Qaf surəsi
(Məkkədə nazil olmuşdur, 45 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Qaf! (Ya Peyğəmbər!) Şanlı Qurana and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)!
- Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər: Bu əcaba bir şeydir! (İnsandan da peyğəmbər olarmı?! Ancaq mələk peyğəmbər ola bilər!)
- Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!
- Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!
- Lakin onlara haqq (Quran) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşviş) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər).
- Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!
- Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?!
- (Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.
- Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik.
- Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik)
- Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir!
- Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü peyğəmbərləri) təkzib etmişdi.
- Ad (qövmü), Firon (əhli), Lut qardaşları;
- Əykə əhli və Tübbə qövmü bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara vəd etdiyim (əzab) gerçəkləşdi.
- Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər!
- And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!)
- Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur!
- Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!
- Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!
- (Öləndən sonra yenidən dirilmək üçün) sur çalınacaqdır. Bu vəd olunmuş gündür (əzab günüdür)!
- Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir.
- (Ona belə deyiləcəkdir: ) Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!
- Yoldaşı (ona təhkim olunmuş mələk) deyəcəkdir: Bu yanımdakı (Cəhənnəm üçün) hazırdır!
- (Allah o iki mələyə buyuracaqdır: ) Atın Cəhənnəmə hər bir inadcıl kafiri;
- Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın birliyinə) şəkk edəni!
- O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!
- Yoldaşı (Şeytan və ya öz nəfsi) deyəcəkdir: Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o özü haqq yoldan çox azmışdı
- (Allah) buyuracaqdır: Mənim hüzurumda mübahisə etməyin. Mən sizə (dünyada peyğəmbər vasitəsilə) bu əzabı bildirmişdim.
- Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə (əbəs yerə) zülm edən deyiləm!
- O gün Biz Cəhənnəmə: Doldunmu deyəcək, o isə: Yenə varmı? deyə cavab verəcəkdir.
- Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.
- (Onlara deyiləcəkdir: ) Bu, vəd olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan;
- Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür!
- Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!
- Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (möminlərin təsəvvür edə bilmədikləri nemətlər, Allahın rizasını və s.) mövcuddur!
- Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. (Onlar: ) Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer varmı? (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar.
- Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!
- And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi.
- (Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de!
- Gecənin bir vaxtında və səcdələrdən sonra da (Onu şükr-səna ilə təqdis et)!
- (Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun səsini) dinlə! (O gün İsrafil uca səslə: Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur! deyəcək və suru ikinci dəfə üfürəcəkdir).
- O gün (bütün yaranmışlar) dəhşətli (tükürpədici) səsi doğrudan-doğruya eşidəcəklər. O gün (qəbirlərdən) çıxma günüdür!
- Şübhəsiz ki, dirildən də, öldürən də Bizim. (Axır) dönüş də Bizim hüzurumuzadır!
- O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sürətlə (torpağın altından, qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə toplanacaqları məhşər günüdür).
- Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxanlara Quranla öyüd-nəsihət ver!
XƏBƏR LENTİ
Sağlam dırnaqların sirri
Koronavirusa görə məktəblər bağlanacaq? - Rəsmi cavab
Manatın bu günə məzənnəsi
Aldatma aldanarsan...
İstedad öz sözünü deyir...
Azərbaycan sahibkarları Özbəkistanda beynəlxalq sərgiyə dəvət olunurlar
Mülayim hava şəraiti təcili tibbi yardıma müraciət edənlərin sayına nə dərəcədə təsir edib?
Beren Saat ilk dəfə AÇIQLAMA verdi
Kral ailəsindən olanlar necə geyinməlidir?
Azərbaycan tarixindən yüz şəxsiyyət-92
Azərbaycanda 101 nəfər koronavirus xəstəsi sağalaraq evə buraxıldı
Bakı-Sumqayıt yolunu sakinlər bağladılar
Tuba hər kəsi təəccübləndirdi
Hava haqqında - 22.11.2013
Qara nöqtələri aradan qaldıran maska
Azərbaycanda çoxuşaqlı və aztəminatlı ailələrə yeni güzəştlərin tətbiqi üçün layihə hazırlanıb
Çil-çıraqlar-2
Meryem Üzerli Yeni İMİCDƏ-FOTO
Ayaqqabılar
"Onların arasında sevgi yoxdur"
Həcc ziyarəti ilə bağlı xəbərdarlıq - 6 ayadək həbs cəzası gözlənilir
Qubadlının işğalından 21 il ötür
Sabahın HAVAsı
Bakıda 10 mindən çox evin söküntüsünə başlandı
Yol Polisi sürücülərə və avtomobil sahiblərinə müraciət etdi
Ərdoğan və Putin Azərbaycanla Ermənistan sərhədində baş verənləri müzakirə ediblər
Rihanna haqqında Rekord Məbləğə film çəkilir
Azərbaycan müdafiə naziri Türkiyəyə gedib
Ermənistana daha bir sarsıdıcı zərbə: Düşmənin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edildi - VİDEO
Ali məktəblərə qəbulun nəticələri bu gün saat 5-də elan ediləcək
"Kilimancaro" tortu (foto-resept)
İsveç pəhrizi
Cəbhə xəttində təxribat
Koronavirus palçıqda da tapıldı
"Qırmızı papaq" salatı (foto resept)
30 yaşdan sonra necə geyinməli?
İştahı necə azaltmaq olar?
Serdar Ortaç da BOŞANDI
Qarabağda döyüşlər başlayacaq
Qozlu qurabiyə(foto resept)
Azərbaycan Ukraynaya əsgər göndərir
Aslan tortu
Saç düzümləri
Deyirəm bəlkə gülək?
Cennifer Lopez Toy Vaxtını Açıqladı-FOTO
Sağlam hamiləlik üçün 3 tövsiyə
Hamilə olduğunu düşünürdü əslində isə 18 kq-lıq...-FOTO
Əmrah serialdan ayrıldı-FOTO
Sağlamlıq üçün faydalı reseptlər
Qatardan nə vaxt düşəcəyini bilməyən insan nə etməlidir?















- ŞƏRHLƏR