Qadin.NET / Allahın ipi

Allahın ipi

Allahın ipi

Bir zaman qış fəsli çox sərt keçir. Bütün heyvanlar böyük itkilər verirlər. Qalın tükü və piyi olmayan kirpilər isə daha çox tələf olurlar. Onlar məhv olmaq təhlükəsindən qorunmaq üçün yığışıb məşvərət etməyi qərara alırlar. Bir neçə gün bir yerdə toplaşaraq  müxtəlif təkliflər irəli sürürlər. Amma irəli sürülən təkliflər elə oradaca qalır. Beləcə 1 ay da keçir. Onlar yenə qərar qəbul edə bilmirlər. Və günlərin birində baxıb görürlər ki, bu müddət ərzində 1 kirpi də soyuqdan ölməyib. Başa düşürlər ki, soyuqdan ölmədiklərinə səbəb onların bir yerdə olmaları və bir-birilərini nəfəsləri ilə qızdırmaları olub. ”Elə isə bir-birimizə daha yaxın olaq” deyirlər. Amma bu dəfə başqa çətinliklə qarşılaşırlar. Soyuqdan qorunan kirpilər bir-birinə daha yaxın olduqca tikanları ilə biri digərini yaralamağa başlayır. Vəziyyəti belə gördükcə onlar bir-birlərindən uzaqlaşmağa başlayırlar. Beləcə bir-birlərindən uzaqlaşdıqca donur, yaxınlaşdıqca bir-birini yaralayardılar...

 

Allahın ipi

Bütün bunları sadəcə hekayə olduğu üçün yazmadıq. Hz. Məhəmməd (s.ə.s) canından, malından, əzizlərindən keçərək müsəlman adlı ümmət yaratdı. Amma məzhəb ayrı-seçkililəri müsəlmanlar arasına yol tapar-tapmaz, onlar bir-birindən ayrı düşməyə və zəifləməyə başladılar. Üstündən 14 əsr keçməsinə baxmayaraq bu təriqət üzvləri hələ də ortaq məxrəcə gələ bilməyiblər. Azanda, namazda, dəstəmazda ixtilaf... Nə vaxta qədər??? Məgər sünni və şiə arasıında ixtilafa səbəb olmayacaq məsələlər yoxdu? Hələ bu azmış kimi bir neçə il ərzində yaranan vahabi, nurçu, yəzdi, bəhai təriqətləri...

Quranın Ali-İmran surəsində buyurulur: "Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!"

13 iyun 2013
GO BACK