AYSUN MEMMEDOVA
Deməli, dünyanın sonunun olduğunu bilsəm, öncə Türkiyəyə gedib ailəmlə bir neçə gün dincələrdim. Sonra günahlarımın bağışlanılması üçün dualar edərdim. Qalan zamanımı sadəcə balalarıma ayırardım. Onların mənimçün nə qədər dəyərli olduqlarını onlara göstərərdim.
Fatma xanım
Bol-bol kontur alıb bütün yaxınlarımla doyunca danışardım. Bir də öz ailəmi yanıma yığıb onlara doyunca baxardım.
Ellada Babayeva
Düşündürücü suallardan biri. Dünyanın sonu olsaydı, nə edərdim? İnsan hər bir gününü dünyanın sonu imiş kimi yaşamalıdır. Dünyanın sonudur desəm, səhvlərimi düzəldərdim, dünyanın sonu olmasa da düzəltmək olar. Sadəcə kəlmeyi-şəhadətimi deyərdim.
QARA QIZ
Əgər bilsəm ki, dünyanın sonudur dünyanın sonu olmamış ondan qabaq ürəyim partlayıb ölərəm. Yuxumda da dünyanın sonunu görüb qorxmuşam Vallah. Oturub ağlamışam. Hər kəsi görürem, amma yoldaşımı tapa bilmirəm yuxuda. Əgər bilsəm ki, dünyanın sonundur, yoldaşımımin əlindən tutub gəzərəm, vaxtımı gözəl keçirərəm, əylənərəm. Heç nəyi fikirləşmədən əylənərəm, bilərəm ki, onsuz dünyanın sonudur.
Asi
Dünyanın sonu olsaydı, nə edərdiniz? Düşündürücü sualdır. Bilsəm ki, bu gün dünyanın sonudur, yol görünür, Haqqa doğru gedirik, hər kəslə hallallaşıb Kəbəyə gedərdim, iki rükət namaz qılıb, Nur qağına çıxıb son gələnə qədər alnımı səcdədən ayırmazdım və elə alnım səcdədə canımı tapşırmaq istərdim. Amma qismət olarmı bilməm.
Ulker.Agamali
İlk olaraq dünyanın sonu məndə vahimə və qorxu dolu hisslər yaradır. Bunu görmək qismət olmasın bizə. Öz əcəlimizlə ölsək, yaxşıdır. Amma belə bir şeyin zamanını dəqiq bilsəydim, ailəmə sarılardım, bərk-bərk qucaqlardım onları və çox sevdiyimi söylərdim! Gözlərimi heç qırpmazdım, bir anlıq olsa belə sevdiklərimin gözlərindən çəkməzdim çünki!
Realist (A-N)
Xəbərin başlığı çox maraqlı və bir o qədər də ürpədicidir. İnsanın ağlına min fikir gəlir. Ötən ilin "Qlobal hadisəsi". Hər kəs şam və hazır qida tədarük edirdi. İxtiyarsız olaraq bu fikir dolanırdı beynimdə: "Ey insan, dilində qiyamət deyirsən, özün də qida tədarük edirsən! Ac ölsən, nə dəyişəcək, tox ölsən nə?" Sual mənə ünvanlananda düşündüm, beynimə heç bir şey gəlmədi. Düşünürəm ki, mənim ən qiymətli varlığım nədir? Əlbəttə ki, qızım, ailəm. Yəqin ki, onların yanında olmağı istəyərdim. Bundan da öncə Allahıma bağlı, ibadətli və ən əsası hicablı olmağı arzulayardım. Allah köməyimiz olsun. Mömin olmadan canımızı almasın!
SR
Dünyanın sonu olsaydı, öncə arzusunda olduğum Məkkə və Mədinəni ziyarətə gedərdim. Günahsız qul yoxdur həyatda. Allahdan bütün sevdiklərimin, yaxınlarımın günahlarımızın bağışlanmağını istəyərdim.
AFƏR
Əlbəttə ki, hər müsəlman kimi mən də qiyamətin gec, ya da tez baş verəcəyinə inanıram. Dünyanın sonu olsa, insan o an nə edə bilər ki, yalnız övladlarımı bağrıma basıb Tanrıma dua edəcəyəm və gözümüzü bağlayıb Yaradana qovuşmaq üçün bu yalan dünyadan gerçək dünyaya yollanarıq.
ARiEL_ViViAN(SaMiRə)
Dünyanın sonu olsaydı, mən ailəmi, bütün sevdiklərimi bir araya toplayıb sona kimi onlarla bir yerdə olardım.
HUSNA
Hər hansi bir şeyi həyata keçirmək üçün dünyanın sonunu gözləmək lazim deyil. Nə qədər ki, həyat öz axarı ilə davam edir o saatı (qiyaməti) hər an, hər dəqiqə düşünməliyik. Bunları düşündükcə insanın içinə vahimə düşür. Bəs mən Cənnəti qazanmaq üçün nə etmişəm. O gün, əməl dəftərləri bağlanacağı gün hər hansı bir xeyir əməl, savab işləmə şansımız olmayacaq. Buna görə də tədbirimi alıb Uca Yaradanın əmrlərinə itaət edərdim. Allah bizi qiyamət gününün əzabından qorusun!
zehra
Mən bu haqda fikirləşmirəm desəm, yalan olar. Hərdən mənim də ağlıma gəlir, amma həmişəki kimi qorxub fikrimi dağıdıram. Əgər dünyanın sonu olduğunu bilsəydim, sevdiklərimin, ailəmin və 2 balamın yanımda olmağını istəyərdim və təbbi ki, səcdə, duadan başım qalxmazdı. Allahdan bağışlanmagımı və bütün möminlərin salamatlığını istəyərdim.
♥Aynişka Gülüm♥
Mən dünyanın sonu olduğunu bilsəm, öncə yaxınlarımın yanına gedərdim. Onlarla birlikdə olardım, onlarla nə yaşamamışamsa, onu yaşayardım! Demək istəyib, amma deyə bilmədiklərimi onlara deyərdim! Əlimdən gəldiyi qədər həyatın dadını çıxarmağa çalışardım!
•в—ЏNarınв—Џ•
Dünyanın sonu olsaydı, nə edərdiniz? Çox maraqlı sualdır. Düşünmədən cavab verirəm. Yəqin ki, birinci anamın doymadığım əllərindən öpərdim. Sonra da ruhum bədənimi tərk edən son dəqiqəyə qədər, nəfəsim gəlib-gedənə qədər Allaha yalvarardım ki, mənə rəhm eləsin, günahlarımı bağışlasın. Necə ki, indi yalvarıram.
leman
Dünyanın sonu olsaydı, yəqin ki, ailəm və uşaqlarımla olmaq istərdim. Son anlarımı onlarla birgə ən şox sevdiyim məkanda olardım. Onu da qeyd edim ki, qorxunc sualdır. İnşəallah dünyanın sonu xəbərsiz gələr.
XƏBƏR LENTİ
Dünyanın ilk sərnişin dronu
Süd sudan ucuzdur
Çinin nağıllar aləmi
Lobyalı soğanlı salat (foto resept)
Son zamanların ən populyar oyuncağı - Stress çarxı
"Elmin ekologiyası" Adlı Seminar Keçirildi!-FOTO
Alimlərdən şok xəbərdarlıq: Yeri böyük təhlükə gözləyir - FOTO
Leyla Əliyevadan növbəti xeyirxah addım - FOTO
ETİRAFLAR:"Kimdən əskiyəm?!"
Teymur Rəcəbov: "Dünya Kubokunda zəif rəqib yoxdur"
İnsanın öləcəyi tarixi qol saatları göstərəcək
Ermənilərin Bakıda döyüşəcəkləri tarix açıqlandı
Yayın "qış" xəstəlikləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
100 milyon illik yırtıcı tarakan tapıldı
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
Hollivud ulduzu həbs olundu-SƏBƏB
Həcc ziyarəti ilə bağlı xəbərdarlıq - 6 ayadək həbs cəzası gözlənilir
Kişilər niyə xəyanət edirlər?
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Azərbaycanda yanacağın qiyməti yenidən qalxacaq?
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Qurban Bayramınız Mübarək!
Beş ayda 11 mindən çox insan iş tapıb
Evdə toz hissəcikləri və allergiyadan qorunma üsulları
Qulaq ağrısı necə keçər?
Ajda Pekkan 46 illik FOTO paylaşdı
Günün ulduz falı
Bakıda idmançının qaydasız döyüşdə rinqdə ölməsi ilə bağlı açıqlama
"Ken" 600 min dollar müqabilində "Barbie" oldu- FOTO
Maqnit qasırğası dörd gün davam edəcək
- Akula... - Ay can?!..
Məşhurlar qarın əzələlərini hansı idmana borcludur?
Türk aktrisaları içində birinci oldu-FOTO
Biznesmen gecikən işçiləri yarıçılpaq vəziyyətdə qaçırtdı-FOTO
Nazirlər Kabinetindən icbari sığorta ilə bağlı QƏRAR
Universal mütəxəssislik
Bu günün hava praqnozu
Noyabr ayının qeyri-iş günləri məlum oldu
I siniflərə şagirdlərin qəbulu başlayır
Çiyələk görünüşlü sadə salat (foto resept)
Günün qoroskopu: yeni əlaqələrin bünövrəsini qoymaq olar
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Bakıda ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA
Parada hazırlıqla əlaqədar bu yollar bağlanacaq
Payız tətili başladı
Ayaqlara zərər verən yaz ayaqqabıları
Şəngülüm, Şüngülüm, Məngülüm
- ŞƏRHLƏR