Qadin.NET / Vəzifələr - Statuslar

Vəzifələr - Statuslar

Hörmətli istifadəçilər!
Artıq qeyd etdiyimiz kimi, saytda baş vermiş dəyişikliklər öz növbəsində statuslara - vəzifələrə də aid edildi.
Bəzi istifadəçilər əvvəllər qazandıqları imkanları tamamilə itirdilər, bəziləri isə müəyyən dəyişiklərlə başqa istifadəçi qrupunda məskunlaşmış oldular.
Hər şeydən əvvəl saytın istifadəçilərə təqdim etdiyi "status nərdivanı" ilə tanış olun.
Hal-hazırda layihədə 16 fərqli istifadəçi qrupu mövcuddur və onlar aşağıdakı kimi sıralanır:

Qonaq
İstifadəçi
Yaqut
Zümrüd
Firuzə
Mirvari
Sapfir
Almaz
Ekspert
Redaktor
Baş redaktor
Administrator

Yazar (xüsusi)
Həkim (xüsusi)
Media (xüsusi)
Nəzarətçi (xüsusi)

Gördüyünüz kimi, ilk 8 istifadəçi statusundan altısını qazanmaq yalnız və yalnız istifadəçilərin özündən asılıdır. Beləki, Qonaq - adlanan istifadəçi qrupu heç bir imkana sahib deyil. Qeydiyyatdan keçməyən bütün istifadəçilər bu qrupa aid edilir.
Daha sonra İstifadəçi statusu sıralanır. Saytı ziyarət edən hər hansı şəxs qeydiyyatdan keçdiyi zaman avtomatik olaraq istifadəçi statusuna sahib olur. Nərdivanın ilk pilləsində məhz bu status durur. Daha sonra istifadəçi hər saytı ziyarət etdiyində hesaba giriş formasının vasitəsi ilə öz hesabına daxil olur. Hesab vasitəsilə redaksiyaya yazılar, xəbərlər göndərmək, digər istifadəçilərlə şəxsi ismarıclar vasitəsilə ünsiyyət qurma(mesaj göndərmək), istifadəçilərlə dostluq, söhbət otağı və bir çox bu kimi imkanlara sahib olur. Eyni zamanda istifadəçi özünə aid məlumatları - Mənim səhifəm bölməsi vasitəsilə istənilən vaxt yeniləyə və ya tamamilə dəyişə bilər.
Redaksiyaya yazı göndərən və saytda yazılmış istənilən xəbərin, yazının müzakirəsi zamanı şərhlər yazan istifadəçilərin statistik məlumatlarında bütün bunlar öz əksini tapır və daima yenilənir. Nəticədə hər ay sonunda sistemdə yoxlanış edilir və göstəricilərə əsasən istifadəçilərin statusları dəyişdirilir.
İstifadəçi öz statusunu aşağıdakı statistik göstəriciləri əldə etməklə dəyişə bilər:
 
Yaqut --> 15 yazı + 150 şərh
Zümrüd --> 25 yazı + 250 şərh
Firüzə --> 40 yazı + 400 şərh 
Mirvari --> 65 yazı + 650 şərh
Sapfir --> 100 yazı + 1000 şərh 
Almaz --> 200 yazı + 2000 şərh   

 
Nəzarətçi statusunda olan istifadəçiləri Ekspert qrupunun şərhlərə nəzarət edən üzvü müəyyənləşdirir.  Statusun vəzifəsi yayımlanan, istifadəçilər tərəfindən yazılmış şərhlərə nəzarət etməkdən ibarətdir.

Ekspert statusunda olan istifadəçiləri isə Administratorlar müəyyənləşdirir. Bu statusu eyni anda 3 istifadəçi ala bilər.  Onlardan biri portalın yayımlanmış xəbərlərinə, digəri butövlükdə şərh sisteminə və nəhayət üçüncü ekspert bütün şikayət, tələb və təkliflərə nəzarət edir. Ekspert qrupunun yaradılmasında əsas məqsəd layihədə iş keyfiyyətinin artırılması və bütün statuslu istifadəçilərin fəaliyyətinə diqqətin artırılması ilə bağlıdır.

Redaktor statusunda olan istifadəçiləri Baş redaktor müəyyənləşdirir. Yəni bu statusa qədər olan vəzifələri qazanmışlar arasından ən bacarıqlı və istedadlısını, layihə üçün faydalı işlər görənini özünə koməkçi kimi seçir və həmin andan etibarən istifadəçinin statusu Redaktor pilləsində qərarlaşır.

Yazar, HəkimMedia statusları isə adından göründüyü kimi, saytın fəaliyyəti üçün fərqli, xüsusi mövqedən yardımçı olan insanlar üçün ayrılıb.
 
DİQQƏT!
Passiv fəaliyyət göstərən istifadəçilərin statusları istənilən vaxt ləğv edilə bilər!
Üç ay ərzində saytı ümumiyyətlə ziyarət etməyən istənilən istifadəçinin statusu ləğv edilir!
Qeyd olunan qaydaları dəyişmə hüququnu administrasiya heyəti özündə saxlayır!

Mövzuya aid bütün suallarınızı məhz bu yazının müzakirəsi zamanı qeyd etməyiniz xahiş olunur.

24 may 2012
GO BACK