İslamofobiya kəliməsi “İslam” və Yunanca “phobos” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Termin olaraq İslamofobiya İslama qarşı sui-zənn və Müsəlmanlara qarşı göstərilən irqçilik şəklində izah edilə bilər. İslamafobiya qorxu duyğusu ilə xarakterizə olunur. Müsəlmanlara qarşı duyulan irrasional nifrət, ayrıseçkilik, düşmənçilik və kin bəsləmə anlamına gəlir. Tarixi, iqtisadi, siyasi, dini və sosioloji səbəbləri olan İslamofobiya, xüsusilə, 11 sentyabr hadisələrindən sonra daha da artmışdır. Günümüzdə antisemitizmin yerini alan İslamofobiya müsəlmanlara yönəlik irqçilik,nifrət, sözlü və fiziki olaraq hücümlara səbəb olmaqdadır.Bunun nəticəsində də istər Müsəlman istər Qərb dünyasında qayğı, qorxu ,stress,güvənsizlik kimi bir sıra psixolojik təsirlər görünməkdədir.
Öz-özünü müdafiə etmə və varlığını davam etdirə bilmək şüuraltı olaraq ən təməl ehtiyaclardan qəbul olunmuşdur.Yəni hər bir fərd təbii olaraq varlığını sürdürmək və güvən içində ola bilmə ehtiyacı duymaqdadır. Bu hisslərin əngəllənməsi şəxsdə qəzəb,öfkə və saldırqanlığa nədən olmaqdadır. İslam və Müsəlman qavramlarının qorxu, öfkə duyğularına səbəb olmasının arxa planında media , siyasətçilər , din adamları və pedaqoqların İslam ilə fərdin güvənlik və yaşama istəyini təhdid edən terror,şiddət ,bombalama və intiqam kimi neqativ duyğu ve davranışların davamlı olaraq birlikdə əlaqələndirilməsi yer almaqdadır.Bunun nəticəsində də qeyri -ixtiyari olaraq klassik şərtlənmə əmələ gəlmiş , İslam və Müsəlman sözləri terror, şiddət qavramları ilə eyni dəyərdə qəbul olunmaya ,hətta sinonim olmağa başlamışdır. İslam ilə Avropa coğrafiyasının bərabər olması, ilk tanışması İslam Peyğəmbərinin Bizans imperiyasına göndərdiyi təbliğ məktubunda olmasına rəğmən, Əndəlüs Əməvilərinə qədər müsəlmanlar üçün əhəmiyyətli olmamışdır.Bu səbəblə tarixçilər İslamın Avropa tarixini,Avropanın ilk müsəlman dövləti Əndəlüs Əməvi dövləti ilə başladırlar.
1950-ci illərdə Avropada təxminən bir milyon müsəlman yaşayırdısa ,hal hazırda bu rəqəm 23 milyona varmaqdadır və Avropanın %4,5 –ni təşkil edir.Avropada müsəlmanların doğum statistikası müsəlman olmayanlara nisbətdə üç dəfə artıqdır.Təxmini hesablamalara görə 2050-ci ildə müsəlmanlar Avropanın %20-ni təşkil edəcəkdir. Bu da təbii olaraq Avropa ümumən “Qərb mədəniyyəti” üçün yolverilməz haldır.
Qloballaşma düşüncəsi həqiqətən fərqli toplumların bir yerdə yaşamasını təmin edirmi yoxsa fərz edilənin əksinə fərqlilikləri münaqişələrəmi sövq edir? Amerikalı professor Samuel Huntingtonun “Mədəniyyətlər toqquşması” fərziyyəsi doğulanırmı? Bu yazıda bu və bənzəri suallar cavablandırılmağa çalışılacaqdır. Avropalılara görə İslami dəyərlər demokratiya və insan hüquqları ilə uyğunlaşmır. Əslində bu imajın ortaya çıxmasında bəzi müsəlman ölkələrinin də payı var. Bu tip ölkələrdə qadın haqqlarının məhdudlaşdırılması ,bir çox müsəlman ölkələrində işlənən namus cinayətləri və həmçinin müasir dünyanın baş bəlası olan terror qruplaşmalarının əsasən müsəlman ölkələrində yerləşməsi və tərkib hissəsinin əksəriyyətinin müsəlmanlardan təşkil olunmasıdır. Təbii ki, özünü müsəlman adlandıran şəxslərin belə oyunların içində olması İslam dini ilə tam olaraq ziddiyət təşkil edir.Həmçinin bu tip radikal İslam yönlü qruplaşmaların hansı mənbələrdən maliyyələşmə və idarə olunması da özü başqa bir mövzunun tərkib hissəsidir.
Qərb mədəniyyətinin çox mədəniyyətliyə, fərqliliklərə açıq olmayan tək tip yanaşması və “yad” düşmənliyi də İsmalofobiyaya gətirib çıxaran amillərdəndir.Çox qədim zamanlardan köhnə qitədə daima Ərəb və Fars kimi xalqları İslamın yaranması və yayılmasından daha öncəki zamanlarda belə “alt,aşağı,ikinci sinif” topluluq olaraq tanımlanmışdır. Qərblilər özlərini “mədəni” və “azad” insanlar olaraq adlandırması və öz kimliklərinin antitezi olaraq Farslar kimi digər Asiyalı xalqları despot və barbar insanlar olaraq tanımaqdaydılar. Buna qloballaşan dünyamızda da istər internet, sosial şəbəkələr istər də Qərb ədəbiyyat,kino və digər mədəniyyət sahələrində başqa cür təzahür formalarında rast gəlmək mümkündür.İslamın geri düşüncəlik , əxlaqsızlıq vəs şəkildə göstərilərək insanlara təlqin olunmaya çalışılması və həmçinin İslam Pəygəmbərinin karikaturalarının çəkilməsi, İslamda müqəddəs sayılan şəxs düşüncə və yerlərin təhqir olunması çox “ucuz” propaqanda və təhrik vasitəsi olaraq hər iki tərəfə ziyandan başqa heç nə verməməkdədir.
Ümumən Xristian və İslam dünyası arasındakı münaqişələrin, İslam düşmənçiliyinin ən bariz nümunəsi Səlib yürüşləridir. 1095-ci ildə Fransanın Klermon şəhərində papa II Urbanın “Müqəddəs torpağın (Qüdsün) kafirlərdən azad edilməsi “ çağırışı ilə bütün xristian dövlətlərinin qoşulduğu hərbi kampanya günümüzdə də davam etməkdədir. Yaxın tariximizdə Serb və Xorvatların Bosniyada ,Fransa və İtaliyanin Şimali Afrikada, Amerikanın “rifah” gətirdiyi İraq və Əfqanıstanda , İsrailin Fələstində illərdir davam edən müsəlman qətliamları İslam dünyası üzərində oynanılan oyunların, nifrət, düşmənçiliyin tariximizdən bu günə kimi davam etdiyini göstərməkdədir. Dünyada sülh zaman ,məkan fərq etmədən, dinindən ,dilindən, irqindən asılı olmadan, ikili standartlar tətbiq olunmadan, terrorun dəydiyi hər ocağa eyni yanaşıb ,eyni qiymət verilən zaman bərqərar olacaqdır.
Dünyada İslam qorxu və nifrətinin əsas səbəblərindən biri də İslamda olan cihad anlayışının düzgün anlaşılmayıb, insanlara şiddət və savaş qarşılığı olaraq təbliğ olunmasıdır. Cihad Quranda açıqca həyat və inanc ilə bütün mövzularda çabalamaq anlamında işlədilməkdədir.Nə ümumi düşüncə nədəki Quran hər hansı bir fərdin bütün həyatında yalnızca şiddətin hökm sürəcəyi fikrini dəstəkləməsi absurd və gülüncdür. Quranın iddia etdiyi cihad həyata yayılmış olan ümumi məsələlərdə gözəl işlər görməyə səy göstərmək və saf eqoizmə dayanmaqdan ibarətdir.Əlbət ki tarix boyu çoxları tərəfindən cihad sadəcə silahlı mücadələ şəklində yanlış anlaşılmışdır.Quranda cihad əzm və mühakimə etmək kimi əks olunmuşdur.Bununla birlikdə fərdin özünə, ailəsinə və vətəninə qarşı ani bir hücumda Quran son çarə olaraq silahlı müqavimətə izn verməkdədir.Quranda yer alan cihadla bağlı ayələr dörd növ anlam ,məna kəsb edir.Bunlar müsəlmanlara yönəlik hücumlar olduğu zaman savaş anlamında, insanlığın ən böyük düşməni olaraq tanımlanan şeytanla mübarizə, cəhalətə və fərdin öz nəfsi ilə cihadı nəzərdə tutulmaqdadır. Yəni həddən artıq və dağıdıcı neqativ duyğu və düşüncələrdən uzaq durulmasıdır.
Nəticə etibarilə İslamofobiya Qərb dünyasının öz İslam anlayışını yaratması və İslam toplumlarının iqtisadi , elmi, hərbi və texnoloji baxımdan Qərb ilə müqayisə olunmayacaq şəkildə geri qalmiş olmasının nəticəsidir.Müxtəlif təsir və əlaqə vasitələri istifadə olunaraq daimi olaraq İslamı terror və şiddətlə əlaqələndirən yayınların olması İslam haqqında yetərincə bilgi və düsüncə sahibi olmayan qeyri müsəlman cəmiyyətlərdə islam və müsəlmanlara qarşı özünü qoruma instinktinin səbəb olduğu insancıl bir qorxuya səbəb olmaqdadır.Zənnimcə İslamofobiyanin yaranmasında ən böyük məsuliyyət sahibləri siyasətçilər, elm xadimləri, pedaqoqlar və din adamlarıdır.Bununla birlikdə İslam dünyasının öz dini dəyərlərini yetərincə həyata əks etdirə bilməməsi, bir çox sahələrdə geri qalmiş tənbəl, duyğusal və aqressiv bir toplum imajı yaradaraq dünyada İslamın yanlış tanınma və dəyərləndirilməsində təsiredici bir faktor olaraq qalmaqdadır.
Qərb dünyasi İslamı və müsəlmanları terror və şiddətlə bir tutmaqdan və terror qruplaşmaları ilə əsl müsəlmanlar arasında fərq qoymaqdan vaz keçmədiyi müddətcə İslamofobiya ilə mübarizə uğursuzluqla nəticələnəcəkdir.Qorxu passivliyə , ört basdır etməyə, məntiqsizliyə və tələskənliyə gətirib çıxarır. İslam qorxusu anlamsız , məntiqə sığmayan bir qorxudur. Bu qorxunun təməl nədənləri İslamı həm İslam həm də Xristian dünyasında yetərli səviyyədə bilinməməsi , müsəlman toplumları üzərindəki yadlaşdırma , yazılı və sosial media vasitəsilə insanlarda klassik və sosial şərtləndirmə təbliğ olunmasıdır. Gerçək dünyada isə İslam qorxulacaq və Xristianliq ücün heç bir təhdid yaratmayan əksinə insanlığın huzur ,dostluq ,qardaşlıq ,yardımlaşma ,mərhəmət və xoşbəxtlik içində yaşamasını özündə əks etdirən bir inancdır.
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR