Bir zaman qış fəsli çox sərt keçir. Bütün heyvanlar böyük itkilər verirlər. Qalın tükü və piyi olmayan kirpilər isə daha çox tələf olurlar. Onlar məhv olmaq təhlükəsindən qorunmaq üçün yığışıb məşvərət etməyi qərara alırlar. Bir neçə gün bir yerdə toplaşaraq müxtəlif təkliflər irəli sürürlər. Amma irəli sürülən təkliflər elə oradaca qalır. Beləcə 1 ay da keçir. Onlar yenə qərar qəbul edə bilmirlər. Və günlərin birində baxıb görürlər ki, bu müddət ərzində 1 kirpi də soyuqdan ölməyib. Başa düşürlər ki, soyuqdan ölmədiklərinə səbəb onların bir yerdə olmaları və bir-birilərini nəfəsləri ilə qızdırmaları olub. ”Elə isə bir-birimizə daha yaxın olaq” deyirlər. Amma bu dəfə başqa çətinliklə qarşılaşırlar. Soyuqdan qorunan kirpilər bir-birinə daha yaxın olduqca tikanları ilə biri digərini yaralamağa başlayır. Vəziyyəti belə gördükcə onlar bir-birlərindən uzaqlaşmağa başlayırlar. Beləcə bir-birlərindən uzaqlaşdıqca donur, yaxınlaşdıqca bir-birini yaralayardılar...
Bütün bunları sadəcə hekayə olduğu üçün yazmadıq. Hz. Məhəmməd (s.ə.s) canından, malından, əzizlərindən keçərək müsəlman adlı ümmət yaratdı. Amma məzhəb ayrı-seçkililəri müsəlmanlar arasına yol tapar-tapmaz, onlar bir-birindən ayrı düşməyə və zəifləməyə başladılar. Üstündən 14 əsr keçməsinə baxmayaraq bu təriqət üzvləri hələ də ortaq məxrəcə gələ bilməyiblər. Azanda, namazda, dəstəmazda ixtilaf... Nə vaxta qədər??? Məgər sünni və şiə arasıında ixtilafa səbəb olmayacaq məsələlər yoxdu? Hələ bu azmış kimi bir neçə il ərzində yaranan vahabi, nurçu, yəzdi, bəhai təriqətləri...
Quranın Ali-İmran surəsində buyurulur: "Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!"
XƏBƏR LENTİ
Ərdoğandan Avropaya terror mesajı
Bakı belə dəyişəcək
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Bakıda ərəb mətbəxi təklif edən restoranların sayı artır
Darçınlı alma topları (foto-resept)
"Ginnesin Rekordlar Kitabı"nın seçmə rekordları
Moskvada izdiham: 250 min müsəlman bayram namazı qılıb
Dodağı qalın göstərmə üsulları
Ermənistanda bundan sonra nə olacaq?
Çəkdiyi toyların görüntülərini itirdi, toy sahibləri isə çəkilişi tələb edir
Mayk Tayson görünüşü ilə pərəstişkarlarını sevindirdi– FOTO
"Ordumuz böyük məharətlə və peşəkarlıqla əks-hücum əməliyyatı keçirdi, düşməni yerinə oturtdu"
Smartfon bazarında lider dəyişdi
Gedişhaqqı arta bilər
Bu şəxslərə ŞAD XƏBƏR: Pulun üstünə pul gələcək - VİDEO
Hillari Klinton efirə gipsdə çıxdı - FOTOLAR
Dərinizə yaxşı təsir göstərərən qidalar
Birinci vitse-prezident Mehriban Əliyeva: "Müəllimlik olduqca hörmətli peşədir"
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqını artırdı
Sumqayıt icra başçısı yas mərasimləri haqda qərar verdi
Sulu qəlyan ölümcül təhlükədir
Aqillərin inamına görə...(4)
Yuliya birinci, Mariya ikinci
Dərini təmizləyən və ağardan maska
Dünyanın ilk süni insanı yaradıldı
Mənzil arzusunda olanların dərdinə məlhəm
Həyat dərsi
Koronavirus bu tarixdə YOX OLACAQ - Bill Qeyts açıqladı
Azərbaycanda karantin rejimi belə yumşaldılacaq - RƏSMİ AÇIQLAMA
Məşhurlar geyimləri ilə HƏR KƏSİ HEYRAN QOYDU - FOTO
Mərkəzi Bank valyutaya nəzərətdən imtina etdi
İnfarktın səbəbləri
Təbii gözəllik
Messi Ronaldoya çatdı
Bakıda karantin qaydalarını pozan yüzlərlə şəxs cəzalandırıldı
"Vyana görüşü cəbhədə qazanılan uğurların diplomatiyada davamıdır"
Bu sezonun aksesuar trendi
Günün qoroskopu: səhhətinizə fikir verin
HAVA necə olacaq?-27 yanvar
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb
2021-ci ildə nələr olacaq?– PROQNOZ
Azərbaycanda gəmi lövbərləri üçün standartlar tətbiq ediləcək
Portağal qabıqlı, kişmişli kekslər (foto resept)
Ginekoloqa getmək üçün 7 səbəb
Prezident: “Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib”
Çantalar
Koronavirusdan sağalanlarda yeni fəsad müşahidə edilib
Kimə qırmızı kürü yemək olmaz?
28 ermənini məhv edən şəhidin atası: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEO
Prezident İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib















- ŞƏRHLƏR