Semedova
Saytın ən çox sevdiyim xüsusiyyəti hamının bir- birinə qarşı mehribanlığıdır. Burda heç kim özünü yad hiss etmir. Sayt rəhbərliyi hər kəsə ayrılıqda diqqət yetirir. Sayt yenilənəndən sonra xoşlamadığım tək şey mənasız söz-söhbətlərə görə söhbət otağına sərbəst girişin bağlanması oldu. Ümumilikdə bütün redaktorların əvəzsiz fəaliyyətindən razıyıq. Amma mənim burda xətrini ən çox istədiyim iki redaktor var: lovable_madam və Buket. Baş redaktorumuz Ceylan xanım da kı bizim başımızın tacıdır. Hər zaman xüsusi diqqətlə yazılarımı dərc etdiklərinə görə onlara təşəkkür edirəm. Saytda heç kimdən narazı olmamışam, tam tərsi, bura mənim ikinci evim kimidir. Saytda yenilik kimi forum yaradılmasını istəyərdim. Sonda mən saytımıza uzun ömürlər diləyirəm!
Gozellik ilahesi
Qadın.Net -mənim dəyərlim ,sevimlim,ailəmin bir üzvü...Bu sayt haqda nə qədər xoş sözlər desəm yenə də azdır. Yaradıcı heyətdən, administrasiyadan, baş redaktor Ceylan Mumoğludan, Ramil bəydən, ekspertlərdən, redaktorlardan, bir sözlə hamısından çox razıyam. Həddən artıq məsulliyətli,səbrli,işlərinin peşəkarı… Qadın.Net-dən məmnunam həm də necə...dünyalar qədər. Deyəcəyim heç bir mənfi fikrim yox, edəcəyimiz heç bir şikayətim yox…Ancaq etiraf edəcəyim bir şey var: Qadın.Net mükəmməldir və mən Qadın.Net-i mükəmməl olduğu üçün sevirəm.
Shoko
Hmm, hardan başlayım bilmirəm. Artıq 3 ildir ki, Qadın.netlilərlə birlikdəyəm və bu 3 ildə acılı-şirinli çox günlər gördüm burda. Hətta Ceylan xanım məni bir dəfə ban etmişdi. Deyəsən burdakı xanımların arasında ban olan yeganə istifadəçi mənəm, elə ona görə deyirəm ki, acılı-şirinlı günlərimiz olub. Amma ən əsası odur ki, mən burdan çox şey öyrənmişəm. Öyrəndiklərimi saymaga başlasam qurtarmaz, ona görə ən yaxşısı saymayım. Öyrəndiklərimin kiçik bir hissəsini də bu xəbərdə göstərmişəm http://qadin.net/b10/muxtel/11668-qadnnetdn-yrndiklrim.html. Burda tanış olduğum çox gözəl xanımlar var, ən çox onları tanıdığıma sevinirəm. İnşAllah bu birlikdəliyimiz uzunömürlü olar .
Dr Agayeva
Qadın.Net mənə çox doğmalaşıb. İlk dəfə bu saytı tapanda gözlərimə inanmırdım. Çünki qadınların rahatlıqla girə biləcəyi bir sayt arzulamışdım. Hətta saytdan qeydiyyatdan keçdiyim vaxtlarda qızların mehribanlığı çox xoşuma gəlmişdi, ilk şərhlərimdə də bu təəccübümü gizlətməmişəm. Gün ərzində imkan tapan kimi sayta gəlib yeniliklərə baxıram, mətbəx rubrikasıni çox xoşlayıram. Burdan çox şey öyrənmişəm. Dini bölmədə Şəbnəm bacımın yazılarını yenidən görmək istəyərdim. Redaktorların işi haqqında heç nə deyə bilmərəm, çünki necə deyərlər onlara işim düşməyib. Ancaq əminəm ki, işlərini çox gözəl bacarırlar. Qadin.Netə uğurlar arzulayıram. Yaradıcılarına da çox sağ olun deyirəm…
GunelYusifzade
Mən saç tökülməsinə qarşı maskalar axtaranda buranı tapdım. Qeydiyyatdan keçdim, amma sonra şifrəmi unutduğumdan sayta girə bilmədim, yalnız qonaq kimi daxil olurdum. Sonra təkrar müraciət etdim, çox sağ olsunlar ki, müraciətimə müsbət cavab verdilər. Çox məmnunam bu saytdan. Amma mənim də bir neçə istəyim var. Oğlanlara girmək qadağan olunsun. Söhbət otağı daim açıq olsa daha gözəl olar. Bir də bəzən sayta girmək olmur. Bu problemlər inşAllah həllini tapsa çox yaxşı olar. Redaktorlardan bir incikliyim yoxdu, razıyam. Özümə yeni dostlar qazandğıım üçün də çox şadam. Hamısına ayrıca təşəkkürlər. Hər birinizə uğurlar.
♥A.Ravana♥
Mənim bu saytla tanışlığım 15 oktyabr 2011-ci ildə olub. Saç üçün maskalar axtarırdım və bu sayt qarşıma çıxdı. Elə o gündən qeydiyyatdan keçdim, çox sevdim bu saytı , özümə dostlar tapdım, bilmədiklərimi öyrəndim. Artıq bura mənim ikinci bir ailəmdir. Heç kəsdən şikayət etməmişəm,çünki şikayət etməyə səbəb olmayıb. Mənə elə gəlir ki, bu gündən sonar da ehtiyac olmaz. Redaktorlarımızdan çox, lap çox razıyam, hamısı çox mehribandır . Bilmədiklərimizi çox mehribanlıqla öyrədirlər. Fürsətdən istifadə edib başda Ceylan xanım olmaqla bütün redaktorlarımıza və bu saytın yaradıcı heyətinə, bütün əziyyət çəkənlərin hamısına dərin minnətdarlığımı bildirirəm. Hamısından razıyam hələlik. Bu saytda arzuladığım yalnız bir şey var. Hər nə etsək pulnandır. Online sms belə pulludur. Belə olmağını istəməzdim. Ümumilikdə Qadın.Net-dən çox məmnunam, arzu edirəm hər zaman belə olsun. Sonda Qadın.Netə uzun ömür və bol-bol uğurlar arzulayıram.
angela
İlk dəfə qadın xəstəlikləri haqqında sualıma cavab axtarırdım, onda bu saytda cavab tapdım. İnanın o qədər sevinmişdim ki. Sonra anama dedim ki, belə bir sayt var, o da çox sevdi buranı. O gündən anam da, mən də bu saytın istifadəçiləriyik. Burda hər şey əladır, çox da məmnunuq. Cəmi bir istəyim var- o da ki oğlanların bura gəlməməsi. Hə, bir də ki şərh yazanda QN-lərin artmasını istəyirəm. Təbii ki söhbət otağına girişə görə. Təşəkkürlər.
Asi
Tort resepti axtarırdım, sonra bu saytı gördüm və qeydiyyatdan keçdim, peşman olmadım. Dekabrın 26-ı qeydiyyatdan keçmişəm. Amma mart ayından burdayam. Qısa zaman da olsa hamıdan cox razıyam. Burda hər şey haqda məlumat toplamaq olur. Mən hər gün burdan yeni məlumat toplayıram, yeni bir şey öyrənirəm. Öyrənmək heç vaxt gec deyil. Bildiklərimi isə bir daha yadıma salıram. Yəni burda hər kəs öz işinin öhdəsindən çox gözəl gəlir.
Zehra Bedirxanli
Mən də demak olar ki, bir müddətdir qadın.net saytında qeydiyyatdan keçmişəm. Burada xanımlarımızın yerləşdirdiyi xəbərlərdən faydalanmağa çalışıram. Biz qadınara aid bir çox məlumatlar burada yer alır. Heç kimdən narazılığım yoxdu, əksinə hər şey çox gözəldir. Boş vaxtlarımı qadın.net saytında keçirirəm. Sonda qadın.net saytının rəhbərliyinə öz təşəkkürümü bildirirəm.
Дождь
Öncədən admin-redaktor heyyətinə belə bir maraqlı , əyləncəvi saytı bizim hüzurumuza çatdırdıqları üçün dərindən təşəkkürümü bildirirəm. Mənim kiçik bacım bu saytda daimi istifadəçi olmamasına baxmayaraq bir daimi oxucusu kimi bu saytı məsləhət bildi , o gündən sonra vərdiş , adət halına çevrilən bu saytdan uzaqlaşmıram , olduqca maraqlı mövzular var və oxuduqca yeni-yeni fikirlər öyrənirəm , təcrübəli istifadəçilərin təcrübələrindən faydalanıram və böyüklərimizdən qeyri-məhdud sayda bilgi əldə etmək mümkün olduğu üçün onların məlumatlarından faydalı məsləhətlər öyrənməyə gəldim. Yəqin edirəm ki doğru yolu seçmişəm. Və bir də onu da qeyd edim ki , dini mövzular ətrafında aparılan müzakirələrin mübahisə üslubunun şəffaf olması arzu edilən olduğu üçün adi sayt iştirakçılarina üzümü tutub deyirəm ki , xahiş edirəm dini mövzularda öz aqressiyalarını qorusunlar , cilovlasınlar və kimsənin xətrinə dəyəcək sözlərdən , "sətiraltı mənalarla" atmacalardan uzaq olsunlar, çünki məzhəb təbliğatını aparmaq həmişə qarşı tərəfdə bir növ kin- küdurət , nifrət yaradır. Belə ki, sünni-şiə mübahisəsi biz istəsək də , istəməsək də bu həm də digər forumlarda var. Dinimiz İslamın müzakirə zamanı bilməyərəkdən höcət edənləri ittiham etdiyini nəzərinizə bir daha çatdirmağı özümə borc bildim. Hər kəsin öz bildiyi, bir səbəbi olsa da belə birinin sözü digərinin boğazindan keçmir! Xülasə , bəzən düşünürəm ki , saytda olduğundan daha da çox intellektual fikrə sahib istifadəçilər gərəkdir , çünki ağıllı faydalı fikirlərə sahib olan insanlardan nəsə öyrənmək mümkündür və onların şərhlərini oxumaq olduqca maraqlıdır. Bəzilərində elmli , savadli iştirakçilarin yazılarının hiss edilməsinə baxmayaraq daha da çox informasiyaya sahib istifadəçilər arzulayıram! Sonadək oxuduğunuz üçün hər bir dəyərli istifadəçiyə dərindən minnətdarlığımı bildirirəm.
ULduz
Mən 1 ay olar Qadin.Netdə istifadəçiyəm. Bir gün axşama maraqlı bir yemək hazırlamaq istəyirdim. Internetdən axtarmağa başladım. Təsadüfən Qadin.Netə daxil oldum. Yoldaşımın köməkliyi ilə qeydiyyatdan keçdim. Ordan bir resept götürüb hazırladım. Əla alınmışdı. Üzümü ağartdı. Hamı bəyəndi. Elə o vaxtdan boş vaxt tapan kimi sevimli saytıma girirəm. Burda vaxtım maraqli keçir. Bəzi çətinliklərim olur, sağ olsun dostlarım mənə çox səbirlə başa saliıb. Çox razıyam. Bütün Qadin.Net yaradıcılarına və istifadəçilərinə bolluca uğurlar arzulayıram. Nə yaxşı ki Qadin.Net var.
N.(SaTuOr)
Nəhayət ki, mən də iştirak etdim sənin bu gözəl xəbərində. Dölün inkişafı ilə bağlı məlumat axtarırdım, bu sayta rast gəldim. 14.01.2012 tarixində qeydiyyatdan keçdim. Əvvəllər ancaq hər həftə dölün inkişafı haqqında oxuyub çıxırdım, sonra mənə daha maraqlı gəldi sayt. bBaşladım şərh yazmağa. Çox maarifləndirici saytımız var, gənc analar üçün maraqlı xəbərlər, bir sözlə hər şey haqqında məlumatlar tapmaq olur və saytımızdan çox razıyam. İnanin ki bir gün bu sayta gəlməyəndə ürəyim partlayır. Bir neçə dəfə xəbər hazırlamaq istədim, amma alınmadı, sonra da uşaqlardan vaxt tapa bilmədiyim üçün bir də cəhd etmədim, ona görə də redaktorlar haqqında heç nə deyə bilmərəm. Burda özümə yaxın dostlar tapmışam, dostluğumda cəmi 7 istifadəçi var, hər biriylə də çox yaxşı münasibətim var, bir-birimizə bacı deyə müraciət edirik. Baxmayaraq ki dostlarımın sayı azdı (əsas odur ki, az olsun saz olsun, mehriban və ünsiyyətçildi mənim dostlarım), bir gün onlarla yazışmayanda darıxıram onlar üçün. Hətta anama da bu saytın üzvü olmağı məsləhət gördüm, artıq bu saytdadır. Şikayət etmişəm və baxılıb, həll olunub, sağ olsun admin. Narazılığım az yaşlı istifadəçilərin qeydiyyatdan keçməsidir. Çünki burda hər mövzuda xəbərlər var. Bir dəfə bu barədə müraciət etmişəm ki, hansısa məhdudiyyətlər qoymaq imkanı olsaydı yaxşı olardı. Hər bir yeniliyi də bəyənirəm. Saytımızın xəbər boxçası daha da geniş olsun, gündən günə uğurları artsın, istifadəçilərin sayı daha da cox olsun. Nə yaxşı ki, Qadın.net-ə rast gəlmişəm.
Mən sayta təsadüfən gəlmişəm dekabr ayında, artıq 5 aydır ki, burdayam və burda olmaqdan məmnunam. Burdan çox şey öyrənmişəm. Hətta şirniyyat bişirəndə alınmayıb ,əsəbləşmişəm, amma inadlaşıb yenə etmişəm, sonradan 2-ci dəfəsində qəşəng çıxıb. Redaktorlardan razıyam. Burda ən çox bəyəndiyim hər kəsin səmimi olmasıdır və çox mehribandılar. İstəyərdim ki, saytın dizaynı dəyişilsin, psixoloq olsun, sayta girəndə elə radio oxuya-oxuya qalsın. Əl telefonuyla girmək qaydasını bilmək istəyərdim. Deyəsən çox şey istədim, ürəyim doluymuş, xəbərim yoxmuş
GulenaY
Bu sayta 22 oktyabr gəlmişəm,google-da nə isə axtarış edirdim, bir çox qadın saytları çıxdı, bir neçəsinə girib baxdım, amma ən özünə çəkən bu sayt oldu. Sosial şəbəkələrə axın olunan bir dövrdə mən heç bir sosial saytlarda yoxam, amma tək qadın.net saytında varam. Bu sayta çox bağlıyam, hətta toyuma 14 gün qalmış mən ban olunmuşdum, ban vaxtı da elə toy günü 23:45-də qurtaracaqdı, toy qabağı stressdən uzaq olmaq üçün bu sayta gəlirdim, mənə qarşı belə bir addım atılması və xəbərdarlıq edilməməsi çox xətrimə dəymişdi, axı bu sayta kövrəkliyimi gizlətmək üçün, ata evindən, ayrılığın havasından uzaq olmaq üçün ehtiyac duyurdum. Xəbərdarlıqsız məni ban etmələri heç xoşuma gəlmədi. Mənı hansi redaktor xəbərdarlıq etmədən 2 dəfə ban etmeye cəhd göstəribsə ondan zəhləm gedir. Saytda vəzifə alıb rütbəsinə güvənərək son cümləsini nida ilə danışan bəzi paqonlulara ismarıcım var: Real həyatda da paqon çiyinlərə sapla tikilir, onu istənilən zaman saplarını söküb çıxartmaq olur, yəni unutma, heç nə əbədi deyil!!! Saytda redaktorları tanımıram, belə tanışlıqların marağında deyiləm, Qadın.Net saytında mənə köməkliyi dəyən Ceylan xanıma və Louis Vuittona minnətdarlığımı bildirirəm. Saytda həkim və kosmetoloq bölməsi kimi Psixoloq bölməsinin də olmasını istərdim. Şəkillərlə bağlı mövzulardan məsələn, pərdələr, otaqlar, paltarlar bunların olmamasını istərdim, mənasız mövzulardır, belə xəbərlərlə qabağa getmək istəyənləri ən zəif yol seçimində olduqlarını düşünürəm. Bundansa daha maarifləndirici yazılar dərc olunsa xoş olar. Söz azadlığı olduğu üçün ürəyimi boşaltdım. Ümumən saytda qadın və din bölməsini xoşlayıram. Qadın.net üzvləriylə dolsun sayt. Təşəkkürlər.
Miss lady-89
İlk öncə deyə bilərəm ki, bu saytı çox sevirəm. Burda ən çox bəyəndiyim mövzular kulinariya , o cümlədən həkim məsləhəti bölməsində yerləşən xəbərlərdir. Mən Qadın.Net saytı ilə tanış olandan sonra mənim çox mövzuda biliyim artıb. Xoşlayıram yeniliklər etməyi, bunu da Qadın.Netin köməkliyi ilə edirəm. Redaktorlardan çox razıyam. Hansındansa nəsə bir xahiş etsəm həmin an öhdəsindən gəlməyə çalışırlar. Saytımızda söhbət otağı var, amma ora daxil olmaq bir az çətindir. Çox xahiş edərdim ki, onu da asanlaşdırsınlar, hamı rahat daxil olub söhbət edə bilsin. Burda bəzi mövzular var ki sırf qadınlara aiddir, amma oxuyanda baxırsan ki kişi istifadəçiləri də şərh yazıb. Bu da mənə bir az xoş gəlmədi. Ümumilikdə sayıtımızdan çox razıyam və çox sevirəm. Gözəl mövzular olur,dəyərli şərhlər olur. Burda savadlı qızlarımız çoxdur. Mövzularda şərh yazanda çox gözəl elmi dildə yazı qabiliyyətləri olduğunu görürəm və bunu çox bəyənirəm. Bir də xahişim odur ki, qızlarla bir gün görüş yeri təyin edək, hərə öz övladı ilə gəlsin, bir-birimizi görək. Bunu çox istəyərdim. Hamınızı çox istəyirəm. Bir gün bu sayta daxil olmasam ürəyim partlayar…
SON!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR