Ləman_
Son zəngdə yadda qalan hadisə ən çox saçımı iki yığdırmağım oldu. Evdən sadə saçla getdim məktəbə. Gördüm hamı saçını iki ədəd yığır, həvəsə düşdüm. Dedim mənim də saçımı elə yığın. Saçım yığıldıqdan sonra heç güzgüyə baxmadım. Son zəng başladı. Sonra məni hər görən adam qorxurdu ki, bu nə saçdı. Atam da dedi ki, səni görəndə qorxdum ki, bu qız nə haldadı. Mən hələ də o şəkillərə baxanda utanıram....
YEGANA
31 May bu bəlkə 11 il orta məktəbdə oxuyan şagirdin tarixində yeganə gündür ki, həm sevinclə, həm kədərlə qarşılayır. Bu gün məktəb dövrünün ən son pik zirvəsidir. Bu pik zirvəni yaşamaq əslinə qalsa çox qürurvericidir. Unudulmayan, müqəddəs illərdi. Həqiqətən də bizə asan idi yazı taxtasını silgi ilə silmək, onda isə həyat silinməz izlər qoyur. Hələ də Son Zəng gününü unutmamışam. Hətta mənim üçün 2 qat ağır idi. Bir çox çıxışları, şerləri demək mənə həvalə olunmuşdu. Ən sonda, yekunda şerimi deyəndə kədər məni necə boğdusa, sinif rəhbərimizi qucaqlayıb hönkürtü ilə ağladım. Bu mənim heç vaxt yadımdan çıxmayacaq.
Ilhame Resulova
2005-ci ilin məzunu olmuşam. Yevlax rayonu N.Nərimanov adına 9 saylı orta məktəb. Heç bitirmək istəmirdim məktəbi. Çünki məni böyük sınaq gözləyirdi-Universitet. Ancaq şükürlər olsun ki, qazana bildim. Məktəbin Son zəng açarı mənə verilmişdi. İnanın ki, o açarı heç qaytarmaq istəmirdim son zəng günü 10-culara. Elə bilirdim ki, o açarı kiməsə versəm həyat sanki dayanacaq. Nəhayət vaxt gəlib çatdı. Mən açarı qaytaranda elə hirslə verdim ki, 10-culara, qarşımdakı şagird mənim pis olmağımı görüb mənə dedi ki, mən də gələn il bu anı yaşayacam. Heç yadımdan çıxmır, o qədər ağladım ki, bir biləsiniz. Məktəb illəri çox dərdsiz, qəmsiz günlər olur. Kaş o günlər olaydı...
SARA91
Mənim oxuduğum dövrdə "Son Zəng" indiki kimi təmtərahlı olmurdu. Məktəbin həyətində elə də böyük olmayan bir tədbir hazırlanırdı. Aşağı sinif şagirdləri bizə gül verər, biz də dəftər-qələm verərdik. Daha sonra müəllimlərimiz bizə xeyir-dua verər və bununla da tədbirimiz başa çatardı.
Yagmur
Hər kəs kimi mən də o ayrılıq həyacanını yaşamışam, həm sevinərək, həm kədərlənərək. Amma o günün mənim üçün başqa xatirəsi də var. Götürdüyüm balaca qız uşağı "mən kukla yox, ayı istəyirəm deyə ağlamağa başlamışdı". Bazar yaxınlığımızda olduğundan vəziyyətdən çıxa bildim. Qardaşım qaçıb ayı alıb mənə gətirdi. Digər bir hadisə isə ilk sevgi etirafı almağım olmuşdu. Məktəb əhatəmdən deyildi, kənarda yaşca böyük bir oğlan idi. Sadəcə məktəbi qurtarmağımı gözləyirmiş, amma alınmadı. Çünki ali təhsil almağımı istəmirdi. Mənsə oxumağı seçdim və yanılmadım...
kristen_
Təbii insanın həyatında barmaqla sayıla biləcək əlamətdar gün olur, biri də-məzunluqdur. 2 ildir artıq məktəbi bitirmişəm. Yəni heç də uzun bir müddət olmadığı üçün çox da aydın şəkildə yadımdadır... Bizim məktəbimizin böyük idman meydanı kimi bir yer var idi. Həmişə Son zəngimiz orda olurdu. Bizim ilimizdə də elə oldu. İndi fikirləşəndə o qədər çətin gəlmir, amma sırf o anlar elə bilirdim ailəmdən, sevdiklərimdən kilometrlərlə uzağa gedirəm. Əslində elə ailəm, sevdiklərim idi sinif yoldaşlarım. 11 il 7 saat bir yerdə bacı-qardaşı bağlasan durmazdı. İndi birdən-birə belə təmtəraqlı ayrılıq gözümüzdə çox böyük idi. Amma sonradan yeni həyat başlayır-tələbəlik, universitet, evlilik! Son zəngdə bütün sinif standart geyinmişdik. Qızlarda altdan ağ köynək idi, üstdən qısa qara don. Oğlanlarda qalstuksuz kostiyum. Uşaqlar ürək sözlərin köynəklərinə yazdırırdılar. Əsasən oğlanlar edir, amma bizdə qızlar da eləmişdi. Mən qoymamışdım. Məzun lentimə yazdırmışdım. İndi də qalır məndə. Sona qədər də saxlayacam inşallah...Son zəng günü əsas ürək sözün mənə yazmasını istədiyim bir sinif yoldaşım var idi. 9-cu sinifə kimi, amma qismət olmadı. Vaxtsız itirdim onu...Nəsə acı xatirələrlə çox yormaq istəməzdim sizi. Xatirəm bu qədərdir. Hə bir də unutmamış ayaqqabımın sınmağını da yazım, yekunlaşdırım. Mən hündür ayaqqabı ilk dəfə son zəngimizdə geyinmişdim. Üstündə pis gəzmirdim, amma bir qəza baş verənə qədər. Son zəng artıq bitmişdi. Uşaqlarla guya bir az gəzmək istədim, ayaqqabım sağ olsun, çox kömək oldu mənə. Dabanı qırılmışdı yolda qalmışdım vallah. Sinif uşaqları ilə sosial şəbəkələrdə danışanda məktəb illərindən bir mənim qırmızı qələm qabımı sitat gətirirlər, bir də son zəngdə qırılan qara ayaqqabımı.
Leyla
Məktəb illəri, qızıl tək dəyərli illərim. Xatırlayıram, bəzən elə vaxt olurdu dərsdən qaçırdım, amma dərs günlərində elə bir vaxt olmurdu ki, evdə qalım. 11 il bir partada, bir sinifdə oturduğum doğma məktəb, sinif yoldaşlarım, onlardan ayrılmaq necə də ağır gəlirdi mənə. Son Zəng günü çox həyacanlı idim, o anı heç vaxt unutmayacam. Hamımız məktəbin həyətində bir yerə yığılıb, Son zəngin çalınmasını gözləyirdik, əllərimizdə də hədiyyələr. Çox keçmədi birdən Aqşin Fatehin ifasında Son Zəng mahnısı səsləndirdilər. Həyacandan bədənim titrəyir, göz yaşlarımı isə saxlamaq mümkün deyildi. Hətta bu sözləri yazarkən belə yenə də kövrəldim. Son Zəng bitəndən sonra hamı dağılışdı, evlərinə getdilər. Mən də həmçinin. Mən ən çox bilirsiz nəyə sevinirdim? Sevinirdim ki, qarşıda imtahanlar var, hələ mən yenə də məktəbə gələ biləcəm. İndi isə hər dəfə məktəbin qarşısından keçəndə çox həsrətlə baxıram və məktəbli günlərimi xatırlayıram. Ay nə gözəl idi o günlər. Çox istərdim yenə də məktəb illərinə qayıtmaq. (11a 2005-ci ilin məzunu)
Ruhəngiz
Orta məktəbi 22 ildir qurtarmışam. Son Zəng günü tam olmasa da, bəzi anları yadımda qalıb. Bitirdiyim məktəb Bakının aparıcı məktəblərindən olan H.Cavid adına 132 saylı orta məktəbdir. Sinifimiz çox şən və mehriban idi. Sinifimizdə keçmiş deputat Gültəkin Hacıyeva, F.Qocanın qızı, S.Rüstəmxanlının oğlu kimi uşaqlar olub. Son zəng günü biz çıxış etdik, o vaxtı ağ önlüyümüz vardı. Üstünə ürək sözlərimizi yazdıq. Birincilərə hədiyyə təqdim etdik. Nağıl kitabı almışdıq. Onlar da biz qızlara saç aksesuarı almışdılar. Müəllimlərimizlə görüşdük, ağladıq, kövrəldik və sonra Dənizkənarı Parka yollandıq. Müxtəlif karusellərə mindik, gəzdik. Artıq evə gələndə mən lap pis oldum. Çünki artıq başa düşdüm ki, bu gün dostlarımdan ayrıldım və sabahdan daha məktəb həyatı olmayacaq.
Ayka Nəcəf
Mən məktəbə 5 yaşımda getdiyim üçün məktəbi də tez bitirmişəm. 1994-cü ildə 1-ci sinifə getmişəm, atam əvvəlcədən "Əlifba" kitabında hər bir şeyi mənə öyrətmişdi deyə mənim üçün asan idi. Amma düzünü deyim ki, mən sentyabrın 1-i bəzi uşaqlar kimi ağlamışdım. Yaxşı oxuyurdum. 2005-ci ildə əla qiymətlərlə məktəbi bitirmişəm. Doğrusu" Son zəng"elə də qeyri-adi olmadı, bizim sinif üçün. Çünki başımız oxumağa qarışmışdı ki, elə -belə yola verdik bu günü. Mənim üçün o qədər də yadda qalmayıb. Düzdür hər il "Son zəng "günü gələndə çox kövrəlirəm. Darıxıram o günlərimiz üçün, müəllimlərimiz, sinif yoldaşlarımız üçün. Amma bəzi sinif qızlarımızla indi də əlaqəm var, zəngləşirəm. Artıq hamı ailə qurub, övladları var... Bu da mənim sadə keçən "Son zəng" günüm.
Titi
Dayanın, çalmayın sonuncu zəngi,
Yoxsa ürəyimə toxunacaqdır
Qəlbimi titrədən o incə səslə
Bir hicran nəğməsi oxunacaqdır
İnsanın həyatında ən unudulmaz günlərdən biri də -Son zəng günüdür. Heç o günləri unutmaq olar?! Hər bir saniyəsi gözümün önündədi, hər anını xatırlayıram. Bizim sinif məktəbin ən çalışqan, ən nümunəvi, ən aktiv sinfi idi. Həmişə bir olurduq. Ona görə çox sevdiyim sinif yoldaşlarımdan ayrılmaq mənim üçün çox çətin idi. İnanırsız mayın sonlarına yaxın hər gün dərsdə sinif yoldaşlarıma baxıb yaxın günlərdə ayrılacağımı düşünərək ağlayırdım. Heç yadımdan çıxmaz Son zəng günü qucaqlaşıb necə ağlamışdıq. Son zəngə 1 ay öncədən hazırlaşmağa başlamışdıq. Mən tədbir aparıcısı idim, çox gözəl tədbir hazırlamışdıq. Bir gün əvvəl şarları doldurub içinə kağızlarda mahnı oxu, şeir de, filan müəllimi parodiya elə kimi sözlər yazmışdıq. Bu tədbir zamanı keçirəcəyimiz oyun üçün idi. Son zəng tədbirimizdə hətta "Ulduz"filmindən Mövsümlə Nazikin "Çarliston"oynadığı hissəni, "O olmasın bu olsun" filmindən Məşədi İbadın Gülnaz xanımı görməyə gəldiyi hissəni səhnələşdirmişdik. Mən Nazik və Sənəm rolunu oynamışdım. Məşqlərimiz elə əyləncəli keçmişdi ki, indi düşünəndə belə gülürəm. Son zəng günü çox həyacanlı idim. Öncə çox şirin 1-incilər gəlib bizə gül buketləri verdilər, biz də onlara hədiyyələr verdik. Daha sonra tədbir başladı. Çoxlu dedik, güldük, oynadıq. Köynəyini yazdıran kim, şəkil çəkdirən kim...Tədbirdə mənə 3 diplom verdilər, yarışlarda qazanmışdım...(Sizlərə bir söz də deyim, amma heç kim bilməsin! Son zəng günü sinif yoldaşım mənə öz sevgisini etiraf etmişdi.)Tədbirdən çıxıb uşaqlarla çoxlu gəzdik, evə qayıdanda artıq hava qaralmışdı. Son zəng günüm haqqında çox yaza bilərəm, amma məncə kifayət edər. Bir sözlə, çox super Son zəngim olub. Artıq o gündən 5 il keçib, amma çox şükürlər olsun ki, biz bir-birimizi unutmamışıq. Həmişə əlaqə saxlayırıq. İmkan tapanda görüşürük. Mən arzu edirəm ki, bizim üçün səslənən "Son zəng" həyatımızdakı Zəfər zənginin başlanğıcı olsun!
Ardı var...
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR