İtaət edənlərə savab verən, şükr edənlərə bol ehsan edən Allaha həmd olsun. Fəzilətinin artmasını diləyərək və nemətlərinə görə Ona həmd edirəm. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O Təkdir və şəriki yoxdur. Rəbbimizin zatı nə uca, adları və sifətləri nə müqəddəsdir. Şəhadət edirəm ki, Muhamməd Onun qulu və Rəsuludur. Allah onu seçmiş və üstün qılmışdır. O, ayaqlarının altı yarılana qədər Rəbbinə ibadət etmişdir. Allah ona, pka ailəsinə, seçkin səhabələrinə, tabiinə və gecə ilə gündüz onlara tabe olanlara xeyir-dua etsin.
Ey müsəlmanlar! Allahdan layiqincə qorxun. Çünki Allahdan layiqincə qorxmaq möminlərin yolu cə salehlərin xüsusiyyətidir. Qiyamət günü xilas və fəlah yalnız onunladır. Hər an və hər yerdə Ondan layiqincə qorxun. Bütün əməllərinizdə Allahdan qorxun ki, bəlkə, xilas olasınız. Sizləri iman ilə hidayətə çatdırdığı və bu böyük mövsümə qovuşdurduğu üçün Allaha şükr edin. Allah bu dəyərli ayı böyük fəzilətlər və xüsusiyyətlərlə digər aylardan üstün qılmışdır. Bu ayda insanlara yol göstərən, doğrunun və doğrunu səhvdən ayırmanın açıq dəlilləri olan Quran nazil edilmişdir.
Bu, əvvəli rəhmət, ortası bağışlanma və sonu cəhənnəmdən xilas olma ayıdır. Kim bu ayda inanaraq və qarşılığını Allahdan gözləyərək oruc tutarsa, keçmiş günahları bağışlanır. Kim də bu ayın gecəsində inanaraq qalxarsa və qarşılığını Allahdan gözləyərək ibadətə qalmarsa, keçmiş günahları bağışlanır. Bu, Rəsulullahdan (s.a.s) “səhih” olaraq rəvayəq edilən bir hədisdə bildirilmişdir.
Ey Allahın qulları! Bu ayın ən fəzilətli günləri və gecələri son onuncu gündür. Son on gün də bu ayın ən üstün gecələridir. Son on gecəsi bütün ilin ən üstün gecələridir. Rəsulullah (s.a.s) bu on gündə daha çox ibadət edir, saleh əməlləri qat-qat artırırdı. Başqa vaxt etmədiyi qədər müxtəlif ibadətlərlə Allaha yaxınlaşmağa çalışırdı. Aişənin (r.a) belə buyurduğu rəvayət edilir: “Rəsulullah (s.a.s) Ramazanın son on günü gəldiyi zaman gecəni dəyərləndirir, ailəsini oyandırır, ibadətə çalışır və xanımlarına yazınlaşmazdı” (əl-Buxari, Muslim).
Allahın (c.c)dəyərini ucaltdığı və Peygəmbərə (s.a.s) vəhy nazil etməklə şərəfləndirdiyi Qədr gecəsinin bu gecələrdə olması onlara şərəf və üstünlük olaraq kifayətdir. O gecədə ibadət Qədr gecənin xaricində edilən min gecənin ibadətindən daha xeyirlidir. O gecə bərəkəti və xeyirləri bol olan gecədir. O gecədə qullaq üzərinə Rəbbani fəzilətlər və ilahi nemətlər enir. Qulun imanında səmimi olduğunun və Allahın (c.c) onu müvəffəq qıldığının bir işarəsi də həmin mübarək gecələri saleh əməllərlə, müxtəlif ibadətlərlə, Allahın (c.c) önündə boyun əyərək və Ona tövbə edərək bu mübarək gecələri dəyərləndirməsi, bu gecələrin bərəkətinə qovuşmağı ümid etməsidir. Fəzilətinin dəyəri və savabının böyüklüyü o həddə çatmışdır ki, Allah (c.c) bu gecələrdə gözəl niyyət və səmimi şəkildə ibadətə qalcanın bütün keçmiş günahlarınıvə xətalarını bağışlayır. Rəsulullah (s.a.s)belə buyurur: Qədr gecəsində inanaraq və qarşılığını Allahdan gözləyərək ibadətə qalxanın keçmiş günahları bağışlanır (Əl-Buxari, Muslim). Rəsulullah (s.a.s) son onuncu günün tək gecələrində və ya bu dəyərli ayın qalan son yeddi günündə Qədr gecəsini axtsrmağı ümmətinə tövsiyə etmişdir. Abduııah ibn Ömərdən (r.a) Rəsulullah (s.a.s) belə buyurduğu rəvayət edilir: Onu (Qədr gecəsini) Ramazanın sonuncu on günündə axtarın (Muslim). Başqa rəvayət isə bu şəkildədir: Onu axtaran son yeddi gündə axtarsın. Möminlərin anası Aişə (r.a) Rəsulullaha (s.a.s) Qədr gecəsinin nə zaman olduğunu bildikdə o gecədə necə dua edəcəyini soruşur. Rəsulullahın (s.a.s) ona belə deməyini bildirir: Ey Allahım! Şübhəsiz ki, sən çox bağışlayansan və bağışlamağı sevirsən, məni bağışla! Ey möminlər! Allahın (c.c) sizlər üçün hazırladığı, yaxşılıqların artırıldığı və günahların bağışlandığı fəzilətli zamanları və mübarək mövsümləri sizləri Allaha (c.c) yaxınlaşdıracaq və onun rizasına aparan ibadətlərlə dəyərləndirin. Xüsusilə sizlər, Allahın (c.c) şərəf verdiyi və ibadəti fərqli və daha fəzilətli qıldığı bu Harəmi Şərifin kölgəsindəsiniz. Burada qılınan namaz başqa yerlərdə qılınan yüz min namaza bərabərdir. Burada hər saleh əməlin savabı dəfələrlədi. Ey möminlər! Burada sizin üçün məkanın fəziləti və zamanım şərəfi bir birlikdə verilmişdir. Bu, çox əhəmiyyətli və dəyərlidir. Allah (c.c) bunları ehsan və fəzilət kimi sizlərə təqdim etmişdi. Müvəffəqiyyətin və doğru yoıda olmağın bir əlaməti də müsəlmanın bu Rəbbani fəzilətləri və ilahi nemətləri saleh əməllərlə dəyərləndirməsi, xeyorli əməllərə tələsməsi, namaz, oruc, sədəqə, yaxşılıq və ehsan, yoxsullara və yetimlərə şəfqət göstərmə kimi ibadətləri layiqincə yerinə yetirməsi, çox tavaf və istiğfar etməsi, gecə və gündüz Allahı (c.c) zikrə davam etməsidir. Şübhəsiz ki, Allahı (c.c) zikr etmək nəfsləri təmizləyir, qəlbləri genişlədir və rahatlıq verir. Allah (c.c) belə buyurur: "...Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!" (Ər-Rad surəso, 13/28) Dəyər baxımından zikrin ən xeyirlisi və Allah (c.c) dərgshında əcri ən böyük olan Allahın (c.c) Kitabını oxumaqdır. Onun önündən və arxasından batil gəlməz. O, hikmət sahibivə tərifə layiq Allah (c.c) tərəfindən nazil edilmişdir. Rəsulullahın (s.a.s) sünnəsindən biro də Ramazanda başqa vaxtlarda oxunduğundandaha çox Quran oxumasıdır. Cəbrail Ramazanda Onun yanına gəlir və Quranı təkrar edirdi.
Rəsulullah (s.a.s) Allahın (c.c) kitabını oxumağın fəzilətini və savabının böyüklüyünü bu şəkildə izah etmişdir: Kim Allahın kitabındam bir hərf oxusa, ona bir savab vardır və hər savab on mislaylədir. "Əlif, ləm, mim" bor hərfdir demirəm. Əksinə deyirəm ki, "əlif" bir hərf, "ləm" bir hərf, "mim" də bir hərfdir (ət-Tirmizi. O, bu hədisin "səhih" olduğuni bildirir). Ey Allahın qulları! İnsanlara, xüsusilə də varlılara xatırladılacaq cəhətlərdən biro də zəkatlsrına diqqət yetirmələridir. Çünki zəkat dinin rüknlərinin ən mühümlərindən, şəriətin ən gözəl cəhətlərindən biridir. Allah (c.c) zəkatı böyük faydalarına görə fərz qılmışdır. Zəkat nəfslərin və qəlblərin təmizlənməsinə, malların artmasına səbəb olur. O, möminlər arasındakı sevginin və qardaşlığın ən böyük amillərindən olub müsəlmanlst arasında ictimai həmrəyliyin ən böyük göstəricisidir. Ey Möminlər! Zəkatlarınızı səmimi niyyətlə, xeyor diləyərək və tam oıaraq çıxarın. Zəkat verdiklərinizə minnət qoyub əziyyət verməyin və təkəbbürlük etməyin. Allah (c.c) belə buyurur: Mallarını Allah yolunda sərf edənlərin halı yeddi dünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi insan üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. Heç bir kəsə minnət qoymadan, əziyyər vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onıarın (axirətdə) heç nir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər" (əl-Bəqərə surəsi, 2/261-262).
Bu fərzi və Allahın (c.c) fərz qıldığı digər ibadətləri tam olaraq yerinə yetirin. Zəkatda və bütün saleh ibadətlərinizdə niyyətinizi Allah (c.c) üçün edi. Çünki ibadətə riyakarlıq və özünü göstərmək kimi cəhət qarışsa, bu əməlin boşa getməsinə və qəbuı edilməməsinə səbəb olar. Qüdsi bir hədisdə Rəsulullah (s.a.s) belə buyurur: Allah buyurur ki, "Mən şərik qoşulanların şirkdən ən uzaq olanıyam. Kim bir əməl işləsə və ona aMənimlə birlikdə başqa birini şərik qoşsa, onu və şirkini tərk edərəm" (Muslim və digərləri). Ey Allahın qulları! Allahdan qorxun. Bu ayın qalan günlərini və gecələrini Allaha (c.c) ibadətdə və Onun rizasını qazanmaqda, Onun lütfünə və ehsanına nail olmaqda yarışaraq dəyərləndirin. Bəlkə, qul Rəbbinin nemətlərindən birinə nail olar və bu səbəblə Allaha(c.c) yaxınlaşanların dərəcəsinə çatar, heç bir qorxusu olmayan və üzülməyən Allah (c.c) dostarından sayılar. Günahlardan, istək və şəhvətlətə boyun əyməkdən, vaxtarınızı Allahın (c.c) zikrindən və ibadətdən uzaqlaşdıran batil əyləncələrlə boş keçirməkdən çəkinin. Bunlar sizə qarşı Allahın (c.c) qəzəbini artırır və Rəbbinizə qovuşduğunuz zaman yerinə yetirməfiklərinizə peşman olursunuz. Ey möminlər! Rəbbinizə boyun əyərək yalvarın! Günahlarınızın və xətalarınızın baöışlanmasını, cəhənnəmdən azad olmağı diləyin! "... Oddan(Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən insan muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir" (Ali İmran surəsi, 3/185)
Ömər ibn Muhamməd əs-Subeyl
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR