bir çox insan ancaq okeanda bir su damlası ola biləcəyinin fərqində deyil. Fərqində deyildir, çünki Allahın rizasının böyüklüyünü və onun xaricindəki bütün gözləntilərin keçiciliyini anlaya bilməsi üçün Allahın həyatının mərkəzində olması lazımdır. Öz həyatının mərkəzində Allah olmadığı üçün də həyatında Allah olan insanları anlaya bilməz. Qurandan xəbərdar olmadığı üçün də bir insanın bütün mənliyinin Allaha həsr edilməsinin, hər işində Allah rizasına öncəlik verməsinin dəyərini qavraya bilməz.
İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir. (Bəqərə surəsi, 207-ci ayə)
Yalnız insanların özləri deyil, dini həssasiyyəti olan-olmayan bir çox ailə də oğul-uşağının səmimi və inanan insanlarla bir arada olmasını istəməzlər. "Aman dini məsələlərlə çox maraqlanma, başına bir iş gələr", "Aman bala, beynini yumasınlar" yanaşması ilə uşaqlarını dindar insanlardan uzaq tutmaq istəyirlər və əgr uzaq qalırsa müxtəlif hədiyyələrlə onları mükafatlandıracaqlarını vəd edirlər. "Oğlum, yaxud qızım, sən işinə-gücünə bax", "Əvvəlcə karyeranı düşün", "Cəmiyyət daxilində özünə etibarlı bir yer qazan" cümlələri ilə bir gün ölüb gedəcəyimiz və dünyalıq nə varsa, ardımızda buraxacağımız bu dünyadan ibarət sayırlar hər şeyi, amma çox ailə fərqində deyildir. Dünyəvi şeylər insanın dini doğru bir şəkildə yaşamasına əngəl deyildir. Ya da edəcəyi heç bir iş Allah rizası üçün ediləcək işdən daha əhəmiyyətli deyildir. Çox zaman dünyalıq zövq və əyləncələr üçün yaşayan dostlarından zərər görür insan. Belə dostlar həm dünyada, həm də axirətdə insanı bəlaya sürükləyər.
Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə. (Nisa surəsi, 63-cü ayə)
İnsanların böyük bir qismi hesablar, mənfəət və gözlənti izində olduğundan dərdi dünya olmayan insanları anlaya bilməzlər. Bu insanlar ətraflarına yararlı olan səmimi və təmiz qəlbli insanlar olsalar da, bir çox ailə uşağının dindar insanlarla bir arada olmasını xoş qarşılamaz. Nə olursa olsun, uşağını dindar insanlarla görüşdürməmək üçün müxtəlif bəhanələrlə həm öz uşaqlarının, həm də başqalarını uşaqlarının zehnini bulandırmağa çalışırlar. Dindar insanlar bağlı xətalar axtararlar. "Dinini yaşamaq istəyirsən, özbaşına yaşa", deyən bir çox ailə eyni zamanda dini ibadətlərini yerinə yetirmək üçün edilməsi lazım olan hər şeyə qarşı dururlar, amma zəngin, ya da məşhur bir ailənin uşağıdırsa, pisliklərinə göz yumulur. Bəzi insanalrın hesabları çox ucuz olur və həqiqətləri ilə üzləşmək istəməzlər. Özlərini haqlı çıxarmaq üçün ancaq pis nümunələri seçərlər. Nəticədə isə dünyaya o qədər böyük yer açılır ki, istər-istəməz dinə dair hər şey həyatın xaricində qalır.
Sən onları bağışlayasan deyə mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. (Nuh surəsi, 71-ci ayə)
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Alimlər insanın mədəaltı vəzini donuza yerləşdirəcəklər
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
Eyfel qülləsi bağlandı-SƏBƏB
Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ
Azərbaycanda bayram namazının vaxtı açıqlandı
Sabahdan Bakıda 18 metrlik avtobuslar xəttə buraxılacaq
Qırmızı yoncanın faydaları
Məşhur Bloger Həbs Olundu-SƏBƏB/FOTO
Dünyada ən varlı 5 qadın
Stiv Cobsun ölümqabağı məktubu
Bakıda bu gün əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib
Pis yuxu şəxsi həyatı məhv edir
Çörəkli salat (foto resept)
Azərbaycanlı deputatlar ermənilərə görə ayağa qalxdılar
Prezident: “Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir”
HAVA necə olacaq? 15-yanvar
Bakıda çin malları brend adı ilə satılır:12 manatlıq geyim 68 manata
WhatsApp-dan daha bir yenilik
Malıbəyli və Quşçular kəndlərinin işğalından 23 il ötür
Torpaq uğrunda ölən varsa, Vətəndir!
İş adamlarının həbsinə başlanıldı
Avtobuslarda gediş kartından istifadə uğursuz alınıb?
Təhsil nazirindən təbrik
Dəridəki ləkələri yox edən maska
Qadın qəlbini fəth etməyin 18 yolu
Madonna yeni İMİCDƏ-FOTO
Sabah daha bir asteroid Yerə yaxınlaşır
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Asqırmağı yozmaq düzgündürmü?
Əhvalı yüksəldən məşğuliyyət
Təhsil Nazirliyi: 1000-ə yaxın tələbə bir ali məktəbdən digərinə köçürülüb
Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib
Sevgi dediyin təmənnasızlıqdır
Südlü brokoli şorbası
Özcan Dənizdən yeni serial müjdəsi
Muncuqlardan düzəltdiyim əl işlərim
Anomal hava daha bir ölkəni cənginə aldı
Tarzan Nataşa Korolevaya xəyanət etdiyini açıqlayıb
Bakının küçələrindən biri dəyişir - XƏRİTƏ
Şahzadə Harri və Meqan Markl toylarının 1 ilini qeyd etdi-FOTO
Üçrəngli bayrağımız Azərbaycan səmasında - VİDEO
COVID-19 peyvəndinin sınaqları dayandırıldı - Naməlum xəstəlik ortaya çıxdı
Real olmadığına inanmayacaqsınız
Hörüklü saç modelləri
"Ananas" salatı (foto-resept)
Karantin bu tarixdə yenidən yumşaldılacaq - RƏSMİ
“Kurtlar vadisi”nin aktyoru boşanır
Yapon alimlər saç yetişdirməyin daha mükəmməl üsulunu öyrəniblər
Xanımların nəzərinə: dişlərinizə diqqət edin
Gündəlik saç yığımları
- ŞƏRHLƏR