Artıq qeyd etdiyimiz kimi, saytda baş vermiş dəyişikliklər öz növbəsində statuslara - vəzifələrə də aid edildi.
Bəzi istifadəçilər əvvəllər qazandıqları imkanları tamamilə itirdilər, bəziləri isə müəyyən dəyişiklərlə başqa istifadəçi qrupunda məskunlaşmış oldular.
Hər şeydən əvvəl saytın istifadəçilərə təqdim etdiyi "status nərdivanı" ilə tanış olun.
Hal-hazırda layihədə 16 fərqli istifadəçi qrupu mövcuddur və onlar aşağıdakı kimi sıralanır:
İstifadəçi
Yaqut
Zümrüd
Firuzə
Mirvari
Sapfir
Almaz
Ekspert
Redaktor
Baş redaktor
Administrator
Yazar (xüsusi)
Həkim (xüsusi)
Media (xüsusi)
Nəzarətçi (xüsusi)
Gördüyünüz kimi, ilk 8 istifadəçi statusundan altısını qazanmaq yalnız və yalnız istifadəçilərin özündən asılıdır. Beləki, Qonaq - adlanan istifadəçi qrupu heç bir imkana sahib deyil. Qeydiyyatdan keçməyən bütün istifadəçilər bu qrupa aid edilir.
Daha sonra İstifadəçi statusu sıralanır. Saytı ziyarət edən hər hansı şəxs qeydiyyatdan keçdiyi zaman avtomatik olaraq istifadəçi statusuna sahib olur. Nərdivanın ilk pilləsində məhz bu status durur. Daha sonra istifadəçi hər saytı ziyarət etdiyində hesaba giriş formasının vasitəsi ilə öz hesabına daxil olur. Hesab vasitəsilə redaksiyaya yazılar, xəbərlər göndərmək, digər istifadəçilərlə şəxsi ismarıclar vasitəsilə ünsiyyət qurma(mesaj göndərmək), istifadəçilərlə dostluq, söhbət otağı və bir çox bu kimi imkanlara sahib olur. Eyni zamanda istifadəçi özünə aid məlumatları - Mənim səhifəm bölməsi vasitəsilə istənilən vaxt yeniləyə və ya tamamilə dəyişə bilər.
Redaksiyaya yazı göndərən və saytda yazılmış istənilən xəbərin, yazının müzakirəsi zamanı şərhlər yazan istifadəçilərin statistik məlumatlarında bütün bunlar öz əksini tapır və daima yenilənir. Nəticədə hər ay sonunda sistemdə yoxlanış edilir və göstəricilərə əsasən istifadəçilərin statusları dəyişdirilir.
İstifadəçi öz statusunu aşağıdakı statistik göstəriciləri əldə etməklə dəyişə bilər:
Zümrüd --> 25 yazı + 250 şərh
Firüzə --> 40 yazı + 400 şərh
Mirvari --> 65 yazı + 650 şərh
Sapfir --> 100 yazı + 1000 şərh
Almaz --> 200 yazı + 2000 şərh
Ekspert statusunda olan istifadəçiləri isə Administratorlar müəyyənləşdirir. Bu statusu eyni anda 3 istifadəçi ala bilər. Onlardan biri portalın yayımlanmış xəbərlərinə, digəri butövlükdə şərh sisteminə və nəhayət üçüncü ekspert bütün şikayət, tələb və təkliflərə nəzarət edir. Ekspert qrupunun yaradılmasında əsas məqsəd layihədə iş keyfiyyətinin artırılması və bütün statuslu istifadəçilərin fəaliyyətinə diqqətin artırılması ilə bağlıdır.
Redaktor statusunda olan istifadəçiləri Baş redaktor müəyyənləşdirir. Yəni bu statusa qədər olan vəzifələri qazanmışlar arasından ən bacarıqlı və istedadlısını, layihə üçün faydalı işlər görənini özünə koməkçi kimi seçir və həmin andan etibarən istifadəçinin statusu Redaktor pilləsində qərarlaşır.
Yazar, Həkim və Media statusları isə adından göründüyü kimi, saytın fəaliyyəti üçün fərqli, xüsusi mövqedən yardımçı olan insanlar üçün ayrılıb.
Passiv fəaliyyət göstərən istifadəçilərin statusları istənilən vaxt ləğv edilə bilər!
Üç ay ərzində saytı ümumiyyətlə ziyarət etməyən istənilən istifadəçinin statusu ləğv edilir!
Qeyd olunan qaydaları dəyişmə hüququnu administrasiya heyəti özündə saxlayır!
Mövzuya aid bütün suallarınızı məhz bu yazının müzakirəsi zamanı qeyd etməyiniz xahiş olunur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Metro nə vaxt açılacaq?
Tarixi zəfərin daha bir xoş müjdəsi: Naxçıvana quru yolun açılmasının vacib faydası bilindi - RƏSMİ
ABŞ-da iğtişaşlar başladı
Yaxşı insanı necə sevməli?
Mişel Obamanın memuarları satışa çıxarılacaq
III dünya savaşı başlayır
“WhatsApp” istifadəçilərinə bəd xəbər - İşləməyəcək
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam məscidində - VİDEO
Ben Afflek trillerdə çəkiləcək
Məşhur müğənni üçüncü dəfə ana olacaq-FOTO
Həyatla ölüm arasında...
Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 35 milyon manat ayrılıb - RƏSMİ
Azərbaycanlı alimdən evdə koronavirus müayinələrinin ölümcül nəticələri ilə bağlı XƏBƏRDARLIQ
Seçimlərdən ən çətini…
Bakıdakı bahalı avtomobil dayanacaqları
Rəngarəng çantalar
"Bakı-2015" bu ölkələrdə də yayımlanacaq
Uşaqlarda yalanın səbəbləri
Qripə qarşı bir neçə mübarizə üsulu
İşğalçılar Goranboy və Tərtəri atəşə tutur - RƏSMİ
Bu şəxslər belə küçəyə çıxsalar cərimələnəcəklər - Rəsmi
Dekorasiyada vintage tərzi
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL
Niyə ayaq üstə su içmək olmaz?
Xaçmazlı rəssam evini muzeyə çevirdi - VİDEO
Təbii gözəlliyinizi qoruyun
Çəhrayi uggilər
Putinə qılınc hədiyyə etdilər
Lerikdə plov festivalı keçirilir
Teflon qablar zəhər mənbəyidir?
Belinizin formasına görə necə geyinməlisiniz?
Dünyanın ən böyük fənər sərgisi
Gül bayramı
Novruz Məmmədov “Hesabat”ın qonağı olub
Məşhur aktrisanı arıqladan çay
Bakıda valideyn dərdi
Uşaqlarda xüsusi öyrənmə çətinliyi
Azərbaycan üçün böyük qorxu
Səlçuk Bayraktardan Gəncə ilə bağlı paylaşım
Piyada zolağında kim daha üstündür?
Nəmləndirici istifadəsi zamanı yol verilən 2 xəta
İmkansız tələbələrə xoş xəbər
NATO: ""Soyuq müharibə" keçmişdə qaldı"
Rəngarəng çanta modelləri
Perseid meteor yağışından sonra baş verənlər sakinləri qorxutdu - VİDEO
Türkiyədə koronavirusa yoluxanların sayı 47-yə çatdı
"Qumlu" keks (foto resept)
Azərbaycan güləşçiləri üçün yenilik
Əncir yemək üçün 8 MÜHÜM SƏBƏB
Paytaxtda dərs var, amma...
- ŞƏRHLƏR