Əziz və dəyərli Qadın.Net istifadəçiləri, hər insanın arzusu tükənməzdir. Baxmayaraq ki, həyatda bəzi arzular real olur, bəziləri isə xəyal olaraq qalır. Mən Allahdan arzulayıram ki, bütün arzularınız həyata keçsin. Bu mənim ilk xəbərimdir. Hazırlayarkən çox həvəsləndim, ümid edirəm ki siz də bəyənəcəksiniz. Xəbərimdə əməyi keçən, mənə çox köməklik edən bütün redaktorlarımıza sonsuz təşəkkürlərimi bildirirəm. Buyurun oxuyun....
Fatma xanım
Mənim çox arzum həyata keçib, Allaha çox şükür, amma bircə arzum heyf ki, ürəyimdə qaldı. Ali təhsil ala bilmədim, ölənə qədər də heyf deyəcəm buna görə.
Louis Vuitton
Qanad alıb zirvəsindən uç, ürək!
Dedim ki, bu həyatda məhəbbətsiz,
Yaşamaq da, ölmək də puç, ürək!
Sevgi dolu baxışından anladım,
Yetim qalıb ürəyində suallar.
Yaşat məni, yaşat, yaşat arzular!...
Mən bu gecə atəşimdən almışam.
Sevgimizin dağ yenəcək gücünü.
Bilirsənmi vərəqlərə yazmışam,
Gah silmişəm mən sevirəm sözünü.
Gerçək olur, dilədikcə yuxular,
Yaşat məni, yaşat, yaşat arzular!...
Mən demirəm, ürək deyir, dinlə sən,
Nəğmə olub pərdələrdə inlə sən,
İstəyirəm gözlərinə söyləyim,
Sən bu eşqi baxışımdan biləsən.
Duysa könlün bilirəmki qul olar,
Yaşat məni, yaşat, yaşat arzular!...
Sən bir odun köksü yanan pərvazı,
Şikəstəsi, qəm ucaldan avazı
Mən ki səni yaza-yaza var oldum,
Divanədir ömür adlı bu yazı,
Sıralanır, sətirlənir doğrular,
Yaşat məni, yaşat, yaşat arzular!...
O qədər arzularım var... Arzudan arzu doğar doğrudan da. Həyatın keşməkeşli yolunda çox yoruldum deyərdim. Arzularıma yetdim də, boynubükük ardınca baxdım da... Artıq bütün arzularımın ünvanı övladlarıma doğrudur. Ən ümdə, ən ali arzum belə bir tək onların xoş gününü görmək, onları xoşbəxt görməkdir...ondan sonra ölüm gəlsin, qorxusu yox...
Gulshen_q
Həyata keçən arzularım haqda düşünərkən ilk ağlıma gələn Allaha üz tutub etdiyim ilk dualarımı xatırladım. Allahdan ilk istəyim hələ 4-5 yaşlarım olanda bir qardaşımın olması idi. Uşaqlıq illərim rayonda nənə-babamın yanında keçib. Bir az davakar uşaq olmuşam deyilənə görə. Qohumlarımdan yaşıdım olan bir qızla dalaşarkən o mənimlə bacarmadı. Məni üstələyə bilmədi. Buna görə də acığını çıxmaq üçün gücü dilinə verdi. Məni uşaq da olsam susmağa vadar etdi bu sözləri ilə: "Bizim qardaşımız var. Amma sənin yoxdur..." İlk baxışdan adi görünən bu söz məni çox sarsıtdı o zaman. Demək o qız məndən üstün idi düşündüm. Çünki qardaşı var. Mənimsə yoxdur..Ehh, uşaq ağlı...Elə həmin yay, az sonra başlayacaq Aşura mərasimlərinə qatıldım və Allahdan ilk duamı etdim. "Mənə qardaş ver, Allahım" dedim. Təsadüfən nənəmin bacısını da orda gördüm. Qadın (Allah rəhmət etsin) mənim arzumu eşidib şərbətlə dolu su qabını mənə verib dedi: "Payla bunu burdakılara". Özü isə orda olanlara ucadan dedi: "Bu uşağın arzusu var. Şərbəti ona görə paylayır. Niyyət edib. Duasına Amin deyin." Düzü ilk dəfə idi qatılırdım Aşura təziyələrinə. Həmin il qardaşım dünyaya gələndə inancım daha da artdı. Həyata keçən arzularım çox olub. Hamısı haqda danışsam çox uzun olar. Elə ilk və qeyri-adi arzumu yazım bəsdir. Yerinə yetməyən arzularım da olub. Amma onlar üçün üzülmürəm. Əksinə sevinirəm ki, şeytana uyub o arzuların dalınca qaçmadım. Allahın məsləhəti olsaydı özü yerinə yetirərdi deyə düşündüm. Onlardan da birini deyim.
Yeniyetməlik dövrüm müharibənin qızğın illərinə təsadüf edir. O zaman ən böyük arzum "Əsgər sevgilisi" olmaq, əsgər yolu gözləmək idi. Həyəcanla, ümidlə, qürurla əsgər yolu gözləyim istəyirdim. Amma qismət olmadı..
Afət
Arzu – ilk baxışda həyata keçməsi bizə əlçatmaz görünən istəklərimizdir. Arzu – həyatımızın mənasıdır, həyata olan maraqdır. Arzular tükənməzdir. Arzudan arzu doğur həmişə. Arzuların həyata keçməsi üçün gözləməyi, səbr etməyi bacarmaq lazımdır. Və bir gün mütləq arzuna çatacağına bütün qəlbinlə inanmalısan.
Təbii ki, hamı kimi mənim də arzularım var. İlk öncə həyatda ən çox arzuladığım sevgi üzərində qurulmuş, möhkəm, sağlam bir ailəmin, övladlarımın olması idi. Şükür olsun Allahıma ki, bu arzuma çatmışam. İndi artıq bütün arzularım övladlarımla bağlıdır. Onların ali məktəbə qəbul olunması, xoşbəxt ailə qurması, nəvələrimi görmək həyatdakı ən böyük arzumdur.
Hələ ki, gerçəkləşməyən bir arzum var – gəmi ilə uzunmüddətli səyahətə çıxmaq. Əlçatmaz görünsə də, inanıram ki, nə zamansa mütləq bu arzum həyata keçəcək.
Xəyalə Murad
Hələ orta məktəbdə oxuyandan ədəbiyyata böyük marağım vardı. Həftə içi hər gün azı 90 dəqiqə dil-ədəbiyyat dərsimiz olurdu. Yazdığım inşalardan, səhnələşdirdiyimiz əsərlərə olan marağımdan ədəbiyyat müəlliməm mənim parlaq gələcəyim olacağını deyirdi. Elə o günlərdən ilk böyük, hətta qeyri-mümkün olan arzum yarandı: Kitab müəllifi olmaq, saysız-hesabsız oxucu sevgisinə sahib olmaq. Təbii ki, hər kəs kimi ali təhsil və ali təhsildə hansı sahə üzrə oxumaq da arzular içinə daxil idi. Lakin mən müəlliməmin istədiyi kimi filoloq deyil, tarixçi olmaq istəyirdim. Baxmayaraq ki, informatika üzrə təhsil aldım və o sahə üzrə işlədim. Daha sonra şagirdlərim tərəfindən sevilən müəllimə olmaq istədim, o arzum da çin oldu. Çox şükür illər keçsə də məni unutmurlar. Daha sonra ailəm olsun, övladlarım olsun istədim. Bu arzum da gerçək oldu çox şükür. Bir il sonra tamamilə yad ölkədə, yad insanlar arasında yaşamaq və bu həyatımdan zövq almaq istədim. Heç bir il keçmədi, bu arzum da çin oldu. Lakin bir an belə olsun tarixçi olmaq arzumdan və kitab müəllifi olmaq arzumdan imtina etmədim. Əksinə, bunun üçün əlimdən gələni etdim. İllər keçdi və bu ilin mart ayında o qeyri-mümkün arzum çin oldu. Mən də geniş oxucu kütləsinə sahib kitab müəllifi oldum. Hal-hazırda növbəti kitabım üçün böyük həcmli əsər yazıram. Bu arzumun çin olduğuna heç cürə inana bilmirəm. Hələ də tarixçi olmaq arzum çin olmayıb. Bunun üçün 8 il cəhd etmişəm. Usanmadan, yorulmadan. Bəlkə bir gün o arzum da çin olacaq, kim bilir. İndi oxuduqca hamınız deyəcəksiz ki, bu insanın bütün arzuları çin olur, lakin unutmayın ki, bir arzumun çin olması üçün başqa bir şeyi qurban verməli olmuşam. Allah hər kəsin arzularını çin etsin.
Əslində insanın bütün arzuları həyata keçsə, məncə, o insanın həyat yolu maraqsız olar. Həyata keçməyən arzuları gərçəkləşdirmək üçün əlimizdən gələni edirik, elə ki istədiyimizi əldə edə bildik, xoşbəxtlərin xoşbəxti oluruq, çünki əziyyət çəkmişik. Asanlıqla başa gəlsəydi, elə də sevinc duymazdıq bu arzulardan. Allahıma min şükür olsun, çox arzularım həyata keçib Allahın köməyi ilə. Həyata keçməyən arzularım da az deyil, bəlkə də mənə güləcəklər, qız vaxtından idmanla məşğul olmuşam, arzum idmançı olmaq idi, məktəbdə də qızlar və ya oğlanlar arasında da həmişə seçilirdim (sinifimizdə mənim qolumu əyən oğlan ola bilməzdi, nəinki qız). Hələ məşqlərimdən əbədi bir çapıq da qalıb məndə. Lakin ürəyim istəyən həyata keçmədi. Ali təhsil aldım, amma idmanla heç əlaqəsi olmayan təhsil. Amma Allaha min şükür 2 oğlum mənim arzularımı həyata keçirdi. Allahımdan çox razıyam, ikisi də idmanla məşguldur. Balaca arzularım isə çox olub ki, yerinə yetməyib , buna görə də heyfslənməmişəm. İndi isə ən böyük arzum balalarımı ali təhsilli görməkdir. Allah bunu mənə qismət etsin, AMİN! Allah hamının arzusunu həyata keçirsin.
Almaz S.
Nə qədər ki, insan yaşayır, arzular qurur özünə. Arzular bitmir, tükənmir. İnsana yaşamaq üçün güc-qüvvət verir. Yaşamağa stimul verir, ümidləndirir insanı arzular. Mənim həyata keçən arzularım da olub, həyata keçməyənlər də. Hərdən olub ki, arzum zaman fasiləsindən sonra həyata keçib. Yəni artıq o mənim üçün elə də əhəmiyyətli olmayıb bir vaxtlar olduğu kimi. Belə olanda bilməmişəm sevinim, yoxsa kədərlənim. Bu yaxınlarda həyata keçən ən böyük arzumdan yazacam. Təsəvvür edin ki, ən adi günlərin birində, mən neçə illər övlad həsrəti çəkən bacımın ana olacağı xəbərini eşidirəm. Özü də həkimlər ona sonsuzluq diaqnozu qoyduqdan sonra. Bu bir mözücə idi. Mən necə də sevindim, heç bilmirdim ki, sevincimdən nə edim. Bunları yaza bilmirəm, o hissimi sözlərə çevirə bilmirəm....
İndi isə arzu edirəm ki, səyahətə çıxım. Dünyanın hər yerini gəzmək istəyirəm, hər ölkədə olmaq istəyirəm. Bir az çox oldu deyəsən- hər ölkə dedikdə. Ancaq arzudu da. Arzulamağın nə ziyanı var?!
Gülşən29
İlk öncə onu deyim ki, arzular heç bir zaman tükənmir. Allaha min şükür ki, arzu etdiyim bir çox şeyə nail olmuşam. Həyata keçən ən böyük arzum qardaşımın sağlığına qovuşmağıdır. İkinci arzum hər zaman xəyallarımda olan həyat yoldaşı idi ki, qarşıma çıxıb. Həyatımdan çox razıyam. Ailəm, evim, işim və s. Həyata keçməyən arzum isə istədiyim ali təhsili almaqdı. Ali təhsil aldım, ancaq istədiyim ali təhsili yox. Allah hər kəsə arzuladığı həyatı yaşamağı nəsib etsin. AMİN!
lovable_madam
Hər bir kəsin uşaqlıq yaşlarından başlayaraq arzuları olur. Deyirlər arzudan arzu doğur, düz deyiblər. Bir arzumuza çatandan sonra dərhal başqa arzu ürəyimizdən, beynimizdən keçir. Qeyri-adi və yaxud da həyata keçə bilməyən heç bir arzu etməmişəm həyatda. Şükür, nəyim varsa həmişə sevinmişəm, Əlhəmdulillah demişəm. Uşaqlıqdan bu yana istədiklərimin çoxusu həyata keçib maşALLAH! Bundan sonra da ALLAHIN izniylə digər arzuları reallaşdırmağa çalışacam. Əsas can sağlığı olsun, qalan şeylər düzəlir tədricən, insanın canı ağrıyanda həyatda hər şey ona boş, mənasız gəlir. Buna görə də Allahdan özümə, ailəmə, əzizlərimə, sizlərə ilk növbədə can sağlığı arzu edirəm. Allah bütün arzularımızı çin etsin inşALLAH! AMİN! Arzu edirəm bu ilk xəbərin uğurlu və davamlı olsun, bacım!
Elnarə
Hər insan arzularla, xəyallarla yaşayır. Arzusuz insan qanadsız quş kimidir. İnsana ruh verən, onu yaşadan arzulardır. Hər insan kimi mənim də arzularım olub. Hal-hazırda da sayı bilinməz arzularım var. Mən düşündüm, dünəndən fikirləşirəm ki, görəsən həyata keçməyən arzum hansıdır? Allaha min şükür, tapa bilmədim. Bilirəm, həyata keçməyən arzularım var, amma heç biri ağlıma gəlmir ki, nə idi onlar. Demək ki, o qədər də önəmli olmayan istəklər imiş ki, ürəyimdə dərin iz buraxmayıb. Unudulub mənim üçün. Amma xəyallarım arzularımdan da çox olub. İndi deyəcəksiz ki, arzu da, xəyal da elə eyni şeydir. Amma yox! Arzu bir şeyi ürəkdən istəməkdir. Ona çatmaq üçün cəhd eləməkdir. Xəyal isə olmayacağını bilə-bilə o şeyi düşünmək, haqqında şirin xəyallar qurmaqdır. İndi Allahdan arzum ailəmi, sevdiklərimi hər zaman xoşbəxt görməkdir. Qadın.Netlilərə isə arzum budur ki, hər biri öz şirin arzularına çatsın. Allah heç kimi naümid qoymasın! Ona xoşniyyətlə açılan əlləri boş geri çevirməsin! Allah Adildir! Allah Ədalətlidir! Allah hər şeyi Eşidən və Biləndir! O, bəndələrini sınağa çəkər, sınaqdan üzüağ çıxanı isə ümidin tükəndiyi anda mükafatlandırar.
Shoko
Sualınızı bayaqdan düşünürəm, amma yazmaga heç nə tapmıram, məgərsə mənim heç bir arzum olmayıb. Həyatdan heç nə arzulamamışam, amma həyat mənə hər şey verib. Demək ki, mən arzulayana qədər hər şey yaxşı, ya pis, özü gəlib qarşıma çıxıb. Bundan sonrakı həyatım üçünsə bircə arzum var, o da övladlarımın xoşbəxt gələcəyi olmasıdır. Onların xeyirli övlad olmağını arzulayıram.
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR