Həyatımın mənasısan
Mənim toyum 18 iyunda 2011-ci ildə olub, çox istəyirdik yoldaşımın ad gününə (6 iyun) planlaşdıraq, amma alınmadı. Biz bir ildən çox nişanlı qalmışdıq. Təbii ki, hər bir qız kimi mən də həyəcanlıydım öz toy günümdə. Axır ki,o gün gəldi. Onu deyim ki, gecə yata bilmədim, səhər açıldı və dedim artıq mən də gəlin köcürəm, öz dediyimə özüm inanmadım, ta ki saraya girənəcən. Elə bil yuxudaydım. Yoldaşım gəldi məni salona apardı, bəzəndim, gəldim evə gəlinliyimi geyindim, artıq hazır idim. Qızlar dedi ki, siqnal səsi gəlir, gəlirlər. İnsan bilmir kövrəlsin, yoxsa sevinsin. Bütün bədənim əsirdi, gəldilər oynadılar. Hamıyla görüşdüm, ata evindən çıxdım. Yoldaşım da çox həyəcanlıydı, hətta mənim maşında əyləşməyim üçün qabaq qapını deyil, arxa qapını açdı. Sonradan elə bil özünə gəldi, maşının dal qapısını örtdü, qabaq qapını açdı. Onda çox utanmışdım, hamı güldü. Həmişə fikirləşirdim ki, görəsən bəylə-gəlin saraya çatana qədər nə danışırlar, amma biz heç nə danışmadıq, əl-ələ tutduq və susduq. Saraya çatdıq, hər şey ürəyimcə idi. Toyum da çox gözəl keçdi, maraqlı idi.
Artıq iki ildir evliyik və Ayselim var. Onlar mənim hər şeyimdir, həyatımın mənalarıdır.
N.(SaTuOr)
Mənim toyum 23.10.2008 tarixində olub. Demək olar 20 günün içində olub. Qismət gələndə adamın dili-ağzı bağlanır. Mən həmin günlər elə bil yuxuda idim, artıq gəlin köçəndən sonra mənə çatdı ki, artıq öz ata evimdə deyiləm. Yoldaşımla sevib-evlənməmişik, görüb bəyənmişik. Amma məndə elə bir hiss var idi ki, elə bil illərdi mən onu sevirəm və evliliyə razı oldum. Toyumuz ürəyim istəyən restoranda olmadı, amma bu əsas deyil. Oğlan evi gələndə anam ağladı. Mən də başladım oynamağa ki, "Ana, niyə ağlayırsan ağlama. Heç mən ağlayıram?" Anamın anası 1 il idi rəhmətə getmişdi deyə daha da kövrək idi. Onu da deyim ki, həmişə, indinin özündə də "Vağzalı" səsi eşidəndə ,toy kasetlərinə baxanda, evdə çalıb oynayırlar ey, bax onda kövrəlirəm. Amma öz toyumda özümü saxladım. Toyda aş gətirəndə çox əsəbiləşmişdim, az qalırdım ağlayam,çünki gözləmədiyim bir səhnədə gətirdilər aşı. Bir də həmişə arzu etmişdim ki, duvağım uzun olacaq, o da gəlinliyimə uyğun gəlmədiyi üçün uzun duvağım olmadı. Qalan hər şey yaxşı oldu.Tanınmış 3 muğam ustası və qardasım oxudu toyumuzda, bütün toyda demək olar ən maraqlı rəqsləri yoldaşımla özümüz oynamışıq. Toyda lap axırda hamı gəlib mənlə görüşəndə kövrəldim. Məni qaynımın evinə gəlin apardılar. Getdik ki, mətbəxlərini su basıb, yuxarı mərtəbədən tökülüb. Ayağımın altına boşqab qoydular, onu da qıra bilmirdim, vururdum sürüşüb qonşunun qapısının ağzına gedirdi Əsas xoşbəxtlikdir. Şükürlər olsun bu günümüzə, iki balamız var. Bir-birimizi başa düşürük, hörmət edirik və ən əsası sevirik.
Allah bütün qadınlarımızı xoşbəxt etsin və arzusunda olanlara ana olmağı nəsib etsin.Amin!
Xəlilova Munəvvər
Mənim toyum 22.09.2004 tarixində olub. Çox sevinirdim. Səhər toyumun necə keçəcəyini fikirləşirdim və demək olar ki, səhəri gözümlə açmışam. Salondan qayıdanda əllərim əsirdi, həyəcandan evdəkilər deyəndə ki, maşınların siqnalı gəlir, gəldilər, çox həyəcanlandım. Ayaq üstə gücnən dayanırdım istəyirdim kimsə əlimdən tutsun. Qapıdan çıxanda atam Qurani-Kərimi başımın üstündə saxladı, altından keçdim. Özümü güclə saxladım, ağlamağımı içimə atmışdım ki, makiyajım yayılar. Restoranın qapısına çatana kimi inanmırdım ki, mənim toyumdu. O gun çox xosbəxt idim, həm sevinirdim, həm də anamın göz yaşlarına baxıb pis olurdum. Çox gözəl hissdir. Sənin əlindən tutub oynadırlar və o gün yalnız sənə aid olur ancaq.
Bütün qızlara arzulayıram toyla, ağ gəlinliklə ata evindən çıxmağı...
Miss lady-89
Mən 2006-cı il dekabr ayının 16-sı nişanlanmışam və 10 aydan sonra oktyabr ayının 19-u toyumuz olub. Həmin günü hava çox soyuq idi.Səhər saat 8-də salona yazılmışdıq. Qaynanamgil məni götürməyə gələndə yagış dəhşət yağırdı. İnanın ki,elə bil vedrəynən su tökürdülər. Nə isə ki,vaxt gəldi çatdı oğlan evi gəldi. Qaynatam da arzusu vardı ki, gəlib məni əvvəl öz evlərinə aparsınlar,orda qurban demişdi.Onu kəsib ordan da şadlıq sarayına. Belə də oldu. Gəldik , qurban kəsildi və mənim gəlinliyim bütün qan oldu,vaxt olmadığından yuya bilmədik və mən də toyumda elə oturdum. Toyu Mələkxanım Eyyubova aparırdı, amma başqa mügənnilər də gəlmişdi. Nə isə toy çox gözəl keçdi, amma mən bu toyda cəmi 3 ya da 4 dəfə oynamışam.İnanın ki,toyda o qədər həyacanlıydım ki,hec nə yadımda qalmayıb. Ancaq diskə baxanda yadıma düşür. Hal- hazırda 5 ildi, 6 il olacaq evliyəm və bu evliliyimizdən 2 gözəl oğlum var. Birinin 4, balacanın 1 yaşı var, çox xoşbəxtəm. Sevinirəm ki, bu cür ailənin gəliniyəm və belə gözəl xasiyyətli, mehriban, ən əsası da məni çox sevən həyat yoldaşım var.
Allah hamının qarşısına ürəyi istədiyi kimi bir insan çıxarsın. Allah bütün qızlarımızı xoşbəxt etsin.Amin!
Rəvanə
Allah butun subay qızlarımıza qismət etsin mənim toyum kimi toyu. Mən 16 yaşımda ailə qurmuşam. Qohum olduğumuz üçün oğlanı yaxşı tanıyırdıq. Toyumun bu qədər gözəl olacağını heç ağlıma gətirməzdim.Atamın məndən toy qabağı heç bir söz soruşmaması məni əsəbləşdirmişdi. Anama deyəndə ki, onu-bunu istəmirəm anam mənə: "Atana de"-deyirdi. Atamla aramızda hörmət var idi, ondan nəsə soruşmağa utanırdım. Beləliklə toy günü gəlib çatdı, məni təmtəraqla atam ocağından ayırdılar. Yaman kövrəlmişdim, lampanın dövrəsinə fırlananda az qalırdım ki, deyim heç ərə getmirəm. Axı atam ağlayırdı məni yola salanda. Toy zalına girəndə çox sevindim. Zal çox möhtəşəm idi. Həmişə arzum olub ki, toyum həyətdə yox, şadlıq evində olsun. İlk övlad olduğum üçün hamı məni çox sevirdi və əzizləyirdi. Atam da, anam da çox sevinirdilər, onlara baxdıqca kövrəlirdim. Atama, anama çox şey borcluyam. Mənim bütün həyatımın mənası ailəmdir. Çalışıram ki, indi də öz ailəmi atamın verdiyi nəsihətlərlə sağlam saxlayım. Allah valideynlərimizə can sağlığı versin. Toy günü atamın mənə daha bir hədiyyəsi bizi bal ayına biletlə təbriki oldu. Qaynatam da atamdan dala qalmadı, mənim yoldaşıma maşın hədiyyə etdi. Hazırda çox xoşbəxt bir ailəm var. İki şəkər parçası oğlum var.
Allah hamiya övlad payı qismət etsin.
dj Alena
Məncə heç bir qızın yadından çıxmaz özünün toy günü. Elə mənim də yadımdan çıxmayıb, hər dəqiqəsindən hər saniyəsinə qədər yadımdadı. Mənim toyum 2011-ci il mart ayının 8-də olub, əslində Novruz bayramında olacaqdı, mən zorla ağlayıb-sızlayıb 8 marta saldırdım toy gününü. Toya 2 gün qalmış xınayaxdı oldu, bütün rəfiqələrim, sinif yoldaşlarım məni həmin gün tək qoymadılar sağ olsunlar. Həmin gün doyunca qucaqlaşıb ağlaşdıq. Xınayaxdının səhəri günü, əmim qızı məni zorla salona apardı ki, üz-gözüm toy günü alınsa səpəcək, ona görə də bir gün qabaq alındı. Salona getməmişdən qabaq dedilər ki, atanla sağollaş, onu bir də toy günü görəcəksən, getdim atamı qucaqladım, o ki var ağladım, onu da kövrəltdim. Alnımdan öpdü, mənə xoşbəxtlik arzuladı və bəzi məsləhətlər verdi. Və nəhayət səhər açıldı, toy günü gəlib çatdı. Yenə əmim qızı ilə gedəcəkdim gözəllik salonuna. Bütün qızlar həmin gün özünə xoşbəxtlik arzulayanda mən özümə qarğış tökdüm səhər tezdən. Çünki salona gecikmişdim əməlli-başlı. Nə isə...Həmin gün heç nə yeməmişdim, acından ölürdüm. Anam birtəhər ayaqüstü mənə dovğa yedirtdi, o da turş idi deyə lap ürəyim getdi acından. Elə bu anda siqnal səsləri gəldi, həyəcandan az qalsın aşıb-düşəcəkdim. Qonşumuz dedi ki, "ay qız özünü ələ al, oğlan evi elə bilər ki ürək keçmən-filan var". Oğlan evinin adamları qarışqa kimi daraşdılar evimizin içinə. Bəlkə də əmim qızı həyətdə göz ağartmışdı hamısına, ona görə öpmədilər məni ki, makiyajım xarab olmasın, amma öz qohumlarım sağ olsunlar bunu fikirləşməmişdilər... Bir azdan "Vağzalı" sədaları altında yoldaşım içəri girdi, əlindəki gülü mənə verib təbrik etdi. Anamla, atamı çağırdılar təbrik üçün. Anamın elə də vecinə olmadı, bizi öpdü-qucaqladı və qıraqda durdu. Atamın üzünə baxdım gördüm gözləri dolub, mənim başımı sığalladı, alnımdan öpüb ağlamağa başladı, elə o an gözümdən yaş axmağa başladı. Kişini çölə çıxardıb məni birtəhər özümə gətirdilər. Sonra şadlıq sarayına getdik, ilk rəqsimizi etdik, hər şey o qədər gözəl, o qədər əsrarəngiz idi ki, hələ də o anları xatırlayanda üzümə sevinc qonur. Toyumuz da çox maraqlı davam etdi, qohum-əqrabamız çox şən apardılar məclisi. Qız və oğlan toyu birlikdə olub deyə lap maraqlı alındı, camaat oynamaq üstə dava edirdil. Atam məclisi yarımçıq tərk etmişdi. Sonradan səbəbini soruşublar, deyib ki, restorana girib qızımı gəlinlik kürsüsündə görəndə anladım ki, artıq o başqasının evinə gedəcək, başqası ilə stol arxasına əyləşib, başqasının evində qalacaq. Eh... Çox təsirləndim bunları yazdıqca.
Sonda bütün qızlara xoşbəxtlik arzulayıram, Allah hamını arzusuna çatdırsın, Amin!
Mən onunla bir xınayaxdıda tanış olmuşam. İlk baxışdan vurulduq bir-birimizə. Xınanın səhəri günü onu mən oxuyan texnikumda gördüm, tanımadım. Artıq o mənim üçün dünənki gündə qalmışdı. Sonra ev telefonuna zəng gəldi, zəng edən anası idi: "Oğlum dünəndən bizə deyir ki, bu dəqiqə elçi getməlisiz". Mən də zorla birtəhər: "Sabah zəng edəcəm" - dedim.
Belə ki, əl cəkmədilər. Tanış olduq yaşım az olduğundan anam istəmirdi, ona görə 2 il nişanlı qaldım və budur toy hazırlıqları: 18 noyabr qız toyum oldu. Hamımız çox səbirsiz idik, çox narahat olmadım, bilirdim ki, hələ evə qayıdacam. 20 noyabr xınam oldu bütün qrup yoldaşlarım, oğlan evi, bizim qohumlar hamı bizdə idi. Evimiz 2 mərtəbəli həyət evi olduğundan qonaqalarımız da çox idi.Bir sözlə, xınam super keçdi. Artıq 22 noyabr... Səhərə qədər həyəcandan yata bilməmişdim, səhər açıldı. Səhər tezdən salona getdim. Elə bil həmin gün yuxuda idim. Evə qayıdıb gəlinliyimi geyindim, artıq "Vağzalı" çalınanda kimsə məni yuxudan oyatdı elə bil. Möhkəm ağlamaq tutdu, balaca uşaq kimi hıçqıra-hıçqıra ağlayırdım ,nişanlım məni zorla sakitləşdirdi. Elə bil uşaq başı aldadır: "Hər gün mamangilə gətirəcəm, istədiyin qədər qalarsan, sabah gələrik və s". İndi də yadıma duşəndə gülməyim gəlir. Nənəm qayıdıb dedi: "A bala, sabah burda nə işiniz var? Camaat nə deyər? Ən azı 1 ay gəlməyin". Beləliklə, birtəhər məni sakitləşdirdilər.
Xumar Qədimova və Ülvi Qılınc, Vüqar toyumuzda başdan-sona kimi oxudular. Aparıcı "Ay Zaur" ləqəbli Zaur idi. Çox gözəl duetlər və mahnılar oxudular. Nişanlım mənə sürpriz edib hər yeri güllə bəzətmişdi, hətta başımızın üzərində güllərlə E.T. (adımızın baş hərflərini düzəltdirmişdi, zala girəndə dəli oldum bunu görüb, gülləri çox sevirəm). Yavaş-yavaş toy qurtarana yaxın məni ağlamaq tutdu, evə getmək istədiyimi dedim Hamı dəli olmuşdu. Bir sözlə, yuxu kimi gəldi keçdi. İndi də diskə baxanda həm kövrəlir, həm də gülürəm. Toyumuzun səhərisi hamı mənə zəng edib deyirdi ki, Zaur radioda sizin toydan danışır...
Günay Əhmədova
Mən 2007-ci ilin iyulunda yoldaşımla tanış oldum. İllərlə sevgili olub sonra evlənməmişik. Anası anamla iş yoldaşı olub, məni anamın iş yerinə gedəndə görüb, oğluna məsləhət görüb, məni ona göstərib. O da bəyənib. Sözü açdılar anama dedilər, anam da mənə.Gördüm anamın urəyincədir. Dedi ki evi, eşiyi, maşını var. Yəni rahat olarsan, problemsiz olarsan, dərd-qəm görməzsən. Mən də dedim ki, "ana sən kimə versən ona gedəcəm". Beləliklə, biz görüşdük, mənim də urəyimə yatdı yoldaşım .Heç nəyi istəmirdim, bircə deyirdim ki, məni sevsin, mənə xəyanət etməsin (çünki ondan əvvəl sevmiş olduğum insan mənə xəyanət etmişdi, həyatdan küskündüm). Gördüm ki, elə də olacaq. Elə ilk baxışdan məni çox sevdi. Sentyabrda nişanlandıq. Nişandan sonra ona çox bağlandım, onu sevməyə başladım. O da özünü mənə sevdirdi. Hər şey çox gözəl gedirdi, əla idi.Belə 1 il 2 ay nişanlı qaldıq. Qaynanam (Allah rəhmət eləsin) çox zəhmət çəkib 25 illik evlilik həyatında ilk dəfə aldığı evi təmir etdirib toya tədarük gördü. Həmin vaxtlar xoşbəxt bir ailə idik. Noyabrın 8-i qız toyu, 17-si oğlan toyu oldu. 1 ay təzə evdə xoşbəxt günlər yaşandı. Dekabrın 31-i gündüz hamı ilə zəngləşib, bayramlaşdı. Axşam saat 5-də qaynanamın qəfil ölümü hər şeyi dəyişdi. Elə ayağı ilə bütün varı, dövləti, ruzini özü ilə apardı. Toy və ondan əvvəlki borclar yavaş-yavaş hər şeyi satdırdı. Toyum möhtəşəm olmuşdu. İndi o günlərə dönüb baxanda mənə nağıl kimi gəlir o günlər. Nə toy səkillərinə, nə də toy diskinə baxa bilmirik. Evsiz qaldıq - ayrılmadıq, ac qaldıq - əllərimizi buraxmadıq. İndi çox şükür, 2 balamız var. Bir-birimizi daha çox sevirik, o çətinliklər bizi bir-birimizə lap çox bağladı.
Chichek
Toy günüm... Ağappaq gəlinlik, mənə yaraşan makiyaj, saç düzümündə idim. 180 dərəcə dəyişmişdim. Hamı, hətta özüm də öz gözəlliyimə heyran qalmışdım. Hər şey çox gözəl idi, bircə gözlərimdəki qəmdən başqa. Xarici görkəmim nə qədər çox işıq saçırdısa, daxili aləmim bir o qədər zülmət idi. Heç sevmədiyim, isinmədiyim, psixoloji cəhətdən qətiyyən uyğun olmadığım biri ilə evlənirdim. Onu necə, niyə seçməyim uzun söhbətdi... Göz yaşları içində ata evindən çıxdım, restorana çatdıq. Məni heç kim sakitləşdirə bilmirdi. Gəlinlik kürsüsündə oturub ətrafa baxdım və düşündüm ki, Allah böyükdür, bəlkə xoşbəxt olacam, ömrümdə yeganə toy günümü niyə məhv edim? Kimlə evləndiyimi 5 saatlıq unutdum, oynadım, şənləndim. Hamı elə bilirdi ki, mən dünyanın ən xoşbəxt gəliniyəm. Kim bilirdi içimdə nələr var? Beləcə... Adi toy keçdi, duvağımı açanda bəy alnımdan öpdü. Əslində bədbin notlara köklənmək istəmirəm. 2 ildi evliyik, amma hələ də toy günümdə keçirdiyim hissləri keçirirəm. Şükür Allaha, gül kimi balam var. Adı Nazlıdır. Allahdan arzum budur ki, heç olmasa o xoşbəxt olsun. Etiraf edim ki ,hələ də ümidim var ki, mən yoldaşımla nə vaxtsa xoşbəxt olacam, onu sevəcəm, bir-birimizə uyğunlaşacağıq...İnşAllah. Allah böyükdür!
Zəhra Bədirxanli
Toyumda o qədər də maraqlı hadisələr baş verməsə də mənim üçün çox özəl bir gün idi. Mən 31 iyul 2010-cu ildə ailə həyatı qurmuşam. Çox istəyirdim ki, qız toyuna paltarım ağ deyil, başqa rəngdə olsun. Bir gün qaynatam gəldi ki, biz birinci oğlan toyunu edirik. Sonra elə qız toyundan da gəlinimizi aparacayıq. Nəsə bu arzum ürəyimdə qaldı, amma ağ gəlinliyimi də ürəyim istədiyi kimi seçdim, çox da xoşuma gəldi. Qız toyundan da köçdüm. İndi çox xoşbəxtəm. Çünki məni çox çox sevən həyat yoldaşım, oğlum Ömər və qızım Zəhra var.
Allah hər bir kəsi xoşbəxt etsin.Amin!
Humay Əzizli
İlk öncə demək istəyirəm bütün arzusunda olan xanımlarımıza nəsib olsun inşAllah. Mənim toy günüm 08.10.2012 tarixində baş tutub. Biz yoldaşımla 6 ay nişanlı qaldıq, sevib nişanlanmamışdıq, ağıl və məntiq üzərində qurmuşuq ailəmizi. İndi isə biri-birimizdən bir gün ayrı qala bilmirik. Toy günümüzdə o qədər həyəcanlı olmuşam ki, sanki öz toyum deyil də başqasının toyunda olmuşam. 1 həftə öncədən boğazımdan yemək də keçmirdi. Hamı deyirdi ki, toy günü bəy gəlini görməməlidi, amma mənim yoldaşım özü apardı salona. Salondan çıxanda məni gəlinlikdə görəndə yoldaşımın üzünün ifadəsi hələ də yadımdan çıxmır. Daha sonra oğlan evi gəldiyində anamın çəkilib ağlamağı, atamınsa özünü toplayıb məni çırağın başında gəzdirməyi, qaynatamın üzündəki sevinc, yoldaşımın həyəcanlı gözlərini məndən çəkməməyi mənim unudulmaz toy xatirəmdi və həmişə xatırlayıb kövrəlirəm. Mənim üçün toyumda ən unudulmaz anlar evimizdən çıxarkən yaşadıqlarım və restorandan evə gedərkən atamın ilk dəfə gözündə yaş görməyim olub. Təki həmisə bütün valideynlərimiz övladının xoşbəxtliyini görüb sevinc göz yaşı axıtsınlar. 9 aydır ailəliyik və çox xoşbəxt ailəmiz var. Allah bütün ailələrimizi qorusun, balaca mələyimizin yolunu gözləyirik inşAllah. Sonda deyim ki, toyun harda və necə olmasından asılı olmayaraq əsas səmimi, mehriban, uzunömürlü, xoşbəxt ailə sahibi olmaqdır...
XƏBƏR LENTİ
“Kurtlar Vadisi Vətən” təqdim olundu: Polad Ələmdar həyat yoldaşı ilə qala gecəsində
Kahının inanılmaz faydaları
“Avroviziya” təmsilçimiz Samirə Əfəndi “Kleopatra”sı ilə qalib oldu - VİDEO
Souslu kotlet (foto resept)
Sabahın HAVASI
Yeni planet kəşf edildi
Apple və Google məlumatları paylaşır
Təcavüzdə ittiham olunan Tatlısəslə bağlı məhkəmə qərar çıxardı
Serenayın bu fotosu "like" atəşinə tutuldu
2017-ci ildə uğur qazanmaq istəyirsizsə, MÜTLƏQ BUNLARI EDİN! - TÖVSİYƏLƏ
Mehriban Əliyeva UNESCO-nun Baş direktoru ilə görüşüb - FOTO
Göylər eşqim qədər mənə əzizdir..
Kəpəkli saçlar üçün maska
Qədərində yeyin, sağlam olun!
Südlü şirniyyat (foto-resept)
"Güldür Güldür" Şousu faciə ilə bitdi!-FOTO
DİM buraxılış imtahanı ilə bağlı komissiya yaratdı
Təbii antibiotiklər
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
Putin səsvermədə birdəfəlik qələmdən istifadə etdi-VİDEO
Saçlarınız üçün lazım olan qidalar
Doğuşdan sonra idman
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Kartof pirojnası (foto resept)
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Məşhur ekstrasens Koronavirusun Bitəcəyi Tarixi Açıqladı
Bayram süfrəniz üçün pendirli şam ağacı(foto resept)
Bunları bilirsinizmi?
Yeni avtobuslar gəlir
Jan-Klod van Dam Türkiyədə idman mərkəzləri açacaq
Toyuq içalatından peraşki (foto resept)
Fahriye və Burakın övladına milyonluq təklif
Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu
HAVA necə olacaq?-16 yanvar
Sızanaq izlərini yox edən maskalar
Torta Mikki Maus görünüşünün verilməsi
50 yaşlı nənə dördəm doğdu - FOTO
Gözəllik üçün maskalar
İstirahət gününün hava proqnozu
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Limonlu maffınlər (foto resept)
Bürclər necə üzr istəyir?
Ronaldunun 4 -cü uşağı doğuldu - FOTO
İrem Derici şikayətləndi
Antonio Vivaldi
Bu məkanda insan 1000 il yaşaya bilər
Polenlərə qarşı allergiyanızla mübarizə aparın
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq
Sadə mantı (foto-resept)
- ŞƏRHLƏR