Hacət-i Vuslat
Üç il öncə sahib olduqlarıma görə Rəbbimə şükür edib "Xoşbəxtəm!" deyərdim. İndi isə dünyadakı "sahibkarlığıma" görə xoşbəxt olduğumu sandığım üçün Rəbbimdən utanıram.
Mövlam anlatdı ki, quru nəfəsdən başqa heç bir şeyə sahib olmadan da xoşbəxt olmaq olar. Artıq xoşbəxtəm! Çünki əmanətləri təyinatı üzrə istifadə etmək izni verilənlərdənəm: Əz-Zəriyat 56 "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım."
Zayka
Əvvəlcə hər kəsi salamlayıram. İndi isə mövzumuza başlamaq istəyirəm. Düzdü, bu həyatda məncə ömrü boyu xoşbəxt olan insan yoxdur, hər birimizin həyatında pis hadisələrdə olur. Məsələn: mən səkkizinci sinifdə oxuyanda atamı itirdim (Allah rəhmət eləsin!) o vaxtı elə bilirdim məndən bədbəxt insan yoxdur dünyada, mən heç kəsin sözünü eşitmirdim, mənə təsəlli verən o qədər adamlar var idi ki, əhatəmdə. Adam o vaxtı elə bilir bədbəxtlik təkcə mənim başıma gəlib, amma əslində şükür eləməliydim. Yanımda qardaşım və anam da var idi. Allah böyükdü, Allah belə məsləhət görübsə, deməli, belə də olmalıdır. Həmişə işlətdiyim bir söz var "Dərdi verən Allah dərmanını da verər", düzdür, vaxt keçdikcə adam hər şeyi unudur və yeni həyat davam edir. İnsanlar varki xoşbəxtliyi pulda var dövlətdə görürlər, amma tam əksinədi. O qədər adamlar var ki, hər şeyi var, bircə xoşbəxt ailədən başqa. Yenə də bu günümə şükür edirəm. Qardaşım oxuyur, mənim də ki, qismətimə biraz tez evlənmək yazılıbmış. Bir qız ərə gedəndə "Görəsən, necə ailədir" deyə fikir edər, amma şükür çox xoşbəxtəm. Məni başa düşən qaynanam, qaynatam və mənə dəyər verən, mənə hörmət edən yoldaşım var. Allaha min kərə şükürlər olsun ki, Allah bizə bir bala da qismət eləyib, mən bundan başqa nə istəyirə bilərəm. Bir də ki, başımızı yağışdan qoruyan bir daxmamız. Mən xoşbəxtəm, çünki xoşbəxt ailəm var. İnsan bu dünyada bundan başqa nə istəyər ki.
Sonay Quluzadə
Xoşbəxtəm, çünki Rəbbim Allahdır. Xoşbəxtəm, çünki dinim İslamdır. Xoşbəxtəm, çünki kitabım Qurandır. Xoşbəxtəm, çünki Peyğəmbərim Məhəmməddir (Allahın ona salavat və salamı olsun). Xoşbəxtəm, çünki yolumun mayakları Quran və Sünnətdir. Xoşbəxtəm, çünki ziyalı, mehriban bir ailədə doğulmuşam. Xoşbəxtəm, çünki seçilən şagird olmuşam. Xoşbəxtəm, çünki sevdiyim ixtisas üzrə təhsil almışam. Xoşbəxtəm, çünki nümunə ola biləcək bir ailə həyatı qurmuşam. Xoşbəxtəm, çünki Allah mənə iki gözəl övlad bəxş edib.
Xoşbəxtəm, çünki üzvü olduğum hər kollektivdə Allah məni sevdirib, fərqləndirib. Xoşbəxtəm, çünki bir qadının arzuladığı bütün gözəlliklər mənə nəsib olub. Nəhayət, xoşbəxtəm, çünki şükür edən bir qəlb verib mənə Allah. Mən mənə verilənlərdən və verilməyənlərdən yerdən göyə qədər razıyam Əlhəmdulilləh.
Günka
Xoşbəxtəm, həyatda qadın olduğum üçün, müsəlman olduğum üçün, ailəmlə gözəl tərbiyəli bir ev də böyüdüyüm üçün, hər kəsin içində başım dik olduğu üçün, həyatıma sevgilim, həyat yoldaşım girdiyi üçün və onunla ailə heyatı qurduğum üçün dünyanın ən xoşbəxt qadınıyam. Bu gün yeni tarix özəl günlərimin arasına qatıldı, aylardı gözlədiyim bütün qızların arzusu olan ana olmaq bu gün mənə də nəsib oldu. Çox xoşbəxtəm, bütün müsəlman bacılarıma yaşadığım xoşbəxtliklərdən arzu edirəm.
Ayka
Mövzu gözəldir və haqqında danışmaqla bitməyəcək qədər dərindir. Xoşbəxtlik deyəndə insanlar müxtəlif cür başa düşür. Bəziləri xoşbəxtliyi pulda görür, bəziləri sevgidə, bəziləri isə xoşbəxtliyi kasıb olub yalnız sevdiyi insanların ətrafında olmasında görür. Əslində xoşbəxtlik insanın özündən aslıdır, çünki problemsiz insan yoxdur. Problemlər arasında özünü xoşbəxt hiss edə bilən əslində çox xoşbəxtdir. Pulla olan xoşbəxtliyin ömrü elə də uzun olmur, çünki pul qurtardığı an xoşbəxtlik də qurtarır həmin insanlar üçün. Sevgi insan həyatında vacib bir hissdir. Bəzi insanlar ən çox onları sevgi xoşbəxt etdiyini fikirləşirlər. Amma bəzən sevgi insana acı da verir. Mənim fikrimcə, əsl xoşbəxtlik qarşılıqlı hörmət, inam, güvən üzərindədir. Əgər tək yaşayan bir insan deyirsə ki, mən xoşbəxtəm yalandır, çünki dostu sevdikləri olmayan biri xoşbəxt ola bilməz. Məncə, xoşbəxtlik insanın özünü xoşbəxt hiss etdiyi yerdədir. Əsl xoşbəxt adam özü özünü xoşbəxt hesab edən adamdır. Mən xoşbəxtəm, çünki ətrafımda sevdiyim və məni sevən, inanan və güvəndiyim isanlar var. Xoşbəxtəm, çünki xoşbəxt bir ailəm var. Bir tərəfdən də xoşbəxtlik Allahın bizə hədiyyəsidir.
Guney Baku
Hər an yaradan Allaha şükr etməliyəm ki, mənə, övladlarıma, valideynlərimə can sağlığı verib. Şükür Allahım, görən gözlərim, tutan əllərim və nəhayət mənə bəxş etdiyi hər şeyin dəyərini biləcək ağlım, dərrakəm var. Allaha inandığım, Onun varlığını, möcüzələrini hər an hiss etdiyim üçün xoşbəxtəm. Mənə bunları duyurduğu üçün xoşbəxtəm. Bu xoşbəxliyim daim olacaq inşəallah. Ümumiyyətlə, xoşbəxtlik və bədbəxtlik mövhumu nisbidir. İnsan daim özünü bədbəxt və ya daim özünü xoşbəxt hiss edə bilməz deyə düşünürəm. Xoşbəxtəm, ona görə ki anayam. Məni qucaqlayan 2 övladım var və mən onların xeyirli övladlar olması üçün əlimdən gələni etməyə çalışıram. Təbii ki, gündəlik qayğılarım, narahatlıqlarım, çətinliklərim olur. Bu çətinliklərin öhdəsindən gəldikdə təbii ki, keçirdiyim stresslər yox olduqda xoşbəxt oluram.
Happysim ))
Əvvəla deyim ki, insan bu dünyaya, ancaq Allaha ibadət üçün gəlir. Allah Quranda buyurub “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım" (Zəriyət surəsi, 56). Mömin harda olursa olsun, xoşbəxtdir, çünki Allahın quludur. Mənim xoşbəxt anım o andır ki, ilk namazıma başladım. Əlhəmdullilləh. Sanki bütün qəlbimdə, ruhumda sevinc, xoşbəxtlik, rahatlıq vardı. Mömin kimsə onsuz da daima xoşbəxtdir, əgər bir sıxıntısı olarsa, demək, o imtahan olunur, günahlarına kəffarə olur. Əgər ona xeyir verilibsə, demək, bu Allahdandır. O, Rəbbinə həmd etməlidir, təşəkkür etməlidir.
"Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır" (Ənfal surəsi, 28).
Şəri Babayeva
Mən ona görə xoşbəxtəm ki, beynimdə o qədər söz var, amma yaza bilmirəm. Ən əsası məni xoşbəxt edən anam, atam bacılarımdır. Onların gülüşü məni xoşbəxt edir. Bir də balaca pişiyim. Dəcəldi, onunla oynayanda çox xoşbəxt oluram. Bütün stresimi atıram.
Elif
Ümumi həyatıma baxdıqda "Xoşbəxtəmmi?" sualını verirəm. Bəli, xoşbəxtəm. Xoşbəxt, çünki halal zəhmətli ailəm var. Xoşbətəm, çünki çox sevdiyim iki bacım və onların dünyalar qədər sevdiyim balaları var. Hər insanın həyatında üzüntülü, çətin anlar olur. Bu çətinliyin, kədərin heç bitməyəcəyini zənn etdiyin anlar. Belə anlarda bəzən insan xoşbəxt olmadığını və ya xoşbəxt olmayacağını düşünür. Təbii ki, bu hisslər bəzən bir anlıq və ya bir neçə günlük olur. Çox sükür ki, belə olur. Bir-iki gün öncə əhvalım olmadığı bir zamanda atam mənə Qurandan bu iki ayəni oxudu: "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr. Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr" (əş-Şərh, 5-6). Allahın kəlamı olan bu iki ayə insanı xoşbəxt etməyə yetməzmi? Çox şükr hər günümüzə. Mən də xoşbəxtəm deyə bilərəm.
Dəniz84
Xoşbəxtəm, çünki bu dünyaya göz açmışam. Xoşbəxtəm, çünki sağlam və həyat eşqi ilə doluyam. Məni sevən ailəm, övladlarım, yaxınlarım var. Xoşbəxtəm, çünki çətinliklərə sinə gəlməyi, hər çətinliyin altından üzü ağ, alnı açıq çıxa bilirəm. Tanrıya ibadət edir, onun qoyduğu yolla getməyə çalışıram. Əslində xoşbəxtlik hər yerdədir. Bunu görmək və duymaq lazımdır. Allahın yaratdığı bir gül belə insanı xoşbəxt edir. Xoşbəxtliyimiz öz əlimizdədir. Sadə bir çətinlikdən tez yorulub həyatdan bezmək lazım deyil. Bu həyat bizə bir dəfə verilir və sınaq imtahanı kimi bu həyatdan gedərkən kimiləri əla qiymət, kimiləri isə pis qiymət alır. Yaxşı və ya pis qiymət almaqsa bizim öz əlimizdədir. Sənə ehtiyacı olan insana kiçik bir yardım edirsən və bundan xoşbəxt olursan. Əhvalı pis olan insana dayaq durub onu şənləndirə bilirsənsə, bu özü böyük xoşbəxtlikdir. Mən ən kiçik bir şeydən belə xoşbəxt olan insanam. Sonda isə əgər mən barmaqlarımı idarə edib bu yazını yaza bilirəmsə, deməli, məndən xoşbəxt insan yoxdur bu dünyada. Çalışın, xoşbəxtliyinizi qoruyun. Lazımsız qürur edib sevdiklərinizi incitməyin. Onlar xoşbəxtdirsə, siz də xoşbəxt olacaqsınız. Bütün insanlara xoşbəxtlik arzu edirəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Eskimo tortu (foto resept)
Kakaolu tort (foto resept)
Məşhur aktrisa toydan sonra xınayaxdı etdi-FOTO
Şahbaz: "Anam və qızımdan narahatam"
Yapon əzgilinin faydaları
Münasibətinizə nəzarət edin
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı
O aşiqdir?
Dəbli jaket modelləri
Ölkədə yeni iş yerləri yaradılacaq
Cəfəri maskası
Min cavan dəyən ən dəbli yaşlı qadın.
Limonlu ədviyyat hazırlayaq
Amerikalı professordan ermənilərə zərbə
Tələbələrə uçan aparatlar veriləcək
Altıaylıqsan?..
Serenay Sarıkaya səs dərsləri alır-SƏBƏB
Koronavirusla bağlı SON STATİSTİKA
Həmyerlimiz Vilnüsdə həmsədr seçilib
Erməni məşqçinin millimizin futbolçusuna bəhanəsi
Körpə olduğumuz dövrü niyə xatırlamırıq?
Rəssamlıqla məşğul olan həkim
Bir gündə 4,3 milyard dollar itirdi
Velosiped yarışmasında nəfəs kəsən anlar
Ermənistan məhbusların cəbhəyə göndərilməsini rəsmən təsdiqlədi
Günün qoroskopu - 01.11.2013
Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında (foto)
NASA-dan ŞOK açıqlama: “QARA DƏLİK”dən bizim kainata SİRLİ OBYEKT KEÇDİ
Özünü saymayan dövləti kim sayar ki…
İran Azərbaycan Tibb Univeresitetinin diplomlarını tanıyacaq?
Qarın əzələlərini işlədən yoqa hərəkətləri
Gözəl saçların sirri
Meqan və Harri hər kəsi belə Təbrik etdi-FOTO
Prezidentlər üz-üzə görüşüb
Jelatin həqiqəti və halal qida
Başsız və gələcəksiz ölkəni yenə aldatdılar
İnternetdən ayrılmadan edə biləcəkləriniz
Müğənni arıqladı: tamaşaçılar gözləri ilə də qulaq asırlar - FOTO
Ermənilər Ağdam məscidini hərbi qərargaha çevirdilər
Film kimi real yerlər
Toyuq və avokadolu sendvinç (foto resept)
O, Azərbaycan haqqında yalan yayır!
25 müasir mətbəx dizaynı (1)
Putin Mehriban Əliyevanı təbrik etdi
Azərbaycanda xəstələrin qeydiyyatı ilə bağlı yenilik
TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”
Prezidentdən xanımlara 8 Mart təbriki
Erməniləri saran qorxu
İrina Şeyk yeni sevgilisini təbrik etdi
"Ufak tefek cinayetler"dən getmə xəbərindən danışdı
- ŞƏRHLƏR