Fransada törədilmiş son terror hadisələrinin çox qısa zamanda anti-müsəlman və İslamofobiya xarakter alması gözlənilən bir hal idi. Terrorçu və ya cinayətkarın dini, etnik mənsubiyyəti olmur kimi çağırışlara baxmayaraq, xüsusilə qərb cəmiyyətində müsəlmanlara qarşı bu epitetlərdən istifadə etməkdən çəkinmirlər və hər bir hal asanlıqla anti-İslam xarakteri alır. Maraqlıdır ki, Fransadakı hadisələrə anti-İslamofobiya xarakterinin verilməsi prosesi, Fransanın hələ özündən əvvəl Hollandiyada başladı. Bu da heç də təsadüfi deyil.Fahişəlik, eyni cinsdən olan nikah və narkotika satışına rəsmən icazə verən və bununla da liberalizmin mütləq həddinə çatdığını iddia edən Hollandiya Avropada İslamofobiya meyllərinə görə liderdir.15 yanvar 2008-ci ildə Hollandiya parlamentinin üzvü və solçu Yaşıllar partiyasından olan Tofik Dibi Amsterdamın mərkəzində səkkiz nəfər digər dinc nümayişçi ilə birlikdə həbs edildi. Onların əllərində tutduğu və Malboro siqaret qutusunu təsvir edən plakatda Malborunun logosu yerinə ifrat sağçı radikal millət vəkili Geert Vildersin şəkli və yazı yerinə isə “Extremist” sözü qoyulmuşdu. Afişanın lap altında isə sarkastik formada yazılmışdı ki, “Sənə və cəmiyyətə zərər vurur”.Yəni, sənin ekstremist fikirlərin cəmiyyətə xələl yetirir.
Dinc şəkildə və sivil qaydada həyata keçirilən, amma iştirakçıları polis tərəfindən tutulan bu aksiyada kəskin anti-İslam baxışları və hətta İslama və müsəlmanlara qarşı təhqirləri ilə seçilən Hollandiya parlamentinin “fəal” üzvü Geert Vildersə etiraz edilirdi.
Geert Vilders Hollandiyanın ifrat sağçı partiyası olan Azadlıq partiyasının rəhbəridir. Açıq və kəskin şəkildə Hollandiyada müqəddəs Quranın qadağan edilməsinə çağıran bu şəxs hətta müqəddəs Quranı Hitelrin “Mayn Kampf” kitabı ilə müqayisə etməkdən çəkinmir. “Mən müsəlmanlara nifrət etmirəm, amma onların kitablarına və ideologiyalarına nifrət edirəm” sözləri də Geert Vildersə məxsusdur. “Fitnə” adlı filmində isə Geert Vilders müqəddəs Qurandan olan surələri təhrif olunmuş formada təqdim edərək məqsədyönlü şəkildə “terrorçu müsəlman” imicini yaradır.
Bunlar artıq bir şəxsə məxsus olan fikirlər deyillər. Anti-müsəlman və “ölkənin İslamlaşmasına qarşı mübarizə”, “Quranın qadağan olunması”, baş örtüyündən istifadə edən qadınlara verginin qoyulması, məscidlərin tikilməsinin qadağan olunması platforması adı altında seçkilərdə iştirak edən Geert Vilders son seçkilərdə 16 faizdən artıq səs qazanmışdır. Çoxpartiyalı siyasi sistemi olan Hollandiya üçün seçkilərdə 16 faiz səs qazanmaq kifayət qədər yüksək göstəricidir.
Əgər bu kimi irqçi və dini ayrı-seçkilik platforması əsasında Geert Vilders kimi siyasətçi seçkilərdə bu qədər yüksək səs əldə edirsə və onun bu baxışlarına qanun çərçivəsində hər hansı məhdudiyyət qoyulmursa bu özlüyündə Hollandiya cəmiyyətinin ümumi əhval-ruhiyyəsini və dövlət siyasətini göstərir.
2004-cü ildə hollandiyalı rejissor Van Gogh İslam haqqında çəkdiyi filmə görə öldürüləndə o zaman ölkənin Baş nazirinin müavini olan Geritt Zalm isə demişdi: “biz indi müharibədəyik”.
Ədalət naminə deməliyik ki, Fransada törədilmiş terror aktından sonra Fransa Prezidenti Fransua Olland və digər Fransa rəsmiləri bunu heç bir halda İslamla əlaqələndirmədilər. Almaniyada son günlərdə İslam əleyhinə keçirilən aksiyaya ilk etiraz edən şəxs kansler Anqela Merkel oldu.
2005-2010-cu illərdə Hollandiyada məscidlərə qarşı 100-dən artıq hücum olmuşdur. 117 hücumdan 99-u üzrə Hollandiya polisi tərəfindən heç bir araşdırılma aparılmayıb və məscidlərə qarşı təhqiramiz əməlləri törədən şəxslərin heç biri məsuliyyətə cəlb edilməmişdir. Bu cinayətlər özlüyündə kifayət qədər ciddi xarakter daşıyır. Məscidlərin imamlarına qarşı ölümlə hədələyən telefon zəngləri edilir, məscidlərin içərisinə yandırıcı maddələr atılır, müsəlmanlar küçədə döyülür və təhqir olunur, məscidlərin qapısına donuz kəlləsi mıxlanır və donuz qanı ilə təhqiramız və hədələyici sözlər yazılır.
İrqi-ayrı seçkilik və dözümsüzlük üzrə Avropa komissiyasının 2007-ci ildən etibarən olan hesabatlarında Niderlandda dramatik şəkildə islamofobiya meyllərinin artdığı bildirilir. Hesabatda qeyd olunur k, Niderlandda müsəlmanlar təhqiredici stereotipli yanaşma və siyasi ayrı-seçkiliyə əsaslanan yanaşma ilə üzləşir, əsassız olaraq polis və təhlükəsizlik orqanları tərəfindən təqib olunurlar. Ölkənin mediasi isə bir qayda olaraq, müsəlmanlar və İslama qarşı ölkənin siyasətçiləri tərəfindən yürüdülən xətti dəstəkləyir, azad fikir və söz azadlığından danışıldığı halda, müsəlmanlara özlərini sərbəst ifadə etməyə imkan vermir. Həmçinin, hesabata görə İslam Hollandiyada ölkə üçün təhlükə hesab edilir.Avropada İslamofobiya meyllərini yaxından başa düşmək üçün avropalı sosioloqlar tərəfindən anti-semitizmin tarixinə və metodlarına müraciət etmək tövsiyə olunur. Tarixən anti-semitimizmin güclü olduğu Avropada, o cümlədən Hollandiyada yəhudilərə, onların həyat tərzinə, xarici görkəminə və dini ibadət ocaqlarına qarşı olan hücum və təhqirlər eyni fomada indi də müsəlamnlara qarşı tətbiq olunur. Yəni, mahiyyət və metodlar eyni qalır, sadəcə adlar dəyişdirilir. Yəhudi müsəlman, sinaqoq isə məscidlə əvəzlinir. Yüzilliklər ərzində özünü doğrultmuş siyasi texnologiyalar isə olduğu kimi qalır.İslamofobiya meyllərinin güclənməsi Hollandiyada ənənəvi anti-semitizmin zəifləməsi anlamına gəlməməlidir. Hollandiyanın baş rabbisinin etiraf etdiyi kimi, Hollandiya yəhudilərin gələcəkdə yaşaya biləcəyi ölkə deyildir.
İslamofobiya meyllərinin Hollandiyada xüsusilə güclü olmasını şərtləndirən ikinci vacib məqam bu ölkənin müstəmləkəçi tarixidir. Əhali sayına görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya uzun illər ərzində Hollandiya müstəmləkəsi olmuşdur. Hollandiya 1945-1949-cu illər ərzində İndoneziya milli azadlıq mübarizəsinin qanlı şəkildə qarşısını almağa çalışmışdır. Bu dövr ərzində 150.000 nəfər indoneziyalı müsəlman qəddarcasına öldürülmüşdür. 1947-ci ildə Cava adasında olan Ravaqede kəndində bir gecədə 417 nəfər müsəlman Hollandiya əsgərləri tərəfindən qətlə yetirilmişdir. Onların arasında uşaqlar, qadınlar və qocalar olmuşdur. Uzun illər ərzində Müharibə sənədləşməsi üzrə Hollandiya kral institutu bu faktı gizlətməyə çalışmışdır. Yalnız 60 ildən sonra 2011-ci ildə Hollandiya İndoneziya xalqına öz üzrxahlığını ifadə etmişdir. İndoneziyanın Cənubi Sulavesi adasında da Hollandiya tərəfindən genişmiqyaslı qırğınlar törədilmişdir. Amma bu faktlar hələ də gizlədilir.
Özünün qanlı müstəmləkəçi, anti-semitik və müsəlmanlar əleyhinə olan ənənələrinə və siyasətinə baxmayaraq, Hollandiya dünyada insan hüquqlarının “carçısı” və “qoruyucusu” kimi rollara iddia edir. Fahişəliyi və narkotik malların satışını rəsmiləşdirmək və eyni cinsli nikaha icazə vermək hələ liberalizmin təntənəsi demək deyil.
İsmafobiya özü fikir, vicdan və söz azadlığının kobud pozulmasıdır. İfrat ayrı-seçkilikdir. Bunun qarşısının alınmaması və əksinə, inkişafının təşviq edilməsi böyük təhlükələrə aparan yoldur. Holokostun təcrübəsində Avropa artıq dünyaya ifrat dini, irqi və milli ayrı-seçkiliyin faciəsini yaşatmağa müvəffəq olub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR