S.S.E.
Xəbərinizdə mənə də yer ayırdığınıza görə təşəkkür edirəm. Mənim istifadə etdiyim yeganə sayt "Qadın.Net"dir. Yadımdadır, ilk dəfə bu sayta kökəlmək üçün məsləhətlər almağa gəlmişdim və məndən xəbərin oxunması üçün qeydiyyat tələb olundu. Qeydiyyatdan keçdiyimə heç də peşman deyiləm. Çünki Qadın.Net saytı qadinlar üçün nəzərdə tutulmuş hərtərəfli bir saytdır. Bu sayt sayəsində bilmədiklərimi öyrəndim və hələ də öyrənməyə dəvam edirəm. Bir də bu saytda diqqətimi çəkən əsas məqam isə sonsuz səmimiyyət və hörmətdir. Təşəkkürlər Qadın.Net
Niyə məhz Qadın.Net? Bəzi dostlarım kimi mənim də Qadın.Net-ə gəlişim tesadüfü oldu. Mən hər şeynən maraqlanan bir insanam, tez-tez internetdə əl işləri ilə, şirniyyat reseptləri ilə maraqlanırdım hər dəfə qabağıma müxtəlif saytlar çıxırdı. Amma hər dəfə Qadın.Net-i seçirdim, axırda da qeydiyyatdan keçdim. Bu saytda çox yaxşı dostlar tapdım, dərdimi bolüşə bilirəm onlarla. Hər kəs biri-biri ilə mehribandı. Mehriban redaktorlarımızın köməyi ilə xəbər hazırlamağı öyrəndim. Bir sözlə mənim bu saytdan ayrilmaq fikrim yoxdu, bura mənə çox doğmadı.
Gun ka
Avqustun axırları idi, boş bekar kompüterin qabağında oturmuşdum, çox darıxırdım. Şirniyyat resepti axtarışı verdim, Qadın.Net-i gördüm, daxil oldum və çox reseptlər xoşuma gəldi. Özümə qalin bir dəftər götürüb hamsını qeyd etməyə çalışdım, amma bir resept çıxdı qarşıma, baxmaq üçün qeydiyyat tələb olunurdu. Səhəri qeydiyyatdan keçdim. Sonra şərhlərimi də qeyd etməyə başladım. Əvvəllər özümü biraz yad hiss edirdim burda, amma indi sayt mənə çox doğmalaşıb. Həqiqətən, burda çox gözəl xasiyyətli xanımlar var. İndi artıq darıxmıram, gün ərzində bir neçə dəfə sayta daxil olmaq mütləq bir istəyimə çevrilib, çox sevirəm saytımızı. Uzun-uzun ömürlər arzu edirəm saytı quran və yaşadan kollektivə.
Saytda 2013-cü ilin yanvar ayında qeydiyyatdan keçmişəm. Ancaq uzun müddət qeydiyyatsız saytın xəbərlərini oxumuşam. İndi yadıma düşmür, o zaman hansısa xəbəri oxumaq üçün qeydiyyat tələb olunurdu və mən qeydiyyatdan keçdim. Qadın.Netdə bir çox səmimi xanımlarla tanış oldum, sevdim. Zaman-zaman küsüb incidiyim, anlaşa bilmədiyim xanımlar da oldu. Oldu və kiçik anlaşılmazlıqlar keçib getdi... Mən oxumağı, öyrənməyi sevən və bacaran bir insanam. Qadın.Netin fərdi inkişafımda böyük rolu oldu. Hazırda bölgələrimizdən birində yaşayiram. Buna baxmayaraq məlumatsız bir insan deyiləm. Çünki Qadın.Netli-yəm. Qadın.Net-in mətbəxində öyrəndiyim təamlar qohum tanış arasında həmişə üzümü ağ etdi. Körpəmin inkşafı üçün bir çox dəyərli məsləhətlər aldım. Yoldaşım mənim heç bir sosial şəbəkənin istifadəçisi olmağıma razı olmadığı halda, Qadın.Net-li olmağıma narazılıq etmir. Çox rahat gəlirəm bura.
Məni bu saytla yoldaşım tanış edib. Evdə darıxdığımı görüb məni Qadın.Net-lə tanış etdi. Bu saytda dostlarım var, onlarla söhbətləşirəm, dərdləşirəm. Bilmədiklərimi burdan öyrənmişəm ve öyrənməkdə də dəvam edirəm. Bu sayt vasitəsi ilə arıqlamışam. Məndən soruşsalar ki, ən məlumatlandırıcı sayt hansıdır, deyərəm ki, Qadin.Net.
Bilmirəm niyə məhz Qadın.Net, amma bütün sullara cavab tapılan bir saytdır bu sayt, çox yaxşıdır. Mənə çox yaxşı rəfiqələr, dostlar qazandırdı. İndi də onlarla hər dəfə görüşürük, danışırıq, çox yaxin dost olmuşuq. Yaxşı ki, var Qadın.Net, düzdü indi çox girə bilmirəm, amma əvvəl gündə 7-8 dəfə girirdim. İndi vaxtım az olur, ancaq girib baxıb çıxıram gündə 1 dəfə də olsa, mütləq gəlirəm.
Dəniz84
Qadın.Net-i artıq 3 ildir tanıyıram. Bu saytı tanıyana qədər internet aləmindən xəbərsiz idim. Yəni Kompüter və internet məni cəlb eləmirdi. Bir gün bir rəfiqəm məni bu saytda qeydiyyatdan keçirdi. Bu sayta qeydiyyatdan keçdiyim gündən həyatımda çox şey dəyişib. Portalda elmi məqalələrdən fəlsəfəyə, sağlamlıqdan modaya, fitnessdən gözəllik sirrlərinə qədər hər şeydən məlumatlar var. Hələ kitab bölməmizi demirəm. Yəni istəyib də cavabını almadığım mövzu yoxdur. Qadına bundan başqa nə lazımdır ki? Saytın rəhbərləri də, istifadəçiləri də çox mehriban və mədəni insanlardır. Səviyyəsiz insan bu saytda qeydiyyatdan keçə bilər ancaq çox qala bilməz. Çünki özünə uyğun insan tapmadığı üçün tərk edər buranı. Niyə Məhz Qadın.Net? Çünki Azərbaycanda bu saytın təkrarı yoxdur. Çünki bu saytı reytinqdən çox onun qarşısına qoyduğu qadınları maarifləndirmə arzusu maraqlandırır. Qadın.Net portalı qadınları düşündüyünü son reytinq cədvəlini hazırlamaqla bir daha sübut etdi. Biz xanımlar bu qədər maarrifləndiyimiz halda, oxuyub fikirlərimizi bildirməklə, maraqlı xəbərlər hazırlamaqla artıq pul da qazana bilirik. Aramızda elə xanımlar var ki, işləmir, evdar xanımdır. Ancaq artıq kommunal borclardan telefon balansına qədər saytda qazandığı pullarla ödəyib. Saytımız bu şəraiti də xanımlarımıza yaradıb. Azərbaycanda heç bir saytda belə bir kampaniya yoxdur. Və mən Qadın.Netin bir üzvi olduğum üçün fəxr edirəm. Saytımızla, istfadəçilərimzlə fəxr edirəm. Qadın.Net portalı Azərbaycanda kifayət qədər məşhurdur, ancaq saytımıza dünya şöhrətli sayt olmağını arzu edirəm.
Günay
lezgi ruw
Mən bura bir məlumatı axtarmağa gəldim. Şərh yazmaq üçün qeydiyyatdan keçdim, sonra burda bir çox şey haqda məlumat aldım. Dostlar tapdım, nə haqda istəsək, burda ətraflı məlumat tapmaq olur, bundan daha yaxşı nə ola bilər ki? Yaşasın Qadın.Net!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Van Qoq əslində elm sahəsində də bir dahi idimi?
Böcəklərdən necə qurtulaq?
Yaponiyada güclü zəlzələ olub
Aydan UNO donanması keçdi - ŞOK VİDEO
Moskvada Qurban bayramında qurban kəsmək qadağan olunub
Macarıstanlı Agnesin əl işləri
Solan güllərinizi canlandırın
Fransanın xarici işlər naziri istefa verdi
Azərbaycan Dövlət Miqrasiya Xidməti noyabr ayı üzrə vəziyyəti açıqladı
Yuvarlaq ayna modelləri
Ledi Qaqa bu dəfə “robot” oldu - FOTO
Rusiya və İran Qarabağı bölür?
“Qarabağ”da şok itki
Məsləhətinizə ehtiyacım var
Bağdadda silsilə partlayışlar: 33 ölü, azı 100 yaralı
Ermənistan ordusuna keçmiş çağırışçıların və əlillərin səfərbərliyi başlayıb - RƏSMİ
Meray Keri Gürcüstanda konsertlə çıxış edə bilər
Sakit okeanı ilk dəfə avarla keçib
Tovuzda 9 min illik yaşayış məskəni aşkarlanıb
HAVA necə olacaq?
Kişilərin bazarlığı
Dünyada topla ən sürətli qaçan futbolçusunun adı
Azərbaycanda buraxılış və qəbul imtahanları ilə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM
Cennifer Aniston və Bred Pitt bir layihədə iştirak edəcək
Zərif və baxımlı olmağın yolları
Naftalan kurortu yenidən qurulur
Şadlıq evlərində vəziyyət necədir?
Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb
Rusiya muzeyində Nizami Gəncəviyə qarşı saxtakarlıq
Bibiheybət və İçərişəhərdəki В«CüməВ» məscidində qanvermə aksiyası olacaq
Cavabları vacib suallar
Uzun kipriklərə sahib olaq
Azərbaycanda daha 55 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Dünyaca məşhur aktrisa öldü-FOTO
İngilis dili-Ee
Seda Sayan geyimi ilə diqqət çəkdi-FOTO
Bal ayına hazırlaşarkən nələri etməli?
Fərhad Göçer qadınlara dəstək oldu
Xilal
Həkimlər bənzəri olmayan hərəkətlə qadını xilas etdilər - FOTO
Droqbanın transfer söhbətləri qollarından çox oldu
Çiy toyuğu yumaq zəhərlənməyə səbəb olur
"Burning Man" ən çılğın festival
Qızınıza söyləməməniz lazım olan 10 söz
Mustafa Ceceli
Badamlı dondurma
Limonun cana faydası.
Sabahın HAVAsı
Hava haqqında - 12.11.2013
Vladimir Putin Bakı qərarını verdi
- ŞƏRHLƏR